Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə136/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   132   133   134   135   136   137   138   139   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

17-18 mart 

 
AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika 
Rəsədxanasında Nizami adına Ədəbiyyat İnstitutu və Alimlər Evinin 
təşkilatçılığı ilə “Novruz təqvimi: lirikada və astrofizikada” mövzu-
sunda ikinci “Fizika və lirika” konfransı keçirilmişdir. 
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, aka-
demik İsa Həbibbəyli xalqımızın ən əziz bayramı olan Novruzun eti-
mologiyası, onun Azərbaycan ədəbiyyatında yeri və elmi paralelləri 
barədə əhatəli məruzə ilə çıxış edib. Novruz bayramının dünyanın bir 
sıra ölkələrində müxtəlif adlarla qeyd olunduğunu, lakin eyni məqsəd 
daşıdığını bildirən akademik İsa Həbibbəyli bu bayramın 2009-cu ildə 
YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə 
Reprezentativ siyahısına daxil edilməsinin xüsusi əhəmiyyət kəsb 
etdiyini bildirib. Novruzun Hələ Nuh peyğəmbərin zamanından – tor-
pağın oyanışından başladığını diqqətə çatdıran akademik İsa Həbib-
bəyli bununla bağlı hələ də xalqımızın yaddaşında yaşayan əfsanə və 
rəvayətlərin elmi səciyyəsindən söz açmışdır. 
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin aka-
demik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov çıxış edə-
rək, konfransın işində ədəbiyyatşünaslarla yanaşı, texniki və təbiət 
elmlərinin nümayəndələrinin birgə iştirakının səmərəli və əhəmiyyətli 
olduğunu bildirib. 
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının di-
rektoru, müxbir üzv Namiq Cəlilov “Novruz mərasimləri və astro-


368 
fizika elmi” adlı məruzəsində ədəbiyyatla fizikanın bir-birini tamam-
ladığını və zənginləşdirdiyini diqqətə çatdırıb. 
AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akade-
mik Teymur Kərimli, Folklor İnstitutunun direktoru, müxbir üzv Mux-
tar İmanov, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filo-
logiya elmləri doktoru, professor Tahirə Məmməd məruzə ilə çıxış 
ediblər. AMEA Rəyasət Heyətinin Elm və təhsil idarəsinin rəisi, tex-
nika elmləri doktoru, professor Əminağa Sadıqov, Alimlər Evinin di-
rektoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, fizika üzrə fəlsəfə 
doktoru Nazilə Soltanova, biologiya üzrə fəlsəfə doktoru, yazıçı Sadıq 
Qarayev çıxış edərək mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüb-
lər. 
Çıxışlardan sonra akademik İsa Həbibbəyli rəhbərlik etdiyi 
institut əməkdaşları arasında “Fizika və lirika” mövzusunda ən yaxşı 
tərcümə müsabiqəsinin qalibi olmuş Leyli Əliyevaya xatirə hədiyyəsi 
və xüsusi mükafat təqdim edib. 
AMEA-nın Ədəbiyyat, Fizika, Folklor, Əlyazmalar, Riyaziyyat 
və Mexanika, Fəlsəfə, Botanika institutları, Şamaxı Astrofizika Rəsəd-
xanası, Respublika Seysmoloji Xidmət Mərkəzi və digər elmi-tədqiqat 
müəssisələrinin əməkdaşlarının qatıldığı konfrans iki gün davam edib.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Qu-
liyev də iştirak edib. 
Tədbir Şamaxı Astrofizika Rəsədxanasında səma cisimlərinin 
müşahidə olunması, Novruz tonqalı və bədii proqramla davam etdi-
rilib. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə