Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə137/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   134   135   136   137   138   139   140   141   142
52dcd652ed495cc2ce9feffd932b1850

7 aprel 
– Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli Azər-
baycan şairi və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 
300 illiyinə həsr olunmuş “Molla Pənah Vaqif və Azərbaycan realiz-
mi” mövzusunda Elmi sessiya keçirilmişdir. Elmi sessiyanı giriş sözü 
ilə akademik İsa Həbibbəyli açmışdır. Sessiyada Erkən yeni dövr 
Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, f.ü.e.d. Mahirə Quliyeva
 
“Vaqif yaradıcılığı Aşıq ədəbiyyatı ilə klassik poeziyanın qovşa-
ğında”, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 
f.üe.d., prof. Şirindil Alışanlı “Molla Pənah Vaqif və Səməd Vurğun”, 
İnstitutun elmi katibi f.ü.f.d, dos. Aygün Bağırlı
 
“Azərbaycan ədəbiy-
yatında Molla Pənah Vaqifin bədii obrazı”, Erkən yeni dövr Azər-
baycan ədəbiyyatı şöbəsinin kiçik elmi işçisi Şəfəq Tağıyeva “Vaqif 
lirikasında klassik ənənələrin təzahür formaları” adlı məruzələrlə çıxış 
etmişlər. 


369 
10 aprel
– Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas 
alim və şair Atif Zeynallının 90 illiyinə həsr olunmuş Elmi sessiya 
keçirilmişdir. Sessiyanı giriş sözü ilə akademik İsa Həbibbəyli 
açmışdır. Sessiyada XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı 
şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d.
 
Safura Quliyeva
 
“Atif Zeynallının 
poeziyası”, Ədəbi tənqid şöbəsinin müdiri, f.ü.e.d. Vaqif Yusifli
“Atif 
Zeynallının ədəbiyyatşünaslıq fəaliyyəti” adlı məruzələrlə çıxış et-
mişlər. Tədbirin sonunda alimin ailəsi adından oğlu, Memarlıq və İn-
cəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə dok-
toru Xəzər Zeynalov sessiyanın keçirilməsində əməyi olan hər kəsə 
minnətdarlığını bildirmişdir. 
11 aprel 
– 2016-cı ilin ədəbi yekunlarına həsr olunmuş “Ədəbi-
proses-2016” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilmişdir. 
Müşavirəni giriş sözü ilə Ədəbiyyat İnstitutunun direktoru, akademik 
İsa Həbibbəyli açmış, f.ü.f.d. Elnarə Akimova “İlin ədəbi mənzərəsi”, 
f.ü.e.d. Cavanşir Yusifli “Poeziya”, f.ü.f.d. Aynur Xəlilova “Povest”,
f.ü.e.d. Vaqif Yusifli “Bölgələrdə ədəbi həyat”, f.ü.f.d. Nərmin Ca-
hangirova “Hekayələr”, f.ü.f.d. Nərgiz Cabbarlı “Roman”, f.ü.f.d. Ay-
nurə Mustafayeva “Dramaturgiya”, Dünya ədəbiyyatı və kompara-
tivistika şöbəsinin əməkdaşı Mərcan Sofiyeva “Bədii tərcümə”, f.ü.f.d. 
Lalə Həsənova “Rusdilli Azərbaycan ədəbiyyatı”, f.ü.f.d. Qürbət Mir-
zəzadə “Tənqid”, f.ü.f.d. Maral Yaqubova “Ədəbiyyat nəzəriyyəsi”, 
f.ü.e.d. Salidə Şərifova “Elmi tədqiqatlar”, f.ü.f.d. Aygün Bağırlı 
“Uşaq şeiri”, f.ü.f.d. Günay Qarayeva “Uşaq nəsri və dramaturgiyası”, 
f.ü.f.d. Pərvanə Məmmədli “Cənubda ədəbi proses”, f.ü.e.d. Vüqar 
Əhməd “Nizami adına Ədəbiyyat İnstitutunda ədəbi proses”, f.ü.e.d. 
Asif Rüstəmli “Publisistika”, f.ü.e.d. Nizami Tağısoy “Ədəbi əlaqələr” 
(Azərbaycan – Türk xalqları ədəbiyyatı), f.ü.f.d. Xanım Zairova “Ədə-
bi əlaqələr” (Azərbaycan – Qərb ədəbiyyatı) adlı məruzələrlə çıxış 
etmişlər. Müzakirə saatında AMEA Folklor İnstitutunun direktoru, 
AMEA-nın müxbir üzvü Muxtar İmanov, “Ədəbiyyat qəzeti”nin baş 
redaktoru Azər Turan, f.ü.e.d. Rüstəm Kamal, f.ü.e.d. Əlizadə Əsgərli, 
f.ü.e.d. Yaşar Qasımbəyli və başqaları çıxış edərək müşavirə və mə-
ruzələr haqqında fikirlər söyləmişlər. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə