Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə135/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   131   132   133   134   135   136   137   138   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 
17 fevral 

 
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 
növbəti iclasında 2016-cı il üzrə qaliblərinin təyin olunması. 2016-cı 
ildə ədəbiyyatşünaslıqdakı səmərəli fəaliyyətlərinə görə akademik İsa 
Həbibbəyli 
 
f.ü.e.d., prof. Məhərrəm Paşa oğlu Qasımlıya, f.ü.e.d, 
prof. Tehran Əlişanoğlu Mustafayevə, f.ü.e.d., prof. Tahirə Qəşəm 
qızı Məmmədə, f.ü.e.d. Asif Heydər oğlu Rüstəmliyə, f.ü.f.d. Ataəmi 
Balababa oğlu Mirzəyevə, f.ü.f.d. Esmira Seyfəl qızı Şükürovaya “İlin 
alimi” diplomunu və döş nişanını təqdim etmişdir. 
24 fevral
– “Azərbaycan və Dünya incəsənətində soyqırım 
mövzusu” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş 
sözü ilə akademik İsa Həbibbəyli açmış, Memarlıq və İncəsənət 
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə 
“Xocalı faciəsi təsviri sənətdə”, Nizami adına Ədəbiyyat İnstitutunun 
aparıcı elmi işçisi, f.ü.f.d., dosent Mərziyyə Nəcəfova “Xocalı soy-
qırımı: poetik fəryaddan ümumbəşəri ittihama”, Memarlıq və İncəsə-
nət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, 
dosent Xəzər Zeynalov “Azərbaycan və dünya incəsənətində soyqırım 
mövzusu” tədqiqatı” adlı məruzələrlə çıxış etmişlər. 
27 fevral 
– Görkəmli ədəbiyyatşünas alim Vaqif Arzumanlının 
anadan olmasının 70 illiyinə həsr olunmuş Elmi sessiya keçirilmişdir. 
Sessiyanı giriş sözü ilə akademik İsa Həbibbəyli açmış, f.ü.f.d. 
Qurban Bayramov “Ədəbi əlaqələrin görkəmli tədqiqatçısı Vaqif Ar-
zumanlı”, f.ü.e.d. Lyudmila Səmədova “Görkəmli alim Vaqif Ar-
zumanlının ömür yolundan səhifələr”, f.ü.e.d. Aida Feyzullayeva 
“Özünəməxsus şəxsiyyət”, f.ü.e.d. Almaz Binnətova “Alim ucalığı 


367 
sehrində” adlı məruzələrlə çıxış etmişlər. Sonda alimin ailəsi adından 
oğlu Vüsal Arzumanlı institut rəhbərliyinə atasının xatirəsini əziz 
tutduqları üçün minnətdarlıq bildirmişdir. 
13 mart 
– Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan 
ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq” mövzusunda konfrans 
keçirilmişdir. Konfransı giriş sözü ilə akademik İsa Həbibbəyli aç-
mışdır. Nizamişünaslıq şöbəsinin müdiri, f.ü.e.d. Nüşabə Araslı “Ni-
zami Gəncəvinin yaradıcılığında dini tolerantlıq problemi”, Qədim 
dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, f.ü.e.d. İmamverdi Hə-
midov “Şuubiyyə ədəbi-fikir cərəyanı və İslamda xalqların bərabərliyi 
ideyası”, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, f.ü.e.d. 
Fəridə Əzizova “İslam sivilizasiyasında tolerantlıq və humanitar də-
yərlər problemi”, f.ü.e.d. Məhəmmədhəsən Qənbərli “Məhəmməd 
Peyğəmbərin hədislərində ümumbəşəri dəyərlər”, f.ü.e.d. Baloğlan 
Şəfizadə ““Hüseyn Cavidin “Peyğəmbər” dramında Məhəmməd Pey-
ğəmbərin obrazı” adlı məruzələrlə çıxış etmişlər. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə