Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə103/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   99   100   101   102   103   104   105   106   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Dünya özü bir yalandı, 
Yalan gerçəyi qorxudur. 
Şər xeyirə tələ qurur
Şeytan mələyi qorxudur. 
İçimdəki neyin səsi – 
Yerin səsi, göyün səsi, 
Ömrün, günün xoş vədəsi, 
Xəzan çiçəyi qorxudur [7, s. 5]. 
Filologiya üzrə elmlər doktoru, tanınmış ədəbiyyatşünas alim
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi İslam Qəribli 
eyni zamanda istedadla yazılmış şeirlər müəllifidir. İ.Qəriblinin 2012-
ci ildə “Geçikmiş görüş” adlı ilk şeirlər kitabı çapdan çıxmışdır. Ki-
taba müəllifin müxtəlif illərdə yazdığı lirik şeirləri daxil edilmişdir. 
Tanınmış tənqidçi Q.Bayramovun “Ön söz”ündə oxuyuruq: “Bu şeir-
lər – 40 ildən çox bir müddətdə şeir yazan, ilk şeirlərini (tələbəlik illə-
rinin) APU-nun “Gənc müəllim” qəzetində nəşr etdirən və sonralar bir 
daha şeir nəşri məsələsinə qayıtmayan, yazı-pozuya yaxından bələd 
olan, imzası imzalar içində tanınan bir alimin, bir Hadişünasın, teksto-
loqun, publisistin, bir tənqidçi-ədəbiyyatşünasın, şeirə-sənətə qiymət 
verən, ədəbi-estetik təhlilini verən filologiya elmləri doktoru İslam 
Qəriblinin şeirləridir! İki-üç hal istisna olmaqla, heç bir yerdə, heç bir 
vədə nəşr olunmayan, amma İslam Qəriblinin ürək kitabında çin-çin 
yığılan şeirləridir...” [8, s. 3] 
Həqiqətən də gözəl deyilib: 
Torpaqdan boy atan körpə bir fidan, 
Saxta bir baxışdan dolandı eşqim. 
Mən onu içimdə pünhan saxladım, 
Qəlbimin qanına boyandı eşqim [8, s. 52]. 
İslamın şeir yaradıcılığında sevgi, ana məhəbbəti, təbiət gözəl-
liklərini əks etdirən bədii nümunələr çoxluq təşkil edir. Xüsusilə də 
vətənpərvərlik, Qarabağ və Cənub mövzusunda yazdığı şeirlər poetik 
yaradıcılığının əsas leytmotividir: 
Aydın sabahlara göz dikə-dikə, 
Gözümüzün kökü saraldı, Təbriz! 
Bir çıxdıq yollara son döyüş deyə
Aldı yolumuzu qar aldı, Təbriz! [8, s. 106] 


273 
İstedadlı yazıçı, şair, ədəbiyyatşünas Bahar Bərdəlinin (Məm-
mədova) imzası oxuculara yaxşı tanışdır. Bahar xanım Müstəqillik 
dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya 
üzrə fəlsəfə doktorudur. 
Şair-publisist Əlirza Xələfli həmkarı Bahar Bərdəlinin “Qayıt-
mısan...” şeirlər kitabına “Ağrıları yaşadan poeziya” adlı “Ön söz”də 
onun yaradıcılığının bədii-poetik məziyyətlərini belə səciyyələndirir: 
“Baharın şeirləri özünün mənsub olduğu ədəbi nəslin taleyi ilə və həm 
də yaşadığı dövrün, zəmanənin özü ilə bağlıdır. Elə bəri başdan demək 
yerinə düşərdi ki, onun həm poeziyası-bəzən ağrılı, bəzən düşüncəli, 
bəzən müdrik notlarla süslənmiş lirikası öz yaşından qabağa getmir. 
Bəlkə, daha çox gənclik, ötüb-keçən çağların aşıladığı hiss və duyğu-
ları qoruyub saxlamaq gücündədir. O, başqa məsələdir ki, şair fəhmi, 
sənət duyumu onun yaşamadığı ömürləri belə qavrayır, gələcəyin 
istisini və soyuğunu duyur, özündə əks etdirir” [9, s. 3]. Həqiqətən də 
B.Bərdəlinin şeirləri çoxçalarlıdır, hikmətli notlarla düşündürücüdür: 
Əsrlərin daş yaddaşı, 
Tarixlərin qəm sirdaşı, 
Karvanların köç yurddaşı, 
Qədim Bərdə, yurdum mənim
Ulu diyar, Bərdəm mənim! 
 
Nizaminin şövkətidir, 
İsgəndərin heyrətidir, 
Nüşabənin hikmətidir, 
Qədim Bərdə, yurdum mənim, 
Ulu diyar, Bərdəm mənim. 
Yuxarıdakı poetik bəndlər və bir çox digər nümunələr göstərir 
ki, Bahar Bərdəlinin şeir yaradıcılığında vətənpərvərlik mövzusu 
üstün yer tutur. Onun yaradıcılığında şəhid analarına ithaf etdiyi şeir-
ləri diqqəti daha çox cəlb edir. “Yurdum mənim”, “Şəhidlər xiyabanı”, 
“Vətən bayatıları”, “Vətən”, “Heykəl analar” kimi poetik nümunələr 
bu silsilədəndir. 
“Şairin sənətkarlığı ondadır ki, bu ağrı-acıları ürək yanğısı ilə 
ümumiləşdirərək poetikləşdirir və bütün dərdlərin fövqünə qaldırır. 
Çünki bu acılar tək-tək fərdlərin, ayrı-ayrı şəxslərin deyil, ümumən 
vətənin yaralarıdır, vətənin ağrılarıdır. Vətənə atılan güllələr bu şəhid-
lərdən keçib torpağa sancılıb. Onların qanı ilə suvarılan məkanı əbədi 
məşəl qızdırır, gül-çiçəklər bəzəyir” [Mərziyyə Nəcəfova: 9, s. 4]. 


274 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə