Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə58/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   54   55   56   57   58   59   60   61   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

“«Ağ liman» povestinin üslubu da kinematoqrafa yaxın olan 
ifadə vasitələrilə səciyyələnir. Anar dialoq ustasıdır. Eskizvarı qısa və 
eyni zamanda ekspressiv, gərginləşmiş təsvir ustasıdır...” 
[2, s. 337] 
Məncə, əsərdə kino ab-havasını yaradan təkcə dialoqların canlı-
lığı deyil, həm də təsvirlərin dəqiqliyidir. Yazıçı mövzunu təbiətin, 
məkanın bitib-təkənməz təsvirləriylə uzatmır. Amma yuxarıda da 
qeyd olunduğu kimi eskizvarı təsvirlərlə bitkin “kadrlar” yaradır. Və 
burada əsas maraqlı məqam müqayisə imkanıdır. Əgər əsəri kino kimi 
qavrasaq, Nemətin keçmişinə aid kadrları rəngli, bu gününə aid təs-
virləri ağ-qara, hətta boz hesab etmək olar. Əslində zahirən indi Ne-
mət keçmişinə nisbətən daha rahatdı, daha zəngin həyat yaşayır. İşi, 
evi, arzuladığı qadını, ailəsi, uşağı, hər şeyi var. Amma Anarın nasir 
ustalığı da məhz bundadır ki, hər şeyi olan adamın “kasıblığını”, kim-
səsizliyini dəqiq göstərir. Rus tənqidçisi Dmitri Urnov “...Yaxud in-
versiya üzrə çoxmənalılıq” məqaləsində yazır:
“Anarın povesti «birdən düşünməyə» (ya «anlamağa») başlayan 
və öyrəşmədikləri bu əhvalın yükünü çəkən insanların müfəssəl təs-
virilə xüsusən maraqlıdır…” 
[2, s. 321] 
Nemətin “birdən düşünməyə” yaxud “anlamağa” başlaması elə 
yuxusuyla bağlı olur. Və bu günün bozluğundan, bayağılığından, maq-
nitofona yazılmış səslər kimi yeknəsəqliyindən iki xilas yolu var. Bi-
rincisi keçmiş, ikincisi Təhminə. Ona görə Nemət keçmişinin “pür-
rəngi çay” rəngində xatirələrinə qayıdır. Yadına salır olanları... Və 
Təhminəni potensial eşqi kimi, vurula biləcəyi qadın kimi düşünür.
“Müəllifin incə psixoloji duyğusu ondan görünür ki, Nemətlə 
Təhminə bir-birinə aşiq olmurlar”
[2, s. 146]. 
Macar tənqidçisi Zoltan İslainin “Ağ liman” haqqında məqalə-
sindən gətirdiyim yuxarıdakı fikir düşündürücü məqamlardan biridir. 
Əsərə orijinallıq gətirən detaldır. Artıq söylədiyim kimi, Nemət Təh-
minəyə aşiq ola, sevişə biləcəyi qadın kimi baxmır. İşıq kimi, sehr 
kimi baxır. O sehr ki, Nemət özü onu itirib. Bir vaxt kasıb tələbə 


154 
olduğu, Əsədin uşaqlarının dərslərinə kömək etdiyi, onun xanımı Sü-
rəyyaya vurulduğu zamanda qalıb o sehr. Nə zaman ki: 
“Havada baharın nəfəsi duyulurdu. Yaz gecəsinin nəfəsi. Bir 
fikir-hiss qəfil külək kimi Nemətin içində qopdu, bayraq kimi qəlbində 
dalğalandı: birdən-birə dərk etdi ki, Sürəyyaya aşiq olub. Bu kəşf da-
mardakı qan kimi təpədən topuğacan içini dolaşdı, dövran etdi
qızdırdı. 
… O gecə dar daxmasına getmədi. Səhərəcən küçələri hadırladı. 
Səhərəcən Sürəyya da onunlaydı”
[1, s. 114].
 
Onda kasıb idi, dar daxmada yaşayırdı, ailəsi, qadını, övladı, işi 
yoxdu... Amma onda xoşbəxt idi. Çünki içini limhəlim dolduran duy-
ğuları, qəlbində bayraq kimi dalğalanan sevgisi, arzuları vardı. Sə-
hərəcən küçələri hadırlaya bilirdi, azad idi... Və Sürəyya... Gecələrini 
əlindən alan, yuxusunu ərşə çəkən Sürəyya onda onunlaydı. Onda 
daha çox onunlaydı, nəinki indi, ər-arvad olanda... Əsədin qəfil ölü-
mündən sonra evlənmişdilər, bir qızları da olmuşdu, Nərgiz. Əsəddən 
də olan iki qızla, Karmenlə, Cildayla birgə böyük ailə olmuşdular. 
Amma tənha idi Nemət. Sehrini itirmişdi, mühitin qanunlarıyla yaşa-
mağa məcburdu, ona görə...
Müəllif dövrə aid bir çox gizli, aşkar qanunları, münasibətlər 
sistemini, davranış qaydalarını bir qonaqlıqla, Nemətin evindəki yı-
ğıncaqla çatdırır. Əslində o zəmanəyə aid şablon qonaqlıqlar – men-
yudan tutmuş sağlıqlara, söhbətlərə kimi hamısı təkrarlanan məclislər 
çox şeyi ifadə edir. Bəzi personajların xarakteri də elə bu məclislərdə 
açılır. “Ağ liman”da da, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə də 
bu cür səhnələrlə dövrə aid xarakterik məqamlar göstərilir. Amma 
“Ağ liman”da mühitin yeknəsəqliyini təkcə Nemətin evindəki qonaq-
lıq yox, həm maqnitafona yazılmış səslər ifadə edir. Sürəyyanın, Kar-
menin, Cildanın, balaca Nərgizin, Bikə xalanın təkrarlanan sözləri hər 
gün eyniylə təkrarlanan günlərin, həyatın əksidir. Nemətin həyatının 
əksi... Təhminənin məsləhətiylə dördüncü düymə vasitəsiylə maqni-
tafona yazılmış səsləri pozmaq olar... Amma! Mühit və onun ayrı-ayrı 
fərdləri dəyişilməyəcək, hər halda Nemətin həyatından “pozulmaya-
caq”... Nə qədər “bir də mən görsəm ki...” deyib təkrar eləsə də...
Bir sözlə, yazıçı bu mühit dediyimizi müxtəlif simalarda sim-
vollaşdırıb. Adi kuryerlikdən yüksək vəzifəyəcən gəlib çıxmış Dadaş, 
Sürəyyanın bacıları Ayla ilə Tahirənin ailələri, onu-bunu müzakirə 
etməkdən yorulmayan dost-aşna...
... Bir də Məmməd Nəsir!
Anar yaradıcılığının kefli İsgəndəri saymaq olar Məmməd Nəsi-


155 
ri. Heç vaxt evlənməyib, bir həsirdi, bir Məmməd Nəsir... orfoqra-
fiyanı dəfələrlə dəyişsələr də, onu işdən çıxarda bilməyiblər. İş deyən-
də ki, korrektor işləyir uzun illərdi... həyatda iki ehtirası var: nərd 
atmaq və vurmaq. Ən böyük arzusu isə gəmiyə minib Krasnovodska 
getməkdi. Əlbəttə, bala-bala vura-vura.
Yazıçı Məmməd Nəsirin simasında tənhalığın ayrı bir şəklini 
göstərir. Zahirən adidən-adi, hətta bəsit - sanki icazəylə gülən, qapıdan 
da üzr istəyən adamın daxilini, dərinliyini üzə çıxarır. Və məhz elə 
Kefli İsgəndərsayağı ağıllı ifadələrin Məmməd Nəsirin dilindən veril-
məsi heç təsadüfi deyil:

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə