Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə107/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   103   104   105   106   107   108   109   110   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

...Rənglər xatirələr oyadır, 
duyğular oyadır, 
gördüyümüzdən artıq görmək istəməsək
hər rəng adicə boyadır. 
Rənglərin də musiqi kimi ahəngi var. 
Ağrının, sevincin, ümidin də rəngi var. 
Açıldıqca açılır, 
əlvan səhifələri rənglərin.
Canlanır gözümüzdə rəngi 
ömrün, mübarizənin, 
qəlbin, nifrətin, 
gecənin, səhərin 
və insan taleyinin [4, s. 143]. 
“İnsan taleyinin rənginin göz önündə canlanması” yekrəng olan 
hər şeyə qarşı etirazın ilk əlaməti idi. Demək ki, insan vəsf edildiyi 
kimi heç də xoşbəxt deyilmiş, üstqatdakı sevinc çalarlarına rəğmən 
həm də ağrı, hüzn, dərd rəmzinin daşıyıcısı imiş. Təsadüfi deyil ki, sil-
silə çap olunub yayıldığı ilk vaxtlarda, müəyyən siyasi dairələrdə eti-
raz doğurmuş, əsərdəki qatı boyalar özünə qarşı müxalif ab-hava yön-
ləndirmiş, R.Rza abstraksionizmdə, formalizmə yuvarlanmaqda günah-


287 
landırılmışdır. 1963-cü ildə keçirilmiş yaradıcı ziyalıların respublika 
müşavirəsində Azərbaycan KP MK katibi Xasay Vəzirov öz məru-
zəsində “Rənglər”lə bağlı bu cür fikirlər səsləndirmişdir: «Bu silsiləyə 
daxil edilmiş şeirlərin çoxunun məzmunu mücərrəd, dumanlı fikir-
lərdir; bəzən hətta müəllifin nə demək istədiyi əsla məlum olmur» [5]. 
Amma “Rənglər” silsiləsi ilk növbədə, kədərin rənginə vardığı 
və onu polifonik çalarlığında göstərdiyi üçün maraqlı və önəmli 
(hakim rejimə görə isə mücərrəd və dumanlı!) idi. Bu silsilədə şair hər 
rənglə bağlı poetik təəssüratını bölüşür, onların çalarlıq məzmunlarına 
uyğun olaraq dünya insanının kədərini, ağrısını, yaxud sevinc və tən-
tənəsini ifadə etməyə çalışırdı. Məsələn, boz rəngin müəllif düşüncə-
sində mənalandırılan çalarları həyatın bozluğuna işarə olur, bu boz-
luğu səciyyələndirən nə varsa, şair duyumunda bir araya gəlirdi. 
Yalnız gəlmirdi, həm də oxucunu düşündürür, onu boz bir dünya ilə 
baş-başa, göz-gözə qoyurdu:
Soyuq tənhalıqdan 
saçlarda qalmış gümüş. 
Yetim bir qız uşağının 
dəyişiksiz dizliyi 
Vaxtın rəngsizliyi [4, s. 145]. 
“Rənglər” silsiləsi yeni tərz, yeni mənalandırma, yeni düşüncə 
gücünün sərgiləndiyi bir əsərdir. Sözlə səsin, işıqla rəngin qovuşuğun-
dan yaranan və onların əl-ələ verib “uçuşuna” kömək edən sentimental 
həyat lövhələridir. Əsər keçid, çevrilmə anlarının, duyğuların, hisslə-
rin, ovqatın, rəngin, səsin və işığın əks istiqamətə doğru axınının qüv-
vətliliyi ilə həyəcan doğurur. Lirik-romantik hisslərlə başlayan hər 
rəng simvolu getdikcə psixoloji qata keçir, təsvir dramatik şəkil alır, 
şeir dilinin həzinliyi getdikcə gərgin ovqat dəyişkənliyi ilə əvəz olu-
nur. Silsilə süjet xəttinin qüvvətli bədii həyəcanı, dərin psixoloji ef-
fekti ilə maraq kəsb edir.
Əlbəttə, “Rənglər”in oxucuda yeni, fərqli yaşam doğurduğunu 
yalnız müəllifinin şeir dilindəki obrazlı mənalandırma ilə əlaqələn-
dirmək doğru olmazdı. Burada lirika, lirik yaşam daha çox nəsrlə üzvi 
şəkildə qaynayıb-qovuşmuş haldadır. Silsilənin yazıldığı üslub vizual 
effekt yaradır, rənglər, işıq, sözlər... sanki təsvir edilmir, “uçuşurlar”. 
Ətraf aləmin rəng çaları obrazın daxili aləminin rənginə bürünüb. 
R.Rza bu silsilədə rəngin və ovqatın hibridini yaratmağa müvəffəq 
olur. “Ağ rəngin sevinc çaları”na diqqət edək: 


288 
Nənə qurşağı. 
Vətən torpağı. 
Çiçəkli bahar budağı. 
Göyərçin qanadları. 
Quzey qarı. 
Bir körpənin süd bulaşmış üz-gözü. 
Şorbaya yanböyür batırıb çıxardığı 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə