Azərbaycan miLLİ elmlər akademiyasi


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə91/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   87   88   89   90   91   92   93   94   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Səidə SADIQOVA 
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 
 
ƏKRƏM CƏFƏR RÜBAİ JANRI VƏ
FÜZULİ RÜBAİLƏRİNİN VƏZNİ HAQQINDA
 
 
Açar sözlər:
rübai vəzni, Füzuli rübailəri, Əkrəm Cəfər, rübainin ölçüləri, 
rübainin vəzn növləri 
Key words:
rubai rhythm, Fuzuli’s rubais, Akram Jafar, dimensions of rubai, 
types of rubai rhythm 
Ключевые слова:
ритм рубаи, рубаи Физули, Акрам Джафар, размеры 
рубаи, виды ритм рубаи
Füzuli orta əsrlər Azərbaycan ədəbiyyatında Azərbaycan ədəbi 
dilinin, qəzəl janrının və əruzun zirvəsi olduğu kimi, eyni zamanda 
rübai janrının da görkəmli yaradıcısıdır. Bu sözü deməyə, bizə onun 
bu janrda yazdığı əsərlərin həm məna və məzmun, həm də forma 
xüsusiyyətləri imkan verir. Eyni zamanda bizə elə gəlir ki, Füzuli 
Azərbaycan ədəbiyyatı tarixində kəmiyyət baxımından da ən çox rübai 
qələmə almış şairlərimizdən biri və yaxud da birincisidir. Bu mənada, 
təbii ki, Füzuli rübailərinin vəzni haqqında söz demək, eyni zamanda 
bütövlükdə Azərbaycan rübaisinin vəzni haqqında söz deməkdir. Bu 
işi isə sadəcə olaraq, görkəmli əruzşünas Əkrəm Cəfər (1905-1991) 
gördüyü üçün biz burada onun fikirlərini nümunə gətirməklə kifa-
yətlənirik. Bu mənada Əkrəm Cəfərin rübai haqqında fikirlərinə onun, 
ümumiyyətlə, rübai vəznləri və Azərbaycan rübaisinin özünəməxsus 
cəhətləri haqqında dediyi fikirlərlə başlamaq istəyirik: “Rübai vəznləri 
əruz vəzninə daxil deyil. Əruzu ərəblər, rübai və onun ölçülərini 
farslar yaratmışlar. Rübainin özünəməxsus şəkli və ölçüləri var. 
Fars, tacik, özbək, türk dilli rübailərdə nəzəri olaraq 24 ölçü var: 
on ikisi əxrəb (məf”Ulü) dilpərdə şəcərəsini, on ikisi əxrəm 
(məf”Ulün-dildildil) şəcərəsi təşkil edir. Lakin bu 24 ölçünün heç 
birisi qısa heca ilə bitmir. Azərbaycan rübailərində isə hər addımda 


240 
qısa heca ilə bitən misralara təsadüf edirik... Ərəb, fars və türkdə 
işlənən qəliblər Azərbaycan rübaisində olan bütün misraların ölçülə-
rini dəqiq göstərmək imkanından məhrumdur” [1, s. 193].
Daha sonra rübainin nəzəri əsasları və Füzuli rübailərinin vəzni 
haqqında fikirlərini davam etdirən Əkrəm Cəfər 1984-cü ildə çap et-
dirdiyi “Məhəmməd Füzuli. Seçilmiş əsərləri” adlı kitabında rübaidən 
bəhs edərkən yazır: “Azərbaycan rübailərində vəznin 12 növü və 
bunların 36 variantı var: on səkkizi (məf’Ulü) dilpərdə, on səkkizi 
(məf’Ulün) dildildil ölçülərindədir. Bunun səbəbi Azərbaycan dilinin 
zəngin saitlər sistemidir. Dilimizdə olan doqquz qısa və orta sait bizdə 
vəzn qəliblərinin sayını artırır. Lakin bu, nəzəri olaraq belədir. 
Əməliyyədə isə bu ölçülərin hamısı işlənmir. Bunların çox işlənənləri, 
az işlənənləri və demək olar ki, heç işlənməyənləri var. 
Burada bir nöqtəni də nəzərə almaq lazımdır: rübainin bu 
ölçüləri ayrılıqda bütöv rübaiyə aid deyil, rübainin ayrı-ayrı misrala-
rına aiddir. Yəni rübainin içində 2, 3, hətta 4 ölçü ola bilər. Dörd 
misrası da eyni ölçüdə olan rübaiyə rast gəlmək çətindir. 
Biz burada yalnız Füzulinin bu “Seçilmiş əsərləri”ndə olan alt-
mış iki rübainin ölçülərini göstəririk. Gətirdiyimiz ölçülər rübainin 
müxtəlif misralarına aiddir. 
Rüxsarı -na eyb etmə nigah etdi -yimi 
dilpərdə qələmpərdə qələmpərdə nüvə 
Qəddinə dedim ki, sər -vi bostandır bu 
dilpərdə qələmqələm qələmdildil nü 
Pünhan qə -mimi alə -mə izhar et -mə 
dilpərdə qələmpərdə qələmdildil nü 
Zəhri-qə -mi-ruziga -rı kar etdi mənə 
dilpərdə qələmqələm qələmpərdə nüvə 
Bu dörd ölçü sırf Azərbaycan əruzuna aiddir. Ərəb, fars, tacik 
əruzlarında nə “nü” ünsürünü, nə də “nüvə” ünsürünü əvəz edən təfi-
lələr yoxdur. Aşağıdakı ölçülər isə müştərəkdir. Yəni bizdə də, onlar-
da da işlənir.
Yox aşi -qə səndən öz -gə aləmdə qərəz 
dilpərdə qələmqələm qələmpərdə qələm 
məf’Ulü məfA’ilün məfA’İlü fə’əl 
Məcnun o -dayandı şö -leyi-ahi -lə pak 
dilpərdə qələmqələm qələmpərdə nücAn 


241 
məf’Ulü məfA’ilün məfA’İlü fə’Ul 
Kimdirki qəmində na -leyi-zar et -məz 
dilpərdə qələmqələm qələmdildil dil 
məf’Ulü məfA’ilün məfA’İlün fə’ 
Sərmənzi -li hər mura -da rəhbərdir eşq 
dilpərdə qələmqələm qələmdildil cAn 
məf’Ulü məfA’ilün məfA’İlün fA’ 
Ey cövhə -ri-eşqin ə - səri cismü ərəz 
dilpərdə qələmpərdə qələmpərdə qələm 
məf’Ulü məfA’İlü məfA’İlü fə’əl 
Qovğayi - qiyamətdə duram məstü xərab 
dilpərdə qələmpərdə qələmpərdə nücAn 
məf’Ulü məfA’İlü məfA’İlü fə’Ul 
Üşşaqə deyil qeydi - əlayiq la -yiq 
dilpərdə qələmpərdə qələmdildil dil 
məf’Ulü məfA’İlü məfA’İlün fə’ 
Xak oldu -lar onlar, mə -nəm indi ol xak 
dilpərdə qələmpərdə qələmdildil cAn 
məf’Ulü məfA’İlü məfA’İlün fA’ 
Burada təqtilərini verdiyimiz bu on iki qəliblə Füzulinin bu 
kitabda (“Məhəmməd Füzuli. Seçilmiş əsərləri”, Bakı-1984 kitabı 
nəzərdə tutulur – 
S.S.
) olan bütün rübailərini ölçmək mümkündür” [1, 
s. 193-195].
Doğrudur, Əkrəm Cəfər gətirdiyimiz sitatda bütövlükdə Azər-
baycan rübaisində on iki vəzn növünün və bunun otuz altı variantının 
işləndiyini söyləsə də, Füzuli yaradıcılığı əsasında bunlardan ancaq on 
ikisini nümayiş etdirir. Yəni biz onun bu sitatında bütövlükdə Azər-
baycan rübaisinin vəznlərinin ümumi mənzərəsini görmürük. Onun 
1958-ci ildə yazdığı “Füzuli şeirinin vəzni” adlı məqaləsində bütün 
Azərbaycan rübailərinə, o cümlədən Füzuli rübailərinə aid etdiyi 
vəznlərdə isə bəzi ziddiyyətli məqamlarla da rastlaşırıq. Məsələn, o 
yazır: “...Azərbaycan ədəbiyyatında, o cümlədən Füzulidə rübai vəzn-
cə altı növdə yazılmışdır. Bu altı növ rübai vəzni xüsusiyyətlərinə 
görə üç cütə bölünür. Birinci cütə birinci və ikinci növlər daxildir.
I növ – məf’Ulü məfAilün məfaİlü fəul 
II növ – məf’Ulü məfaİlü məfaİlü fəul 
Rübai vəzninin növlərinin ikinci cütünə üçüncü və dördüncü 
növlər daxildir. 
III növ – məf’Ulü məfAilün məfaİlün fa’ 


242 
IV növ – məf’Ulü məfaİlü məfaİlün fa’ 
Rübai vəzninin növlərinin üçüncü cütünə beşinci və altıncı 
növlər daxildir. 
V növ – məf’Ulü məfAilün məfaİl fəul 
VI növ – məf’Ulü məfaİlü məfaİl fəul” [2, s. 127-131]. 
Daha sonra Əkrəm Cəfər üçüncü cütə, yəni V, VI növlərə aşağı-
dakı rübailəri misal verir: 
Saqi, kə / -rəm et, şəra / -bi-gülfam / yürüt 
məf’Ulü məfAilün məfaİl fəul
Gülfam(i) / şərabə ver / -mə aram / yürüt 
məf’Ulü məfAilün məfaİl fəul
Bəzm içrə / hübabi-əş / -ki gülgunum / dan 
məf’Ulü məfAilün məfaİlün fa’
Min cam(i) / yürütmə, ca / -n üçün cam / yürüt 
məf’Ulü məfAilün məfaİl fəul
Gül dövrü / xoş ol kim, tu / -ta gülfam / qədəh 
məf’Ulü məfaİlü məfaİl fəul
Bəzmində / dəmi tutma / -ya aram / qədəh 
məf’Ulü məfaİlü məfaİl fəul
Hər sübh(i) / ki, xurşid(i) / -sifət qaldı / -ra baş
məf’Ulü məfaİlü məfaİlü fəul
Bəzmin bə / -zəyib gəzdi / -rə ta şam / qədəh 
məf’Ulü məfaİlü məfaİl fəul
Qeyd edək ki, Əkrəm Cəfərin göstərdiyi rübainin vəzn növlə-
rinin üçüncü cütü, yəni V, VI növlər, ümumiyyətlə, rübai vəznləri sı-
rasına daxil deyildir. Əkrəm Cəfər bu növləri Azərbaycan rübaisinin 
növləri kimi təqdim etsə də, əslində bu növlər praktika ilə uyğun gəl-
mir. Bu faktı elə onun öz nümunələrində də görürük. Məsələn, birinci 
rübaidə ikinci misranın birinci sözü olan “gülfam” sözündəki “fam” 
hecası ikiyə parçalanaraq, kor heca əmələ gətirirsə, bu heca birinci 
rübainin birinci misrasının üçüncü bölümündə və yenə də ikinci rü-
bainin birinci misrasının üçüncü bölümündə nədənsə parçalanmır. 
Bizcə, bu hecalar parçalanmalı və təfilə məfaİl deyil, məfA’İlü şək-
lində olmalıdır. Belə qəlib isə rübai vəzninin şəcərələri içərisində öz 
əksini tapır. 
Lakin burada biz belə məqamların üzərində ətraflı dayanmaq 
istəmirik. Çünki Əkrəm Cəfərin rübai haqqında olan fikirləri arasında 


243 
uzun zaman fasiləsi durduğundan, bunlar arasında da müəyyən ziddiy-
yətli məqamların və eyni zamanda inkişafın olması təbiidir. Əkrəm 
Cəfərin Füzuli rübailəri və ümumiyyətlə, rübailər haqqında 1958-ci 
ildə qələmə aldığı “Füzuli şeirinin vəzni” və “Füzulinin “Hədiqətüs-
süəda”sında olan mənzum əsərlərin vəzni” adlı məqalələrində dediyi 
fikirlərlə [3], 1993-cü ildə çap olunmuş “Rübai” risaləsi [4] və yaxud 
da 1984-cü ildə çap olunmuş “Füzulinin seçilmiş əsərləri”ndə rübai 
haqqında olan fikirləri arasında böyük bir zaman kəsiyi durur. Bu 
səbəbdən də biz daha çox Əkrəm Cəfərin “Rübai” risaləsi və 
“Seçilmiş əsərlər”ində olan fikirlərə söykənirik. Bu məqalələrdə
ümumiyyətlə, Əkrəm Cəfərin rübai haqqında olan fikirlərində bizi 
daha çox bir rübai çərçivəsində işlənən vəznlərin müxtəlifliyi maraq-
landırır. Bu baxımdan isə Əkrəm Cəfərin rübai haqqında olan əsərləri 
olduqca maraqlı faktlar verir. Əkrəm Cəfərin Azərbaycan rübai 
vəznlərinin aktiv-passivliyi haqqında dediyi fikirlər də maraqlıdır. 
Belə ki, o, bizim demək olar ki, qəbul etmədiyimiz, amma onun 
Azərbaycan rübaisinin üçüncü cütü və V, VI növləri adlandırdığı 
vəznləri əvvəlki vəznlərə nisbətən passiv vəznlər hesab edir. Bu ba-
rədə danışarkən o yazır: “Bunu da qeyd etmək lazımdır ki, Azəri 
rübaisi vəzninin bu növləri (V və VI növləri) az fəal, yəni seyrək 
tətbiq olunan növlərdir” [2, s. 130]. Daha sonra isə o, deyır: “Füzuli 
Azərbaycan dilində 76 rübai yazmışdır. Bunlardan 71 divanında (I 
cildində), üçü “Leyli və Məcnun” poemasının başlanğıcında, ikisi 
müəmmalarındadır. Bunların hamısı 304 misra olur. Bunlardan 79 
misra rübai vəzninin birinci növündə..., 64 misra ikinci növdə..., 79 
misra üçüncü növdə..., 60 misra dördüncü növdə..., 15 misra beşinci 
növdə..., yalnız 7 misra altıncı növdə yazılmışdır. Buradan anlaşılır ki, 
üçüncü cüt – beşinci və altıncı növlər Azərbaycan rübaisi vəzninin 
passiv növləridir. Bunların ahəngi Azərbaycan dilinin fonetik tələb-
lərinə uyğun gəlmir. Maraqlıdır ki, “Hədiqətüs-süəda”da olan 13 
rübainin 52 misrasından tək bir misra da bu növlərdə yazılmamışdır” 
[2, s. 132]. Qeyd edək ki, bu fikirlər Əkrəm Cəfərin 1958-ci ildə de-
diyi fikirlərdir. Lakin o, yuxarıda adını çəkdiyimiz “Məhəmməd Füzu-
li. Seçilmiş əsərləri” kitabında rübai vəznlərindən danışarkən, əvvəlki 
fikirlərindən bir qədər daşınaraq, Azərbaycan rübaisinin vəznlərinin 
altı deyil, on iki növü və bunların otuz altı variantı olduğunu qeyd 
etdikdən sonra yazır: “Əməliyyədə isə bu ölçülərin hamısı işlənmir. 
Bunların çox işlənənləri, az işlənənləri və demək olar ki, heç işlən-
məyənləri var” [1, s. 193]. 
Qeyd edək ki, Əkrəm Cəfərin rübai vəznləri haqqında belə nə-


244 
zəri müddəaları təkcə Azərbaycan rübaisinin vəzni haqqında deyildir. 
O, təbii ki, bütün Azərbaycan rübailərini və rübai vəznini tədqiq 
etdikdən sonra, bu qənaətə gəlmişdir. Bu mənada, onun fars rübai 
vəznlərinin aktiv-passivliyi haqqında dediyi fikirlər də maraq doğurur. 
O, Qeys Razinin “əl-Möcəm” əsəri əsasında rübai vəznlərinə yekun 
vurduqdan sonra, həmin vəznləri öz “Rübai” risaləsində nümunə 
gətirərək, Qeys Razinin sıralanmasını nəzərdə tutub, aşağıdakı fikirləri 
yazır: “...“əl-Möcəm”in bu şəcərələrində qəliblərin təfilələri üzrə 
müəyyən ardıcıllığa və simmetriyaya riayət edilməmişdir. Gah fə’-fA’ 
qəliblərində əvvəl fA’ qəlibi, sonra fə’ qəlibi gəlir, gah da əksinə 
olaraq, əvvəl fə’ qəlibi, sonra fA’ qəlibi gəlir (bax, əxrəb şəcərəsində 
1, 2, 7 və 8-ci qəliblərə). Həmçinin fə’əl-fə’Ul qəliblərində də gah 
əvvəl fə’ qəlibi, sonra fə’Ul qəlibi gəlir. Gah da əksinə olaraq, əvvəl 
fə’Ul, sonra fə’əl qəlibi gəlir (bax, məsələn, əxrəm şəcərəsində 5, 6, 
11, 12-ci qəliblərə). Bunlardan əlavə bu şəcərələrdə vəznlərin aktivlik-
passivlik üzrə sıralanma prinsipi gözlənilməmişdir. Məsələn, əxrəm 
şəcərəsində 5 və 6-cı qəliblər, daha da artıq 7 və 8-ci qəliblər ən passiv 
qəliblər ikən, bunlar şəcərənin ortasında, 9 və 12-ci qəliblər onlardan 
daha aktiv qəliblər olduqları halda şəcərənin sonunda yerləşdirilmiş-
dir” [4]. 
Rübai vəznlərinin aktiv-passivliyi haqqında hələ Qeys Razi “əl-
Möcəm” əsərində müxtəlif qeydlər etmişdir. Belə ki, o, vəznlərin 
aktiv-passivliyindən bəhs edərkən, təkcə hansı ölçünün daha aktiv, 
hansı ölçünün daha passiv olduğunu sadəcə olaraq, qeyd etməklə ötüb 
keçməmiş, eyni zamanda onların səbəblərini də açıb göstərmişdir. 
Belə ki, Qeys Razinin fikirlərinə görə, əxrəb şəcərəsi vətədlərinin 
nizamlı düzülüşünə görə əxrəm şəcərəsindən daha ürəyəyatımlıdır. 
Lakin əxrəb şəcərəsində məf’Ulü məfA’İlün məf’Ulün fə’ qəlibi daha 
ağır vəzndir ki, bunun da səbəbi bu qəlibin tərkibində altı səbəbin 
ardıcıl olaraq gəlməsidir. Eyni zamanda əxrəm şəcərəsində də ən ağır 
qəlib məf’Ulün məf’Ulün məf’Ulün fə’ qəlibidir ki, Qeys Raziyə görə 
də bu qəlibin ağır olması onun başdan ayağa səbəblərdən təşkil 
olunmasındadır [5, s. 121].
Qeyd edək ki, rübai vəznləri sırasında biz bəzən əxrəb və əxrəm 
şəcərələrinin qarışdırıldığını da görürük. Yəni başqa sözlə desək, əs-
lində doğru olmasa da, şairlər bəzən bir rübai çərçivəsində bəzi mis-
raları əxrəb, bəzi misraları əxrəm və yaxud da əksinə olaraq, qələmə 
almışlar. Təbii ki, bu hal yolverilməzdir. Lakin poeziyada, təcrübədə 
belə faktlara rast gəlindiyi üçün nəzəriyyəçilər, alimlər bu haqda da 
söz sözləməyə, fikir deməyə məcbur olmuşlar. Professor Rafael Hü-


245 
seynov yazır: “Hətta əxrəb və əxrəmin müəyyən vəznlərini qarşılaş-
dırmaqla yazılmış rübailər bəllidir. Həm də bu rübailər hansısa ikinci-
üçüncü dərəcəli şairlərin deyil, Rudəki, Xəyyam kimi böyük sənət-
karların yaradıcılığında yer almaqdadır” [6, s. 105]. Bu mənada, hələ 
Qeys Razi ilk dəfə olaraq, bu barədə fikir söyləmiş və belə halların 
məqbul olmadığını qeyd etmişdir. Məsələn, o, əxrəb şəcərəsinin yün-
gül vəzni ilə əxrəm şəcərəsinin ağır bir vəzninin qarışdırıldığını qeyd 
edib, onlara bir beyt nümunə gətirməklə, belə halların xoşagəlməz 
olduğunu nümayiş etdirməklə bərabər, eyni zamanda şairləri ayıq 
olmağa çağırmış, belə səhvlərə yol verməməyi məsləhət görmüşdür. 
Qoftəm ki dəhan nədari, ey miskinək? 
məf’Ulü məfA’ilün məfA’İlün fə’ 
Qofta darəm, qoftəm ku? Qoft inək. 
məf’Ulün məf’Ulün məf’Ulün fə’ 
(Dedim ki, ağzın yoxdur, ey miskin? 
Dedi varımdır, dedim hanı? Dedi budur) [5 s. 121]. 
Beləliklə, gördüyümüz kimi, tədqiqatçılar istər farsdilli rübai 
vəznləri və istərsə də türkdilli, azərbaycandilli rübai vəznləri haqqında 
olduqca qiymətli fikirlər söyləmiş, onların kəmiyyəti, keyfiyyəti haq-
qında mühüm tədqiqatlar aparmışlar. Belə ki, bu tədqiqatlardan mə-
lum olduğuna görə, istər farsdilli və istərsə də türkdilli poeziyada 
əxrəb şəcərəsi daha çox işləkdir. Lakin eyni zamanda, bu tədqiqlərdən 
o da məlum olur ki, əxrəb şəcərəsində yer tutan vəznlərin özləri də bu 
poeziyalarda işlənmə tezliklərinə görə fərqlənir. 
Rübai vəznlərindən danışarkən, rübai vəzninin özəlliyi kimi bir 
rübai çərçivəsində bir neçə rübai vəzninin işlənə biləcəyini də söylə-
mişdik. Həqiqətən də bu fakt rübai vəznini əruz vəznindən ayıran və 
ümumiyyətlə, onun özünəməxsusluğunu şərtləndirən əsas amillərdən 
biridir. Farsdilli və türkdilli poeziyadan gətirilən nümunələrdə də bunu 
əyani şəkildə gördük. Lakin poeziyada az da olsa, bütün misraları eyni 
vəzndə yazılmış, eyni ölçüdə olan rübailərə də rast gəlirik. 
Ey kəsbi- kəmalə e -tiqadın na -qis! 
Təhsili- kəmalə ic -tihadın na -qis! 
Ar etmə tələbdə, qıl həzər ondan kim, 
Kamillə -r içində o -la adın na qis. 
məf’Ulü məfA’ilün məfA’İlün fA’ [2, s. 131] 


246 
Beləliklə, gördüyümüz kimi, Füzuli rübailərinin timsalında Azər-
baycan rübaisinin vəzn xüsusiyyətlərini ümumiləşdirməyə çalışan və 
eyni zamanda Füzuli rübailərinin vəzni haqqında qiymətli fikir yü-
rüdən Əkrəm Cəfər, həmçinin bu istiqamətdən bütövlükdə rübai şəcə-
rələrinin aktiv-passivlik məsələlərinə də toxunmuş və istər Azərbay-
can dilli, istərsə də fars dilli poeziyada bu vəznlərin işlənmə dərəcə-
lərini müəyyən etmişdir. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə