Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə102/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   98   99   100   101   102   103   104   105   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Canımın canı ana, canım ana, 
Yanıram yoxluğuna, yanım ana! 
Getdiyin haqq yoluna göz yaşı yox, 
Damla-damla tökülür qanım, ana, 
Ay ana, canım ana, 
Canımın canı ana. 
Bu bir bənd şeirin müəllifi filologiya üzrə fəlsəfə doktoru
institutun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi 
işçisi Leyli Əliyevadır. Xanım-xatınlığı və möminliyi ilə seçilən alim-
şairə Leyli Əliyeva incəqəlbli, sözü duyan və sözə məhəbbətlə ya-
naşan bir ziyalı Azərbaycan qadınıdır. Şeirləri 1972-ci ildən dövri 
mətbuatda çap olunur. 
Leyli xanım poeziyanın müxtəlif janrlarında qələmini sınamış, 
fars dilindən, o cümlədən ulu Şəhriyardan, habelə ingilis dilindən tər-
cümələr etmişdir. Leyli xanım əsasən heca vəznində şeirlər yazsa da, 
qələmini əruzda da sınayır. Şərq poeziyası və dillərinə dərindən bələd 
olduğundan bu vəzndə də məharət göstərə bilir. Müxəmməslərinə 
nəzər saldıqda fikrimiz öz isbatını tapır: 
Heyrətdə qalan bil bütün aləm bura gəlmiş, 
El oğlu, sənə eşqini-yazan nə gözəlmiş. 
 
El axtaracaq itkisini, Leyli də söylər
Vallahi bizim Azərbaycan nə gözəlmiş. 
Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin daha bir əmək-
daşı, filologiya elmləri doktoru, ərəbşünas Məhəmmədhəsən Qənbərli 
də ara-sıra şeirlər yazır. O, “İncimə məndən” adlı bir şeir kitabçasının 
müəllifidir. M.Qənbərli ərəb filologiyası sahəsində tanınmış mütə-
xəssis olsa da bədii təfəkkürünün məhsullarını da ara-sıra kağıza kö-
çürməyi unutmayıb: 
Zalım fələk nə istəyir bizlərdən, 
Yaş əskilmir bu intizar gözlərdən, 
Acısı çox, şirini yox sözlərdən
Aman Allah, aman Allah, amandır! 
Ayrılığın intizarı yamandır [5, s. 38]. 


271 
İndiyədək bir çox elmi-publisistik və bədii əsərləri, kitabları işıq 
üzü görmüş filologiya üzrə fəlsəfə doktoru, Türk xalqları ədəbiyyatı 
şöbəsinin aparıcı elmi işçisi Fəridə Hicranın (Vəliyeva) hələlik so-
nuncu olan “Məni görməmisən...” kitabında Qarabağ nisgili ilə yazıl-
mış şeirləri və poemaları toplanmışdır. Fəridə xanım yazır: 
Qarabağın döndü bəxtı, 
Arzuların ötdü vaxtı, 
Qəlb evimin uçan taxtı, 
Özüm kimi ağlar oldun [6, s. 37]. 
Professor Məhərrəm Qasımlı şairin tale və yaradıcılıq yolunu 
lakonik şəkildə belə dəyərləndirir: “Vətənimizin ərazi bütövlüyü uğ-
runda gedən qanlı döyüşlərdə onun cəbhə bölgəsinə can atdığı və hətta 
bir dəfə yaralandığını da xatırlayıram. Qələminə sarılan Fəridə Hic-
ranın can yanğısı ilə yazdığı oçerklərini də unutmamışam. Şeirlə-
rindən də bəlli olur ki, onun yurd həsrəti ilə döyünən rövnəq qəlbində 
Vətən sevgisi o qədər böyükdür ki, o qəlbə bu sevgidən artıq heç nə 
sığmaz. 
Fəridə xanım yaradıcı olduğu qədər də mübarizdir, həsrətə kök-
lənmiş şeirlərində sabah, uğura açılan bir şəfəqli səhər də izlənir. Sa-
nıram ki, o səhəri görəcəyik...” [6, s. 3-4]. Aşağıdakı kövrək misralar 
da F. Hicranın ağrı dolu qəlbindən oxucu ürəyinə süzülür: 
Qarabağım talan oldu, 
Çox çalışdım üzülməyim, 
Bacarmadım... 
Bu dünyadan bac almadım, 
Məni dərdə 
Salan oldu. 
Arzularım yalan oldu, 
İstədim ki, tez doğruldam, 
Alınmadı.... [6, s. 16]. 
Təranə Məhəmmədqızı (Abdullayeva) Yeni dövr Azərbaycan 
ədəbiyyatı şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, 
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Üç şeir kitabının müəllifidir, 
“Bahara düşən yarpaq” adlı sonuncu şeirlər kitabı 2016-cı ildə çap 
olunub. Şeirlərin əksəriyyəti nakam bir ömrün-lirik qəhrəmanının fəci 
hiss və düşüncələrini, həyata bir qədər də bədbin münasibətini ifadə 
edir: 


272 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə