Azərbaycan miLLİ elmlər akademiyasi


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə73/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   69   70   71   72   73   74   75   76   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Sevil HƏSƏNOVA 
Pedaqoji elmlər üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
 
HÜSEYN CAVİD YARADICILIĞI VƏ SOVET
MƏTBUATININ NƏZƏRİ
-
METODOLOJİ PRİNSİPLƏRİ
 
 
Açar sözlər:
sovet dövrü, ictimai məzmun, ədəbi proses, tənqid, tədqiqatçı, 
ideoloji münasibət, metodoloji münasibət, ədəbi tənqid 
Key words:
soviet period, social content, literary process, criticism, 
researcher, ideological attitude, methodological attitude, literary criticism 
Ключевые слова:
советский период, общественное содержание, лите-
ратурный процесс, критика, исследователь, идеологическое отношение, мето-
дологическое отношение, литературная критика
Azərbaycan nəzəri-estetik fikir tarixinə özünəməxsus uğurları, 
ziddiyyətləri və faciələri ilə daxil olmuş zəngin dövrlərdən biri 1920-
30-cu illərdir. XX əsrin ilk on illiyində vüsət almış intibah milli 
ideologiyanın formalaşması ilə – yəni Azərbaycan Xalq Cümhuriy-
yətinin qələbəsi ilə başa çatdı. Azərbaycanda milli dövlətin süqutu və 
bolşevik işğalı ilə başlanan 1920-30-cu illər isə Azərbaycan nəzəri-
estetik fikir tarixinə çox ziddiyyətli, mürəkkəb mərhələ kimi düşdü.
1920-ci illərin ortalarından, 1940-cı illərin sonlarına kimi 
Hüseyn Cavid yaradıcılığı və şəxsiyyəti ilə bağlı yazılan çoxsaylı 
ədəbi-tənqidi, elmi, bədii-publisistik məqalələr, resenziyalar, rəylər 
birmənalı olaraq H.Cavid yaradıcılığında “ziddiyyət” axtarışında olub. 
Kimi 1926-cı ildən sonra H.Cavidin yaradıcılığında “ciddi dönüş 
olduğunu” iddia edib, kimi də “yeni quruluşa qarşı biganəliyindən” 
şikayətlənib. Təbii ki, bu dövrün ideoloji və metodoloji prinsiplərin-
dən irəli gələn bir hal idi.
Sovet ideologiyasına uyğun olaraq ölkədə ədəbiyyat, mətbuat, 
bütövlükdə ədəbi proses siyasətə meyilləndiyi bir zamanda “ədəbi 


192 
proses ədəbi qanunlarla yox, siyasi göstərişlər, mülahizələr əsasında 
işləməyə başlayır” [1, s. 39]. Sovet dövründə ədəbiyyat, mətbuat siya-
si şərtlər altında inkişaf etdiyinə görə bütövlükdə ədəbi proses ideoloji 
çərçivədə fəaliyyət göstərib və bu dövrdə baş verən hadisələrə mövzu 
baxımından təsir göstərən faktorlar (məsələn, kollektivləşmə, sənaye-
ləşmə, Stalinin ölümü ilə siyasi hakimiyyətdəki dəyişikliklər və s.) 
mühüm rol oynayırdı.
Görkəmli yazıçı E.Əfəndiyevin fikrincə: “Dünya ədəbiyyatı tari-
xində siyasət, rəsmi ideologiya heç bir ədəbi cərəyana sosrealizm də-
rəcəsində müdaxilə etməyib. Bu cəhətə biz 30-40-50-ci illərin kon-
tekstindən baxsaq, o zaman həmin siyasi müdaxilə, eyni zamanda in-
zibati müdaxilə, ağır, sarsıdıcı fiziki və mənəvi zərbə idi” [2, s. 64] ki, 
bu zərbəyə daha çox milli ruhlu yazarlarımız məruz qaldı.
20-ci yüzilin, xüsusən də 1920-30-40-cı illəri Azərbaycan ədə-
biyyatının və mətbuatının “sıx sosialist realizmi (sosrealizm) ədəbi 
metodu ilə bağlı olan” dövrüdür. Bu dövrdə Azərbaycan ədəbiyyatının 
və mətbuatının böyük simalarının yaradıcılığını inkar etmək qətiyyən 
düz olmazdı. Əksinə, biz uzun illər onların yaradıcılığını, elmi-nəzəri, 
bədii-publisistik irsini tədqiq və təhlil edə-edə, öyrənə-öyrənə gəl-
mişik. Məhz bu illərdə C.Məmmədquluzadə, C.Cabbarlı, S.Hüseyn, 
H.Cavid, Ə.Cavad, M.Müşfiq kimi ictimai fikir tariximizin forma-
laşmasında yeri olan yazarlarımız var idi və “XX əsrin ilk onilliklə-
rindən formalaşmış milli ictimai və bədii şüur tipi 20-30-cu illərdə də 
yaşayırdı” [2, s. 200]. Həqiqətən də 1920-ci illərin sonları və 1930-cu 
illərin birinci yarısında Azərbaycanda ədəbi-mədəni və elmi fikrin 
inkişafı üçün siyasi-mənəvi reallıqlar mövcud idi.
“1920-30-cu illərin əvvəllərində sovet şərqşünaslığı və ədəbiy-
yatşünaslığı elminin yeni istiqamətlə inkişaf etdiyi bir dövr idi” – 
söyləyən cavidşünas alim M.Cəfər də cavidşünasların əksəriyyəti kimi 
düşünürdü ki, təkcə H.Cavid irsi deyil, “ümumən Azərbaycan roman-
tizminin təhlil və qiymətləndirilməsində nəzəri-metodoloji cəhətdən 
bir neçə tarixi mərhələ mövcuddur.
Bu mərhələlər ədəbiyyatşünaslığın ümumi inkişaf səviyyəsi ilə 
yanaşı, romantik sənətə münasibətdəki fərdiliklə də səciyyələnir. 
Azərbaycan estetik fikrinin, ədəbi tənqidinin tarixini öyrənmək mə-
qamlarında, həmçinin Azərbaycan romantizminin ümumnəzəri prob-
lemlərinə, onun ayrı-ayrı nümayəndələrinin ədəbi irsinə həsr edilmiş 
tədqiqatlarda romantizmin nəzəriyyəsi və tematikası haqqında təmayül 
və konsepsiyalardan da bəhs olunmuşdur” [3, s. 67].


193 
Romantizmə marağın və onun tədqiqinin “ikinci mərhələsi 
1920-30-cu illər hesab oluna bilər” [4, s. 16], lakin bu tənqidçilər 
“poetika məsələlərinə marağı formalizm hesab edir, ədəbi cərəyanlara 
münasibətdə metodoloji istinadgah olaraq Plexanovun və Belinskinin 
estetikasına əsaslanırdılar” [4, s. 17]. Tədqiqatçı alim romantizmin ilk 
mərhələsinin məhz romantiklərin özləri tərəfindən, yəni M.Hadi, 
A.Şaiq, A.Səhhət, H.Cavid tərəfindən izah və şərh edildiyini qeyd 
edir. Üçüncü mərhələnin isə 1950-ci illərin sonlarında başladığı 
bildirilirdi: “50-ci illərdə Abbas Səhhət haqqında dissertasiya və mo-
noqrafiyası ilə Kamal Talıbzadə romantizmə ögey münasibətin qor-
xunc tilsimini sındırdı. 1955-ci ildə onun “Abbas Səhhət”, 1956-cı 
ildə Əziz Mirəhmədovun “Abdulla Şaiq”, 1958-ci ildə “Məhəmməd 
Hadi” monoqrafiyaları çap olundu. Bununla uzun fasilədən sonra 
romantizmşünaslığın üçüncü mərhələsinin əsası qoyuldu” [4, s. 17]. 
1980-ci illərdən sonra romantizmşünaslığın yeni – dördüncü 
mərhələsinin başlanmasını qeyd edən T.Əfəndiyev sovet dövrünün 
ədəbi-tənqidi haqqında da maraqlı fikir və mülahizələrini söyləyib.
Ümumilikdə Sovet dövrü Azərbaycan tənqidinin bir çox meto-
doloji qüsurları o dövrün anlamı ilə desək, ümumsovet tənqidi ilə 
müştərək xüsusiyyətlərə malik idi. “Sırf sosioloji meyarlara üstünlük 
verən tənqid çox zəruri olan poetika, söz sənəti məsələlərinin forma-
lizm ədəbi cərəyanına aid edərək, ondan yan keçir, formalizmi isə yeni 
dövr və yeni mədəniyyət üçün yararsız, düşmən elan edirdi” [5, 
s.116]. 
1920-30-cu illərdə cəmiyyətdə olduğu kimi, ədəbi həyatda da 
yeniliklə köhnəlik arasında amansız mübarizə gedirdi. Təbii bu mü-
barizə tarixi bir proses idi. Odur ki, “dağılan və doğulan era” arasında 
gedən gərgin həm ictimai-tarixi, həm də ədəbi-nəzəri prosesə mər-
kəzdən rəhbərlik edilir və onun qayda-qanunları ilə idarə olunurdu. 
ÜİK(b)P 1925-ci ildə qəbul etdiyi Qətnamə dövrün ədəbi-tarixi və-
zifəsi olaraq proletar ədəbiyyatı, mətbuatın hegemonluğu ideyasını 
təbliğ etməyə başladı.
H.Cavid irsinin qiymətləndirilməsi fonunda Azərbaycan ədəbiy-
yatşünaslığının metodoloji inkişaf mərhələlərini izləmək mümkündür. 
Unutmaq olmaz ki, sovet ədəbi prosesi uzun müddət yalnız sosrealizm 
ədəbi-tənqidi metodologiyasını tətbiq edib. Lakin bu gün sosrealizm 
öz ömrünü başa vursa da, ədəbi-bədii prosesin öyrənilməsi davam 
edir. Amma bu da bir həqiqətdir ki, sovet dövründə sosrealizmin xü-
susiyyətlərinə yad olan əsərlər də yaranıb ki, bu gün onlar ədəbi-
mühitdə aktualdır. Məhz buna görə həmin dövrün “ədəbi-bədii düşün-


194 
cəsini yenidən araşdırmaq və metodoloji cəhətdən qiymətləndirmək 
lazımdır” [1, s. 8].
Amma 1920-30-cu illərdə bəzən həyatı dərk etməyin dialektik-
materialist metodu ilə bədii metod mexaniki eyniləşdirilir, nəzəri fikir 
ədəbiyyat tarixində metod probleminin qoyuluşunda milli bədii 
təcrübənin inkişaf qanunauyğunluğu kifayət qədər nəzərə alınmırdı.
Sovet dövrü mətbuatı və ədəbiyyatı haqqında, xüsusən də 1920-
30-cu illər ədəbi prosesini ədəbiyyatşünaslar belə səciyyələndirirlər ki, 
“tarixin heç bir mərhələsində ədəbiyyat 20-30-cu illərdə olduğu kimi, 
hakim sinfin, yaxud partiyanın, eləcə də dövlət ideologiyasının rupo-
runa bu dərəcədə çevrilməyib” [1, s. 25]. Hətta 1970-ci illərdə belə 
ədəbiyyatşünas alimlərimiz bu fikirdə idilər ki: “Azərbaycan ədəbiy-
yatının əsl elmi fundamental tarixini yaratmaq sahəsində əsas ağırlıq 
marksist ədəbiyyatşünaslığının üzərinə düşmüşdür. Azərbaycan mark-
sist ədəbiyyatşünaslarının görkəmli nümayəndələrinin səyi nəticəsində 
ədəbiyyatımız sistematik bir şəkildə dövrlə, ictimai həyatla sıx surətdə 
bağlı olmuşdur” [6, s. 25].
Bəli, məhz dövrlə, ictimai həyatla bu həyatda baş verən ha-
disələrlə bağlılığın nəticəsi olaraq Şura inqilabı təbliğat ruporuna 
mətbuatı və ədəbiyyatı da qoşdu. Əslində bu yalnız Sovet dövründə 
belə olmayıb. Bütün siyasi çevrilişlər, inqilablar zamanı dövrün, za-
manın mahiyyətindən irəli gələn əsərlər yaranır, amma bu əsərlərin 
ömrü o qədər də uzun olmur.
Lakin Sovet dövründə ədəbiyyat, mətbuat, ümumiyyətlə, ədəbi 
proses birmənalı olaraq siyasi şərtlər altında inkişaf etdiyi üçün bu 
dövrdə baş verən siyasi hadisələr ədəbi prosesin istiqamətini bir müd-
dət dəyişmiş və onu ideoloji çərçivəyə salmağa müvəffəq olmuşdu. 
Çünki həmin illərdə ədəbi prosesin istiqamətini dəyişən, ona təsir edən 
faktorlar (kollektivləşmə, şəxsiyyətə pərəstiş, repressiya, İkinci Dünya 
müharibəsi, Stalinin ölümü, siyasi hakimiyyətdəki dəyişikliklər və s.) 
mühüm rol oynadı. Ona görə də bu dövrün elmi-nəzəri, metodoloji 
sahədə həlli vacib problemləri açıqlanmalı, tam aydınlıq gətirilməli və 
həll edilməlidir. 
XX əsrin əvvəllərində əsasən də 20-30-cu illərində ədəbiyyatı, 
mətbuatı, ümumiyyətlə, ədəbi prosesi bolşevikləşdirmək və proletar 
ədəbiyyatı, mətbuatı yaratmaq yolunda “gərgin, amansız, şiddətli, 
rəhmsiz bir mübarizə və mücadilə aparılırdı”. Nəticə isə çox faciəli 
oldu. Bolşeviklər hakimiyyəti zəbt edən kimi, ilk olaraq ədəbiyyatın, 
mətbuatın inkişafı üçün qərar və qətnamələr verərək ədəbi prosesi 
nəzarətə götürdülər.


195 
İlk olaraq mərkəzdə, sonra isə əyalətlərdə təbliğat şöbələri ya-
randı. AK(b)P və Bakı MK-ində 1923-cü ildə təbliğat şöbəsi təşkil 
edildi. Şöbə ölkədəki bütün təbliğat vasitələrinə nəzarəti bir istiqamət-
də cəmləşdirərək daha da gücləndirdi.
“Birmənalı olaraq ədəbiyyatda, mətbuatda ədəbi proses də “mil-
lətçilik, türkçülük, cümhuriyyətçilik” (bolşeviklər bu sözü müsavatçı-
lıqla əvəz edirdilər) düşmənçilik donunda qələmə verilir, yeni millət-
lərarası münasibətlər sistemi-beynəlmiləlçilik ortaya atılırdı. Əslində 
isə “beynəlmiləlçilik” adı ilə hakimiyyəti ələ keçirən bolşeviklər tə-
rəfindən Azərbaycanda antitürk siyasəti aparılırdı” [1, s. 12]. 
Mətbuatdan və ədəbiyyatdan ən kəsərli təbliğat vasitəsi kimi 
istifadə edən hakim partiya 1925-ci ildə “Gənc qızıl qələm” cəmiy-
yətini yaratdı və cəmiyyət tezliklə hegemonluğu ələ aldı. Cəmiyyət 
həm mətbuatda, həm də ədəbiyyatda “proletar üslubunun yeganə üs-
lub olduğunu” [1, s. 24] israrla tələb edərək, birmənalı şəkildə yazar-
ları ona səsləyərək ölkədə ədəbiyyat, mətbuat, bütün ədəbi proses Şura 
inqilabının qələbəsinə xidmətə sövq edildi.
Bütün bunlar Azərbaycanın ədəbi-mədəni mühitinə daha çox 
təsir etdi. Belə ki, “cəmi bir neçə il əvvəl start götürən Azərbaycan 
mətbuat “bumu”na son qoyuldu; yalnız bolşevik mətbuat orqanları” 
[1, s. 13] fəaliyyətdə idi. Mətbuat “Bütün ölkələrin proletarları, bir-
ləşin!” şüarı altında hakim partiyaya tabe edilərək, marksizm-leninizm 
(sonralar stalinizm də əlavə olundu) ideyalarının təbliğatçısına çev-
rilirdi. Sovetlər birliyi ərazisində aparılan bu mübarizə proletariatın 
qələbəsi ilə nəticələnsə də, “hər şeyi marksizm həyati görüşlərinə 
uyğunlaşdırmaq daxildə ədəbi müxalifətin yaranmasına imkanlar 
açdı” [1, s. 26].
Rusiyada siyasi müxalifətin görkəmli nümayəndəsi Z.Trotski 
siyasi sferada olduğu kimi bolşevizmin ədəbi-mədəni həyatdakı müda-
xiləsinə də qarşı çıxdığı üçün İ.Stalin onu 1926-cı ildə siyasi büro 
üzvlüyündən, 1927-ci ildə isə partiyadan xaric etdi.
Trotski və onun həmfikirləri olan A.K.Voronski, B.Pilnyak, 
Pereverzev qəti olaraq istedadın və qabiliyyətin zorlanmasının əley-
hinə çıxaraq “sənət öz yollarını özü yaratmalıdır. Marksizm metodları 
sənətin metodları deyil. Sənət sahəsi partiyanın komanda edə biləcəyi 
bir sahə deyildir” [7, s. 5] prinsipini irəli sürdülər. 
1934-cü ilin yanvar-fevral aylarında Moskvada partiyanın XVII 
qurultayı keçirilir. Stalin bir daha bu qurultayda özünə müxalif olan-
ları zərərsizləşdirməyə başlayır və 1936-cı ilin iyulun 29-da 


196 
“Trotskiçi-zinovyevçi əksinqilabçı blokunun terrorçuluq fəaliyyəti 
haqqında” gizli məktub hazırladaraq bütün respublikalara göndərir.
Təbii ki, Moskvada baş verən proseslər və ədəbi-ictimai aləmdə 
böyük rezonans doğuran hər bir hadisə dərhal Azərbaycanın ədəbi 
sferasında da özünü büruzə verirdi. İctimai-siyasi həyatdakı mürək-
kəblik, ziddiyyətlilik bütövlüklə ədəbi prosesdə çaşqınlıq yaratmışdır. 
Şura mətbuatında çap olunmayan, bu prosesə qoşulmayıb kənardan 
seyr edənlər və yaxud onun əleyhinə çıxan yazarlar Azərbaycan ədəbi 
mühitində “voronskiçilik”, “pilnyakçılıq” kimi ədəbi mühit üçün təh-
lükəli sayılan “ünsür”lərə çevrilərək hakim partiya tərəfindən ən ağır 
cəzalara-sürgünlərə, həbslərə, güllələnməyə məruz qalırdılar.
Onlardan biri də dövrün metodoloji və ideoloji əyintilərinə 
uymadan öz yaradıcılığını davam etdirən H.Cavid idi. Əlbəttə, bu 
marksist dünyagörüşlü siyasət və ədəbiyyat adamlarını razı sala bil-
mirdi. Ona görə də uzun müddət ədalətsiz, haqsız tənqidlərə məruz 
qalan H.Cavid vulqar sosiologiya və şəxsiyyətə pərəstişin hökm sür-
düyü illərdə ancaq tənqid hədəfi olmuşdur. Hakim partiyanın onu 
“yeni metodoloji prinsiplərlə yazmağa dəvət etməsinə rəğmən müm-
kün qədər öz yaradıcılıq prinsiplərinə (nadir istisnaları nəzərə alma-
saq) 30-cu illərdə də sadiq qalıb” [1, s. 164]. 
Məqsədinə, amalına sadiq qalan H.Cavidi günün nəbzini tuta 
bilməməkdə günahlandıran proletar yazarlarının yanlış fikirdə oldu-
ğunu zaman sübut etdi. “Günün nəbzini tuta bilməməkdə” günahlan-
dırılan H.Cavid əsrin nəbzini tuta bilmişdir” [8, s. 17] ki, bu gün o, 
həm bir qələm sahibi, həm də bir pedaqoq kimi şəxsiyyəti, sənəti, ya-
radıcılığı ilə gənc nəslə örnəkdir.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə