Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə100/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   96   97   98   99   100   101   102   103   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 
Açar sözlər:
ədəbiyyatşünas, poeziya, nəsr, tərcümə, bədii yaradıcılıq 
Key words:
specialist in literature, poetry, prose, translation, artistic work 
Ключевые слова:
литературовед, поэзия, проза, перевод, художествен-
ное произведение
Ədəbi proses bütövlükdə real, canlı ədəbi həyatı təcəssüm 
etdirir, ədəbi inkişafın, ədəbiyyatın müxtəlif meyil və təmayüllərini, 
nəsillərin qarşılıqlı əlaqələrini özündə əks etdirərək toplayır. Yazılan 
bütün əsərləri ədəbi prosesə daxil etmək olmaz. Mütəmadi olaraq 
yazılan bədii nümunələrin estetik tutumu, keyfiyyəti, poetik səviyyəsi, 
ədəbi çəkisi olmalıdır ki, ədəbi tənqidin diqqətini cəlb etsin. Yüksək 
sənətkarlıq tələblərilə yazılan, çap və nəşr edilən əsərləri izləmək, 
onları ictimaiyyətə təqdim etmək tənqid və ədəbiyyatşünaslığın və-
zifələrindən biridir. İstedad və sənətkarlıqla yazılan əsərlər ədəbi qiy-
mətini almalıdır. 
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, burada 
çalışan ədəbiyyatşünas alimlər, tənqidçilər daim ədəbi prosesin inkişaf 
dinamikasının izlənməsi, tənzimlənməsi, təhlili, tənqidi və təbliğində 
böyük rol oynayırlar. Bu gün də həmin tarixi ənənə davam etmək-
dədir. 
Eyni zamanda Ədəbiyyat İnstitutunda çalışan tənqidçi və ədə-
biyyatşünaslar elmi-tədqiqat işləri ilə bərabər, bu və ya digər səviy-
yədə bədii ədəbiyyat nümunələri yaratmışlar və bu gün də müxtəlif 
janrlarda əsərlər yazırlar. 
Son üç ildə Ədəbiyyat İnstitutunda canlanma göz önündədir. 


267 
İnstitutun rəhbərliyinin burada elmi fəaliyyəti yeni bir yüksək mər-
hələyə qaldırmasını vurğulamaqla yanaşı, qeyd edək ki, bədii yaradı-
cılığa məhəbbəti analoqu olmayan hadisədir. Rəhbərlik mütəmadi ola-
raq orijinal təşəbbüs və təşkilati yenilikləri ilə hamını sevindirib, 
təəccübləndirir.
Bu yaxınlarda Ədəbiyyat İnstitutunun direktoru, hörmətli ədə-
biyyatşünas alim, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə institutun 
nəzdində “Elmi şuranın 29 oktyabr 2016-cı il tarixli qərarı ilə “Ədə-
biyyatşünaslıq+Yaradıcılıq Birliyi” yaradıldı. Birliyin ətrafında iyirmi 
nəfərə yaxın ədəbiyyatşünas alim cəmləşdi. Bu birlik üzvləri həm 
tədqiqatçı kimi istedadlı alimlər, həm də bədii ədəbiyyatın müxtəlif 
janrlarında qələmlərini sınayaraq uğur qazanmış şairlər, nasirlər, pub-
lisistlər və tərcüməçilərdir. 
Tez bir zamanda Birlik üzvlərinin ədəbi-bədii materiallarının 
toplanmasına və onların əsərlərinin tərəfimizdən növ və janrlar üzrə 
təsnif olunmasına başlandı (nəsr, poeziya və tərcümə). 
Bu tədqiqatda məqsədimiz institutumuzdakı ədəbi prosesi üzə 
çıxarmaq, burada fəaliyyət göstərən alimlərin yaradıcılıq nümunələrini 
izləmək, araşdırmaq və təhlil etməkdən ibarətdir. 
Ədəbiyyat İnstitutundakı ədəbi prosesi yaradan alimlərdən söz 
açmaq istəyirəm. Bu sırada İsa Həbibbəyli, Orxan Paşa (Məhərrəm 
Qasımlı), Bahar Bərdəli, Məhəmmədhəsən Qənbərli, Rəhim Əliyev, 
İslam Qəribli, Nizami Tağısoy, Elçin Mehrəliyev, Cavanşir Yusifli, 
Baba Babayev, Mərziyyə Səlahəddin, Rasim Nəbioğlu, Salidə Şəm-
mədqızı, Leyli Əliyeva, Şahbaz Şəmioğlu, Fəridə Hicran, Təranə Mə-
həmmədqızı, Təhminə Bədəlova, Nərgiz Cabbarlı, Fidan Abdurəh-
manova, Xədicə Murad və başqalarını göstərmək olar. 
*** 
Ədəbiyyatşünas və tənqidçi şairlərimizin yaradıcılığına ümumi 
bir nəzər saldıqda görürük ki, onlar ədəbiyyatın daha çox əbədi-əzəli 
mövzularına müraciət edirlər. Ümumi xətt-leytmotiv Vətəndir, onun 
ağrı-acılarıdır, itirilmiş torpaqlarımızın həsrətidir. Ana mövzusunda da 
şeirlər ənənəvi olaraq çoxluq təşkil edir. Şübhəsiz, bütün əsərlər, şeir-
lər məhəbbətdən doğur: Allaha, Vətənə, Anaya, Sevgiliyə olan eşq. 
Nəzər saldığımız poetik nümunələr arasında Azərbaycanda baş 
verən ictimai-siyasi olaylarla bağlı şeirlərə rast gəlirik. Vaxtilə ermə-
nilərlə “dostluq”dan yazardı şairlərimiz. Bu gün isə müəlliflər real-
lıqdan çıxış edərək Qarabağın qədim Azərbaycan torpağı və musiqi 


268 
beşiyi, habelə sənətkarlar yurdu olmasını şeirlərində vurğulayırlar. 
Görkəmli alim, akademik İsa Həbibbəyli AMEA-nın vitse-pre-
zidenti olmaqla və Ədəbiyyat İnstitutuna rəhbərlik etməklə yanaşı, 
bədii ədəbiyyat sahəsində də qələmini sınayır. 
Ötən il İsa müəllimin “Əsərləri”nin X cildində [1] müxtəlif il-
lərdə yazdığı şeirləri və digər bədii ədəbiyyat nümunələri toplanmış-
dır. 
Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar 
Birliyinin sədri, professor Məhərrəm Qasımlı uzun illərdir ki, “Orxan 
Paşa” təxəllüsü ilə şeirlər yazır. Onun iki şeir kitabı çıxıb. Sonuncu 
şeirlər kitabı “Yağmur qoxusu” adlanır. Orxan Paşa yazır: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə