Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə94/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   90   91   92   93   94   95   96   97   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 
Sübh ulduzlara çəkibdir kaman
Lətif əndamlılar odlanıb ondan. 
Səhər süfrəsinə sübh oturanda, 
Ulduzlar didərgin düşdü bir anda [3, s. 200].
 
Şair burada Axsitanın igidliyini mədh edir, daha sonra bu şeir 
vasitəsilə müftəyeyənləri cəzalandırmağı ondan xahiş edir. 
Bir məsələ haqqında da fikrimizi bildirmək istərdik. Şifahi xalq 
ədəbiyyatının bütün janr və növləri kimi öygülərin də yazılı ədəbiy-
yata təsiri vardır. “Oğuznamə”də deyilir: 
 
Allah-allah deməyincə işlər onmaz [1, s. 19]. 
Eyni fikri XVI əsrdə yaşamış Həqiri Təbrizi “Leyli və Məcnun” 
məsnəvisində də qeyd etmişdir: 
 


250 
Hər sözün olmasa ilkin nami-həq, 
Bulmaq olmaz mənfəət bilgil zi həq [4, s. 90]. 
Hər işə başlamazdan əvvəl Allahın adını çəkmək adi dini etiqad 
tələbini yerinə yetirməklə məhdudlaşmır, həm də insanın daxili aləmi-
nin təmizlənməsi, kamilləşməsi üçün mühüm vasitə olur. Həqiri sözə 
Allahın adı ilə başlamağı Onun vaməndələrə (ehtiyacı olanlara) kö-
mək göstərməsi üçün zəruri bilir: 
Eylədim mən ibtida həq adına 
Ol yetər vamandələr fəryadına [4, s. 90]. 
Şair bu misralarda açıq şəkildə Allahın hökmünü bəyan edir. 
“Oğuznamə”də deyilir: 
 
Allah öldürmədügünü kimsə öldürəməz [1, s.19]. 
Allahın əzəli-əbədi bir gücə sahib olduğu bildirilir. Bu fikir istər 
erkən, istərsə də orta əsr ədəbiyyatımızda böyük əhəmiyyət kəsb et-
mişdir. Belə ki, H.Təbrizi yazır: 
 
Ey adəmdən aləmi mövcud edən 
Ey qamu əxlaqə lütfü cud edən [4, s. 90]. 
Allahın yaratma hökmü Həqiri Təbrizinin varlıq haqqında təsəv-
vürünün əsas istiqamətini müəyyən edir. Allahın aləmi ədəmdən (yox-
luqdan) mövcud etməsini bildirir. Qurani-Kərimdə özünün geniş ifa-
dəsini tapan bu fikir Şah İsmayıl Xətainin şeirlərində də mövcuddur.
 
Ş.İ.Xətai yazır: 
 
Ey ki, yoxdan bu cahanı var edən pərvərdigar 
Yeri qaim gögləri dəvvar edən pərvərdigar [5, s. 47]. 
 
“Oğuznamə”də mədhiyyə məfhumunun digər forması olan al-
qışlamalar da öz əksini tapmışdır: 
Atalar aytmış (demiş):”Həq təala müsəlmanların qürbətdə xəs-
talığından və yigitlikdə ölümdən bə pirlikdə yoxsulluqdan saxlasun”. 
Allah təala qullarını qaşıq bir düşmən şərindən saqlasun [6, s.18]. 
Allaha dua etmək ondan yardım istəmək şifahi ədəbiyyatımızda 
olduğu kimi yazılı ədəbiyyatda da vardır. Nümunə olaraq, Ş.İ.Xətainin 
“Dəhnamə” əsərinə müraciət edək: 


251 
 
Lütf eylə məni- fəqirə bari, 
Öldürmə ğəm içrə zar-zari [7, s. 58]. 
 
Azərbaycan ədəbiyyatının tükənməz söz xəzinəsi olan “Kitabi-
Dədə Qorqud” dastanlarında istər öygülər, istərsə də alqışlamalar ge-
niş şəkildə verilmişdir. Dastanın ilk boyu olan “Dirsə xan oğlu Buğac 
xan boyunu bəyan edər” boyunda təbiətin gözəlliyi geniş şəkildə vəsf 
olunur: 
 
Köksü gözəl dağlara gün düşəndə, 
Caqqaluboz ac turağaylar cəh-cəhlə cayraduqda [8, s. 13]. 
XV əsrin görkəmli şairi Ş.İ.Xətainin “Dəhnamə” əsərinin əv-
vəlində verilən təbiət təsviri sanki “Dədə Qorqud” dastanından verilən 
şeir parçasının məntiqi davamıdır: 
Qönçə dəhəni çəməndə xəndan, 
Gülməkdən ənar açıldı dəndan [7, s. 13]. 
Əsərin əvvəlində olan “Bahariyyə”də şair əsrarəngiz təbiət təs-
virləri vermiş, təbiətin gözəl çağı olan baharı vəsf etmişdir. Bülbüllə-
rin gözəl nəğmələr oxumasını, durnaların havada qanad çalmasını 
poetik lövhələrlə canlandırmışdır.
“Kitabi-Dədə Qorqud” dastanında təbiət təsvirlərinə geniş yer 
verilmişdir. “Salur Qazanın evinin yağmalandığı boyu bəyan edər” 
boyunda Qazan xanın yurd, su, qurd və s. ilə xəbərləşərkən söylədiyi 
öygüləri qeyd etmək lazımdır. Xan ilk olaraq yurdu ilə xəbərləşir və 
yurdunu belə vəsf edir: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə