Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə63/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   59   60   61   62   63   64   65   66   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Olma şüküftə gər bəni yandırsa dağlar, 
Pərvanə gər yanar isə, sönməz çırağlar [5, s. 148].
Yəni əgər məni bədənimdəki dağlar (cünunluq dağları eşqindən 
dəli olanlara vurulur) yandırsa, gül kimi çiçək açma, sevinmə. Mən 


163 
sevgilimin ətrafında fırlanan pərvanəyəm. Əgər pərvanə yanarsa (əs-
lində çıraq, şam yanmalı, pərvanə onun ətrafına dolanmalıdır), çıraq, 
şam heç vaxt sönməz. Gözlərimiz önündə qəribə, sürrealist rəsmləri 
xatırladan vizual obraz canlanır. Yanan pərvanələr başına dolandıqları 
çıraqdan bəlkə də daha parlaqdırlar!
Ümumiyyətlə, Vəhidin, onun bəzi müasirlərinin poetik axtarışla-
rı ilə XX əsrin ikinci yarısı şairlərimizin obraz, deyim, söz yaradıcılığı 
axtarışları arasında bir oxşarlıq vardır. Təəssüf ki, son dövrlərdə üzə 
çıxarıldığından XX əsr şairlərimiz bu nümunələrlə tanış ola bilmə-
mişlər. 
Aşiqin psixoloji durumunun təsviri Vəhid təkbeytlərində ən diq-
qətəlayiq cəhətlərdəndir. Şair bir mətləsində deyir: 
Düşmüşəm gözündən sənin, rəngim deyər əhvalımı, 
Zə`fdən nəqqaş həm müşkil çəkər timsalımı [5, s. 220].
Sevgilisinin gözündən düşmüş aşiq elə zəifləmişdir ki, nəqqaşın-
rəssamın onu görüb rəsmini çəkməsi müşkül məsələyə çevrilmişdir. 
Burada mübaliğə poetik fiqurunun kiçiltmə növündən məharətlə isti-
fadə edilmişdir.
Bir mətləsində şairin lirik qəhrəmanı yarının onun sözlərinə 
cavab vermədiyindən inciyir, sonra başa düşür ki, nahaq yerə inci-
yibmiş, sevgilisinin heç ağzı yox imiş ki, ona cavab da verə. Mübaliğə 
ilə deyilmiş ağzın olmaması, onun kiçikliyinə işarədir ki, bu da orta 
əsrlər poeziyasında, miniatürlərində gözəllik əlaməti hesab olunurdu: 
Yox dəhanı söz deyə, ondan əbəs mən küsmüşəm
Yar bitəqsirdür, mən böylə heçdən küsmüşəm [5, s. 177].
Vəhid şeirlərində mücərrəd anlayışlarla konkret anlayışları bir 
araya gətirərək orijinal poetik obrazlar yaradır: 
Bir nəfəs qafil degil məşuqə halimdən ki, bən 
Natəvanlıqdan degil mümkün ki, yadından gedim [5, s. 182].
Məşuqə hər an, hər nəfəs aşiqin halından xəbərdardır. Çünki aşi-
qin zəiflikdən sevgilisinin yadından, xatirindən çıxıb getməyə halı 
yoxdur. Bir beyt, mətlə bütövlükdə bir istiarə olmuşdur. 
Klassik ədəbiyyatda gözəlin qara saçları gecəyə bənzədilir. Bu 
obrazı Vəhid orijinal bir şəkildə işlətmişdir: 


164 
Halım görübən olmadı kutəh şəbi-hicran, 
Rəhm eyləmədi heç mənə bu saçı kəsilmiş [5, s. 16].
Ayrılıq gecəsi aşiqin halını görüb insafa gəlmədi, qısalmadı. 
İkinci misrada müəllif birdən-birə “bu saçı kəsilmiş mənə heç rəhm 
etmədi” deyərək oxucunu çaşqın vəziyyətə salır. Ayırd etmək olmur ki, 
“saçı kəsilmiş” gecəyə, yoxsa gözələ aiddir. Fikrimizcə, fikrin belə “iki-
başlı” deyilməsi müəllifin şeirini daha təsirli edən ədəbi priyomudur. 
Vəhid baharın gəlişinə aşağıdakı mətlələrini həsr etmişdir: 
Gəldi yaz, qızdı hava, dündən gərəkdir gül çıxa, 
Çünki dündən çıxdı gülü səngdən gərək bülbül çıxa [5, s. 199].
Novbahar olduvü divanəligim başlandı, 
Könlümün şişəsi ətfalı görüb daşlandı [5, s. 221].
İkinci şeirdə baharın gəlişi ilə aşiqin divanəliyinin yenidən baş-
lanmasından danışılır. Klassik poeziyada divanə aşiqin, Məcnunun 
uşaqlar tərəfindən daşlanması barədə çox yazılıb. Vəhidin lirik qəh-
rəmanı isə elə kövrəkdir ki, onun könül şüşəsi uşaqları gördükdə 
qəribsəyir, “daşlanır”. 
Şair fələkdən, dərdə əlac ummağın mənasızlığı barədə yazır: 
Umma gərdundan əlaci-zə`fi-tale, ey məriz, 
Çünki bu gög kağız içrə bu dəvayi-xas imiş [5, s. 166].
Yəni ey xəstə, taleyin zəifliyinə, bədliyinə, görə gərdundan, 
fələkdən əlac istəmə, çünki sənin xəstəliyin bu göy kağızda yazılan ən 
məxsusi dəvadır, nüsxədir. Xəstəliyinin dəvası elə bu xəstəlikdir. 
Klassik ədəbiyyatda geniş yayılmış mətləbdir ki, aşiqin dərdinin əlacı 
elə dərdin özüdür. Çünki o, məhz bu eşq iztirabları ilə xoşbəxtdir. Şair 
mavi səmanı xəstəliyin resepti (və ya cadu-pitisi) yazılan göy kağıza 
bənzətməklə istiarə poetik fiqurundan istifadə etmişdir. 
Vəhid riyakar din xadimlərini, zahidləri tənqid edən aşağıdakı 
təkbeytlər yazmışdır: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə