Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə104/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   100   101   102   103   104   105   106   107   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Bu yerdə əbədi bir məşəl yanır, 
Şənbə gecəsinin dərd-möhnətindən, 
Bu yerdə boy atıb güllər boylanır, 
İgid oğulların məhəbbətindən [9, s. 18].
Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Ədəbiyyat nəzəriyyəsi şö-
bəsinin aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar və Jurnalistlər birlik-
lərinin üzvü Rasim Nəbioğlu (Qurbanov) on beş ədəbi, elmi, pub-
lisistik, tərcümə kitabının (o cümlədən “Hüseyn Cavidin estetik 
idealı” monoqrafiyasının) müəllifi, tərtibçisi və mütərcimidir. Onun 
“Dərəzarat” kitabına, eyni adlı və “Xatəmül-Ənbiya” poemaları, şeir-
ləri, esseləri, hekayələri və ingilis dilindən tərcümələri daxil edilmiş-
dir. Kitab ədəbi-tənqidi fikrin diqqətini cəlb etmiş və tanınmış qələm 
sahibləri Adilxan Bayramov, Qurban Bayramov, Əli Rza Xələfli və 
Cingiz Qurbanoğlu əhatəli resenziyalarında onun təhlilini vermişlər. 
Rasimin şeirlərini oxuduqca bir məsələnin şahidi oldum ki, onun 
çoxşaxəli elmi-ədəbi tədqiqatı qədər bədii təfəkkürü də zəngindir: 
Dam üstündə bürünərdik, yatardıq, 
Miçətkəni üstümüzdən atardıq. 
Yuxumuza şirin nağıl qatardıq. 
İndi hanı bürüncəyim, köynəyim?! 
Dərəzarat, kəndim mənim, ürəyim! [10, s. 32]
Professor Məhərrəm Qasımlının “Ruhunu danışdıran adam” adlı 
“Ön söz”ündə deyildiyi kimi: “Bu misralardakı poetik ruh dədə 
Şəhriyarın “Heydərbabaya salam”ıyla eyni ovqatı paylaşsa da, Rasim 
Nəbioğlunun həm kövrək könüllü bir qardaş kimi, həm də əhli-qələm 
kimi birbaşa özüdür. Xəlqi kolorit, doğulduğu torpağın, elin folklor və 
etnoqrafiya dəyərlərinə bağlılığı da Rasim Nəbioğlunun yazılarına tə-
ravət gətirən əsas yaradıcılıq cizgilərindən sayılmalıdır” [10, s. 9-10]. 
Professor Adilxan Bayramov isə Rasimin bədii yaradıcılığını 
belə səciyyələndirir: “Bu etüd və esselər lirik qəhrəmanın dilindən 
söylənilsə də, bədii-fəlsəfi ümumiləşdirmələrə meyil göstərən və öz 
etik-estetik platformasından çıxış edən tədqiqatçı yazarın şəxsi qə-
naətləridir. Bu əsərlərdə müəllifin insanlıq, şəxsiyyət, özünüdərk və 
özünəqayıdışla bağlı mülahizələri ilə tanış oluruq” [11, s. 316]. 
Ədəbiyyatşünas alimlərimizin şeir yaradıcılığı haqqında fikri-
mizi yekunlaşdıraraq deyə bilərik ki, onların yaratdıqları poeziya nü-
munələrinin əksəriyyəti ictimai-siyasi mühitlə nəfəs alan, bu mühitin 


275 
bədii təcəssümünə nail olan, yaşadıqları dövrün hadisələrinə çevik, 
mütəmadi reaksiya verən, vətənpərvərlik duyğuları ilə coşub-daşan, 
milli və əcnəbi ədəbi prosesləri izləyib onlara cavab verməyə çalışan 
müəlliflərin əsasən dəyərli əsərləridir. Bu müəlliflərin yaradıcılığında 
istər tarixi, istər sosial, istər təbiət, istərsə də dini-fəlsəfi mövzuda və 
məzmunda şeir nümunələrinə rast gəlmək mümkündür. 
Tədqiqatçı-alim və ədəbiyyatşünaslarımızın bir çox bədii-poetik 
qələm məhsulları milli ədəbiyyatımızın, ədəbiyyat tariximizin tərkibi-
nə daxil olmağa, onun üzvi bir hissəsinə çevrilməyə layiq ədəbi pro-
sesi təşkil edən sənət əsərləridir. 
*** 
Ədəbiyyat İnstitutunda çalışan elmi işçi heyətinin nəsr əsərlərinə 
nəzər saldıqda görürük ki, onların əksər hissəsində süjet və təhkiyə 
real həqiqətlərə söykənir. Bu qələm məhsulları ideya və qəhrəman, 
janr və üslub, məzmun və bədii təcəssüm baxımından epik növün 
tələblərinə xeyli dərəcədə və lazımi səviyyədə cavab verən, ürəkaçan, 
qənaətbəxş nümunələrdir. 
SSRİ-nin dağılmasından və istiqlal qazanmağımızdan, Qaraba-
ğın işğalından sonra dövrün meydana gətirdiyi yeniliklər, münaqişə, 
müharibə atmosferi, beynəlxalq böhran, mənəvi təbəddülatlar nəsr 
əsərlərində də özünü büruzə verir. 
İnstitutun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi iş-
çisi, filologiya üzrə elmlər doktoru, tanınmış tənqidçi-ədəbiyyatşünas 
Rəhim Əliyev, eyni zamanda nəsr və publisistika ilə də məşğul olur. 
Nəsr əsərlərindən ibarət iki kitab müəllifi olan Rəhim Əliyevin dövri 
mətbuatda, sosial şəbəkələrdə mütəmadi olaraq hekayələri dərc olu-
nur. Onun 2014-cü ildə çap olunmuş və əsas qəhrəmanı qadınlar olan 
“Zülmətdə çəhrayı” kitabında qadınlar “Çəhrayı”, kişilər isə “Zülmət” 
başlığı altında təqdim olunur. “R.Əliyevin “Çəhrayı dünyası”na məx-
sus qadınlar idealsız, məqsədsiz yaşayır, nə istədiyini bilmirlər. Bu-
rada qadının ana kimi, övlad, dost, vətəndaş kimi mahiyyəti oxucu 
üçün qaranlıq qalır, ailədəki, cəmiyyətdəki yeri, ictimai statusu, dün-
yagörüşü bir çox hallarda pərdəarxası, məqama çevrilir. O, metafizik 
başlanğıcı, sirri, dərkolunmazlığı ifadə etmir, əksinə, bu qadınlar de-
mək olar ki, həmişə gözlənilən addımı atır, çıxış yolunu eyni nöqtədə 
tapırlar” [Mətanət Vahid: 3, s. 361]. 
Rəhim Əliyevin təsvir etdiyi qadınlar ədəbiyyatımızdakı ənənəvi 
qadın obrazlarından fərqlənir. Yazıçı-alimin bu səpkili bütün hekayə-


276 
lərində qadınlar onları atmış kişilərin ayrılığından iztirab çəkir, tale-
lərindəki boşluğu kiminlə oldu, doldurmağa çalışırlar. 
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi 
işçisi, filologiya üzrə fəlsəfə doktoru Mənzər Niyarlı tanınmış yazı-
çılardandır. Mən hələ radioda çalışdığım illərdə Mənzər xanımın bö-
yük xanəndəmiz Seyid Şuşinskiyə ithaf etdiyi “Qızıl qaval” hekayə-
sini efirdə musiqi fonunda dinləyicilərə təqdim etmişdim. Bu hekayə 
ilə də radio tarixində musiqili hekayə janrının əsası qoyulmuşdu. 
Mənzər xanım 40 ildən çoxdur ki, yazıb-yaradır. Yazıçı-alim 
xanımın nəsrinin özəlliyi ondadır ki, o gerçək həyat materiallarına 
realistcəsinə istinad edir. Mənzər xanımın hekayələrində bir cazibə-
darlıq, harmoniya var. Hekayələrinin süjet xətti dinamik şəkildə in-
kişaf edir, oxucunu həvəslə finala yetişdirir. Onun povest və heka-
yələri öz təhkiyəsi və şirinliyi ilə oxucunu ələ alır. Müəllifin nəsrində 
psixoloji məqamlar üstünlük təşkil edir. Eyni zamanda Mənzər Niyarlı 
qadın psixologiyasına, qadın aləminə dərindən bələddir. Yazıçının 
“Yola dikilən gözlər”, “Yarımçıq məzuniyyət” və “Səhv atılan ad-
dımlar” povestlərində biz fikrimizin əyani şahidi oluruq. 
Mənzər xanımın bütün hekayələri insan qəlbinə, ruhuna təsir 
edir. Xüsusilə də “Elə bil çay da susmuşdu” hekayəsi. Bu hekayədə 
obrazın keçmişi ilə bu günü üz-üzə qalır. İnsan nə vaxtsa səhv buraxır 
və bu səhvdən doğan günah onun həm özünü, həm də başqalarının 
taleyini korlayır. 
Tənqidçi-ədəbiyyatşünas Aygün Bağırlı Mənzər xanımın nəsri-
nin özəlliklərini belə səciyyələndirir: “Mənzər Niyarlının əsərlərinin 
xoş təsir bağışlayan xüsusiyyətlərindən biri, bəlkə də, birincisi yazı-
çının adi həyat gercəklərini, hər gün rastlaşdığımız, çevrəmizdə baş 
verən, bəzən də yanından etinasız ötüb keçdiyimiz hadisələri yüksək 
bədii-estetik duyumla sənətə gətirə bilməsidir. Müəllifin maraqlı ifadə 
və üslub tərzi, təhkiyəsi hekayəçilik ənənələrimizin, bədii nəsrin möv-
cud ədəbi təcrübəsinin uğurlu davamı olmaqla yanaşı, həm də onun 
rəng palitrasına yeni bir çalar, yeni bir ştrix əlavə etmişdir” [12, s. 21]. 
Mərziyyə Səlahəddin (Nəcəfova) Müstəqillik dövrü Azərbaycan 
ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə dokto-
ru, dosent, AYB-nin üzvüdür. Bir neçə elmi və bədii kitabların müəl-
lifidir. Qarabağda doğulan Mərziyyə xanımın istər elmi işinin (nami-
zədlik), istərsə də bədii yaradıcılığının ana xətti Qarabağ mövzusudur. 
Mərziyyənin povest və hekayələrində xalqımızın başına gətirilən bə-
lalar, bu bəlaların törətdiyi faciələr bədii boyalarla təsvir edilir. 
Real həyat həqiqətlərini canlandıran müəllifin nəsr əsərləri oxu-


277 
cu üçün dərin maraq doğurur. Mərziyyə xanımın bədii yaradıcılığında 
ümumilikdə bir dərin kədər var. Nasirin “Şəhid anası”, “Bir ovuc 
torpaq”, “Buz heykəl”, “Qapı ağzında ölüm” hekayələrini, “Ata oca-
ğı” və “Bağışlanmaz günah” povestlərini həyəcansız oxumaq qeyri-
mümkündür. Onun yaradıcılığında humanizm, vətənpərvərlik ruhu 
çox güclüdür. 
Vaxtilə – 15 il öncə unudulmaz görkəmli sənətkar Əlibala Hacı-
zadə Mərziyyənin kitabına yazdığı “Ağrılı yazılar” adlı “Ön söz”də 
onun nəsrinə yüksək dəyər verirdi: “İstedadlı, sözə hakim olmağı 
bacaran, gələcəyinə böyük ümidlər bəslədiyim Mərziyyə xanım qarda-
şının adını öz adının yanına yazmasını alqışlayıram. İndi Mərziyyə 
xanımın tək öz adından yox, Səlahəddinin sözləri və arzuları ürəyində 
qalmış o nakam cavanın da adından danışır və danışacaq da. Mərziyyə 
xanım ağrılı-acılı yazıları ilə özünə də, qardaşına da, heykəl qoymaq 
kimi əbədiyaşar bir işlə məşğuldur. Bu, sənət hekayəsidir. Sənət he-
kayəsini isə hətta zaman da yıxıb uçura bilmir” [13, s. 4]. 
Şahbaz Şamıoğlu (Musayev) mənim tələbə yoldaşımdır. Tələbə 
vaxtı ən gözəl dilçi-tələbə kimi nüfuz qazanmışdı. Tale elə gətridi ki, 
peşəkar, istedadlı ədəbiyyatşünas alim oldu. Ədəbiyyat İnstitutunda 
Mühacirət ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə 
fəlsəfə doktorudur. 
Şahbaz vətənpərvərlik mövzusunda Qarabağın işğalına həsr et-
diyi bir hekayəsini mənə mütaliə və fikir bildirmək üçün təqdim edib. 
Hekayəni birnəfəsə oxudum. Müəllifin gözəl dili, şirin təhkiyəsi var.
Onun təbiət təsvirləri ənənəvilikdən gəlsə də orijinallıq və 
simvolik yeniliklərlə zəngindir. Şahbaz Şamıoğlunun hekayəsi “Əsr-
dən uzun gecənin səhəri” adlanır. Şahbaz gərgin süjet quraraq heka-
yədə erməniyə nifrəti açıq-açığa yox, real tarixi olayların bədii əksinə 
nail olmaqla verə bilib. Çörəyimizlə böyüyən erməni Axsaq Nişanın 
satqınlığını, naxələfliyini bədii boyalarla təsvir edə bilib. Hekayənin 
qəhrəmanı Sənəm arvaddır. 
Sənəm arvad əsl Azərbaycan türk qadınıdır. Mərd, ölümdən 
qorxmayan bir xanımdır. Gəlini öz namusunu qoruyaraq intihar edir. 
Sənəm arvad düşmənlərin şərtinə saxta vəd verərək gəlinin dəfninə 
razılıq alır. Yeganə sağ qalan qoca Heybət kişi qəbri qazır, gəlin mafi-
qayda ilə dəfn olunur. 
Ermənilər məşhur professorun Qarabağda gəbərən oğlunun 
xalçasını toxumağı Sənəm arvadla vədələşirlər. Hamı Sənəm arvadı 
nifrətlə süzür. Mərasim vaxtı Sənəm arvadın xalçası təqdim olunur və 
ermənilər bir-birinə dəyir: Sənəm arvad erməni dığasını yox, xalçada 


278 
üçrəngli bayrağımızı təsvir etmişdir. 
“Ədəbiyyatşünaslıq+” Yaradıcılıq Birliyinin sədri, Cənubi Azər-
baycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, professor Vüqar Əhmədin 
bədii yaradıcılığı respublikada və xaricdə yaxşı tanınır.” Vüqar Əh-
məd yaradıcılıq dövründə tanınmış ədəbiyyatşünas-şair olmaqla ya-
naşı, həm də roman və hekayələr, dram əsərləri, publisistik məqalələr 
qələmə almışdır. Vüqar Əhməd nəsr dünyamıza hekayə ilə gəlib. Çox 
qədim dövrlərdən geniş yayılmış bu janrda formaca dinamik, mənaca 
yığcam hadisələri ümumiləşdirən, dil baxımından sadə surətləri ilə 
seçilən hekayələr qələmə almışdır” [14, s. 243]. Alim-yazıçının son 
illərdə üç geniş həcmli nəsr əsəri işıq üzü görüb: “Qarabağ yuxusu və 
yaxud yuxuda qələbə” (avtobioqrafik roman) Bakı, “MBM”, 2013; 
“Son nəfəsədək Azərbaycan” (roman) Bakı, “MBM”, 2014; “Qara-
dağlılar” (roman-trilogiya), Bakı, “MBM”, 2014. Ədəbi ictimaiyyətin 
diqqətinə səbəb olmuş bu üç romanın geniş təqdimatı və müzakirəsi 
keçirilmişdir. Romanlar haqqında görkəmli tənqidçi və ədəbiyyatşü-
naslar mətbuatda geniş resenziyalarla çıxış etmişlər. 
Eyni zamanda Vüqar Əhmədin şeirləri də dövri mətbuatda mün-
təzəm çap olunmuş, sözlərinə nəğmələr yazılmışdır. 
Salidə Şəmmədqızı (Şərifova) AYB-nin üzvüdür, Rusiya Yazı-
çılar Birliyinin Q.R.Derjavin adına medalı ilə təltif edilmiş və 
M.A.Şoloxov adına beynəlxalq mükafat laureatıdır. O, Ədəbiyyat 
İnstitutunda baş elmi işçi, filologiya üzrə elmlər doktorudur. Heka-
yələrindən ibarət nəsr nümunələri toplusu vardır. “Əriyən Şam” adla-
nan kitabında ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni proseslərdə 
baş vermiş problemləri bədii təhlillə oxuculara təqdim edir. “Ön söz” 
müəllifi, xalq yazıçısı Çingiz Abdullayev Salidənin hekayələri haq-
qında belə yazır: “Salidə xanım hekayələri, bir tərəfdən milli nəsrə aid 
ənənələri davam etdirsə də, o biri tərəfdən, janr quruluşu baxımından 
yeni axtarışları əks etdirir. Bir baxımdan “Əriyən şam” toplusu bizim 
kiçik nəsr janr formalarının inkişafının davamı kimi qiymətləndiril-
məlidir. Eyni zamanda müəllif aktual və kəskin suallara toxunur, qısa-
həcmli əsərlərində bəşəri və ümummilli xarakter daşıyan problemləri 
açıqlayır. Bu xüsusiyyətlərinə görə Salidə xanımın yaradıcılığı aktual 
və müasirdir” [15, s. 5]. 
Yeni dövr ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya 
üzrə elmlər doktoru Baba Babayev satirik nəsri araşdırır və eyni za-
manda satirik hekayələr qələmə alır. Bizə belə gəlir ki, klassiklə-
rimizin satirik əsərlərini tədqiq etməsi ona bu janrda nümunələr 
yazmağa həvəs oyadıb. Baba müəllim satirik janrda yazdığı hekayə-


279 
lərdə bədii uğur qazana bilib. Onun lirik-psixoloji üslubda da hekayə-
ləri vardır. Baba Babayev mütəmadi olaraq müxtəlif səpkili hekayələri 
ilə dövri mətbuatda çıxış edir. 
Babanın vətənpərvərlik mövzusunda yazdığı “Namus” adlı he-
kayələrindən biri yadımdadır. “Namus” hekayəsinin əlyazmasını mənə 
oxumuşdu. Əsərin əsas ideya və məzmunu erməni vəhşilərindən bəhs 
edir. 
“Deputat xəstəliyi”, “Yalan” və s. satirik hekayələrində ifşa etdi-
yi ictimai nöqsanlar, insanlardakı mənfi sifətlər yumoristik səpkidə 
gülüş doğurur. 
Araşdırmamızın əvvəlində Rasim Nəbioğlunun şeirlərindən bəhs 
etdik. Rasim müəllim hekayə və esselər də qələmə almışdır. “Orasını 
da deyim ki, Rasim Nəbioğlunun yazı üslubu özünün canlılığı ilə 
seçilir. Səbəbi odu ki, o, elə danışdığı kimi yazır, yazdığı kimi də 
danışır. Səmimiyyət, ədəbi mehr-məhəbbət üçün bundan doğru yol 
yoxdur. Rasimin hekayə-nəsr dili bu mənada gözəl bir söhbətdir. O, 
öz oxucusu ilə söhbət eləməyi bacarır. Ədəbiyyat adamı üçün bundan 
vacib keyfiyyət yoxdur” [Məhərrəm Qasımlı: 10, s. 11]. R.Nəbioğlu-
nun bədii cəhətdən uğurlu alınan “Ağ gün”, “Bəstə-nigar”, “Sınmış 
ütü”, “Yaxşı əmi” kimi hekayələrinin adını çəkə bilərik. 
Elçin Mehrəliyev filologiya üzrə elmlər doktoru, AMEA Nizami 
adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir.
Bədii yaradıcılığa ötən əsrin 70-ci illərində başlamış, istedadlı 
nasir və dramaturq kimi tanınmışdır. Azərbaycan Yazıçılar Birliyinin 
üzvüdür. Bir sıra əsərləri “Azərbaycan gəncləri”, “Bakı”, “Savalan”, 
“Azərbaycan müəllimi”, “Azərbaycan”, “Ulduz”, “Ədəbiyyat və incə-
sənət” kimi dövri mətbuat orqanlarında dərc edilmişdir. “Hekayə və 
nağıllar” (1982), “Pərvin” (1989), “İttiham” (1991), “Hər kəs öz tale-
yini yaşayır” (1998), “Doxsanıncı illər” (2004), “Tale döyüşü” (2011) 
adlı kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Bir çox əsərləri 
respublika radiosunda səslənmiş, “Yurd yeri” pyesi əsasında televiziya 
tamaşası çəkilmişdir. Onun əsərlərində saf məhəbbət, insan taleyi, tor-
paq sevgisi, yurd həsrəti kimi motivlər özünü qabarıq surətdə əks 
etdirir. 
Tənqidçi-ədəbiyyatşünaslardan akademik B.Nəbiyev, müxbir 
üzv N.Cəfərov, professor C.Mustafayev, filologiya üzrə elmlər dok-
torları V.Yusifli, Ş.Xəlilov, S.Şərifova və başqaları E.Mehrəliyevin 
bədii yaradıcılığından bəhs etmiş, əsərlərinin özəllik və keyfiyyətlərini 
yüksək qiymətləndirmişlər.
Akademik Bəkir Nəbiyev Elçin Mehrəliyevin “Tale döyüşü” 


280 
romanına yazdığı “Ön söz”də yazıçının Qarabağ mövzusuna müra-
ciətini belə səciyyələndirir: “Qeyd etməliyik ki, Elçin Mehrəliyev ağır 
və çətin mövzunu təsadüfən qələmə almayıb. O, Qarabağ mövzusuna 
tez-tez müraciət edən, problemin istər elmi, istərsə də bədii-publisistik 
səpgidə həlli yollarını ciddi-cəhdlə axtaran müəlliflərdəndir. Onun 
“Tale döyüşü” əsərini həyəcansız oxumaq, təsirlənməmək, ümummilli 
mətləblər, problemlər üzərində düşünməmək mümkün deyil” [16, s.7]. 
Yazının əvvəlində Bahar Bərdəlinin (Məmmədova) şeir yaradı-
cılığından söhbət açdıq. Bahar xanım ədəbi ictimaiyyətə şair kimi da-
ha yaxşı tanış olsa da, bir nasir kimi də qələmini sınayıb və hekayələri 
ilə oxucu rəğbəti qazana bilib.
“Bahar Bərdəlinin “Dünya bir pəncərədir” hekayəsi mövzu-
ideya, qaldırılan problemlərin xüsusiyyətləri və ya dil-üslub, süjet-
kompozisiya baxımından öz bədii-estetik cəhəti və həlli ilə diqqəti 
çəkir. Hekayədə qoyulan problem çoxcəhətli, çoxşaxəlidir. Pillə-pillə 
və ya əzab-əziyyətlə elmin yollarında addımlayan və akademik rüt-
bəsinədək yüksələn hekayənin qəhrəmanı əsər boyu müxtəlif vəziyyət 
və hadisələrdə müşayiət olunur ki, onun konkret real, gerçək 
görüntüsü bədii mətn arxasında qalır. Buna baxmayaraq hadisə
vəziyyət, obrazlar aləmi, qaldırılan problemlər bütünlüklə əsər boyu 
və qəhrəman ətrafında cərəyan edir” [Xanverdi Turaboğlu: 3, s. 341]. 
Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə 
doktoru Fidan Abdurəhmanova elmi fəaliyyət göstərməklə yanaşı, 
bədii yaradıcılıqla da məşğuldur. Onun “Göyərçin və büllur” (2005) 
və “Xəyal gəmisi” (2010) adlı iki hekayələr kitabı nəşr olunmuşdur. 
Fidan Abdurəhmanova yaradıcılığında göstərdiyi fəaliyyətə görə 
AYB-nin təqdimatı ilə Prezident təqaüdünə layiq görülmüşdür (2011). 
Son illər Fidan xanım uşaq hekayələri ilə dövri mətbuatda mün-
təzəm çıxış edir. “Göyərçin” jurnalında onun xeyli sayda uşaq he-
kayələri işıq üzü görmüşdür. Bu hekayələr göstərir ki, müəllif uşaq 
aləmini, psixologiyasını yaxşı bilir.
Bizim alim ədəbiyyatşünasların nəsr əsərləri haqqında yekun 
olaraq deyə bilərik ki, bu povest və hekayələrin ideya-bədii dəyəri 
onlardakı istedad və səmimiyyətin gücündədir. Yazıçı-alimlərin nəsri 
öz təbiiliyi və səmimiyyəti ilə seçilir. Bu əsərlərdə lirik ruh, romantik 
vüsət vardır. Əsərlərin dili axıcı, şəffaf və poetikdir. İnanıram ki, milli 
və əcnəbi ədəbiyyatı təhlil və tədqiq edən alimlərimizin istər poeziya, 
istərsə də nəsr əsərləri çağdaş ədəbi tariximizin səhifələri ola biləcək... 
*** 


281 
Alim-ədəbiyyatşünaslarımızın tərcüməçilik fəaliyyətləri haqqın-
da da qısaca danışmaq istəyirik. Ədəbiyyat İnstitutunda elmi işçi 
heyətinin tərcüməçilik fəaliyyəti onların yaradıcılıqlarının bir qismini 
təşkil edir. Onlar başqa xalqların ədəbiyyatından bədii əsərləri ana 
dilimizə çevirməklə ədəbi əlaqələrimizi genişləndirirlər. 
“Tərcümə zamanı əsərin milli koloritini saxlamaq prosesi ob-
yektiv çətinliklərlə qarşılaşır. Bu zaman tərcüməçi əsərin orijinalına 
diqqət yetirməli və çalışmalıdır ki, tərcümə əsərin orijinalında verilən 
səviyyədə olsun və edilən dəyişikliklər mənaca səhvə və təhriflərə 
gətirib çıxarmasın” [17, s. 88]. 
Yüksək orijinallıqla tərcümə olunmuş əsərlərindən biri də Qazax 
xalq qəhrəmanlıq eposu “Koblandı-batır”dır. Professor Məmməd Əli-
yevin redaktorluğu ilə çapa hazırlanan əsəri dilimizə Türk xalqları 
ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Əməkdar müəllim, tanınmış ədə-
biyyatşünas alim Nizami Tağısoy tərcümə etməklə “Şifahi sənət nü-
munələri”nin yetərincə orijinal olduğunu bir daha sübut etmişdir. 
Mütərcimin tərcüməyə verdiyi şərhlər, “Koblandı-batır” dastanı 
ilə bağlı iş prosesi, o cümlədən bir neçə dildə təqdim olunmuş xülasə-
lər əsərin geniş auditoriyada rəğbət qazandığına şübhə doğurmur. 
Rasim Nəbioğlunun şeir və hekayələrinin bədii məziyyətləri 
barədə söhbət açmışıq. İndi isə onun tərcümələri haqqında danışmaq 
istəyirəm. R.Nəbioğlu ingilis-rus-Azərbaycan dillərində danışıq kitab-
çasının, tədris və metodik vəsaitlərin müəllifidir. Ali məktəblərdə bir 
sıra humanitar fənlərlə yanaşı, ingilis dili və ədəbiyyatını da tədris 
etmişdir. Tanınmış yazıçılar Əmir Pəhləvanın, Ağarəhim Rəhimovun 
povest və romanları onun ingilis dilinə tərcüməsində Berlində və 
Bakıda nəşr edilmişdir. R.Nəbioğlu xalq yazıçıları Anarın və Yusif 
Səmədoğlunun bir neçə hekayəsini ingilis dilinə tərcümə edib. Həmin 
tərcümələr ABŞ-da nəşr olunmuş “Azərbaycan nəsri antologiyası”na 
(1913) daxil edilmişdir. Eyni zamanda ingilis ədəbiyyatından 
U.Şekspir, Ç.Makey, L.Hyuz, C.Törber kimi müəlliflərin şeirlərini, 
hekayə və yumoristik novellasını, habelə B. Şounun və U.Həzlitin 
ədəbi-tənqidi əsərlərini orijinallıqla, bədiiliklə, məharətlə dilimizə 
çevirmişdir. 
İnstitutun əməkdaşlarından olan tənqidçi və professional tər-
cüməçi filologiya üzrə elmlər doktoru, Ədəbiyyat nəzəriyyəsi şöbə-
sinin baş elmi işçisi Cavanşir Yusifli son üç ildə məhsuldar işləmişdir: 
1. A.Kamu. Seçilmiş əsərləri. 3 roman, 1 hekayə, 1 esse və No-
bel nitqi (150 cildik dünya ədəbiyyatı), 2015, fransız dilindən. 


282 
2. T.S.Eliot. “Bəhrəsiz torpaq” poeması, ingilis dilindən. 
3. T.Transhomer. Seçilmiş şeirlər, 2016, fransız və İsveç dil-
lərindən. 
4. Eqzüperi. “Balaca şahzadə”, 2016, (“Parlaq imzalar” nəşriy-
yatı), fransız dilindən. 
5. A.Kamu. Gündəliklər, 2016, fransız dilindən. 
6. Çeslav Miloş. Seçilmiş şeirlər, 2016, fransız, rus və polyak 
dillərindən. 
7. Adonis (ərəb şairi). Seçilmiş şeirlər və “Ərəb şeirinin poeti-
kası” traktatı, 2016, fransız dilindən. 
8. Edmon Jabe. Şeirlər, 2016, fransız dilindən. 
9. Anarın “Göz muncuğu” romanının Polşa nəşrinə ön söz (pol-
yak dilində), 2015. 
10. Fərid Hüseyn. 10 şeir ingilis dilinə tərcümə, 2016, ABŞ-da 
çap edilib. 
11. Memar Rasim Əliyev. Xatirələr (Memories), 2016, ingilis 
dilinə tərcümə, 380 səhifə. 
12. Səlim Babullaoğlu. 12 şeir ingilis dilinə tərcümə, 2016. 
13. Vislava Şimborskaya. Şeirlər, 2016, fransız dilindən. 
14. Ejen Qilvik “Yarpaq gülə bilsəydi, çiçək olardı”, 2016, 
fransız dilindən. 
Bizə belə gəlir ki, Cavanşir Yusiflinin tərcümə yaradıcılığı xü-
susi araşdırma və təhlilə layiqdir. 
İnstitutumuzdakı ədəbiyyatşünas alimlərimizdən tərcümə ilə 
məşğul olan yaradıcı insanlardan biri də Ədəbi-tənqid şöbəsinin apa-
rıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır. 
Onun səkkiz tərcümə kitabı nəşr edilib:
1. Luis Sinkler. Seçilmiş əsərləri, “Şərq-Qərb”, (2012).
2. Fransuaza Saqan. Seçilmiş əsərləri, “Şərq-Qərb”, (2013).
3. Dünya yazıçılarının nağılları, “Şərq-Qərb”, (2014).
4. Falih Rıfkı Atay. “Atanız Atatürk”, “Xan” nəşriyyatı, (2015). 
5. Svetlana Aleksiyeviç. “Müharibə qadın simalı deyil”, “Xan” 
nəşriyyatı, (2015).
6. Rünoske Akutaqava. Seçilmiş əsərləri, “Şərq-Qərb”, (2016).. 
7. Günter Qrass. “Mənim yüzilliyim”, “Şərq-Qərb”, (2016). 
8. Marsel Prust. “Savana doğru”, “Şərq-Qərb”, (2017). 
Bunlardan altısı Prezidentin sərəncamı ilə dərc olunan “Dünya 
ədəbiyyatı” 150 cildliyinə daxildir.
Nizamişünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəl-
səfə doktoru Təhminə Bədəlova peşəkar tərcüməçidir. Onun tərcü-


283 
mələrinin əhatəsi geniş və mündəricəsi zəngindir: Ş.Anderson, Bred-
beri, Kiplinq, İrvinq Şou, Heminquey, Stendal, Dikkens, N.İ.İbsen, 
Balzak, J.Vern, Meterlink, Hüqo, Flober. Təhminə xanımın tərcümə-
ləri rus, ingilis, fransız, Amerika və digər xalqların ədəbiyyatının nəsr 
nümunələrini peşəkar səviyyədə əhatə edir. 
Təhminə xanımın iri tərcümə kitabı çap olunmuşdur. Qeyd etdi-
yimiz tərcümə nümunələri “Mən səni elə axtarıram ki...” adlı ikinci 
kitabda toplanmışdır.
Tərcümə əsərləri həm milli mədəniyyətlərin yaxınlaşması üçün, 
həm də millətlərin qarşılıqlı ünsiyyəti üçün zəmin yaradan vasitədir. 
Ədəbiyyat İnstitutundakı ədəbi proses ölkə miqyasında formala-
şan, inkişaf edən milli ədəbi prosesin tərkib hissəsidir, çünki çağdaş 
Azərbaycan ədəbiyyatı dərin tarixi köklərə, ənənələrə, milli zəminə 
malikdir və coğrafiyası çox genişdir. 
Tənqidçi və ədəbiyyatşünasların bədii yaradıcılığı onların elmi-
tədqiqatçılıq fəaliyyətini və Ədəbiyyat İnstitutunun bütöv mənzərəsini 
tamamlayır. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə