Azərbaycan miLLİ elmlər akademiyasi


XV-XVI ƏSRLƏR KLASSİK ŞEİRİMİZDƏ



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə93/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   89   90   91   92   93   94   95   96   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 
XV-XVI ƏSRLƏR KLASSİK ŞEİRİMİZDƏ
FOLKLOR ELEMENTLƏRİ
 
 
Açar sözlər:
mədhiyyə, folklor şeiri, qəhrəman, müqayisəli təhlil 
Key words:
panegyric, folklore poem, hero, comparative analysis 
Ключевые слова:
медхия, фольклорные стихотворения, герой, сравни-
тельный анализ
Orta əsrlər Azərbaycan mədhiyyə şeirinə nəzər saldıqda görürük 
ki, artıq həmin dövrdə bu şeir növü kifayət qədər inkişaf etmişdir. 
Mədhiyyə şeirinin inkişafında xalq ədəbiyyatının təsiri haqqında mə-
lumat verməzdən əvvəl bildirək ki, folklor ədəbiyyatımızın tarixi qə-
dim dövrlərə təsadüf etdiyindən həmin vaxtda mədhiyyə məfhumu 
mövcud olsa da, ədəbiyyatda termin kimi öz əksini tapmamışdır. Ağız 
ədəbiyyatında bu, öygülər, alqışlamalar adlanırdı.
Əmək nəğmələri əmək prosesində yaranan nəğmələrdir. Əmək 
nəğmələrinin ən geniş yayılmış növü holavarlar və sayaçı sözləridir. 
İstehsal alətlərinin adına, öküzün, kəlin tərifinə holavarlar həsr edil-
mişdir. 
Qızıl öküzüm, yeri, 
Qoyma şum qala yeri. 
İti tərpən maralım, 
Düşmənlər baxır bəri.
Öküz ,öküz, xan öküz 
Boynu qızıl qan öküz 
Çək çayırı çəməndən 
Sənə qurban can öküz [1, s. 46]. 


248 
İnsanlar yaxın köməkçiləri olan öküzlərin şəninə söylədikləri 
öygülərdə onları əzizləyirdilər. 
Nənəm, a narış qoyun, 
Yunu bir qarış qoyun [1, s. 38]. 
Yuxarıda göstərilən nümunədə öygüyə rast gəlirik. Qoyunun yu-
nunun qalın olması fəxrlə bildirilir. 
Gözəl keçsin halınız, 
Artsın qara malınız 
Avanınız yox olsun 
Tox gəlsin çobanınız [1, s. 40]. 
Alqışlamalarda qoyun-quzuların artması, onların qidalarının 
çox, məhsullarının bol olması üçün dualar edilir. Bir faktı da qeyd 
edək ki, sayaçı sözlərinin digər əmək nəğmələrindən ayrılmasına baş-
lıca səbəb qoyuna, keçiyə əhəmiyyət verilməsidir. Buna görə də 
onlara qayğı göstərilir və dualar da oxunur.
Ədəbiyyatımızın bütün sahələrinin inkişafında folklor ədəbiyya-
tının böyük rolu olmuşdur. Buna səbəb şifahi xalq ədəbiyyatımızın 
zəngin poetik – mental təfəkkürü özündə ehtiva etməsidir. Folklor 
ədəbiyyatına nəzər saldıqda görürük ki, tarixi çox qədimlərə gedib 
çıxan xalq şeiri nümunələrində mədhiyyə məfhumunun elementləri 
mövcuddur. Mövsüm nəğmələrindən olan “Günəşi dəvət” şeirində 
deyilir: 
Gün getdi su işməyə, 
Qırmızı don biçməyə. 
Gün çıxıbdı yetirəcək, 
Qarı yerdən götürəcək [1, s. 56].
 
Digər bir mövsüm nəğməsində isə yeli, küləyi vəsf edərək onun 
əsməsini arzu edirlər. 
A yel baba, yel baba 
Qurban sənə, gəl baba. 
Taxılımız yerdə qaldı, 
Yaxamız əldə qaldı [1, s. 78]. 


249 
Nümunədən aydın olur ki, xalqımızın təbiətə sonsuz sevgisi olub 
və insanlar təbiətə olan bu istəklərini sözlə ifadə etməyi bacarıblar. 
Həmin təbiət hadisələrinin onların həyatındakı daha dəqiq desək, gü-
zəran qayğılarındakı əhəmiyyətini bildiriblər. 
Folklor ədəbiyyatının nümunəsi olan atalar sözlərində də öygü-
lər vardır. Belə ki, professor Samət Əlizadənin nəşr etdirdiyi “Oğuz-
namə” adlı kitabda verilən atalar sözlərində deyilir:
Ər oldur ki, yüzi suyu satın ala [2, s. 48]. 
Ərəb saray şeirinin nümunələrindən olan qəsidə şeir formasının 
bir şəkli də mədhiyyədir. Adından da göründüyü kimi, mədhiyyələr 
kimlərisə tərif etməkdir. Bu şeir formasının saray ədəbiyyatında inki-
şafına başlıca səbəb sarayda yazıb-yaradan şairlərin şahların, hökm-
darların şəninə təriflər söylənilməsi idi. 
Orta əsrlər dövründə Azərbaycan ədəbi mühitində də mədhiyyə 
şeiri geniş yayılmışdır. Orta əsr Azərbaycan şairlərinin əksəriyyətinin 
yaradıcılığında mədhiyyə şeir nümunələri mövcuddur. Bu şairlər içəri-
sində Q.Təbrizi, X.Şirvani, N.Gəncəvi, F.Şirvani, Ə.Təbrizi, Ş.İ.Xətai 
və başqalarının adını çəkmək olar. Fikrimizi daha aydın şəkildə ifadə 
etməkdən ötrü orta əsr ədəbiyyatımızın məşhur şairi Xaqani Şirva-
ninin Şirvanşahlar dövlətinin hökmdarı Şirvanşah Axsitana yazdığı 
mədhiyyəyə nəzər salaq: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə