Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə64/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   60   61   62   63   64   65   66   67   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

İnzivası nur kimi məşhur edərsə zahidi
Bir quru ağacı da yalqızlığı məşhur edər [5, s. 156].
Əgər zahid tənha bir guşəyə çəkilməklə məşhur olursa, onda 
tənha ağaclar da məşhur olmalıdır.


165 
Bizim şeyxə yəman göz birlə baxma, qədrini bilgil, 
Əgərçi şeyxdir zahirdə, batində brəhməndir [5, s. 109].
Bizim şeyxə yaman gözlə baxmayın, o, yalnız zahirdə şeyxdir, 
batində isə brəhməndir. Yəni riyakarlıqda ittiham olunacaq müsəlman 
şeyxi deyildir. 
Yəman görməz gözü, əlbəttə, hər kim zahidi görməz
Yəman hərgiz eşitməz kim ki, vaizdən xəbər sormaz [5, s. 164].
Zahidi görməyən pis şey görməz, vaizi eşitməyən pis söz eşit-
məz. Klassik ədəbiyyatımızda, o cümlədən XVII əsr şairlərinin özlə-
rinə ustad saydıqları Füzuli yaradıcılığında bu cür beytlər kifayət 
qədərdir.
Vəhidin həmişə ayıq-sayıq olmağı, düşmənə fürsət verməməyi 
məsləhət görən belə bir hikmətamiz-didaktik məzmunlu mətləsi vardır: 
Mərd əldən fürsətin, əlbəttə, verməz düşmənə, 
Tiğ tək ağzı olan arxa çevirməz düşmənə [5, s. 194].
İctimai məzmunlu təkbeytində şair zəmanədən, özlərinə qarşı 
münasibətdən narazı olan cəmiyyətin kamal sahibi, ziyalı təbəqəsinin 
adından belə yazır: 
Afəti çoxdur kəmalın, etmə təhsili-kəmal, 
Bal arısı tək evi olmaz ki, viran olmaya [5, s. 194].
Kamalın, elmin, savadın insana ziyanı çoxdur, ağıl-kamal qa-
zanmağa çalışma. Hamı üçün xeyirli işlə məşğul olan arının evi-pətəyi 
dəlik-dəlik olduğu kimi, kamallı adamın da evi viranəyə bənzər. 
XVII əsr Azərbaycan şairi Şərəfəddin Mirzə Məhəmməd Məc-
zub Təbrizinin (?-1682) divanının Leyden Universiteti Kitabxanasında 
və Qahirə Milli Kitabxanasında saxlanan əlyazma nüsxəsi əsasında 
onun ana dili irsi barədə fikir yürütmək mümkündür. Onun divanının 
Leyden nüsxəsinə 15 dini qəsidə, 95 qəzəl və qəsidə, 1 tərcibənd, 50 
rübai ilə bərabər 30 təkbeyt daxildir. Misraları qafiyələnən bu tək-
beytlər mətlədir. Şeirlərin başlığında da “Mətale” (“Mətlələr”) yazıl-
mışdır. Bu təkbeytlərdə şairin dünyagörüşü, şairlik məharəti özünün 
tam ifadəsini tapmışdır. Ümumiyyətlə, Məczub şeirlərini oxuyarkən 
ilkin nəzəri cəlb edən cəhət şairin həmin dövrdə Səfəvilər dövlətində 
gedən kəskin ideoloji mübarizədə rəsmi dövlət orqanlarının, barışmaz 


166 
şiə ruhanilərinin tərəfdarı olmasından, onun dini, məzhəbi təəssüb-
keşliyə qarşı çıxan “vüs`əte-məşrəb” və ya “vüs`əte-xülq” (“xarakter 
genişliyi”), “sülhe-koll” (“ümumi sülh”) ideyalarını təbliğ edən mütə-
rəqqi görüşlü ziyalılara qarşı amansız mövqe tutmasından ibarətdir 
(Qeyd edək ki, bu ideyalar “hind üslubu” şairlərinin, o cümlədən Saib 
Təbrizi yaradıcılığının ideoloji əsasını təşkil edir). Onun təkbeytlə-
rində bunu görürük. Bütün dinlərin, məzhəblərin, təriqətlərin sülhe-
kolla, ümumi sülhə gəlməsi ideyasına qarşı çıxan şair deyir: 
Sülhe-koll dinədür yəman nöqsan, 
Yaxşını yaxşı bil, yəmanı yəman [7, s. 147]. 
Məczubun kəskin tənqid hədəflərindən biri də IX əsrin ən 
məşhur sufi alimlərindən olan Bayəzid Bəstamidir (?-874). Şair bir 
mətləsində Bayəzid Bəstaminin Tanrıya üz tutaraq “sübhan” (“alqış”) 
deməsini zindiqə (dinsiz, kafir) şeytan kimi baş əyməyə bənzədir, 
bununla da ona qarşı dərin nifrətini ifadə etmiş olur: 
Zindiqə baş əyər şeytani, 
Başlar Bayəzid sübhani [7, s. 176].
Məczub mətlələrində də qatı şiə təəssübkeşi olduğunu vurğulayır: 
İki cəhan izzətiçündür nəmaz, 
Səcdə edər şiələri sərfəraz [7, s. 177]. 
Şairin hakim təbəqələrə üz tutub onları ədalətə çağırdığı 
mətlələri də vardır. O yazır ki, zalıma rəhm etməyin özü elə zülmdür: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə