Azərbaycan miLLİ elmlər akademiyasi


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə71/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   67   68   69   70   71   72   73   74   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Sevinc KAZIMOVA 
Filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Dillər Universiteti 
sevinckazimova15@gmail.com
 
 
LİRİK OBRAZIN PSİXOLOJİ PORTRETİNİN TƏHLİLİ VƏ 
SOSİAL MÜNASİBƏTLƏRİN TƏSVİRİNDƏ DRAMATİZM
 
 
Açar sözlər:
qatil, qurban, vicdan, qisas 
Key words:
killer, victim, conscience, revenge 
Ключевые слова:
убийца, жертва, совесть, месть
İnsanın daxili aləminin açılmasında, onun ən dərin fikirlərinin, 
emosiyalarının izharında lirik nəsr əhəmiyyətli rol oynayır. Oxucu ilə 
birbaşa ünsiyyətin qurulması sanki müəllifin “etirafını” daha da asan-
laşdırır. Lirikanın əsas xüsusiyyətlərini saxlamaqla, ondan fərqli ola-
raq obrazı daha mürəkkəb, çoxplanlı, dinamik şəkildə təsvir etməyə 
imkan verir. İlk baxışdan süjetsiz görünsə də, qəhrəmanın xatirələ-
rinin, hisslərinin, düşüncələrinin əks olunduğu hadisələr zəncirinin xa-
rici mühitlə, həyat səhnələri ilə sıx bağlılığı əsərin bütövlüyünü, axıcı-
lığını, tamlığını əks etdirir. 
Epik süjetdən fərqli olaraq, burada metodiki ardıcıllıq və hadi-
sələrin gedişatının planlaşdırılması yoxdur, əvəzində əhval-ruhiyyənin 
gözlənilməz dəyişkənliyi, müxtəlif hissələr arasında zaman və məkan 
əlaqəsinin olmaması, tematik, emosional, müvəqqəti səhnələrin artı-
rılması və s. montaj prosesinin metodlarını xatırladır. Lirik nəsrin 
kompozisiyası, əsasən iki formada qurulur: səyahət haqqında lirik 
gündəlik; burada süjetin əsasını qəhrəmanın təəssüratları təşkil edir. 
Digəri isə lirik avtobioqrafiyadır ki, həyatın ən əhəmiyyətli keçidləri, 
yaddaşın ən parlaq xatirələri və ümdə hisslər bir yerə toplanaraq əsas 
surətin şüuruna, dünyaya baxışına çevrilir. 
“Lirikanı epik və dramatik əsərlərdən fərqləndirən xüsusiyyət-


183 
lərdən biri də hisslərin, duyğuların tərənnümüdür. Belə ki, epik və 
dramatik əsərlərdə təsvir, təhkiyə, mükalimələr əsas yer tutduğu halda, 
lirikada hisslərin, həyəcanların ani tərənnümü əsas tutulur. Eposda 
obyektiv həyatın təsviri, lirikada isə subyektiv düşüncə əsasdır. Liri-
kada da əsas obyekt epos və dramda olduğu kimi obyektiv gerçək-
likdir. Lakin burada gerçəklik daxili aləmdə subyektiv tərənnüm yolu 
ilə verilir” [1, s. 11]. 
İstənilən janrda yazılan əsər qeyd edilən xüsusiyyətləri daşı-
yırsa, onu lirik nəsr adlandırmaq olar. Müxtəlif üslubların vəhdətindən 
yaranan bu forma yazıçıya öz ideyalarını təqdim etmək üçün əlverişli 
mühit yaradır. “Lirikada bədii dərketmənin ən başlıca obyekti lirik 
əsəri yaradan müəllifin özünün xarakteri, onun ən əvvəl daxili aləmi, 
əhvali-ruhiyyəsi və həyata olan emosional münasibətidir” [1, s. 16]. 
Azərbaycan ədəbiyyatında lirik nəsrin örnəklərindən olan “Qi-
sas” romanı da detektiv janrda yazılmasına baxmayaraq, qəhrəman-
ların xarakterik xüsusiyyətləri, ayrı-ayrılıqda həyat hekayələri, fərqli 
düşüncə tərzləri, bir-birlərinə olan münasibətləri və təsirləri lirik-
poetik şəkildə təqdim olunur. Cinayət və cinayətkar probleminə yeni 
bir estetik yanaşma əsərdəki surətlərin psixoloji portretlərinin təsviri 
ilə çulğaşaraq fərqli bir lirik nəsr nümunəsi yaradır. Romanın fabulası, 
süjetdənkənar elementləri, lirik-fəlsəfi psixologizmi bədii materialı 
daha da zənginləşdirir. Yazıçı Tahir Kazımovun “Qisas” romanının 
janr xüsusiyyətlərindən söz açarkən, onu psixoloji, sosial-dramatik bir 
əsər kimi dəyərləndirmək daha doğru olar. Əsərdə təsvir olunmuş 
obrazlar bir-birindən kəskin fərqlənən sosial təbəqələşmənin nüma-
yəndələridir. “Çirkli pullar”, qeyri-qanuni yollarla əldə edilən sərvət 
bu insanların mənəviyyatını dəhşətli deqradasiyaya uğradır, əxlaqi 
dəyərlər, cəmiyyətin normal davranışı, yaşam tərzi mənasını itirir. 
Onlar müəyyən zaman dönəmində özlərini nə qədər rahat hiss etsələr 
də, zahiri təmtərağını qoruyub saxlamağa çalışsalar da, taleyin fəlakət 
qılıncı onların başı üstündə hazır dayanır... Hadisələr dərin drama-
tizmlə inkişaf etdikcə faciələrə səbəb olanların, başqalarının bədbəxt-
liyi, talesizliyi, uğursuzluğu təməlində öz dəbdəbəli, şan-şöhrətli gü-
zəranlarını qurmaq sevdasına düşənlərin dəhşətli sonluqla bitən talelə-
rinin şahidi oluruq. Bu məntiqi sonluq həyatın öz dialektikasından 
doğur: heç bir əməl nəticəsiz qalmır. İnsan öz əməllərinə görə nə vaxtsa 
qanun, cəmiyyət və ən əsası vicdanı qarşısında cavab verməli olur. 
Əsərin əsas qəhrəmanı Zülfiyyənin Feyruzla görüşməsi, özün-
dən xeyli yaşlı olan bu insanı dərin bir məhəbbətlə sevməsi – onu 
əxlaqsızlıq bataqlığından xilas edib həyatın ən gözəl anlarını bəxş etsə 


184 
də, yaşamaq eşqini yenidən oyandırsa da, bu, sonda Zülfiyyənin 
iztirablarının, həyat dramının davamı olur… “Qisas” romanındakı bu 
məqamlar, həmçinin bir sıra mətləblərin, düyünlərin peşəkarcasına 
açılması, hadisələrin ardıcıllığının məharətlə sıralanması əsərin təsir 
gücünün daha da artmasına şərait yaradır. 
Əsərin əvvəlində təsvir olunan Feyruz obrazı kimi təqdim olun-
muş şəxsin prototipi azərbaycanlı deyil, yəhudidir. Bir çox xəsarətlərlə 
qətlə yetirilmiş Feyruzun istintaq zamanı araşdırmalar aparılarkən, bir 
qadınla yaşadığı da müəyyən olunur. Həmin qadının şöbədə olarkən 
sorğu-sual zamanı dediyi: “İlahi... O, məni həyata qaytarmışdı, yeni 
həyat vermişdi, məni paklaşdırmışdı, adamlar arasına çıxarmışdı, in-
sanlara məni tanıtmışdı... İlahi, o, öz ölümü ilə məni yox etdi, öl-
dürdü...” [2, s. 55] – sözləri ilə yazıçı “mənəvi bataqlıq”dan xilas edil-
miş Zülfiyyə obrazını canlandırır. Zülfiyyənin timsalında müəllif əsər-
də bədii sözün qüdrətini ucaldır, fəlsəfi fikirlərini irəli sürür. 
Əsərdə ilk diqqəti cəlb edən insanların bir-birinə qarşı olan qi-
sasçılıq hissidir. Əslində əsəri diqqətlə oxuduğumuz zaman aydınlaşır 
ki, roman təkcə bir qrup insanların bir-birindən qisas almaqla cinayət 
törətdiklərindən yox, həm də yaşayış, həyat tərzinə görə talelərinin 
onlardan qisas aldığından bəhs edir. 
Romandakı süjetlər, əsasən, qisas üzərində qurulur. Hər bir ob-
raz öz həyat tərzinə, səhvinə görə mənəvi və fiziki qisas cəzasına 
məhkum olunur. Bununla yazıçı onu göstərmək niyyətindədir ki, hə-
yatda etdiyimiz bütün hərəkətlərlə öz gələcəyimizi yazırıq. Həyat 
bizdən yalnız qurban verməyimizi tələb etmir, həm də etdiyimiz səhv-
lərə görə nələrisə alır. Aldıqları canımızı o qədər yandırıb-yaxır ki, 
gözümüzü açıb nəyin doğru, nəyin yanlış olduğunu anlamırıq. Səhv 
ardınca səhv edirik. Bəzən isə etdiklərimizin cəzasını biz yox, əziz-
lərimiz, sevdiklərimiz çəkir, onlar ödəyir. Bu, bizi daha da incidir. 
Ancaq kimlərinsə səhvlərinin cəzasını ödəyən insanlar, bütün bu acı-
lara dözənlər gün gələr həyatın sınaqlarından çıxar, dərdləri azalar. 
Əsərin süjet xəttinə baxdıqda bunun şahidi oluruq. Hadisələr 
Xocahəsən qamışlığında tapılan meyitin şəxsiyyətini dəqiqləşdirmək
cinayətin üstünü açmaq üçün gedən araşdırmalarla başlanır. Hadisə-
lərin düyün nöqtəsi mayor Kərimovun Zülfiyyəylə söhbətidir ki, ci-
nayətin necə törədilməsi ilə bağlı ilkin təsəvvürlər dəqiqləşdirilir. 
Burada Zülfiyyənin sevgisinin böyüklüyünün, eyni zamanda onun 
kədərinin şahidi oluruq. Zülfiyyənin gündəliyini Kərimova verməsi, 
onun və sevdiyi insanın həyatı ilə bağlı olan tükürpədici məqamlar 
əsərin kulminasiyasını təşkil edir. Qatilin kimliyinin bilinməsi ilə 


185 
Zülfiyyənin xəstəliyinin artması, əməliyyat olunması, düyünlərin açıl-
dığı hissədir. Final isə Xanların məktub yazaraq özünü faciəvi şəkildə 
öldürməsi ilə nəticələnir.
Əsərdə baş verən hadisələr həyatla birbaşa əlaqədə olub, hər 
birimizi maraqlandıran məsələlərə toxunaraq maraqlı şəkil alır. Yaşı-
nın yeniyetmə illərində istəməsə belə əxlaqsız yola düşmüş, ləyaqətsiz 
həyat sürmüş Zülfiyyənin bütün ətrafı, yaxınları, hətta tanımadığı 
adamlar tərəfindən qınaq obyektinə çevrildiyini görürük. Bizim cə-
miyyətdə də bu cür hallara tez-tez rast gəlmək mümkündür. Bütün bu 
qınaqlar insanların mənəvi alçalmalarına, yaşamına, həyata qarşı is-
təklərinin, ümidlərinin qırılmasına səbəb olur. Belə bir aforizm var: 
“İnsanları maraqlandıran sənin ağrı-acın, göz yaşların deyil, etdiyin 
səhvlərdir”. Bu, həqiqətən də belədir. Bəzən heç kəs bizim nə qədər 
acı çəkdiyimizi görməz, onlar bizim etdiklərimizlə maraqlanarlar, da-
xili dünyamızla, həyatın bizə verdikləri ilə yox... Bu səbəbdən idi ki, 
Zülfiyyə özünü xilas etmək üçün addım atmır. Lakin yazıçı ümidsiz-
liyə qapılmır, həyatda Kərimov, Vəli kimi insanı başa düşən şəxslərin 
olduğunu vurğulayır. Bununla da çətinliklər qarşısında dayanma gücü 
verə biləcək, həyat işığı ola biləcək insanların da olduğunu göstərir.
Romanı detektiv tipli əsərlərdən fərqləndirən əsas cəhət burada 
millilik hisslərinin qabardılmasıdır. Burada milli mentaliteti təbliğ 
edən başlıca obraz Xanlar kişidir. Qatil olmasına baxmayaraq, yazıçı 
bu obrazı gözdən salmır, obraza öz milli fikirlərini köçürərək, onu tam 
mənfi hesab edilməkdən çıxarır. Beləliklə, Xanlarov obrazı bütünlük-
də milli mentalitetin dili ilə desək, gözümüzün qarşısında qorxmaz, 
igid bir cəngavəri canlandırır. Sonda o, ədalətdən qaçmır, qatil olsa 
belə yalan danışmır, hər şeyi bir məktubla izah edir. Əsər boyu onun 
xətalarının ucbatından törədilən qisaslar insanların həyatına bais olsa 
da, Kərimova son məktubda yazılan izahatnamə ilə Xanlar obrazı tam 
mənfi bir obraz kimi təqdim edilmir. Etdiklərinin qızının və nəvəsinin 
həyatında hansı izlər buraxdığını görən Xanlarov onları daha dəhşətli 
oyunlardan qoruyur və sonda özü üçün ölümü seçir.
Əsərin əsas qəhrəmanı isə polis mayoru Kərimovdur. Müəllifin 
bu obrazı daxili bir vurğunluqla, insani keyfiyyətlərinə, xarakterindəki 
bütün müsbət xüsusiyyətlərinə görə rəğbətlə yaratdığı ilk anlardan 
aydın olur. Bu hisslər oxucunun da ruhuna hakim kəsilir. Təsadüfi 
deyil ki, həm dəhşətli zorakılığa məruz qalmış Zülfiyyə, həm də elə 
qatı cinayətkar Xanlar Xanlarov polis zabiti Kərimovun vicdanlı bir 
insan olduğuna qəti əminliklə, daxili bir inamla öz sirlərini başqa 
kimsəyə deyil, məhz ona etibar edirlər. 


186 
T.Kazımov Zülfiyyə obrazının daxili dünyasını açmaq üçün 
Kərimova “Xatirə dəftəri”ni vərəqlədir. Gündəliyi oxuduqdan sonra 
hadisələrin mərkəzində olan zavallı qızcığaza daha da acıyır. Onun 
yazdıqlarından, hisslərindən, sevgisinin gücündən təsirlənən mənəvi 
xilaskara çevrilən Kərimov Zülfiyyəyə əlindən gəldiyi qədər, hətta 
ondan daha artıq kömək edir, yardım əlini uzadır. 
Əsərdə baş verən bütün hadisələr Zülfiyyə obrazı ilə bağlıdır. 
Yazıçı oxucunu mürəkkəb həyat ziddiyyətlərinin girdabında boğul-
maqda olan, qurtula bilməyən Zülfiyyənin faciəli həyatı, acınacaqlı 
taleyi ilə tanış etdikcə, oxucu onun həyat dramının səbəblərini ay-
dınlaşdırmağa çalışır. Bu gənc qızın taleyinin uğursuzluqları sanki 
əvvəlcədən proqramlaşdırılmışdır. Lakin kim tərəfindən, necə, nəyə 
görə? Zülfiyyənin bədbəxtliyinin, addım-addım gözqaraldan uçuru-
mun kənarına yaxınlaşmasının baiskarı kimdir, bu suallara cavab tap-
maq müşkülə çevrilir. Bu müəmmaların aydınlaşdırılması həm orqan 
işçiləri, həm də elə Zülfiyyənin özü üçün heç də asan olmur.
Düşdüyü çətinliklərdən çıxış yolunu Kərimovda görən Zülfiyyə, 
onu mənəvi xilaskarı hesab edir. Öləcəyini sandığı anda Kərimova 
məktub yazaraq qızını ona əmanət edir. Bu adamın qızına sahib çıx-
masını, onu övladı kimi böyütməsini istəyir. İstəyir ki, qızı Güney 
sahibsiz qalmasın, mehriban, tam bir ailə mühitində sağlam bir gənc 
kimi yetişsin. Onun mənəvi xilaskarı hesab etdiyi insan həqiqətən Zül-
fiyyəni uçurumun, sözün əsl mənasında düşdüyü çarəsizlikdən çıxarıb 
xoşbəxtliyin yolunu göstərir. Zülfiyyə əslində Kərimovu sevdiyini, 
evli olan xilaskarına vurulduğunu hesab edir. Lakin yazıçının obrazlar 
üçün seçdiyi gələcək həyat bu şəxslər üçün daha əlverişli olur. Belə 
çətin vəziyyətdə müəllif başqa, yeni bir obraz canlandırır və bununla 
da hər şey öz qaydasına düşür. Vəli Kərimovun məsləhəti ilə Zülfiyyə 
ilə görüşür, yaxınlıq edir, tanıdıqca onu sevir. Yazıçı “Qisas”ın da-
vamı kimi yazılmış “Mənəvi xilaskar” hissəsində xoşbəxt bir ailənin 
təməlini təsvir edir. Zülfiyyə də sonda haqqı olan xoşbəxtliyi, mehri-
banlığı tapır və əsərdə təsvir olunan ən möhtəşəm hissələrdən, duy-
ğusal anlar yaşadan parçalardan bir hissəsi Zülfiyyənin xatirə dəftə-
rində, gündəliyində əks etdirilir. Yazıçının dediyinə görə bu hissə öz 
bədii təxəyyülünün məhsuludur.
Tahir Kazımov qəhrəmanlarının mənəvi-psixoloji portretini çox 
incəliklə, hər surətin özünəməxsus cizgilərini ustalıqla təsvir etməyi 
bacaran bir yazıçıdır. O, istər mayor Kərimov, istərsə də faciəli tale-
yinin acılarını yaşayan Zülfiyyə olsun, hər birinin psixoloji fərdiliyini, 
xarakterini, fərqli çalarlarını ustalıqla yaradır. Zavallı qızın iztirab-


187 
larını, qəlbində tüğyan edən təbəddülatı onun öz sözləri ilə təsvir et-
diyi gündəliyində oxucunun diqqətinə çatdırır. Zülfiyyə qısa həyat 
tarixçəsinin ağrılı-acılı günlərini gündəliyinə etibar edir, heç kimə 
demədiklərini, anasından belə gizlin saxladıqlarını, onu üzüb haldan 
salan xatirələrini ağ vərəqin yaddaşına köçürür, nə vaxtsa Feyruzun bu 
gündəliyi oxuyacağına, onun keçmişi, faciəli ömür yolu barədə dolğun 
məlumatı olacağına ümid edir. Bəlkə o zaman Feyruz onun günahsız-
lığına inanacaq, alçaq niyyətli, rəzil insanların əxlaqsız mənəviyyatı-
nın qurbanı olduğuna əmin olacaq... 
Müəllifin romana daxil etdiyi Rəhman, Raya obrazları əvvəldən 
sona qədər əsərdə rəzalət rəmzi kimi hər yerdə əxlaqsızlıq, mənəviy-
yatsızlıq toxumu səpməklə məşğuldurlar. Raya, Rəhman və onun dost-
larının eyş-işrət məclisləri üçün gənc qızları tora salmaqla məşğuldur. 
Sayı-hesabı bilinməyən neçə qız-gəlin Rayanın qurbanı olur. Zülfiyyə-
nin gündəliyi ilə tanışlıqdan sonra Kərimov cinayətin Zülfiyyə ilə 
bağlı hissəsini aydınlaşdırır.
Hələ 4 il əvvəl – 14 yaşlı Zülfiyyə dərsdən qayıdan zaman qar-
şısında bir maşın dayanır, içəridən boylanan kişi mehribanlıqla soru-
şur: “Ülviyyənin qızısan?”. Qızın “Bəli” cavabını eşidib təklif edir: 
“Otur, evinizə aparım. Ananı tanıyıram, yaxşı qadındır” [2, s. 108]. 
Rəhmanın anasını tanıdığını söyləməsi, həm də onu tez-tez kitab-
xanaçı Raya ilə gördüyündən Zülfiyyə heç nədən şübhələnməyib 
maşına əyləşir. Rəhman maşını şəhərdən kənara sürür, qamışlıq bir 
yerdə saxlayır, bu gözdən uzaq, xəlvət yerdə köməksiz qızın namu-
sunu ləkələyir. Sonra da onu hədələyir: “Bu barədə bir kimsəyə söz 
desən anasız qalarsan” [2, s. 109]. Cismən və mənən sarsılmış qızcı-
ğaz anası üçün qorxduğundan yaxınlarına və hüquq mühafizə işçi-
lərinə məlumat verə bilmir. Bir neçə gün sonra Rəhmanın usta adı ilə 
evlərinə göndərdiyi cavan bir oğlan da qızın başına eyni oyunu açır. 
Artıq bakirəliyini itirmiş, geriyə yolu qalmayan qızı salonuna cəlb 
etmək üçün Raya hərəkətə keçir. Onunla yaxınlıq edir, mehribançılıq 
göstərir və bir gün özü ilə bərabər yaşadığı villaya gətirir. Buranın 
əxlaqsız bir yuva olduğunu başa düşən və qaçmaq istəyən Zülfiyyəni 
zərbə ilə vuran Raya onu taleyi ilə barışıb, deyilənlərə əməl etməsini 
məsləhət görür. Əks təqdirdə, onu bütün şəhərdə biabır edəcəyi ilə 
hədələyir. Beləliklə, Zülfiyyə Rayanın mənəviyyatsızlıq zindanında 
Rəhmanın haqsız-hüquqsuz quluna çevrilir.
Az sonra hər şeyi planlaşdıran Rəhman artıq məqamın yetiş-
diyini düşünərək, Rayanın vasitəsilə Feyruzu villaya qonaqlığa dəvət 
edir, burada onun Zülfiyyə ilə tanışlığı üçün şərait yaradır. Feyruz isə 


188 
qıza qarşı heç bir kobudluğa, əxlaqsız hərəkətə yol vermir, əksinə, 
gətirib evlərinə yola salır. Bir müddət sonra onlar görüşürlər. Feyru-
zun diqqət və qayğısından çox məmnun olduğundan özünü azad, 
xoşbəxt insan, sevilən bir qadın kimi hiss edir. Daha Zülfiyyənin 
həyatında onu gündə bir kişiyə satan Raya, onun mənəvi əzablarının 
baiskarı, faciə bataqlığına sürükləyən Rəhman yoxdur. Feyruz Rayaya 
bir daha Zülfiyyə ilə görüşməyi qadağan edir. Bir müddət sonra 
Zülfiyyə Feyruzun onun ürəyini fəth etdiyini anlayır, aralarında ya-
xınlıq olmasa da, artıq onları sevgi telləri öz cazibəsinə çəkir, qəlbi 
həsrətlə çırpınan qız bir an belə onu xəyalından çıxara bilmir, ayrı-
lığına dözmür. Və günlərin birində hər ikisi suya həsrət təşnələr kimi 
bir-birlərinə qovuşurlar... 
Yazıçı mahir bir süjet ustadı kimi oxucunu əsərin kulminasi-
yasına hazırlayır. Artıq bizə elə gəlir ki, əsərin qəhrəmanları ilə bağlı 
bütün sirləri aydınlaşdırmışıq, daha qaranlıq bir məqam qalmamışdır. 
Elə əsərin bu yerində məlum olur ki, baş verən hadisələr barədə bütün 
təfərrüatları bilmirik. Mayor Kərimov cani Xanlar Xanlarovun izinə 
düşmək, onu yaxalamaq üçün son vasitə kimi Rayanın köməyindən 
istifadə etməyi qərara alır. Bu zaman gözlənilməz hadisə baş verir: 
anonim zənglə Rayanın evinin “bataqlıq” olduğu aşkar edilir, əxlaq-
sızlığa cəlb edilmiş neçə qız-gəlin biabırçılıqla polis idarəsinə aparılır. 
Rəhmanın əmrlərinə tabe olan, iyrənclikdə, qəddarlıqda heç də geridə 
qalmayan Raya da həyatın rəzil insanlardan aldığı qisasdan yan qaça 
bilmir, Təkcə Zülfiyyəni deyil, bir çox saf, məsum qızları aldadaraq 
əxlaqsızlığa sürükləyən Raya günahsızların ahına tutulur. Ana olandan 
sonra etdiklərinə görə nisbətən peşman olsa da, içdiyi spirtli içkilər, 
qəbul etdiyi narkotik dərmanların nəticəsində düşdüyü quyudan çıxa 
bilmir, əksinə, daha da bataqlığa yuvarlanır. Dərmanların və içkinin 
aludəçisinə çevrilmiş Raya dəli olur. Gecənin bir aləmində körpəsinin 
üşüdüyünü zənn edərək əvvəlcə onu qaynar ütü ilə ütüləmək istəyir, 
sonra nə fikirləşirsə, qaynar su ilə dolu vannaya ataraq öldürür. Özü-
nün son yeri isə dəlixanada uşağını yatırtmağa çalışan ruhi xəstə kimi 
təsvir edilir. 
Öz taleyinin qisasına məruz qalanlardan biri də Xanların oğlu 
Feyruzdur. Feyruz atasını anasının ölümündən sonra dərhal unutmuş, 
həbsxanaya isə yalnız atasının gizlətdiyi qızılların yerini öyrənmək 
üçün getmişdi. Feyruz atasının ölüm xəbərindən sonra həbsxanaya 
meyiti götürmək üçün çağırılsa da, oraya ayaq basmamışdı. Atasının 
sağ olduğunu bildikdə, olub-keçənləri həyatından silmək üçün onu 
aradan götürtmək istəmişdi. Amma həyat ondan öz qisasını atasının, 


189 
doğmasının vasitəsilə alır. Yaşadığı hər mənəviyyatsız ilə görə – 48 
yaşında vurulan 48 bıçaqla öldürülür. Əsərdəki obrazların həyatları, 
niyyətləri, bütün mətləbləri Feyruzun ölümü üçün aparılan istintaq za-
manı oxuculara məlum olur. Fırıldaqçı adamların özü kimi də fı-
rıldaqçı dostları olar. Pula görə, daha da varlanmaq arzusuna görə 
Viktor dostunu satır, hətta onun ölümündə yaxından iştirak edir. 
Yazıçı bu obrazlar vasitəsilə Xanlardan fərqli olaraq tam mənfi planda 
əks olunmuş Feyruzun, Rəhmanın, Mirzənin, Viktorun, Rayanın belə 
cəzalarına çatmalarını göstərir. Müəllif bununla demək istəyir ki, hə-
yat heç nəyi qarşılıqsız qoymur, hər kəsi yeri və zamanı gəldikdə öz 
layiqli cəzasına çatdırır. Rəhmanın, Feyruzun bıçaqla öldürülməsi, 
Mirzənin güllələnməsi, Viktorun qalan ömrünü həbsxanada, Rayanın 
isə ruhi xəstəxanada keçirməsi bu fikirlərin heç də yanlış olmadığı qə-
naətinə gətirir insanı...
Bir neçə gün sonra isə növbətçi, mayor Kərimova sarışın saçlı 
bir oğlanın onun üçün məktub qoyduğunu bildirir. Məktub axtarışda 
olan Xanlar Xanlarov tərəfindən göndərilir. Burada istintaqı maraq-
landıran bütün sualların cavabı öz əksini tapır. Xanlar “İzahat” – mək-
tubunda hər şeyi etiraf edir və Kərimova ithafən yazır ki, “...nə yazı-
ramsa, xahiş edirəm hamısına inanasınız. Sizə böyük hörmətim var. 
Mənə inansanız, ruhum şad olar və nisgilli getmərəm...” [2, s. 193] 
Beləliklə, Xanların məktubundan məlum olur ki, Rəhman binamus bir 
adam olduğundan həbsxanada onu cəzalandırıblar. Qisas almağı 
düşünən Rəhman isə Xanların on dörd yaşlı qızı Zülfiyyəni çirkaba 
saldıqdan sonra, qisasını daha da dəhşətli etmək üçün Zülfiyyəni 
Xanların yeganə oğlu Feyruzla tanış edib, insanlığa, kişiliyə yaraş-
mayan bir yolla amansız qisas alır. Buna görə də Xanlar onun hök-
münü verir, bıçaqla öldürüb meyitini zibilliyə atır. Eyni zamanda 
yeganə oğlu Feyruzu da öldürdüyünü etiraf edir. “Feyruz oğul kimi 
mən atasına qarşı naxələf, nankor, xain çıxdı, məni mühakimə edir-
dilər, o isə məndən pulların yerini soruşurdu. Ölüm hökmünü 15 illə 
əvəz etdilər, teleqram vurdum ki, atan ölüb, gəl meyitimi apar, ancaq 
gəlmədi” [2, s. 195]. Xanlar yeganə oğlunu da xüsusi amansızlıqla öl-
dürdüyünü etiraf edir. Məktubunun sonunda Kərimovdan Zülfiyyədən 
muğayat olmasını, qayğısına qalmasını xahiş edir... Bir gün sonra isə 
Xanlar bağ evində, qızının gözləri qarşısında özünə qarşı dəhşətli 
ölüm hökmünü icra edir... 
Beləliklə, romanın hər bir surətində cəmiyyətin tipik insanları-
nın ümumiləşdirilmiş obrazını yaradan müəllif lirik nəsrin poetik-
liyindən məharətlə istifadə edərək bitkin bir süjet ərsəyə gətirib. Eniş 


190 
və yoxuşları ilə oxucunu intizarda saxlayan əsər bəşər övladının əsl 
üzünü, dərin düşüncələrini, ədalət naminə mübarizəsini əks etdirir, 
yaddaşda uzun müddət silinməyəcək izlər buraxır. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə