Azərbaycan miLLİ elmlər akademiyasi


SÖZ VƏ ŞEİR SƏNƏTİNİN BƏDİİ İFADƏSİ



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə78/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   74   75   76   77   78   79   80   81   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

SÖZ VƏ ŞEİR SƏNƏTİNİN BƏDİİ İFADƏSİ
 
 
Açar sözlər:
söz xiridarı Şəhriyar, şeir sənəti, sözün hikməti 
Key words:
Shahriyar – the connoisseur of word, the art of poetry, the 
meaning of the word 
Ключевые слова:
знаток слова Шахрияр, искусство поэзии, мудрость 
слова 
 
Böyük Şəhriyarın sözün qüdrəti, kəlamın vüsəti haqqında fikir-
ləri, ədəbi-bədii görüşləri onun əsərlərində, ayrı-ayrı yazılarında və 
müxtəlif şəxslərə verdiyi müsahibələrində öz əksini tapmışdır. Qeyd 
edək ki, şairin söz sənəti barədə fikirlərinə əsasən, onun farsca qələmə 
aldığı şeirlərində rast gəlirik. Ustad sənətkarın ana dilində yazdığı 
“Allah boyağı” şeirində oxuyuruq: 
Ağzında dadlı sözlərüvi sən də, Şəhriyar, 
Eylə bişir ki, xəlq dadından doyanmasın [1, s. 83]. 
M.Şəhriyar “Ey Şiraz” şeirində klassik fars şeirinin təmsilçisi 
Sədinin sənətkarlığını nümunə gətirərək yazır: 
Sədi şeirində soyub sözlərin atmış qabığın, 
Söz deyil, məna olub onda kəlam, ey Şiraz [1, s. 164]. 
Bu beytdə Sədinin şeirin qabığını soyub atmasını belə başa düş-
mək lazımdır ki, sənətkar forma üzərində elə işləməlidir ki, fikir bir-


206 
başa mənaya, məzmuna yönəlsin, forma nəzərə çarpmasın. Əlbəttə, 
belə bir tələbə ancaq ustad şair əməl edə bilər. 
“Yarın belə fikri var” şeirində “Mən ədalət yolunun carçısıyam 
zülm çağı” [1, s. 198] deyən dahi sənətkar ədəbiyyatın xalqla, onun 
dərdləri ilə bağlı olduğunu göstərmişdir. Şair görkəmli İran şairi Nima 
Yuşicə həsr etdiyi “Əfsanə şairi” şeirində də bu məsələyə toxunur, 
lakin eyni zamanda əsl poeziyanın sənətkarın ilhamının məhsulu oldu-
ğunu da göstərir: 
Mən də səntək almışam əfsanədən ilhamı, 
Düşməyək kaş ki, uzaq ilhamdan, olsaq harda biz... 
Bu çəkilməz dərdlərə yadlar uzaqdan güldülər, 
Dərdmənd olduq fəqət hər dərdliyə, hər dərdə biz [1, s.148-149].
Poeziyanın ictimai problemlərlə bağlılığı məsələsinə şair M.Hə-
sənbəyinə verdiyi müsahibəsində də toxunmuşdur: “Bizim ictimai 
dərdlərimizi şeir vasitəsilə açmağa ehtiyacımız vardır... Oxucu elə 
şeirlər istəyir ki, onun ictimai dərdlərini açıb göstərsin” [2, s. 129]. 
Görkəmli ədəbiyyatşünas H.Billuri Şəhriyarın sənəti barədə belə 
söyləyir: “O, zəmanəsinin tanınmış, qabaqcıl, mütərəqqi şairlərindən-
dir, poeziyanı xalq həyatının aynası hesab edir. Xalqın həyatına yaxın 
olmağı sənətkarın ümdə vətəndaşlıq vəzifəsi sayır. Belə olmayanları 
şair yox, nazim adlandırır” [3, s. 46]. 
Qeyd etdiyimiz kimi, Şəhriyar şeirlərində poeziyanın ilhamın 
məhsulu olduğunu göstərmişdir. O, eyni zamanda şeirin ehtiyacdan 
yarandığını da xüsusi olaraq vurğulamışdır. Buradakı “ehtiyac” sözü-
nün iki mənada işləndiyini nəzərə çatdırmaq istərdik. Birincisi, söhbət 
xalqın, cəmiyyətin ehtiyacından gedir. Ələsgər Zərrabiyə verdiyi mü-
sahibəsində şair deyir: “Yeni şeir ağıllı və qiymətli, təbii ehtiyacdan 
doğan bir hadisədir. Bizim günlərin bir neçə nəfər həqiqi şairini yük-
sək səviyyəyə çatdıran bu günün şeiri zəmanəmizin ehtiyacından ya-
ranmışdır” [2, s. 117]. İkincisi, söhbət sənətkarın daxili ehtiyacından, 
şeirin ilhamla bağlılığından gedir. Ustad şair dəfələrlə demişdir ki, əsl 
şeir sənətkarın daxili ehtiyacından, ilhamından yaranmalıdır. M.Hə-
sənbəyinə verdiyi müsahibədə ustad şair söyləyir ki “İlhama ehtiyacı 
olduğundan şair yalnız o zaman şairdir ki, əsəri eşqlə birgə yoğrulsun. 
Əgər eşqsiz bir şair şeir yazsa, onun əsəri şeir deyil, yalnız bir üslub 
və texniki tələblərə əməl olunmuşdur” [2, s. 128]. Ələsgər Zərrabiyə 
isə o, öz yaradıcılığı barədə belə demişdir: “Mən sözün tam məna-


207 
sında ilhama inanıram. Şeir yazmaq öz əlimdə deyil. Ağıl və biliklə 
həqiqi şeir yaza bilmirəm. Şeir mənə ilhamla gəlməlidir” [2, s.115]. 
Qüdrətli qələm sahibi M.Şəhriyarın yaradıcılığını izlədikcə, 
onun keşməkeşli həyat yolunu, humanist, vətənpərvər şəxsiyyətini bü-
tün aydınlığı ilə görə bilərik. Ustad şair belə hesab edir ki, poeziyada 
ifadə edilən mətləblə yanaşı, müəllifin təkraredilməz şəxsiyyəti də 
əksini tapmalıdır. Şəragim Yuşicə məktubunda o, atası Nima Yuşicin 
əsərləri barədə belə bir müşahidəsini nəzərə çatdırmışdır: “Nimanın 
şeirində mənəvi bir şəxsiyyət, incə, şıltaq bir ruh vardır ki, bu çox mü-
hümdür və təqlidedilməzdir” [2, s. 134].
Məhəmmədhüseyn Şəhriyar klassik irslə və müasir ədəbiyyatla 
bağlı prosesləri yorulmadan təbliğ edən, İran poeziyasında “şeiri-nou” 
– “yeni şeir” adlanan yenilikçi şeirin ən görkəmli nümayəndələrindən 
biri olmuşdur. Tədqiqatçı Məsiağa Məhəmmədi “Söz mülkünün Şəh-
riyarı” adlı məqaləsində bu barədə belə yazır: “Şəhriyar klassik ənə-
nələri dövrünün yenilikləri ilə uğurla birləşdirməyi bacarmış, ənənə və 
novatorluq arasında düzgün nisbəti, “etidalı”, “qızıl ortanı” tapmağa 
və yaradıcılığında gerçəkləşdirməyə nail olmuşdur” [4, s. 34]. 
Şeirlərində klassik ədəbiyyatın görkəmli nümayəndələrinin əsər-
lərindən, sənətkarlığından öyrənməyi mühüm şərt kimi irəli sürən 
Şəhriyar yeni şeirin ən tanınmış təmsilçisi Nima Yuşcini də yüksək 
dəyərləndirdiyini dəfələrlə bildirmişdir. M.Həsənbəyinə müsahibəsidə 
o, dövrünün şeirindən müasirlik tələbi ilə çıxış edir, müasir meyilləri 
inkar edənləri insafsızlıqda ittiham edir: “Bu günün şeirini bu şəkildə 
inkar etmək bir az insafsızlıqdır. Çünki sərbəst şeir formasının heç bir 
üstünlüyü olmasa da, heç olmasa nəzərdə tutulan mövzunu yazmaq 
üçün şairə daha artıq daxili qüdrət verir [2, s. 128]. Şairə görə, o za-
man yeni, sərbəst şeirə müraciət etmək lazımdır ki, klassik formalarda 
mövzunu ifadə etmək mümkün olmasın: “Azad şeir formasını o za-
man işə salmaq lazımdır ki, artıq qəzəl, qəsidə, qitə və məsnəvi nə-
zərdə tutulan mövzunu bəyan etməyə imkan vermir. Çünki şeir yaz-
mağın birinci şərti şair olmaqdır. Sərbəst şeirin də başqa formalar kimi 
həddi-hüdudu olmalıdır [2, s. 128].
Klassik formaların, xüsusilə də qəzəlin ustadı sayılan Şəhriyarın 
istər Azərbaycan, istərsə də fars dilindəki əsərləri içində sərbəst şeirin 
dəyərli nümunələrinə rast gəlirik. Şair bu düşüncədə olmuşdur ki, 
poeziyaya yenilik gətirənlər, sərbəst vəzndə yazanlar klassik irsi mü-
kəmməl bilməli, keçmişin sənətkarlarının yaradıcılığından bəhrələn-
məlidirlər. O, təəssüf hissi ilə qeyd edirdi ki, müasir dövrdə bir sıra 
sərbəst şeir yazanların klassik ədəbiyyatdan xəbərləri yoxdur: “Burası 


208 
təəssüf doğurur ki, əksər yenilikçilər keçmişdə əslən heç bir ədə-
biyyatları olmayanlar, özlərinin ənənəvi keçmiş nəsillərinin şeirlərini 
tanımayanlar, ya ondan tamamilə xəbərsiz olanlar yenidən məktəb 
yaratmağa başlamaq istəyirlər” [2, s. 129]. Bununla bərabər şair xüsu-
si olaraq qeyd edir ki, ədəbiyyatda, poeziyada yeni meyilləri sıxışdır-
maq olmaz, çünki yenilik zamanın tələbidir: “Köhnəpərəst qəzəlxan, 
qəsidə yazan şairlər də yeni şeiri gözümçıxdıya salmamalıdırlar. Çün-
ki yeni şeir zamanın hadisəsidir. Zaman isə heç vaxt səhv etmir” [2, 
s.118]. 
Şəhriyarın “Şeir və hikmət” adlı məsnəvi formasında yazdığı 
poeması onun yaradıcılıq məramnaməsi, poetik manifesti kimi səs-
lənir. Əsərin əvvəlində müəllif hər kəsin könül verdiyi sənətlə məşğul 
olması zərurətindən danışır, şeir sənətinin gecə-gündüz aramsız, yo-
rulmaz axtarışlardan ibarət əbədi döyüş olduğunu deyir. Poeziyanın 
insan qəlbinin döyüntülərindən, hiss və həyəcanlarından yarandığını 
bildirən Şəhriyar şeirin ictimai əhəmiyyətini, cəmiyyətdə, insanların 
həyatında oynadığı rolu xüsusilə qeyd edir. Yalnız belə ədəbiyyat nü-
munəsi əbədiyyət qazana, “illərin üstündən uçaraq” milyonların qəl-
bində əks-səda tapa, yatmışları oyada, azadlıq uğrunda mübarizəyə 
səsləyə bilər: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə