152
üçün elə böyük zaman deyil. Amma yazıçının insanlara baxışının,
qəhrəmanlarına yanaşmasının dəyişilməsi
üçün kifayət edərdi bəlkə
də. Ancaq axı Anar özü də yaşını, zamanını qabaqlamış insandı. Və 40
il öncə yazdıqlarının indi də, bu gün də belə populyar olmasının, onun
özünün yazıçı kimi, ictimai xadim kimi aktuallığını itirməməsinin əsas
səbəbi budur. Təhminə 60-cı illərin qadını deyil, XXI əsrin qadınıdı.
Nemətin dərdi keçmişdə qalmayıb, indi də davam edir. Məmməd
Nəsirin içkibazlığının səbəbləri hələ də var. Məsələ zamanın, zəma-
nənin, mühitin durğunluğunda deyil. Məsələ insanın və onun zamanla
əbədi “ədavəti”nin dəyişilməməsindədi... Həm də yazıçının bunu necə
qələmə almasındadı...
“Ağ liman” Nemətin yuxusu ilə başlanır. Elə Nemətin yuxusu
ilə də bitir... Bir vaxt sürgün olunmuş valideynlərini görür birinci yu-
xusunda:
“Növbədə dayanan kişilər və qadınlar eyni rəngli boz zolaq-
zolaq pijama və xalat geymişdilər. Təkcə Nemətin əynində mavi rəngli
saya pijama vardı.
Adamlar ona məzəmmətlə baxırdılar.
Bu zolaq-zolaq adamların içində Nemət qərib və əcaib görü-
nürdü…”
[1, s. 7]
Müəllif sürreal elementlərdən, simvollardan istifadə edərək döv-
rün faciəsini göstərir; sürgünlər, zolaqlı pijamalılar, yaxası lövhəli
“xalq düşmənləri” və s. Yazıçı Nemətin qatma-qarışıq yuxusu vasitə-
siylə ilk baxışdan sürgün olunmuşları ifadə etsə də, əslində bu təsvirin
alt qatında ümumi mühitə işarə var. Hamının boz zolaqlı geyindiyi,
bir-birindən seçilmədiyi şəraitdə başqa “rəngdə” – sənsə əcaibsən, qə-
ribsən, tənhasan... Nemət də ona görə tənhadı...
Başqa olduğuna, boz
zolaqlı geyimli eyni adamlardan seçildiyinə görə.
“Ağ liman” və “Beşmərtəbəli evin altıncı mərtəbəsi” dilogiyadı
və bu əsərləri bir-birindən ayrı təhlil etmək mümkün də deyil. Birini
digərinin əvvəli, yaxud davamı da saymaq olmaz. Yazımın əvvəlində
qeyd etdiyim kimi hər şey,
bütün hadisələr eyni zamanda, eyni şə-
hərdə baş verir. “Ağ liman”ın hər bir bölümü həm ayrıca novelladır,
həm də ümumi bir süjetin tərkibidir. “Günlərin bir günü”, “İki bir”,
“Üçüncü”, “Təklik tilsimi” və s. hissələrin hərəsini kiçik nəsr əsərləri ki-
mi də təhlil etmək olar. Amma bunlar hamısı ümumi ideyanı ifadə edir.
Yazıçı özü bu əsərləri qısaca izah edir – “Azad olmayan cəmiy-
yətdə azad adamın yaşantıları...” Axı doğrudan da “palaza bürün,
elnən sürün”, “hamı necə sən də elə” düşüncəsiylə yaşayan, hətta
bunları məsələ, atalar sözünə çevirənlər aləmində başqalığın, fərqlili-
153
yin bədəli çox ağır olur. Və bütün olanlar – Nemətin, Təhminənin,
Zaurun, lap elə Məmməd Nəsirin də bəlası məhz bu fərqlilikdi...
“Ağ liman”da öz içindəki qapalı dairədə ilişib qalan əsas qəhrə-
man Nemətdir. Bu mənada əsərin ona aid
fəsillərində daxili mono-
loqların, keçmişdən hansısa fraqmentlərin çoxluğu, daha doğrusu, keç-
mişdə baş verən hadisələrlə bu günün, indinin bir-birinə “aman vermə-
məsi” təsadüf deyil. Bir az da dəqiq söyləsək yazıçının priyomudur.
Əsər Macarıstanda nəşr olunduqdan sonra «Könnüvvilas» («Ki-
tablar aləmində») həftəliyində çıxan resenziyada yazılmışdı:
Dostları ilə paylaş: