Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə75/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   71   72   73   74   75   76   77   78   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 
Севиль Гасанова 
 
ТВОРЧЕСТВО ГУСЕЙН ДЖАВИДА И ТЕОРЕТИКО-
МЕТОДОЛОГИЧЕСКИЕ ПРИНЦИПЫ СОВЕТСКОЙ ПЕЧАТИ 
Резюме
Творчество выдающегося деятеля истории печати Азербайджана всегда 
находилось в центре внимания. Основная цель научной статьи изучение его 
творчества. Именно в эти годы возрастает число статей и рецензий о твор-
честве Г.Джавида. Ему не раз предлагали, чтобы он создавал произведения в 
соответствии с идеологическими установками времени, но писатель был далек 
от этого. В 1920-1940-е годы литературный процесс в методологическом и 
идеологическом отношении развивался в соответствии с принципами 
социалистического реализма. Это был период, когда Г.Джавид наиболее часто 
подвергался нападкам со стороны литературной критики. У истоков 
литературно-художественного творчества и публицистики, являющейся одной 
из его важных ветвей, стоит идея. В творчестве Г.Джавида всесторонне нашли 
свое отражение народность, реализм, идейность и т.п. проблемы. 


198 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Ülvi BABAYEV
 
Bakı Mühəndislik Universiteti 
ubabayev@qu.edu.az
 
KAMAL ABDULLANIN “YARIMÇIQ ƏLYAZMA” 
ROMANINDA POSTSTRUKTURAL FUNKSİYA 
 
Açar sözlər:
Kamal Abdulla, “Yarımçıq əlyazma”, roman, poststrukturalizm, 
funksiya, yeni, mətn, model 
Key words:
Kamal Abdulla, “The Incomplete Manuscript”, novel, 
poststructuralism, function, new, text, model 
Ключевые слова:
Кямал Абдулла, «Незаконченная рукопись», роман, 
постструктурализм, функция, новый, текст, модель
Ədəbiyyat tarixi və ədəbi mətnlər təcrübə emalatxanası rolunu 
oynayıb və bu proses davam edir. İstər formada, istərsə də məzmunda 
keyfiyyət dəyişiklikləri öz dövrünün ədəbiyyat kəşfləridir. Xüsusən, 
modern ədəbiyyat sabit və dəyişkən düşüncə arasında böyük bir fərq 
sərhəddi yaradandan sonra təcrübələr çoxaldı. Modernistlər nihilist, 
aqnostik düşüncələri bədii mətnlərdə, xarakterlərin şüurunda, davranı-
şında bədii tədqiqata çevirdilər. Yeni poetik, estetik strukturlar ədə-
biyyatın praktiki imkanlarını genişləndirdi. Azərbaycan ədəbiyyatında 
da bu proses öz əksini tapdı. Kamal Abdulla çağdaş, xalis postmoder-
nist nəsrin aparıcı rolunu oynadı. Postmodern nəsrə xas keyfiyyətlər 
Azərbaycan ədəbiyyatı və oxucusu arasında kommunikasiya əlaqələ-
rini genişləndirdi. Hal-hazırda da Kamal Abdulla hekayə və roman-
larında çağdaş dünyanı dastanların, əfsanələrin, miflərin, həmçinin 
peripateizmin yeni bədii strukturu ilə obrazlaşdırır. Burada arxetiplər 
bütləşmiş anlayışları təkrarlamır. Yeni ədəbi mexanizmin içində bir 
detal kimi təqdim olunur. Bu baxımdan Kamal Abdulla nəsri moder-
nist və postmodernist estetikanın bir çox komponentini özündə cəm-
ləşdirir. Nəsrimiz dünya nəsrinə inteqrasiya edir, bu həm də qlobal 
oxucu auditoriyası deməkdir. Kamal Abdulla qələmində təzahür edən 


199 
modernist-postmodernist poetika və mədəniyyət dünyada baş verən 
proseslərlə virtual əlaqə yaradır. “Nitsşe və Freyddən başlayaraq 
fərdə, təkcə bir işçi, istehlakçı, hətta bir vətəndaş olaraq baxılmır” [1, 
s. 170]. İnsanın ruhu və şüuraltı da öyrənilməyə çalışılır. Fəlsəfədən 
fərqli olaraq, ədəbiyyat psixoanalitik təcrübəni daha əyani və praktiki 
səviyyədə tətbiq edir. Ədəbiyyatın, sənətin xidmətləri isə daha vacib 
və zəruridir. Kamal Abdulla romanlarında həmin zəruri amillər, post-
struktural sosial funksiya, fərqli, orijinal estetik formatda işlənir. 
“Sehrbazlar dərəsi” [2] romanı modern düşüncə miqyası və yeni yazı 
texnikası ilə fərqlənməklə yanaşı, həyata yeni baxışın estetikasını kəşf 
edir. İntiqam hissinin nə qədər qeyri-humanist olması göstərilir. 
“Unutmağa kimsə yox” [3] romanında zaman kəfkiri bütün dövrlərlə 
əlaqədədir. Eramızdan əvvəl başlayan vaxt qrafiki 2057-ci ilə qədər 
uzanır. Yazı sənətinin çoxqatlılığı, polifonizmi bir dünya ilə kifayətlən-
mək istəməyən müəllifin postmodern yozumunda mənalanır. “Sehr-
bazlar dərəsi”ndə kinin daim təkrar olunan bir arxetip olması estetik 
səviyyədə şərh olunur və postmodern süzgəcdən keçirilir. Kamal 
Abdulla intiqam hissi ilə yaşayan insanın məhvini nağıl dilində nəql 
edir. Keçmişlə indinin, nağılla reallığın bir-birinə qarışdığı mətləblər 
poststruktural ədəbi ahəng və ahəngsizliyə çevrilir. Ahəngsizlik isə 
xaos və qarışıqlıq demək deyil, Derridanın “qəribə ədəbiyyat kəşfi 
olan dekonstruksiyadır” [4, s. 35]. Bəzi hallarda dekanonizasiyadır.
“Yarımçıq əlyazma” [5] romanında isə bütləşdirilən, tabulaşan 
dəyərlər poststruktural, estetik mahiyyət kəsb edir. Bəs poststruktu-
ralizm nədir? “Poststrukturalizm insan, dünya və məna haqqında nəsə 
yaratmaq və yenidən yaradılan anlayışlar arasındakı əlaqələrə verilən 
addır” [6, s. 13] Kamal Abdulla “Yarımçıq əlyazma” romanında yeni, 
alternativ bir baxış dünyası təqdim edir. “Toxunulmaz”, tabu mətn 
“Kitabi-Dədə Qorqud” eposu təzə kompozisiya libası geyinir. Post-
strukturalizm ənənəni sorğu-sual edir. Kamal Abdulla da “Yarımçıq 
əlyazma” və eləcə də digər romanlarında yeni semantik ovqat yaradır. 
Keçmişlə indi arasında ünsiyyət genişlənir. Dil, mədəniyyət və ədə-
biyyatın sabit qalan dəyərləri dəyişdirməsi, yaxud yenidən baxışıdır. 
Bu poststrukturalizmin ən vacib xüsusiyyətləridir. Bunun ilkin, əsaslı 
nümunəsi “Yarımçıq əlyazma” romanıdır. “Kitabi-Dədə Qorqud” epo-
sunun birmənalı təhlili fərqli düşüncələrin və estetik kəşflərin qarşısını 
alıb və almaqdadır. Bu hal ədəbiyyatın estetik inkişaf və irəliləyişini 
ləngidir. Ancaq bu böyük sənət abidəsinə dil, forma, məzmun və hətta 
dastan personajlarının xarakter keyfiyyətləri baxımından poststruk-
tural konsepsiya ilə baxanda ədəbiyyatımız yeni təcrübə imkanları 


200 
qazanır. Məqalədə həmin təcrübə imkanlarını praktiki cəhətdən tətbiq 
edən “Yarımçıq əlyazma” romanı təhlil edilir. Beləliklə, müstəqillik 
illəri Azərbaycan ədəbiyyatında modern, nəzəri kanonların praktiki 
tətbiqini konkret nümunə əsasında görmək mümkündür. Bu nümunə 
“Yarımçıq əlyazma” romanıdır.
 
Orta dövr Avropa ədəbiyyatı peripateizm və İncilə əsaslanırdı. 
Dantenin “İlahi komediya”sı bu ədəbi görüşə start verdi. Maarifçi və 
renessans çağın ədəbiyyatı da eyni mənbələrdən qidalanırdı. Ancaq 
Rable “Qarqantua və Pantaqruel” romanında ənənədən imtina etdi. 
Dekartın “zəka və intuisiyanı təbiətin irsi bir hissəsi” [7, s. 11] kimi 
qiymətləndirməsi, rasional fəlsəfi görüşləri məhz Rable qələmində 
sənət miqyasında təzahür etdi. Rable Dekart fəlsəfəsini, determinizmi 
ədəbiyyatda qabaqladı. Böyük Fransa inqilabı (1789-99) romantizm 
və realizmin sürət və təkamülünə səbəb oldu. Avqust Komtenin po-
zitivist konsepsiyası mimezis estetikanın, realizmin formalaşmasına 
təsir göstərdi. Giddensin modernizmə verdiyi tərif, həm də incəsənət 
və ədəbiyyatın tematik semantikasına təsir göstərdi: Modernizm “dörd 
əsas istiqaməti – sənaye, kapitalizm, müharibənin sənayeləşməsi, icti-
mai həyata nəzarət mexanizmi və istehlak artımını” [8, s. 14] döv-
riyyəyə gətirdi. Kafka, Coys, Herman Brox və Robert Muzilin mo-
dernizmi həmin dörd əsas ictimai mexanizmin cəsəd və ruha, ət və 
qana bürünmüş ədəbi-estetik tendensiyalarını ifadə etdi. Modernist, 
avanqardist nəsrdə səbəb və nəticəyə əsaslanan realizm, insan və tanrı 
arasındakı əlaqə kəsildi. Güc texnoloji kəşflərin və sənayeləşmənin 
ətrafında cəmləşdi. Moizəçi yazıçılar və qəhrəmanlar öz təsir güclərini 
itirdi. Yazıçılar cəmiyyətin çox bilən insanı olmaq statuslarını da 
itirdilər və antiqəhrəmanlar “təhkiyə meşələrində” [9, s. 6] məskən 
saldılar. Maks Frişin “Gündəlik”ləri də modern ədəbiyyatın dəyişən 
atmosferindən xəbər verirdi: “Bütün bu olanlar və böyük həqiqətlərin 
sarsılmasından sonra, sanki ələ gələn, dəqiq bir zaman qavramı varmış 
kimi davranmaq və səbəb-nəticəyə əsaslanan arxayınlıqla yazmaq mə-
nasızdır” [10, s. 350]. Frişin bu fikirləri modernist, avanqard ədəbiy-
yatla səsləşməklə yanaşı, həm də postmodernizmi, poststrukturalizmi 
ehtiva edir. Artıq yeni estetika ehtimallara söykənir. Sonsuz, sərhədsiz 
ehtimal yumağına bürünən ədəbiyyat bir düşüncədən, bir idealdan, bir 
konsepsiyadan uzaqlaşır. Çoxsəsli, çoxşaxəli poststruktural mətnlər 
yazılır. Leslie Fiedlerin postmodern ədəbiyyatın nəzəri-metodoloji 
problemləri ilə bağlı fundamental məqaləsi “Xəndəkləri keçin və 
boşluqları doldurun”[11] ilə strukturalistlərin təklif və qənaətləri yeni 
bir ədəbi quruluşa poststrukturalizmə mənbə oldu [12]. 


201 
Strukturalistlərin ən maraqlı tətbiq sahələrindən biri dildir. Dilin 
və dillərin anlaşılması üçün Ferdinand De Sössürün rolu əvəzsizdir. O, 
dillərin strukturunu həmin dildəki sözlərin ifadə etdiyi mənaya görə 
təsnifləndirmişdi. Sössür dilin strukturunu tarix və zamanla müəyyən-
ləşdirmir. Dilin az dəyişkən olması təklifini irəli sürür: “Dildə ancaq 
konkret olmayan mexanizmlərin ayrılığı vardır” [13, s. 13]. Əlbəttə ki, 
bu da sözün semantikasında, ifadə çalarlığında, mənasında əks olunur. 
Misal üçün “fransız dilində bir cümlə götürək: Toto sois sage”, 
tərcüməsi belədir. Toto yaxşı oğlandır. Ancaq “sage” sözünü “yaxşı 
vaxt” kimi işlədə bilmirik. Çünki sage sözü, “ağıllı”, “kamallı” mə-
nasında yaxşı məna ifadə edir” [6, s. 17]. Ferdinand De Sössür dilin 
strukturunu şahmata bənzədir [13, s. 18]. Fiqurların materialı taxta və 
ya sümükdən olsa, oyunun və şahmatın mahiyyəti dəyişməz. Ədə-
biyyatın da ümumi mahiyyəti ciddi bir dəyişikliyə məruz qalmasa da 
fərqli dövr və zamanlarda struktur fərqləri ortaya çıxmışdır. “Yarım-
çıq əlyazma” romanı da estetik zərurət kimi yaranıb. Kamal Abdul-
lanın poststruktural mətn modeli Jak Derridanın nəzəriyyəsinə ya-
xındır, daha dəqiq desək, həmin konsepsiyanın mətndə tətbiqidir. Der-
rida strukturalizmi fəlsəfə və ədəbiyyatda dekonstruksiya anlayışına 
görə işlənib [12, s. 123]. “Yarımçıq əlyazma” romanı da “Dədə Qor-
qud” eposunun dekonstruksiyasıdır. Ancaq bu köçürmə, yeni mətn ya-
ratma mexaniki, texniki xarakter daşımır. Polifonik mətn dünyası ya-
ratmaq və sonsuz sayda, tolerant düşüncə sisteminə xidmət edir. Klod 
Levi-Ştraussun antropologiya, Rolan Bartın semiotika və ədəbi tənqid, 
Jak Lakanın psixoanalitikadakı strukturalist nəzəri-metodoloji görüş-
ləri Azərbaycan ədəbiyyatında konseptual ədəbi ifadəsini “Yarımçıq 
əlyazma” romanında tapır. Poststrukturalizmi daha yaxşı anlamaq 
üçün onun tətbiq sahələrinə və imkanlarına nəzər salmaq zəruridir. 
Mişel Fuko tarix və yaddaş münasibətlərini, struktur və poststruk-
turalizm barədə daha sadə və anlaşıqlı yazdı. XIX əsrdə romantizm və 
pozitivizmin müəyyən bir struktura malik olmasından sonra XX yüz 
ildə digər dünya görüşləri və cərəyanların, dil, mədəniyyət, fəlsəfə və 
elm sahələrinin strukturalizmi yarandı. Filosof Cerard Raulet bütün bu 
məsələlərə Mişel Fuko ilə söhbətlərində aydınlıq gətirdi. “Struktura-
lizm və poststrukturalizmi linqvistika və mifologiya kimi sahələrdə 
tətbiq edənlər üçün strukturalizmin nə olması daha aydın idi” [14, 
s.10]. Rəssamlıq, musiqi, memarlıq, folklor və ədəbiyyat sahələrində 
dəqiq, konkret parametrlər yox idi. Ədəbiyyat və ədəbi tənqiddə post-
strukturalizm Birinci Dünya müharibəsindən sonra modernizmlə baş-
layan bir xətt kimi formalaşdı. Mixail Baxtin “Sənət və məsuliyyət” 


202 
kitabında ədəbiyyat sahəsində nəzəri-praktiki strukturlardan söhbət 
açdı. Bədii əsərlərdə qəhrəmanların fiziki simmetriyasından ruhlarının 
ölçü və keyfiyyətinə qədər ən xırda detallar belə təhlil olundu. Bu, 
ənənəvi-modernist dünyagörüşü və təcrübəyə əsaslanırdı. Baxtin rus 
və Avropa strukturalistlərindən fərqli olaraq sənət və ədəbiyyatda al-
ternativ, çoxsəsli strukturlar, poetik metodlar kəşf etməsi ilə fərqləndi. 
“Əgər sənətin mahiyyəti dedikdə, sənətin metafizikasının ifadə edil-
məsi başa düşülərsə, elmi məlumatın sadəcə işlərin bu cür problem-
lərdən müstəqil olaraq davam etdirildiyi məqamda mümkün olduğu-
nun qəbul edilməsi lazım idi. Amma artıq metafizikayla ciddi polemi-
kalara girmək lazım deyil və poetikanın iddia etdiyi müstəqillik də, 
müəyyən bir sənətin kanonlarını, insan mədəniyyətinin bütövlüyü 
çərçivəsində estetikanın fərqli təbiətinin qavranışından və sistematika 
müəyyən etməsindən asılı olaraq tamamilə fərqli, daha bədbəxt bir 
mənaya bürünmüş vəziyyətdə inşa etmək iddiası deyə bilərik” [15, 
s.290]. Mixail Baxtinin “karnaval roman”, “kokteyl roman” estetikası 
polifonik bir struktur idi [16]. Arxitektura sənəti ədəbiyyata tətbiq 
edildi. Artıq ədəbiyyat təkcə mənanın deyil, həm də strukturun esteti-
kasını sərgiləyirdi. Bu, daha əvvəl struktur estetikasının olmadığına 
dəlalət etmir. Sadəcə nəzəri-metodoloji olaraq təkmilləşdirildi. Baxtin 
klassik yazıçılar və onların əsərlərini, Rable və Dostoyevski poeti-
kasını belə məna və quruluş cəhətdən tədqiq etdi. Azərbaycan ədəbiy-
yatında Kamal Abdullanın romanları struktur və ifadə estetikasının 
cəmindən doğuldu. “Yarımçıq əlyazma” romanı yeni, ədəbi oyun 
strukturu qurdu və oxucuyla ünsiyyətə girib onu da ədəbi oyunun bir 
iştirakçısına çevirdi. Əslində bu keyfiyyət antik dövrdən günümüzəcən 
ədəbi əsərin əsas şərtidir. Ancaq Kamal Abdulla sonsuz sayda variantı 
ola biləcək ədəbi oyunlar qurdu. Mişel Fuko ədəbi oyun və priyomları 
ən vacib xüsusiyyət kimi dəyərləndirir. Çünki oxucu virtual mətn dün-
yasına inanmalıdır. “Yarımçıq əlyazma”nın poststruktural estetikası 
Mixail Baxtinin “Karnaval roman”, Leslie Fiedlerin “xəndəkləri dol-
durun” tezisi ilə üst-üstə düşür. Kamal Abdulla “Yarımçıq əlyazma”da 
sonu bilinməyən bir struktur estetikası sərgiləyir. Fuko belə bir qu-
ruluşun tərifini verir. “Oyun, ancaq sonunda nə olacağını təsəvvürü-
nüzə gətirə bilmədiyiniz vaxt dəyərli olur” [17, s. 7]. “Yarımçıq əlyaz-
ma” romanında Şah İsmayılın öz oxşarı ilə yer dəyişməsi, Dədə Qor-
qudun içində gizlətdiyi sirlər təsəvvürə sığmayacaq qədər gözəl və 
dəqiq işlənib. Hər iki xəttin bir sirri var. Bu, həm süjetdə özünü 
göstərir, həm də məna baxımdan dəyər ifadə edir. Kamal Abdulla hər 
gün yaşadığımız həyatda nə qədər gizli məqamlardan, sirlərdən 


203 
xəbərsiz, nagüman olduğumuzu da estetik semantikanın mərkəzinə çə-
kir. Deməli, Şah İsmayıl və Dədə Qorqudla bağlı bilmədiyimiz, bil-
məyimiz imkansız olan təbii, qanunauyğun sirlər mövcuddur. Xalis 
postmodern təfəkkür, xalis dekanonizasiyadır. 
Bart “Kritonun sahilində” yazısında yeni ədəbi qaydalar və qay-
dasızlıqlar, mətndə harmoniya və xaos anlayışlarını təhlil edir. Bu yazı 
ilk dəfə 1974-cü ildə “L’Ark” jurnalında çap edilsə də 1933-cü ildə 
yazılmışdı. Bart bu yazını “Platonun “Kriton” əsərindən təsirlənərək 
yazmışdı. Platon öz müəllimi, ustadı Sokrata həsr etdiyi “Kriton” 
əsərində edam cəzasına məhkum edilmiş filosofun cəsarətini yazıya 
köçürür. Maraqlıdır ki, tələbələri Sokrata qaçmaq üçün kömək etsələr 
də getmir. O, qanunsuzluq və özbaşınalığı qınayır. Ölkədən qaçmaq 
qanunları heçə saymaq olardı. Platona görə, əsas məsələ öz əqidəni və 
dünyagörüşünü müdafiə etməkdir. Qanunları saymamaq isə ölkədə 
xaos yaradar [18]. Bart “Kriton sahilində” “qaydaya qarşı qaydadan-
kənar yazı metodunu, mücərrədə qarşı konkreti, ümumiyə qarşı xü-
susini, yeniliyə qarşı həm də dəyişən məna və nəsnələri, ölümə qarşı 
yaşamağı” [19, s. 13] seçir. Platon ilk sistemli, yazılı fəlsəfi mətnlərin 
banisidir. Dünya düşüncə tarixində mətn və yazı arasında praktiki 
əlaqə quran filosofdur. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı 
da Rolan Bartın yuxarıda sadalanan prinsiplərini Azərbaycan ədəbiy-
yatına konseptual, ədəbi mətn səviyyəsinə gətirən ilk romandır.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə