Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə86/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   82   83   84   85   86   87   88   89   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Doldum tellərinə, 
Doldum əllərinə, 
Doldum yollarına, 
Hər şeyə bağladın məni [5, s. 28]. 


226 
Əvvəlcə milli vəzn olan heca üzərində dayanaq; nəzərə alsaq ki, 
bütün xalqların heç də hamısının milli vəzni yoxdur, o zaman hecanın 
Azərbaycan poeziyası üçün önəmini aydın görmək olar. Bəzən vəzn-
dən danışarkən hecanı "qafiyəpərdazlıqda" suçlayırlar. Halbuki qafiyə 
əruzda da, sərbəstdə də mövcuddur və yalnız hecaya aid olan xüsu-
siyyət deyil. Hansı vəzndə yazılırsa yazılsın, məsələ şeirin heç də 
məzmununda yox, həm də onun semantik strukturundadır, yeni forma 
yaratmasındadır. Bu, ənənəyə də söykənə bilər, yeni poetik düşüncə 
stereotipinin formalaşması da ola bilər. Çağdaş şeirin poetik struk-
turuna diqqət yetirdikdə hecanın daha dərinə işləyən perspektivini 
görməmək olmur. Ona görə də vəzni mexaniki bir qəlib kimi qəbul 
etmək və şairlərin bu qəlibin içini doldurmaq kimi missiyasının oldu-
ğunu yəqin etmək kökündən yanlışdır. Bu vəzndə Azərbaycan poezi-
yasının böyük adları və poeziya tarixində qalacaq şeirləri var. Lakin 
heca da bir yerdə dayanmır, daim inkişaf edir, yenilənir. Məsələn, 
çağdaş heca şeiri ilə 30-cu, yaxud 40-50-ci illərin heca şeirləri ara-
sında böyük fərqlər vardır. Heca vəzninin ən mühüm şərti isə ölçü və 
bölgüyə əməl etməkdir. Əslində şeirdə poetik avazın nizamlanması 
üçün də ölçü mühüm rola malikdir.
İ.İsmayılzadənin "Gözləyin, dünyaya qayıtmağım var", "Gör-
düm bu dünyanın hər üzünü mən", "Dənizin üzündə səhər yuxusu", 
"Gəraylı", "Tanışlar çoxalır..." və s. şeirlərində, eləcə də bəzi poema-
larında forma dəyişikliyi şeirin məzmunu ilə yanaşı, onun formasını, 
semantik strukturunu da dəyişir. "Gözləyin, dünyaya qayıtmağım var" 
şeiri 11 hecalıdır. Şeirin ritmi və ahəngi də 11 heca üzərində qurulub. 
Lakin burada sərbəstin də əlamətləri özünü göstərir. Şeir 11 heca 
üzərində qurulsa da, bəndlərdəki misraların sayı bir-birinə uyğun 
gəlmir. Üstəlik bəndlərin içərisində sərbəstə keçidlər də özünə yer alır: 
Bu dünyaya bir də (6), qayıtmağım var (5)...//Qəbrimin üstündə (6) 
bitən gülləri (5),// Uyumuş, soyumuş (6) torpağı-daşı, //Ölüm süku-
tundan (6) oyatmağım var (5), //Bilmirəm çiçəklə (6), bilmirəm otla 
(5), //Bilmirəm ağacla (6), yoxsa buludla (5), //Dağları yerindən (6) 
oynadıb gələn (5)//Dəli qışqırıqla (6), yoxsa sükutla – deyə bilmirəm... 
[8, s. 104] 
Burada şeirin ahəngdarlığında vəzn və qafiyənin və onların ya-
ratdığı ritmin xüsusi yeri vardır. Misraların 6-5 heca düzülüşü şeirin 
vəznini müəyyənləşdirir. Sonuncu misra isə sərbəstə keçid alır. Lakin 
sonrakı bəndlər bu düzülüşdə getmir. İkinci bənd 11 misradan ibarət 
olur, ancaq bəndin ortasında misralar qırılır, ritm dəyişir:


227 
Qopardım özümlə (6) öz dünyamı mən (5) – 
Ulduzlu göyləri (6), ayı, Günəşi (5),
İlğımlı çölləri (6), təpəlikləri (5), 
Dağları, düzləri (6), biçənəkləri (5), 
Son gündə, son adna (6), son saatımda (5) 
Apardı gözüm (5). 
o günü, o anı (6), dəqiqəni də (5) 
Apardım özüm... (5) 
Səsləri, sözləri (6), pıçıltıları (5) 
Kür tərəfdən gələn (6) uğultuları 
Mikrofon qulağım (6) "yazdı" apardı (5) [8, s. 104]. 
Göründüyü kimi, şeirin strukturu ortada dəyişir, eyni ahəng ilə 
gələn misralar birdən-birə "Apardı gözüm", "Apardım özüm..." sözləri 
ilə yeni bir ahəngə daxil olur. Bununla belə, bu iki misradakı beşliklər 
şeirin ümumi ahəngini pozmur. Şeirin 3 və 4-6-cı bəndləri də bu 
quruluşda davam edir. Ancaq 3-cü bənd 10, 4-cü 9, 6-cı 8 misradan 
ibarət olur. 5 və 6-cı bəndlər arasına bir bənd də var ki, bu da 4 sə-
tirdən ibarətdir. Sonuncu bənddə şair əvvəlki bəndlərdəki məzmuna 
poetik yekun vurur: Yenidən dünyaya (6) qayıtmağım var... (5)//Qəb-
rimin üstündə (6) bitən gülləri (5),// Uyumuş, soyumuş (6) daşı-tor-
pağı (5)// Gözümdə, könlümdə (6) qulaqlarımda (5)// Uyuyan dün-
yamı (6), yatan dünyamı (5),// Donmuş xəyalları (6), səsi-sorağı (5)// 
Yenidən, yenidən (6) oyatmağım var (5),// Gözləyin, dünyaya (6) 
qayıtmağım var (5) [8, s. 105]. İ.İsmayılzadənin heca şeirlərinin bənd-
lərinin misra sayında normativlər yoxdur. Əgər S.Vurğun, S.Rüstəm, 
M.Rahim şeirlərində bu normativlər gözlənilirdisə, İ.İsmayılzadənin 
şeirlərində bəndlərin misra sayı müxtəlif olur.
Poeziyasında heca ilə sərbəsti birləşdirən, şeirin daxili ahənginə 
və semantik strukturuna mühüm əhəmiyyət verən şairlərdən biri də 
A.Abdullazadə olmuşdur. Maraqlıdır ki, yaradıcılığa 50-ci illərin sonu 
60-cı illərin əvvəllərində başlayan şair "heca-sərbəst" qarşıdurmasında 
həmişə sərbəstin tərəfində olmuş, "Şairlər və yollar" monoqrafiya-
sında isə bu vəznləri Azərbaycan şeiri kontekstində araşdırmışdır. 
Ömrünün sonlarına yaxın şair hecada bir çox şeirlər yazmaqla yanaşı, 
nəzəri cəhətdən də bu iki vəznin qovuşuğunu irəli sürərək yazırdı: 
"...ilk baxışda təzadlı görünə biləcək bir qənaətimi də deyim ki, ən çox 
sevdiyim şairlər özünün zəngin və ibrətamiz mənalarını ciddi vəzn və 
qafiyə sistemi ilə birləşdirməyi bacaran Füzuli və belə mənaları za-
hirən sərbəst şəkildə, əslində isə eyni dərəcədə sistemli daxili ahəng 


228 
prinsipi ilə "qafiyələndirən" Nazim Hikmətdir" [9, s. 346]. Buradan 
A.Abdullazadənin şeirin semantik strukturunda vəzn və qafiyənin bir-
liyinə, vəhdətinə üstünlük verdiyini aydın görmək olur. Onun "Savaş 
illəri", "Daş yağışı", "Dilsiz nə vətən!", "Hələ ki...", "Atalar", "Şəhid-
lik andımız", "Bu gün", "60-cılar", "Bulud ömrüm", "Bu yaşda", 
"Altmışım gəlir" və s. şeirləri 11-liyin 6-5 ölçüsündə yazılıb. Lakin 
A.Abdullazadə 11-liklərinin orijinallığı ondadır ki, bu şeirlər ənənəvi 
bənd quruluşuna uyğun gəlmir, hər şeirin özünəməxsus bənd quruluşu 
olur. Məsələn, "Bu yaşda" şeiri 16 misradan ibarətdir, "60-cılar" şeiri 
isə həcmcə daha böyükdür: 73 misra. Ancaq bu şeirdə bir neçə dəfə 
sərbəst misralardan da istifadə edilmişdir. Bu şeirlər 6-5 bölgü ilə 
yazılmışdır. "Bu yaşda" şeirinin bənd quruluşu poeziyamız üçün yeni 
quruluşdadır: a-b-c-d-c-c-d-c-e-e-i və s.: 
Yetimlik adı da (6) kəsdi qapımı (5), 
Bu adın ilk rəngi (6) qüruba düşdü (5). 
Dumanı sıxlaşdı (6) daha bir addım (5), 
Yetimlik xofunun (6) sərt nəfəsini (5), 
Torpağa əkilən (6)səsini daddım (5), 
Göylərə gömülən (6) iyini daddım (5). 
Gözlərinə hopan (6) nəzərlərini (5), 
Damarımda gəzən (6) suyunu daddım (5) [9, s. 84]. 
Lakin çağdaş şeirimizdə Azərbaycan heca vəznində bölgü qa-
nunları həmişə vəzn qanunlarına tabe olması mütləq olmur, dil qanun-
larına daha çox əməl olunur, dil qanunlarına uyğunlaşır və dilin təsiri 
ilə müxtəlif ritm və intonasiya kəsb edir.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə