Azərbaycan miLLİ elmlər akademiyasi


XVII ƏSR ANADİLLİ AZƏRBAYCAN



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə61/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   57   58   59   60   61   62   63   64   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 
XVII ƏSR ANADİLLİ AZƏRBAYCAN
ƏDƏBİYYATINDA TƏKBEYT JANRI
 
 
Açar sözlər:
qəzəl, qəsidə, müləmmə, mürəbbe, müxəmməs 
Key words:
ghazal, gasida, mulamma, murabbe, mukhammas 
Ключевые слова:
газель, касыда, муламма, мураббе, мухаммас
 
XVII əsr Azərbaycan poeziyasında əruz vəznli klassik janrlar-
dan qəzəl, qəsidə, müləmmə, mürəbbe, müxəmməs, müsəddəs, tər-
cibənd, tərkibbənd, məsnəvi, saqinamə, rübai, qitə ilə bərabər, təkbeyt 
də özünə yer almışdı. Məlum olduğu kimi, beyt klassik Şərq, o 
cümlədən Azərbaycan ədəbiyyatında əsas poetik nitq vahididir, iki 
misradan ibarətdir. Birinci misrası “sədr”, ikincisi “əcuz” adlanır. İki 
misranın bir beytdə birləşməsi üçün onların eyni vəzndə olması 
zəruridir. Klassik poeziyamızda bitkin bir fikri ifadə edən beyt Avropa 
poeziyasındakı şeirə bərabər hesab olunur [1, s. 89]. Əski Şərq kitab-
larında da beyt çox zaman “şeir” sözü ilə eyni mənada işlədilmişdir. 
Klassik ədəbiyyatda təkbeytlər ayrıca bir janrdır ki, bunlar da forma 
cəhətdən iki yerə bölünür: İki misrası həmqafiyə olan təkbeytlər 
“müqəffa”, “müsərra” və ya “mətlə”; misraları həmqafiyə olmayan 
təkbeytlər isə “müfrəd” və ya “fərd” adlanır. Qəsidə və qəzəllərin ilk 
həmqafiyə beytləri, qəsidələrin içindəki həmqafiyə beytlər də “mətlə” 
adlanır [2, s. 13]. 
XVII əsr şairlərimizdən Saib Təbrizi, Vəhid Qəzvini, Məczub 
Təbrizi, Səfiqulu bəy Səfi, Mürtəzaqulu Sultan Şamlu və Təsir 
Təbrizinin ana dilindəki təkbeytləri barədə məlumatımız vardır. Fars 


160 
dilində 120000 beyt həcmində əsərləri olan XVII əsrin böyük Azər-
baycan şairi Saib Təbrizinin (1601-1677) Məhəmmədəli Hüseyni 
tərəfindən tərtib edilmiş türkcə şeirlərinin elmi-tənqidi mətninə 18 
qəzəl, 1 təkbeyt daxil edilmişdir. Bu şeir Məşhədin Astane-Qüdse-
Rəzəvi kitabxanasında saxlanan 16474 nömrəli əlyazmadan götürül-
müşdür. İran alimi Məhəmməd Qəhrəman bu təkbeyti özünün tərtib 
etdiyi Saib Təbrizi əsərlərinin külliyyatına daxil etmişdir [3, s. 3673]. 
Şeirin başlığı və özü belədir: 
Dər məğlub şodəne Nədir Məhəmməd xan əz padşahe-Hind qofte şode 
(Hind padşahlarından Nədir Məhəmməd xanın məğlubiyyəti barədə 
deyilmişdir) 
Qəflətdən oldu Xosrovi-Turan zəbuni-Hind,
Hər kim gedər yuxuyə, qara onu tez basar [4, s. 26]. 
Məlum olduğu kimi Saib 1625-1633-cü illərdə Hindistanda ya-
şamış, bu ölkədəki ictimai-siyasi vəziyyətdən xəbərdar olmuşdur. 
Fikrimizcə, Nədir Məhəmməd xanın məğlubiyyətindən danışan şair 
yuxuya gedən şəxsi qara basmasından təsadüfi olaraq danışmır. Ola 
bilər ki, Nədir Məhəmməd xan ona qarşı təşkil edilmiş hücumdan 
xəbərsiz olmuş, Saibin təbirincə, yuxuda olmuş, buna görə də, məğ-
lubiyyətə uğramışdır, yəni onu qara basmışdır. Poetik mətndə fikrin 
hərfi deyil, məcazi mənada işlədilməsi məcaz poetik fiqurunun 
əlamətidir. Bundan başqa, misraları qafiyələnməyən bu fərddə təlmih 
sənətindən də istifadə edilib. Məlum olduğu kimi, tarixi hadisələrə, 
əsatir və əfsanələrə, ayə və hadisələrə, məşhur alimlərin əsərlərinə 
işarə edilməsi təlmih poetik fiqurunun əlamətidir. Şərq təsəvvürlərinə 
görə, türk, Turan ağ rəngi, Hind isə qara rəngi təmsil edir. Şeirdə türk 
mənşəli (Hindistanda XVI-XVII əsrlərdə türklər hakim idilər) Nədir 
Məhəmməd xanın Hindistanda məğlubiyyəti yatmış adamı qara bas-
ması və dolayısıyla qara rəngin ağ rəngə qələbə çalması ilə müqayisə 
edilib. Buradan Saibin Nədir Məhəmməd xana rəğbətlə yanaşdığını 
ehtimal etmək olar.
XVII əsrin görkəmli dövlət xadimi, şairi və tarixçisi Mirzə 
Məhəmməd Tahir Vəhid Qəzvininin əlyazması Berlin Dövlət Kitab-
xanasında Ms. orient fol. 3314-cü nömrə altında saxlanan, 1842 beyt-
dən ibarət türkcə divanında məsnəvi, qəsidə, qəzəl, qitə, nəzm və tək-
beytlər toplanmışdır. Buradakı əsasən aşiqanə və didaktik mövzularda 
yazılmış 102 təkbeytdən 64-ü mətlə, 38-i isə fərddir. Vəhidin təkbeyt-
ləri gözəl poetik tapıntıları, insanın, aşiqin ani ruhi halının təsvirini 


161 
məharətlə verə bilməsi ilə diqqəti cəlb edir. Şairin bir mətləsini nə-
zərdən keçirək: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə