Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə101/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   97   98   99   100   101   102   103   104   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Düşünürəm 
Bəlkə yenidən qurulmaqdı, 
Dünyanın qəsdi – 
Bəlkə bu bahar leysanı, 
Bizim bilmədiyimiz 
Bir ismarıcdı, 
Bir səsdi... 
Hər nədirsə, 
Söykəndiyim qurumuş ağacın da 
Canına oyanıb təzədən yaşamaq 
Duyğusu gəlir. 
Yoxsa bu nə arınmaq, 
Nə durulmaqdı?! 
Ruhun titrəyiş içində 
Havadan Tanrı qoxusu gəlir [2, s. 164]. 
Müəllifin oxucularına müraciətlə yazdığı “Bir neçə kəlmə” adlı 
ürək sözlərində oxuyuruq: “2004-cü ildə “Sənə sözüm var” adlı ilk 
şeirlər kitabımı gec də olsa duyğularıma ünvanlamışam. Aradan on 
ildən çox keçib. Bu on ildən adlayıb bir daha sənə yetişməyim asan 
olmadı. 2009-cu ildə ağır ürək əməliyyatı, 2014-cü ildə beyin-qan 
dövranının kəskin pozulması kimi çətin tale imtahanları ilə üzbəüz 
qaldım, sağalmağım aylar çəkdi. Həkimlərin, ailə üzvlərimin diqqət və 
qayğısı, eləcə də dava-dərmanla yanaşı isti duyğular, mehr-məhəbbət 
dolu sözlər canıma təpər verib yenidən yolumu davam etmək üçün 
qolumdan tutdu. Sənin sevgində yolumu gözlədiyini bilirəm. O sə-
bəbdən də bu dəfə “Yağmur qoxusu” ilə qarşına çıxıram. Kitabı, 
oxuyub qurtarandan sonra çəkinə-çəkinə bircə söz soruşacağam: “Yağ-
mur qoxusu” ürəyincə oldumu?! 


269 
Üz-üzə söhbətdaşım kimi aldığım bu suala cavab vermək istə-
yirəm: “Orxan Paşa, həm tədqiqatçı, həm də oxucu kimi-bəli, Mə-
hərrəm bəy, həm şeirlərinin “yağmur qoxusu”, həm də şeirlərinin 
bədii ətri ürəyimcə oldu” [2, s. 5-6]. 
Ədəbiyyat İnstitutunun əməkdaşlarının şeir yaradıcılığı poetik 
mövqelərin, mövzuların, üslubların əlvanlığı ilə diqqəti cəlb edir. 
Həqiqəti etiraf edək ki, Azərbaycanımızın istiqlal qazanması poezi-
yada sərbəstlik yaratmışdır və bu, qələmə alınan poetik nümunələrdə 
də öz bədii təzahürünü göstərməkdədir. 
“Azərbaycan şeirinin müasir uğuru milli varlığın ifadəsini poetik 
palitra ilə verə bilməsindədir. Milli şeir doğma xalq vəzni heca, 
klassik əruz və XX əsrin sərbəst şeiri zəminində inkişaf etdiyindən, 
poetik məcazların, fiqurların, ritm və tədqiqlərin bolluğundan, janr-
üslub çalarları, forma və struktur çevikliyindən, şeir dilinin sərrast-
lığından şikayətlənməyə dəyməz. Bunun nəticəsidir ki, Azərbaycan 
şeiri bu gün fərdi üslub və dəst-xətlərin parlaqlığı, təkrarsızlığı ilə 
seçilir, müasir oxucuların zövqünü oxşaya bilir” [3, s. 22]. 
Xədicə Murad (İsgəndərli) İnstitutun Yeni dövr Azərbaycan 
ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi vəzifəsində çalışır, filologiya 
üzrə fəlsəfə doktoru, dosentdir, «Məlhəm» Humanist Qadınlar İctimai 
Birliyinin sədridir. AYB-nın və AJB-nin üzvü, 9 kitab müəllifidir: 
1. Nizami və türklük. Bakı, “Nafta-Press” nəşriyyatı, 2004, 78 s. 
2. Yuxulardan başlayır qocalıq. Bakı, “Gənclik”, 2005, 302 s. 
3. Xeyirxah ömrün işığı. Bakı, Azərnəşr, 2006, 102 s. 
4. O ilahi işıq, o tanrı nuru. Bakı, “Əbilov, Zeynalov və oğul-
ları”, 2006, 184 s. 
5. Bulaq üstə bitən susuz laləyəm. Bakı, “Ozan”, 2009, 106 s.
6. Nağıl dünyamızın nağıl şahzadəsi. Bakı, “Qanun”, 2010, 
136s. 
7. Dupduru bulaq kimi. Bakı, “Qanun”, 2010, 225 s. 
8. Səni kimdən soruşum. Bakı, “Nurlan”, 2011, 80 s.
9. Analı günlərin davamı.... Bakı, 2014, 112 s. 
Filologiya elmləri doktoru, professor Nizami Tağısoyun poetik 
yaradıcılığı da diqqətəlayiqdir. Vaxtilə Nizami müəllimin “Axtara-
caqsan məni” (2000) və “Bəlkə dünya öz yolunu çaşıbdı” (2004) şeir 
kitabları nəşr edilmişdir. Bu gün də yazıb-yaradan alimin poetik dün-
yası zəngindir. N.Tağısoy qələmini müxtəlif mövzularda və irili-
xırdalı lirik-epik janrlarda sərbəst işlədir. Onun poemaları yüksək 
ideya-bədii məziyyətləri ilə oxucu zövqünü oxşayır. Nizami müəlli-
min çap olunmuş şeirləri “onun poeziya aləmində daha da püxtələş-


270 
diyini, sözü daha xəsisliklə, yerində işlətməyə çalışdığını, həyatın 
dibinə daha dərindən nüfuz etdiyini göstərir.” [İdris Hacızadə: 4, s.10] 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə