Azərbaycan miLLİ elmlər akademiyasi


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə57/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   53   54   55   56   57   58   59   60   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Pərvin NURƏLİYEVA 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
nuraliyevaparvin@gmail.com 
 
ANARIN “AĞ LİMAN” POVESTİ
ŞƏHƏR NƏSRİNİN NÜMUNƏSİ KİMİ
 
 
Açar sözlər:
“Ağ liman”, şəhər nəsri, psixologizmlər, xarakter 
Key words:
“White Port”, town prose, psychologysm, character 
Ключевые слова:
«Белая гавань», городская проза, психологизмы, 
характер
Zaman 60-cı illərdi, sovetlərin nəfəsliyi azca açıb azad havanı 
içəri buraxdığı vaxtdı. İnsanın özü haqda fikirləşməyə “icazə” veril-
diyi vaxtdı. Amma ən əsası ədəbiyyatın adi adamları düşünməyə
onların daxili aləmini, arzularını, sevgilərini, ümidlərini yazmağa baş-
ladığı vaxtdı... Və bu cür zamanda Anar üzdə adi, amma dərinliyinə 
endikcə qəlizləşən, fərqliliyi, qeyri-adiliyi üzə çıxan adamlardan yazır. 
Onların balaca şəhərdəki böyük ümidlərini, yaşantılarını, sıxıntılarını 
qələmə alır. Bu şəhərdə azad olan bircə dənizdi... Amma onu da 
“sahilləri sıxır”...
Dəniz dedi ki,
Sahillər sıxır məni... (Rəsul Rza)
Bu sahilin sakinləri “dənizi görməsələr belə varlığını hiss edir-
lər”, yuxularına girir dəniz... limanda durub qırmızı gəmilərə tamaşa 
edirlər, xəyallar qururlar... Zahirən həyat adi qaydada gedir... Amma 
nədən belə tənhadılar hamısı? Məncə, bu zəmanənin adamları deyillər, 
ona görə. Dənizin belə “sıxıldığı” mühitdə yaşayırlar, ona görə. Za-
manlarını qabaqlamış insanlardılar, ona görə...
9 yaşlı Nərgiz də, 24 yaşlı Təhminə də, 33 yaşlı Nemət də, mü-
hasib Səftər də, Məmməd Nəsir də hamısı təkdi, tənhadı... 
Müəllif “Ağ liman”ı 1965-ci ildə yazıb... Təxminən on il sonra 
isə “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni qələmə alıb. On il tarix 


152 
üçün elə böyük zaman deyil. Amma yazıçının insanlara baxışının, 
qəhrəmanlarına yanaşmasının dəyişilməsi üçün kifayət edərdi bəlkə 
də. Ancaq axı Anar özü də yaşını, zamanını qabaqlamış insandı. Və 40 
il öncə yazdıqlarının indi də, bu gün də belə populyar olmasının, onun 
özünün yazıçı kimi, ictimai xadim kimi aktuallığını itirməməsinin əsas 
səbəbi budur. Təhminə 60-cı illərin qadını deyil, XXI əsrin qadınıdı. 
Nemətin dərdi keçmişdə qalmayıb, indi də davam edir. Məmməd 
Nəsirin içkibazlığının səbəbləri hələ də var. Məsələ zamanın, zəma-
nənin, mühitin durğunluğunda deyil. Məsələ insanın və onun zamanla 
əbədi “ədavəti”nin dəyişilməməsindədi... Həm də yazıçının bunu necə 
qələmə almasındadı...
“Ağ liman” Nemətin yuxusu ilə başlanır. Elə Nemətin yuxusu 
ilə də bitir... Bir vaxt sürgün olunmuş valideynlərini görür birinci yu-
xusunda:
“Növbədə dayanan kişilər və qadınlar eyni rəngli boz zolaq-
zolaq pijama və xalat geymişdilər. Təkcə Nemətin əynində mavi rəngli 
saya pijama vardı. 
Adamlar ona məzəmmətlə baxırdılar. 
Bu zolaq-zolaq adamların içində Nemət qərib və əcaib görü-
nürdü…” 
[1, s. 7] 
Müəllif sürreal elementlərdən, simvollardan istifadə edərək döv-
rün faciəsini göstərir; sürgünlər, zolaqlı pijamalılar, yaxası lövhəli 
“xalq düşmənləri” və s. Yazıçı Nemətin qatma-qarışıq yuxusu vasitə-
siylə ilk baxışdan sürgün olunmuşları ifadə etsə də, əslində bu təsvirin 
alt qatında ümumi mühitə işarə var. Hamının boz zolaqlı geyindiyi, 
bir-birindən seçilmədiyi şəraitdə başqa “rəngdə” – sənsə əcaibsən, qə-
ribsən, tənhasan... Nemət də ona görə tənhadı... Başqa olduğuna, boz 
zolaqlı geyimli eyni adamlardan seçildiyinə görə.
“Ağ liman” və “Beşmərtəbəli evin altıncı mərtəbəsi” dilogiyadı 
və bu əsərləri bir-birindən ayrı təhlil etmək mümkün də deyil. Birini 
digərinin əvvəli, yaxud davamı da saymaq olmaz. Yazımın əvvəlində 
qeyd etdiyim kimi hər şey, bütün hadisələr eyni zamanda, eyni şə-
hərdə baş verir. “Ağ liman”ın hər bir bölümü həm ayrıca novelladır, 
həm də ümumi bir süjetin tərkibidir. “Günlərin bir günü”, “İki bir”, 
“Üçüncü”, “Təklik tilsimi” və s. hissələrin hərəsini kiçik nəsr əsərləri ki-
mi də təhlil etmək olar. Amma bunlar hamısı ümumi ideyanı ifadə edir.
Yazıçı özü bu əsərləri qısaca izah edir – “Azad olmayan cəmiy-
yətdə azad adamın yaşantıları...” Axı doğrudan da “palaza bürün, 
elnən sürün”, “hamı necə sən də elə” düşüncəsiylə yaşayan, hətta 
bunları məsələ, atalar sözünə çevirənlər aləmində başqalığın, fərqlili-


153 
yin bədəli çox ağır olur. Və bütün olanlar – Nemətin, Təhminənin, 
Zaurun, lap elə Məmməd Nəsirin də bəlası məhz bu fərqlilikdi... 
“Ağ liman”da öz içindəki qapalı dairədə ilişib qalan əsas qəhrə-
man Nemətdir. Bu mənada əsərin ona aid fəsillərində daxili mono-
loqların, keçmişdən hansısa fraqmentlərin çoxluğu, daha doğrusu, keç-
mişdə baş verən hadisələrlə bu günün, indinin bir-birinə “aman vermə-
məsi” təsadüf deyil. Bir az da dəqiq söyləsək yazıçının priyomudur.
Əsər Macarıstanda nəşr olunduqdan sonra «Könnüvvilas» («Ki-
tablar aləmində») həftəliyində çıxan resenziyada yazılmışdı: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə