Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə134/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   130   131   132   133   134   135   136   137   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

31 yanvar 
– AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun 
Elmi şurasının növbəti iclasında 2 fevral – Gənclər günü münasibətilə 
gənc alimləri təbrik edən akademik İsa Həbibbəyli ölkədə gənclərə 
göstərilən dövlət qayğısından söz açıb. Azərbaycanda gənclər siyasə-
tinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu 
xüsusi vurğulayan akademik İsa Həbibbəyli Ulu Öndərin gənclərə bö-
yük qayğısını real faktlarla xatırladaraq, Azərbaycan rəhbərliyi tərə-
findən bu gün də həmin siyasətin uğurla davam etdirildiyini diqqətə 
çatdırıb.
Elmi şuranın iclasında 2 fevral – Gənclər günü münasibətilə və 
2016-cı ilin göstəricilərinə əsasən institutun bir neçə əməkdaşı "İlin 
gənc alimi" nominasiyası üzrə mükafatlandırılıb. Akademik İsa Hə-
bibbəyli filologiya üzrə fəlsəfə doktorları Lalə Həsənova, Mətanət 
Vahid və Elnarə Qaragözovanın 2016-cı ildəki elmi fəaliyyətini yük-
sək qiymətləndirərək, onlara institutun təsis etdiyi "İlin gənc alimi" 
diplomunu, döş nişanını və xüsusi hədiyyəni təqdim edib. Təltif olu-
nanlar çıxış edərək institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 
15 fevral
– Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın-
da Nizami adına Ədəbiyyat İnstitutunun, Azad Həmkarlar Təşki-
latının və Alimlər Evinin təşkilatçılığı ilə görkəmli yazıçı-dramaturq, 


366 
teatr və kino xadimi
Cəfər Cabbarlının “Almaz” pyesi yeni quruluşda 
nümayiş olunub. 
Tamaşaya baxışdan əvvəl AMEA-nın vitse-prezidenti, akademik 
İsa Həbibbəyli ölkəmizdə formalaşmış teatr ənənələrindən, bütün 
sahələr kimi teatra da göstərilən hərtərəfli dövlət qaygısından danışıb. 
AMEA ilə Milli Dram Teatrının artıq ənənə şəklini almış əməkdaş-
lığından söhbət açan akademik İsa Həbibbəyli davamlı olaraq üçüncü 
bir tamaşanın da hazırlanıb yeni quruluşda təqdim olunmasını əlamət-
dar hadisə adlandırıb. Keçən ilin sonlarında Cəlil Məmmədquluza-
dənin “Ölülər”, eləcə də Hüseynbala Mirələmovun “Vəsiyyət” əsərlə-
rinin müvəffəqiyyətli səhnə tamaşasından sonra “Almaz” pyesinin də 
fərqli səhnə tərtibatı, təcrübəli aktyor heyəti barədə fikirlərini bildirən 
akademik İsa Həbibbəyli müstəqillik işığında səhnəyə çıxarılan “Al-
maz” pyesinin yeni quruluşda təqdimatını ölkə teatrının daha bir uğu-
ru kimi səciyyələndirib.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə