Azərbaycan miLLİ elmlər akademiyasi


  AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə112/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   108   109   110   111   112   113   114   115   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 


301 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Ədəbi əlaqələr 
 
Cavidə MƏMMƏDOVA 
Filologiya üzrə fəlsəfə doktoru
Nizami adına Ədəbiyyat İnstitutu 
cavi_e@yahoo.com
 
TOMAS STERNZ ELİOTUN ƏDƏBİ-NƏZƏRİ GÖRÜŞLƏRİ 
VƏ “BƏHƏRSİZ TORPAQ” POEMASI
 
 
Açar sözlər:
Eliot, şeir, din, romantizm, ədəbiyyat 
Key words:
Eliot, poem, religion, romanticism, literature 
Ключевые слова:
Элиот, поэзия, религия, романтизм, литература
Məlumdur ki, XX yüzilin əvvəllərində Böyük Britaniya poezi-
yasında yunan, çin, yapon şeirinin, daha sonra orta əsrlər fransız, 
italyan, eləcə də XIX əsr fransız simvolizminin təsirləri olsa da, ingilis 
şeiri öz əsas keyfiyyətlərini, mahiyyətini qoruyub saxlamış, bu təsirlər 
nəticəsində yalnız zənginlik, inkişaf əldə etmişdir. U.H.Auden kimi 
gənc şairlərə təsir göstərən qədim ingilis şeiri də bu dövrdə yeni 
yaranan poeziyanın hərtərəfli təşəkkülünə zəmin olan amillərdən biri 
idi. İngilis poeziyasının inkişafında xüsusi səhifələrdən birini də To-
mas Sternz Eliotun (Thomas Stearns Eliot) yaradıcılığı təşkil edir. 
Ənənəvi şeirdən uzaqlaşmayaraq müasir poeziya nümunələri, təzə şeir 
estetikası yaradan T.S.Eliot ədəbiyyata yeni yaradıcılıq texnikası, yeni 
dil və ifadə formaları gətirən bir sənətkar olmaqla yanaşı, ədəbiyyatın 
nəzəri məsələləri ilə bağlı mükəmməl, həm də orijinal ideyalar irəli 
sürmüşdür. 
T.Eliot poeziyanı cəmiyyət həyatından təcrid olunmuş halda qə-
bul etmir, şeirdə sosial problemlərin, ictimai mühitin bütün təfər-
rüatları ilə əks olunmasını tələb edirdi. Şairə görə, şeirin əsas mövzusu 
insan və onun mənsub olduğu mühit, ictimai münasibətlər məsələsi 


302 
olmalıdır. Qoyulan problemin əsərdə necə yer alması, oxucuya hansı 
şəkildə çatdırılması məsələsi, üslub xüsusiyyətləri isə onun şeirin tex-
niki baxımdan inkişafına etdiyi xidmət idi [1, s. 110-112]. 
T.S.Eliota görə, ədəbiyyatın ilkin mühüm vəzifəsi milliliyini qo-
ruyub saxlayaraq inkişaf etməsidir. Başqa sözlə, ədəbiyyat milliliyini 
qeyb etmədən, başqa millətlərin mədəni dəyərlərinə yiyələnməklə yeni 
keyfiyyətlərə sahiblənməli, insanlığa faydalı ola biləcək dərəcədə 
inkişaf etməlidir. Dantenin şeirlərindən, dini ədəbiyyatdan, İncildən 
bəhrələnən T.S.Eliot belə düşünürdü ki, ədəbiyyat dini kor-koranə 
təbliğ etməməli, amma mənsub olduğu mədəniyyətin şüurunu yaşat-
maqla yanaşı, mütləq dini dəyərlərə də bağlı olmalı, dini düşüncədən 
təcrid olunmamalıdır [2, s. 10-11]. Eliot çağdaş zamanın müxtəlif 
olaylarla insana çətin bir həyat yaşatdığını, digər tərəfdən də müasir 
sivilizasiyanın digər mürəkkəbliklər doğurduğunu əsas gətirərək, 
şairin daha dərin qavrayışa malikolma məcburiyyətində qaldığını 
vurğulayaraq yazır ki, şair daha qapalı, daha dolayı bir dilə malik ol-
malıdır; dili ifadə etmək istədiyi mənaya uyğunlaşdırmalı, yeri gələrsə
dəyişdirməlidir [3]. 
Böyük Britaniya ədəbiyyatşünaslığında T.S.Eliotun Elizabet 
dövrü şeirinə xas lirizmə, həmçinin XVII yüzilin metafizik şeirinə - 
Donneyə (John Donne), eləcə də Drayden (John Dryden) klassisiz-
minə meyli hər zaman onun yaradıcılığının əsas xüsusiyyətlərindən 
biri kimi qeyd olunur. Şair 1921-ci ildə nəşr olunmuş “Müqəddəs 
meşə: poeziya və tənqid haqqında esselər” (bu kitab üçün bax: https: 
//archive.org/details/sacredwoodessays00eliot) kitabında “Imperfect 
Critics” essesində romantizm haqda yazır: 
“Romantizm gerçəksiz bir 
qəribəliyə gedən ən qısa yoldur və öz müridlərini yalnız onların öz-
lərinə doğru aparır” 
[3, s. 28]
. Bununla T.S.Eliot romantizmin insanı 
allahlaşdırmaq ideyasına işarə edir, romantiklərin Allahı tapdıqlarını 
düşündükləri halda, əslində, özlərini tapmış olduqları fikrini irəli sü-
rərək, bu dünyagörüşünə etirazını bildirir. O, romantizmin zaman və 
məkan prinsipinə qarşı çıxır, insanın tanrılaşdırılması məsələsini qəbul 
etmirdi. Məlumdur ki, XIX 
yüzil Qərb
romantizmində insan əxlaqı 
bütün dəyərlərin həm mənbəyi, həm də meyarına çevrilir. Neoplatonik 
fəlsəfəni əsas tutan romantiklər cənnət və cəhənnəm anlayışlarını za-
man və məkan prinsiplərinə nəzərən şərh edir ki, T.S.Eliot da roman-
tizmin bu dünyagörüşünə qarşı dayanır.
T.S.Eliot “Ənənə və fərdi istedad” (“Tradition and the Individual 
Talent”) adlı essesində, hər şeydən əvvəl, şeir üçün mütləq bəlli bir 
qaydanın olmasını vurğulayır. Başqa sözlə, T.S.Eliot şeirin mütləq 


303 
estetik mahiyyət daşımasını, şairin sırf şəxsi duyğularını deyil, in-
sanlıq üçün mühüm və aktual olanları gündəmə gətirməsini tələb edir 
[4]. T.S.Eliota görə, ədəbiyyatın vəzifəsi dünyada əzəldən bəri möv-
cud olan bir nizam və ahəng duyğusunu insana anlatmaq, içində oldu-
ğumuz xaosa bir nizam vermək, insanı özü ilə və cəmiyyətlə barışdıra 
bilməkdir [5, s. 87].
 
Qeyd olunduğu kimi, T.S.Eliot həmçinin milli və dini düşüncəyə 
sahib olmağı ədəbiyyat üçün mühüm keyfiyyət olduğunu qeyd edir. 
Belə ki, T.Eliot ədəbiyyatın milliliyini itirmədən digər xalqların mə-
dəni dəyərlərindən bəhrələnərək mədəniyyətin və sənətin yeni düşün-
cə, dərketmə səviyyəsinə yüksəlməsini, mənsub olduğu xalqın dilinin 
saflığını qorumaqla yanaşı, inkişaf etdirməsini də vacib sayır [5, 
s.116].
 
İngilis ədəbiyyatında şeirin texniki baxımdan yeniləşməsi daha 
çox Amerika mənşəli şairlərin – E.Pound (Ezra Pound) və T.S.Eliotun 
yaradıcılığı ilə reallaşır. Hər iki şair poeziyada ahəng və vəzn məsə-
lələrinə xüsusi diqqət yetirmiş, şeirə yeni şəkillər gətirmişdir. Belə ki, 
E.Pound irəli sürdüyü ideyaları, yaratmaq istədyi ovqatı daha çox biri 
digərinə zidd fikirlərin sıralanması yolu ilə ifadə edərək yeni bir üslub 
yaradır. Bu baxımdan, biri digərinə zidd fikirlərin təsiri ilə oxucunun 
düşüncə və hisslərinə daha ciddi təsir edə biləcəyini düşünən E.Poun-
dun şeirə gətirdiyi bu yeni tərzdən T.Eliot böyük ustalıqla faydalana 
bilir və şairin “Bəhərsiz torpaq” (“The Waste Land”) əsəri bunun bariz 
nümunəsidir.“Bəhərsiz torpaq” dini dəyərlərdən uzaq düşən Qərb 
dünyasının mənəvi böhranını əks etdirən və xilas yolunun dini, ənənə-
vi dəyərlərə qayıdışda olduğu fikrini irəli sürən möhtəşəm əsərlərdən 
biridir. Bu əsərdəki təzadlar, əlaqəsiz görünən hadisələr, bir-birinin 
ardınca sıralanan və iç-içə təqdim olunan mürəkkəb, bəzən də anlaşıl-
maz düşüncələr, izahı çətin səhnələr məhz E.Poundun poeziyaya gə-
tirdiyi və daha sonra T.Eliotun faydalanaraq yaradıcılığına tətbiq et-
diyi forma və üslub yeniliklərindən idi. “Bəhərsiz torpaq”da ideyalar 
təzadlı şəkildə bir səhnədən digərinə dərhal keçidlərlə açılır, bu kimi 
digər xüsusiyyətləri əsərin asanlıqla anlaşılmasına mane olur. Əsərdə 
müşahidə edilən son dərəcə gözəl ahəng, güclü enerji də məhz yeni 
yaradıcılıq prinsipinin əsas xüsusiyyətlərindən biri idi. 
T.Eliotun yaradıcılığının əsas mövzusu olan ümidsizlik, ölüm 
motivi, insanın məhkumluğundan doğan acı taleyinə kədərli müna-
sibət “Bəhərsiz torpaq” əsərində daha sərt şəkildə yer almaqdadır. 
Belə ki, “Bəhərsiz torpaq” poemasında şair dərmanı, əlacı olmayan 
xəstəliyə tutulmuş insanları, bəhərsiz torpağı, soyuq, duzlu dənizi 


304 
təsvir edir, çıxış yolu yalnız ölüm olan insanların həyatının faciəsini 
əks etdirir. Bununla da T.S.Eliot poemada insan həyatını, mənəvi də-
yərlərin məhv olduğu mühitdə insanın yaşamaq istəyini uğursuz cəhd 
kimi diqqətə çatdırır, normal axarından çıxmış, mahiyyətini dəyişərək 
eybəcərləşmiş dünyada insanın xoşbəxt olacağına ümidsizlik ifadə 
edir. Əsərdə ölüm əsl simasını itirmiş dünyanın və onun sakinlərinin 
yeganə çıxış yolu kimi təqdim edilir.
 
“Bəhərsiz torpaq” əsəri simvollarla zəngin olduğu, həm də tam 
yeni üslubda yaradıldığı üçün bir qədər çətin qavranılan və hətta 
tərcümə zamanı orijinal mənanın saxlanmasında da çox zəhmət tələb 
edən mürəkkəb bir əsərdir. Əsər Avropanın müasir adamlarının ya-
şadıqları yabançı duyğuları, param-parça olmuş ənənəvi dəyərləri, ma-
hiyyətini dəyişməkdə olan insan mənəviyyatını təqdim edir. Əsərdə 
arzuladığını arayan insan, qəfildən, əslində, bu axtarışındakı məqsəd 
və imkanlarını qeyb etdiyini anlayır. Ümumiyyətlə, T.S.Eliotun qəhrə-
manları daha çox həyata məğlub olmuş, taleyin acıları, həyatın və 
zamanın amansız təsadüfləri ilə barışmağa məcbur insanlardır. 
Qeyd etdiyimiz kimi, T.S.Eliotun “Bəhərsiz torpaq” əsərini yaz-
dığı zaman elə bir dövr idi ki, Qərb dünyası mənəvi və iqtisadi böhran 
yaşamaqda idi. “İyirminci əsrin əvvəllərində Avropanın yaşadığı böh-
ranın əsəri” hesab olunan “Bəhərsiz torpaq”da şair həm dini inancını, 
sabaha inam və ümid hissini tərk etmiş, əslində, çarəsiz vəziyyətdə 
qalmış insanın yeknəsəq həyatını, pozuq düşüncələrini, çaşqın, bəzən 
də özü tərəfindən belə anlaşılmayan hisslərini tutqun rənglərin, biri-
birinə bağlı olmayan səhnələrin təsviri, fərqli zamanların, qırıq təəs-
süratların tərənnümü ilə təqdim edir. Avropa böhranının mənəvi mən-
zərəsini təqdim etmək üçün bir-biri ilə əlaqəsi olmayan səhnələr quran 
müəllifin “Bəhərsiz torpaq” poeması müxtəlif dünya mütəfəkkirlərinin 
əsərlərinin izləri ilə zəngindir. Şair sanki bəşərin düşüncə tarixini or-
taya gətirir, müasir insanı bu hala düşürən səbəbləri və bu vəziyyətdən 
çıxış yolunu nişan verir. Zamandan-zamana adlayan xəyallarla şair 
dövrünün gerçəklərinə işıq tutur.
Müxtəlif rəmzlər vasitəsilə insanın mövcud mühitdə məhvinin 
labüd, xilasının imkansız olduğunu ifadə edən şair yazır: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə