Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə85/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   81   82   83   84   85   86   87   88   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Bu yaz da 3 1-1-1 
belə keçdi 4 2-2 
bu yaz da 3 1-1-1 
mənsiz keçdi 4 2-2 [4, s. 239] 


224 
Şeirin misraları arasında ölçü pozulmasına rəğmən, misraların 
daxili bölgüsündə ritmin gözlənilməsi onun intonasiyasını təmin et-
diyindən ölçü pozuntusu o qədər də nəzərə çarpmır. Ölçülü sərbəst 
şeirdə heca vəzninin əsasını təşkil edən bölgülərə sərbəst yanaşılması 
onun semantik strukturundan irəli gəlir. Elə şeirlər vardır ki, orada 
heca ilə sərbəstin normaları mühafizə olunur. Q.Nəcəfzadənin "Toz" 
şeirinin əvvəli sərbəstdə, sonrakı bəndləri isə hecada yazılmışdır. La-
kin sərbəst hissəsinin özündə belə sətirlərin bölgüləri heca bölgüləri 
üzərində qurulub və onu asanlıqla hecaya keçirmək olar. Sonrakı 
bəndlərdə isə yeddiliyin bölgülərinə əməl edilir, yalnız bir neçə yerdə 
bu bölgü pozulur: 
Bir az ayaq saxlayın 7 2-2-4 
Bu çiçəyin önündə 7 1-3-3 
Görün kimi görürsüz 7 2-2-3 
Bu çiçəyin donunda 7 1-3-3 [5, s. 38] 
Sonrakı bir bənddə isə şair ikinci misrada heca sayını artıraraq 
bölgünü pozması, heç şübhəsiz, şeirin semantikasından irəli gəlir: 
Sizdən soruşacaqlar 7 2-5 
Necə keçdiniz tozun qapısından 11 5-6 
Sizləri biz asmışıq 7 3-1-3 
Bu tozun yaxasından 7 1-2-4 [5, s. 38] 
Q.Nəcəfzadə və S.Çılğının şeirlərində bu nümunələr çoxluq təş-
kil edir. S.Çılğının şeirlərindən ən kiçik ölçüdən 8-liyə qədər bu cür 
misralardan istifadə edilir. Ancaq bu misraların özü də müxtəlif böl-
gülərə bölünür. Şairin üç hecalı bir şeirinə nəzər salaq: 
Məndən Sən boyda 5 2-3 
Sən qədər 3 1-2 
Sən apardılar 5 1-4 
 
Mən daha 3 1-2 
Mən boyda 3 1-2 
Mən qədər 3 1-2 
 
Sən harda?.. 3 1-2 
Kim boyda?.. 3 1-2 
Kim qədər?.. 3 1-2 [6, s. 89] 


225 
Göründüyü kimi, şeirin 1-ci misrası 5, qalan misralar isə 3 
hecadan ibarətdir; şeirin bölgüsünə tabe olmayan yalnız 1-ci misradır. 
Nəzərə alsaq ki, bu misranın missiyası şeirin məzmun strukturunu 
təşkil etməkdir, onda onun funksionallığını və məhz bu funksionallıq 
üçün də vəznin və bölgünün pozulduğunu aydın görmək olar. Buna 
baxmayaraq poetik struktur məzmunu və məzmunda ifadə olunan 
ekspressivliyi çatdırır. Xüsusən sonuncu misraların sual intonasiyası 
poetik informasiyanı tamamlamağa xidmət edir. Onun "Bitməyən 
şeir"i isə 5 heca üzərində qurulub:
 
ölürəm ana 5 3-2 
sənə gəlmədikcə 6 2-4 
məni bilmədikcə 6 2-4 
yalanam ana 5 3-2 
anamsan mənim 5 3-2 
canımsan mənim 5 3-2 
demədikcə 4 4 
ölürəm ana 5 3-2 [6, s. 29]. 
Bunu ölçü pozuntusu kimi qələmə vermək olmaz. Çünki poetik 
formanın özünəməxsus qanunauyğunluğu özü bunu tələb edir. Bunu 
çağdaş şeirin yeniliyi kimi də göstərmək çətindir. Ədəbiyyatşünas 
M.Əliyevin yazdığına görə "Müxtəlif ölçülü misraların şeirdə işlən-
məsi heca vəznli şeirin qədim xüsusiyyətlərindən olub, ritm əlvanlığı 
yaradan vasitələrdəndir" [7, s. 156]. Bu ona görə belə olur ki, heca 
vəzni mexaniki bir qəlib deyil, hər şeydən əvvəl özünəməxsus dil və 
ifadə vasitələrinə məxsus olan bir vəzndir. Bu baxımdan çağdaş şairlər 
heca vəzninin mexaniki qəliblərinə mexaniki bir qəlib kimi baxmır, 
mümkün olduğu qədər bu çərçivədən çıxmağa çalışırlar. Q.Nəcəf-
zadənin şeirlərində bu cür hallar çoxluq təşkil edir. Onun "Nə yaxşı..." 
şeiri əslində 7-lik üzərində qurulub, lakin 1-ci bəndin ilk üç misrası 6-
lıq şəklində verilib, 4-cü misra 7-lik. Sonrakı bəndlərin ikisi də 7-lik 
üzərində qurulub: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə