Azərbaycan miLLİ elmlər akademiyasi


  AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə110/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   106   107   108   109   110   111   112   113   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 


293 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Nurlanə MƏMMƏDOVA 
Nizami adına Ədəbiyyat İnstitutu 
memmedovanurlane89@gmail.com
 
MƏSUD ƏLİOĞLUNUN ƏDƏBİ-TƏNQİDİ 
YARADICILIĞINDA TARİXİ VƏ
BƏDİİ HƏQİQƏTİN DƏRKİ
 
 
Açar sözlər:
Məsud Əlioğlu, tənqidçi, tarixi roman, dramaturgiya, realizm, 
həqiqət, Səttarxan 
Key words:
Masud Alioglu, critic, historical novel, drama, realism, true, 
Sattarkhan 
Ключевые слова:
Масуд Алиоглы, критик, исторический роман, дра-
матургия, реализм, правда, Саттархан
Məsud Əlioğlu Azərbaycan ədəbiyyatşünaslığında müəyyən 
dəsti-xətti olan tənqidçidir. Ədəbi prosesin aktual problemlərinə fəal 
reaksiya verməsi, cəsarətli ədəbi mövqeyi, obyektivliyi qısa zamanda 
onu ədəbi prosesin önünə çıxarmışdır. 
Məsud Əlioğlu ədəbiyyatşünaslığın aktual və nəzəri problemləri 
ilə maraqlanır, bədii nəsrin problemlərinə münasibət bildirir, klassik 
irsin tədqiqində orijinal elmi mövqedən çıxış edirdi. Tənqidçi öz mə-
qalələrində müxtəlif yaradıcılıq üslubuna malik olan sənətkarların 
əsərlərinə müraciət edir, həm nəsr, həm də dramaturgiyada tarixi möv-
zunun işlənməsi ilə bağlı maraqlı tədqiqatlar aparır, konkret elmi nə-
ticələrə gəlirdi. Təhlilə cəlb etdiyi əsərlərdə tarixi gerçəkliyə yazıçının 
hansı müstəvidə yanaşdığına fikir verir, hər bir yazıçının tarixi möv-
zunu işləmə bacarığını diqqət mərkəzinə çəkirdi. Tədqiqatçı M.S.Or-
dubadinin, Y.V.Çəmənzəminlinin, H.Cavidin, S.Vurğunun yaradıcılı-
ğında tarixi həqiqətin bədii həqiqətə necə uyğunlaşdırılması məsələ-
sini araşdırır, hər bir janrın xüsusiyyətlərini nəzərə alaraq düzgün qə-
naətə gəlirdi. 
Bədii nəsrdə tarixiliyin hansı səviyyədə əks olunması məsələsi, 


294 
tarixi roman janrının səciyyəvi xüsusiyyətləri onun diqqətindən yayın-
mırdı. Müəllif Azərbaycan ədəbiyyatında tarixi mövzuda yazılmış 
bədii nəsr nümunələrinin az olmasının səbəbini iki amillə izah edirdi: 
Birinci amil kimi bədii nəsrin Azərbaycan ədəbiyyatında çox gec yer 
tutmasını, ikinci amil kimi isə xalqın öz tarixi keçmişi haqqında aydın 
təsəvvürə malik olmaması və bu imkanın məhdudlaşdırılmasını göstə-
rirdi. 
Buna baxmayaraq, tənqidçi tarixi mövzuda yazılmış iki romanın 
bədii nəsrin inkişafı üçün əhəmiyyətini yüksək qiymətləndirirdi. 
Xanlıqlar dövrünün bədii mənzərəsini əks etdirən Y.V.Çəmənzəmin-
linin “Qan içində” romanını, inqilabi mövzuda yazılmış M.S.Orduba-
dinin “Dumanlı Təbriz” əsərini tarixi romanın ilk nümunəsi kimi yük-
sək qiymətləndirirdi. 
“Dumanlı Təbriz” əsərində inqilabın mahiyyətini, səbəbini, əsər-
dən çıxan nəticəni düzgün dəyərləndirən müəllifin fikrincə, M.S.Ordu-
badi bir-birinə uyuşmayan tarixi hadisələri, mürəkkəb məsələləri nis-
bətən dar çərçivəyə – 1905-1911-ci illər İran inqilabının əhatə dairə-
sinə yerləşdirməyə çalışmış, üzərində geniş dayandığı siyasi problem-
lərin inqilaba nə dərəcədə təkan verdiyini şərh etmişdir. Tənqidçi əsər-
də təsvir olunan hadisələrdə fəal iştirak edən xalqın psixologiyasını, 
inqilabın qüvvətli və zəif cəhətlərini göstərir, inqilabda iştirak edən 
tarixi şəxsiyyətlərin realist təsviri, imperialist müdaxiləsinin, daxili 
irticanın ifşası, romanın üslubi xüsusiyyətləri üzərində geniş dayanır, 
bu məsələlərin təhlili zamanı tarixilik prinsipindən çıxış edirdi. Bu 
araşdırmada tarixi həqiqətlərə müəllif münasibəti açıq-aydın hiss olu-
nur. Tənqidçi fəhlə sinfinin inqilabda iştirak etməməsini, milli şüurun 
və azadlıq istəyinin lazımi səviyyədə olmamasını, inqilabın mahiy-
yətini düzgün başa düşməyən müxtəlif zümrələrin iştirakını və inqi-
laba rəhbərlik edənlərin birtərəfli dünyagörüşünü bu hərəkatın zəif 
cəhətləri kimi qeyd edir, tarixi gerçəkliyi nəzərə alaraq əsəri dəyər-
ləndirirdi. 
Tarixi mövzuda yazılmış əsərlərdə tarixin izini müxtəlif şəkildə 
görmək mümkündür. Elə əsərlər var ki, hadisələr tarixi səciyyə daşısa 
da, obrazlar yazıçı təxəyyülünün məhsulu olur. Bəzən də həm hadisə, 
həm də obraz tarixi həqiqətlərlə üst-üstə düşür. Bu zaman yazıçının 
tarixi prosesə münasibəti ortaya çıxmağa başlayır. Müəllifin tarixi 
şəxsiyyətə obyektiv yanaşması bədii əsərin düzgün qiymətləndirilmə-
sinə gətirib çıxarır. Tarixi roman janrı qəhrəmanın əsas cizgilərinin 
açılmasına kömək edir. “Birincisi, ona görə ki, tarixi romanlarda 
konkret tarixi şəxsiyyətlər, yaxud təsvir olunan dövrün ümumi ruhunu 


295 
özündə əks etdirən, bədii təxəyyülün məhsulu olan obrazlar yaradılır. 
Həmin obrazlar tarixin hətta tarixçilər tərəfindən çox az işıqlandırılan 
dövrü üzərinə gur işıq salır, necə deyərlər, qara örtüyü qaldırırlar. 
İkincisi, tarixi şəxsiyyətin bütün tragizmini, öz dövrünə görə haqlı 
olub-olmadığını aydınlaşdırırlar” [1, s. 87]. 
M.Əlioğlu əsərdə tarixi şəxsiyyətlərin təsviri zamanı yazıçının 
həqiqətə sadiq qaldığını vurğulasa da, Səttar xan obrazını canlandı-
rarkən müəllifin xəsislik etdiyini, obrazın təsvirində təhriflərə yol ver-
diyi qənaətinə gəlir. O, belə nəticəyə gəlir ki, buna görə də Səttar xan 
sadəlövh və fəaliyyətsiz bir insan kimi nəzərə çarpır. Böyük bir inqi-
labı idarə edən, böyük bir xalq kütləsini arxasınca aparan bir tarixi 
simanın başqalarından məsləhət alması, öz qərarlarında yanılması 
kimi faktları tarixi əsər üçün nöqsan sayır: “Ümumiyyətlə, müəllifin 
tarixi şəxsiyyətləri və hadisələri dərk etmək və canlandırmaq prinsi-
pində müəyyən qədər yanlışlıq və qeyri-obyektivlik vardır. Əsər ol-
duqca mühüm siyasi-tarixi hadisələrlə zəngin olan ciddi bir mövzuya 
həsr edildiyi halda, yazıçının lüzumsuz təfərrüatları və yüngül vəziy-
yətləri təsvir etməsi, bədii reallıqdan büsbütün uzaq, sərbəst manerası 
bu ciddiyyəti pozmuş, romanın siyasi kəskinliyini və ictimai pafosunu 
xeyli zəiflətmişdir” [2, s. 88].
Sənətkar tarixi həqiqəti bədii əsərin əsas mövzusu seçdiyi zaman 
qarşısında müəyyən məqsədlər qoyur. Bu məqsəddən asılı olaraq, 
tarixi prosesə və bədii əsərin qəhrəmanına müstəqil şəkildə yanaşır. 
Deməli, yazıçı alimdən fərqli olaraq, tarixi hadisələri bütün dəqiqliyi 
ilə, sənədlər əsasında əks etdirmək vəzifəsindən azaddır. Bu şərtlə ki, 
bədii surətlər tarixi hadisələrin və faktların mahiyyətini təhrif etməsin. 
Yazıçı tarixi həqiqətə bədii təxəyyülün məhsulu kimi toxunduqda, 
canlandırdığı dövrün mənzərəsini və tarixi şəxsiyyətin portretini oldu-
ğu kimi saxlamalıdır. Yeri gəldikdə tarixi romanın qəhrəmanının müs-
bət keyfiyyətləri ilə yanaşı, zəif cəhətlərini də təsvir etməyi bacarma-
lıdır. Çünki tarixi şəxsiyyət nə qədər böyük amallar uğrunda mübarizə 
aparsa da, fərdi keyfiyyətləri olan bir insandır. Bədii əsəri tarixi mən-
bədən fərqləndirən cəhət də elə budur. Digər tərəfdən keçmişi idealizə 
etmək də düzgün deyil. Tarixi hadisələrin mahiyyətini olduğu kimi 
göstərməklə ifrata varmamaq tarixi əsərlər üçün əsas şərtdir.
Romanda Səttar xan bəzi məqamlarda ziddiyyətli bir obraz kimi 
təsvir edilmişdir. O, nə qədər qorxmaz, iradəli, əyilməz bir qəhrəman 
kimi göstərilsə də, bəzən kənarın məsləhəti olmasa, səhv qərarlar ve-
rir, çıxılmaz vəziyyətdə tərəddüd edirdi. Taxıl məsələsini əncüməndə 
qoyub həll etmək təklifi ortalığa gəldikdə, M.S.Ordubadi Səttar xan 


296 
haqqında bu sözləri yazır: “Səttar xan məsələni əncüməndə qoymaq 
üçün bir söz demədi. Həmişə əncümən məsələsi aralığa gəldikdə o 
susurdu. Bir inqilab diktatoru kimi hərəkət etməkdən qorxurdu. İxtilaf 
meydana çıxacağından ehtiyat edirdi” [3, s. 55]. Amma onun bir tarixi 
sima kimi əsas səciyyəvi xüsusiyyəti o idi ki, xalqına arxalanır, xalqın 
səadəti uğrunda mübarizə aparırdı. M.S.Ordubadi romanda onun bu 
keyfiyyətlərini yüksək səviyyədə qələmə almışdır. 
Ədəbiyyatşünas M.S.Ordubadinin inqilabi mövzuda əsər yazma-
sını yüksək qiymətləndirsə də, əsərdə tarixi həqiqətlə uzlaşmayan 
cəhətlərin olduğunu vurğulayır. O, milli azadlıq hərəkatının güclən-
diyi bir vaxtda inqilab rəhbərlərinin təsvir edilməməsini, inqilabçıların 
romanın əsas hissəsində passiv göstərilməsini inandırıcı hesab etmir. 
Lakin bunun əksinə olaraq, Əbülhəsən obrazının təsvirində uydurma 
cizgilərin çoxluğu onun diqqətini cəlb edir. Düzdür, müəllifin dediyi 
kimi, bu obrazda realizm ünsürləri var. Bir inqilabçı kimi hadisələri 
dərk etməsi, öz fikirləri ilə mübarizəyə köməyi real görünür. Amma 
bəzi məqamlarda qeyri-real görünən cizgilər də tənqidçinin diqqətin-
dən yayınmır. O, heç kimin cürət etmədiyi qorxulu əməliyyatlardan 
çətinlik çəkmədən xilas olan, ən hiyləgər adamları belə aldada bilən 
Əbülhəsəni qeyri-adi məxluq adlandırır: “Peşəsi sadəcə mexaniklik-
dən ibarət olan adi bir inqilabçının bu tərzdə şişirdilməsi və az qala 
ilahi varlıq dərəcəsinə qaldırılması bədii ölçüyə heç cür sığmır və real 
təsəvvürə uyğun gəlmir” [2, s. 89]. 
M.S.Ordubadinin tarixi səpkidə yazdığı əsərlərində macəra üslu-
bu özünü göstərir. “Dumanlı Təbriz” romanında da macəra element-
lərinə təsadüf olunur. M.Əlioğlu macəraçılığı bədii əsərlərdə, konkret 
mövzuda yazılmış tarixi əsərlərdə əhəmiyyətli bir element kimi qiy-
mətləndirsə də, “Dumanlı Təbriz” kimi ciddi siyasi bir romanda belə 
hadisələrin təsvir edilməsini romanın realizmini və tarixi dəyərini 
aşağı salan bir üslub kimi dəyərləndirir və belə nəticəyə gəlir ki, bu da 
romanın bədiiliyinə ciddi ziyan vurur: “Macəraçılıq yazıçını tarixin 
böyük həqiqətlərini təhrifdən başqa, düşmən qüvvələrinin də bayağı, 
şit və karikatura təsiri bağışlayan yüngül tərzdə göstərməyə də gətirib 
çıxarmışdır” [2, s. 92].
M.S.Ordubadi yaradıcılığını geniş şəkildə tədqiqata cəlb edən 
Yavuz Axundlu bu məqama fikir verir, macəra elementinin iki məqsəd 
üçün istifadə edildiyini vurğulayırdı: “Bir tərəfdən o, qələmə aldığı 
dövrün real mənzərəsinə – tarixi sənədlərlə və faktlarla təsbiq olunan 
mənzərəsinə heç bir xələl gətirmədən, “tarixə böhtan atmadan” hadi-
sələrin daha maraqlı və cəzbedici olmasına səy göstərirdi. Burada əs-


297 
lində heç bir yanlışlıq yoxdur. İkinci bir tərəfdən, Ordubadinin ro-
manlarında macəraçılığa meyil qəhrəmanların çıxılmaz vəziyyətindən, 
düşdükləri real çətinlikdən irəli gəlirdi. Əlbəttə, gizlətmək lazım deyil 
ki, belə məqamlarda realizm, inandırıcılıq nisbətən zəifləyir” [4, s. 9].
Yenə də son nəticədə, o da macəra elementlərinin ciddi bir 
əsərdə olmasını düzgün hesab etmir: “M.S.Ordubadinin yaradıcılığına 
xas olan macəraçılıq meyli onun tarixi romanlarının oxucular tərə-
findən maraqla oxunmasına imkan versə də, bu əsərlərin ümumi bədii 
dəyərini aşağı salır. Çünki macəraçılıq realist əsər üçün məqbul hal 
deyil” [5, s. 289]. 
Onu da qeyd edək ki, tarixi mövzuya müraciətin tənqid edildiyi 
illərdə M.S.Ordubadinin məşrutə hərəkatı haqqında əsər yazması 
Azərbaycan ədəbiyyatı və tarixi üçün əhəmiyyətli bir hadisədir. Hə-
min dövrdə tarixi mənbələrin lazımi səviyyədə araşdırılmaması, çox 
səthi və az olması, tarixə sosioloji münasibət bu əsərin dəyərini bir 
daha ön plana çəkir: “Azərbaycanda bir neçə nəsil Sərdari-milli Sət-
tarxanı qüdrətli bir sərkərdə kimi tarixdən çox “Dumanlı Təbriz” tarixi 
romanından tanımışdır” [6, s. 57]. Həm də bu roman Azərbaycan ədə-
biyyatında tarixi roman janrının nəzəri əsaslarını və prinsiplərini for-
malaşdırmışdır. 
M.Əlioğlu Y.V.Çəmənzəminlinin “Qan içində” romanı haqqın-
da da maraqlı fikirlər irəli sürür, əsərdə tarixi və bədii həqiqətin vəh-
dətini müsbət cəhət kimi qiymətləndirirdi. O, tarixi mövzuda yazılmış 
əsər üçün vacib olan üç mühüm məsələni belə müəyyənləşdirmişdi: 
1. Tarixilik prinsipi, tarixi şəxsiyyətlərin və hadisələrin realist 
təsviri 
2. Tarixin həqiqətlərinə obyektiv baxış və düzgün münasibət 
3. Tarixi hadisələrdən müasir həyat üçün çıxarılan nəticələr
Tənqidçi əsəri təhlilə cəlb edərkən 3 əsas tələbi nəzərə almalıdır: 
Əsərin mövzusuna nəzər yetirməli, onun müsbət keyfiyyətlərini diqqət 
mərkəzinə çəkməli, əsərin və müəllifin nöqsanlarını aydınlaşdırma-
lıdır. M.Əlioğlu bu tələblərə daim cavab verən fikirlər irəli sürür, bədii 
materiallara bu prizmadan yanaşır, əsərə düzgün qiymət verməyi ba-
carırdı. Tənqidçi yazıçının arxiv materiallarını obyektiv qiymətləndir-
məsini, müasir həyatla səsləşən nəticələri verməsini, realizmə sadiq 
qalmasını, obrazların həyati təsvir edilməsini əsərin müsbət keyfiyyət-
ləri kimi dəyərləndirirdi. Xanlıqlar dövrünün ümumi mənzərəsini şərh 
edən ədəbiyyatşünas bədii qəhrəmanlara hərtərəfli yanaşır, onların 
həm müsbət, həm də mənfi keyfiyyətlərini qeyd edirdi. Əsərin iki qəh-
rəmanı (İbrahim xan və Molla Pənah Vaqif – 
M.N.
) üzərində geniş 


298 
dayanan müəllif belə nəticəyə gəlir ki, “əsərdə baş qəhrəman yoxdur 
və roman bütünlüklə yalnız Qarabağ xanlığının müəyyən dövrdəki ta-
rixini, taleyini bədii şəkildə işıqlandırmaq məqsədini izləyir” [7, 
s.524]. Həm İbrahim xanın, həm də M.P.Vaqifin təsvirində yazıçının 
reallığa sadiq qaldığını vurğulayır, Vaqifin şairliyinə az yer ayrıldığın-
dan, müəllifin onu daha çox dövlət xadimi kimi göstərdiyindən söhbət 
açırdı. Vaqifin həyatı ilə tarixdə olan hadisələrin təsvirinin üst-üstə 
düşdüyünü irəli sürürdü. Şairin hökmdarla xalqı birləşdirmək haqqın-
da qənaətlərinin, vəzifəyə olan ehtirasının onu xalqdan uzaq düşmə-
sinə gətirib çıxarmasının təsvir edilməsini tarixi həqiqətlərə obyektiv 
baxışın nəticəsi kimi qiymətləndirirdi: “Beləliklə də, Vaqif romanda 
dövlət xadimi ilə azad xəyallı şair arasında tərəddüd göstərən, həm 
xalqa istinad edən, həm də saraya bağlanan və meyil edən ziddiyyətli 
bir insan olaraq canlı verilmişdir” [7, s. 528].
Tarixi mövzuda yazan müəllifdən düzgün yanaşma tərzi tələb 
edən tənqidçi bu əsərlərdə yazıçının hansı yaradıcılıq üslubunda yaz-
masına diqqət yetirir. Onun fikrincə, sənətkarın fərdi üslubundan asılı 
olaraq, bu əsərlər realist, romantik və satirik səpkidə işlənilə bilər. 
Əslində hansı üslubda yazılmasından asılı olmayaraq, yazıçı çalışma-
lıdır ki, tarixə dərindən yiyələnsin, tarixi həqiqətlərə obyektiv mövqe-
dən yanaşsın.
M.Əlioğlu öz araşdırmalarında H.Cavid yaradıcılığı üçün aktual 
mövzulardan biri olan tarixi şəxsiyyət və tarixi gerçəklik məsələsinə 
aydınlıq gətirmiş və belə nəticəyə gəlmişdir ki, müəllif əsərləri üçün 
seçdiyi tarixi hadisələri olduğu kimi təsvir etməmişdir. Çünki onun 
əsas məqsədi həmin hadisələrdən istifadə edərək öz fəlsəfi fikirlərini 
irəli sürmək, yaratdığı obrazın mənəvi keyfiyyətlərini üzə çıxarmaq 
olmuşdur: “Müəllif keçmişi ibrətamiz və cahanşümul hadisələrinin 
verdiyi dərslərdən çıxış edərək, yenə də bəşəri-əxlaqi və mənəvi-
psixoloji problemlərlə məşğul olmuşdur” [8, s. 230].
M.Əlioğlu S.Vurğunun dramaturgiyasında tarixi mövzunun iş-
lənmə xüsusiyyətlərinə nəzər yetirir, bu əsərlərdə müasirliyin səciy-
yəvi olduğunu diqqət mərkəzinə çəkirdi. “Bir dramaturq kimi Səməd 
Vurğunun gücü ondadır ki, o, Azərbaycan xalqının qəhrəmanlıq ta-
rixindəki ən mühüm və həlledici dövrləri, həmin dövrdə meydana 
çıxan və bu dövr üçün səciyyəvi olan hadisə və məsələləri dərin realist 
səhnələrdə canlandırmağa müvəffəq olmuşdur” [9, s. 47].
Tənqidçi artıq bu əsərdə Vaqifin şair obrazını görür. O, bədii 
əsərlərdə Vaqifin tarixi qəhrəmanlıq motivlərinə geniş yer verilməsini 
düzgün hesab edir, bununla yanaşı, onun şairlik istedadının da ön 


299 
plana çəkilməsini əsas sayırdı. S.Vurğunun Vaqifin həyat və mənəvi 
inkişaf yolunu bu şəkildə təsvir etməsini dramatik əsəri gücləndirən 
faktor kimi qiymətləndirirdi.
Əsərdə Vaqif o zaman bir obraz kimi kamilləşir ki, xalq qəhrə-
manı kimi göstərilir. Bu cəhəti nəzərə alan tənqidçi dramın ən güclü 
hissəsini Vaqiflə Qacarın deyişmə səhnəsində görür və belə nəticəyə 
gəlir ki, dramaturq Vaqif obrazının mənəvi əzəmətini göstərmək üçün 
onu qəddar düşmənlə – Qacarla qarşılaşdırır. Eləcə də Vidadi obrazı-
nın tədricən dəyişmə prosesinin bu səhnədən sonra yekunlaşdığını 
vurğulayır, yeni tipli bir insan kimi təsvir edildiyini diqqət mərkəzinə 
çəkir. Əsərin əvvəlində “səbr eylə” fəlsəfəsi ilə yaşayan Vidadi bu 
qarşılaşmadan sonra həqiqətləri dərk edir. Məsud Əlioğlu əsərin uğu-
runu onda görür ki, əsərdə müasirliklə yanaşı, tarixi həqiqətlərə sadiq-
lik də vardır.
M.Əlioğlu müxtəlif əsərlərdə tarixi gerçəkliyin bədii dərki mə-
sələsini araşdırarkən hər bir janrın tələblərini nəzərə alır, bu tələb-
lərdən irəli gələn problemlərə aydınlıq gətirir, tarixi həqiqətlərin bədii 
həlli problemini geniş şəkildə həll edirdi. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə