Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə108/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   104   105   106   107   108   109   110   111   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

qaşıqdan aldığı ləzzət. 
Şübhələrin dağıldığı gün. 
Dost əli. 
Açılmış düyün. 
İnsan adına layiq 
işlər, işlər, işlər [4, s. 144]. 
Əsər büsbütün assosiativ təfəkkürdən doğan poeziya nümunəsi 
kimi özünəməxsus özəlliklərə malikdir. Burada ağrının və sevincin, 
arzu və ümidin rəngi canlandırılır və bu rənglər əsərə xoş bir ahəng 
qatır. Şair hər əhvala, hər detalın təsvirinə müvafiq rəng çaları ver-
məklə, həm də qəhrəmanın psixoloji vəziyyətini sərgiləmiş olur. Ona 
görə əsərdə hər simvolist detalın öz funksiyası, rolu var. Bütün bu 
rəng və düşüncə burulğanlarından keçə-keçə onların daxili bağlılığını 
hiss edirsən. Yəni əslində hər şey ifadə etdiyi mətləb və mahiyyəti ilə 
real hadisələrin cərəyan etdiyi müstəvidədir, amma həm də deyil, nəsə 
başqa bir müstəvi də var. Alt qatda olan, naməlum duyğuları, ezoterik 
düşüncə məkanını təşkil edən müstəvi. Bu iki xətt silsilənin bütün 
məqamlarında çarpaz, qoşa və müvazi verilir. Sonadək, hətta ən dra-
matik, gərgin məqamlarda belə simvolist düşüncənin qanadında uçu-
şan fikir axını funksionallığında davam edir.
“Rənglər” silsiləsindən olan şeirlərlə bağlı ədəbiyyatşünaslıqda 
müxtəlif fikirlər səsləndirilib. “Rənglər” silsiləsi rəsmdən fəlsəfəyə 
doğru hərəkətdir” yazan İlya Selvinskidən tutmuş milli ədəbiyyat-
şünaslığımızda M.A.Dadaşzadə, Y.Qarayev, B.Nəbiyev, Ş.Alışanlı, 
R.Xəlilov, V.Yusifli, Ə.Əsgərli kimi tədqiqatçılar bu poemanın 
mahiyyətini gərəyincə incələməyə müvəffəq olmuşlar. “Rənglər”i mo-
dern şeirin ilk nümunəsi kimi dəyərləndirmək halları ilə də rastlaşırıq. 
V.Yusifli yazır: “Doğrudan da 60-cı illərdə yazılan bu silsiləyə sadəcə 
modern şeir kimi qiymət vermək azdır, bu silsilədə həyatı dərk etmək 
prosesi var. Həyata fəlsəfi aspektdən yanaşmaq tərzi var” [6, s. 345]. 
Digər tədqiqatçı V.Allahverdiyevə görə isə bu mərhələ modern şeirə 
keçid mərhələsi idi, “ritorik, zahiri pafosun daxili poetik əlamətləri, 


289 
konkret ifadə üsulu ilə, sözçülüyün, təsvirçiliyin məna dəyərləri ilə 
əvəz edilməsi” prosesinin başlanğıcı idi [7, s. 8]. Buna baxmayaraq, 
R.Rzanı milli poeziyamızda modernizmin baniye-karı hesab eləmək 
doğru olmazdı. Çünki “Modernist yuxusundan oyanmış insandır – o, 
dünyanı özündə kəşf edir və öz içində yeni, modern bir dünya modeli 
qurur. Psixoanaliz dili ilə desək, ekstravert (çölə yönəlik) realizmin 
əksinə olaraq, modernizmin introvert (içə yönəlik) səciyyəsi, onun 
Coys, yaxud Kafkada olduğu kimi bəzən fantosmoqorik psixologizmlə 
şərtlənməsi də bununla bağlıdır. Çünki modernizmdə zahiri və virtual 
gerçəklik birləşir – dünya insana sığır, insan dünyaya çevrilir” [8, 
s.300]. R.Rza poeziyasında təsvir və tərənnüm olunan İnsan isə qlobal 
narahatlıqdan dolayı təsvirə və tərənnümə çəkilən obrazdır. Burada 
fərdi insan maraqları öndə deyil, ümumən İnsan konteksti kimi 
qabarıqdır. Buna baxmayaraq, R.Rzanın şeirləri sovet dövründə özünə 
qapanıb qalmış, yalnız öz xoşbəxt ölkəsi, cənnət saydığı Azərbaycanın 
ələmdən nəşəyə üz tutmuş insanının öz boyundan yuxarı qalxıb dünya 
insanına qoşulmaq çabası, onun çağdaşlıq statusu qazanmasına doğru 
gedilən yolun ilk addımlarından sayılmalıdır. R.Rzanın sərbəst vəzndə 
yazdığı şeirləri elə bir zaman kəsimində meydana çıxmışdı ki, poeziya 
fəzasında S.Vurğun kultu dolaşır, milli şeir bu ritmin, avazın çev-
rəsində dövrə vuraraq özünütəkrar mərhələsində var-gəl edirdi. R.Rza 
poeziyamızın dəyişikliyə ehtiyacı olduğunu ilk duyanlardan oldu. 
Şeirin intonasiyasını, vəznini başqa istiqamətə yönəltdi. Bu mənada 
şairin ilk qələm təcrübələri olan şeirləri belə poetik vüsət baxımından 
o qədər də parlaq sayılmasa da məhz, daşıdığı missiya – yeniliyin 
ifadəçisi olması ilə dəyərli idi. Bu yenilik yetişən gənc nəsil üçün də 
üz tutulası lazımlı ünvana çevrilirdi: “Dünya ədəbiyyatının son uğur-
larına dərindən bələdlik, klassikamızın ənənələrindən yeni tərzdə qida-
lanma, sovet şeirinə xas olan yasaqlar sisteminin zəncirini qırmağa, 
adi insanın daxili aləminə boylanmağa ürkək can atımı kimi keyfiy-
yətləri 60-cı illərdə poeziyamıza gələn cavanların məhz Rəsul Rza 
sənətinin işığına sığınmaları üçün şərait yaratdı” [9, s. 51]. R.Rzanın 
lirikası elə bu gücü ilə dəyərlidir. Buradakı insan artıq dünyəviləşən 
insandır, Azərbaycan, Dünya və Şərq insanının duyğularını özündə 
cəm edən insan. Maraqlıdır ki, “Rənglər”dən sonra şairin yaradıcılığı 
daim bu məqama sadiq qalır, İnsanı və onun rifahına xidmət eləyən, 
maraqlarını çevrələyən hər şeyi poeziyasının başlıca predmetinə çe-
virir. Şairin 1964-cü ildə yazdığı “İnsan şəkli” poetik nümunəsindəki 
humanist siqlətin qüvvətliliyinə diqqət edək: 


290 
Mənə bir sərgi salonu verin! 
Orda bir insan şəkli asacağam – 
adi bir insan... 
...görünsün dünyanın hər yerindən: 
zamanın keçmişindən, 
dövranın indisindən, 
əsrin gələcəklərindən 
Bir insan şəkli asacağam; 
Bir yanında Nəsimi- 
dabanından soyulandan sonra... 
...Bir yanda Cordano Brunonun külü 
Bir yanında Məhəmmədhəsən kişi – 
ömrü, günü yollara tökülü 
Yuxarıda kosmopolit göy. 
Aşağıda sərhədlə kilidlənmiş ölkələr [4, s. 118].
Şeir bu misralarla bitirdi: 
Şəklin müəllifi – Zaman. 
Adı – İnsanlığın ömür yolu.
1990-cı illərdən başlayaraq milli poeziyamızda zaman və insa-
nın zamanda yeri ilə bağlı yeni düşüncə seli irəli gələrkən, bu 
poeziyanın qırx il öncənin zamanla bağlı meditativ çözümlərini qap-
sayan poetik zəmini vardı və bu zəmində zaman da, onun qəhrəmanı 
olan İnsan da öz varlığında görünə bilirdilər. 
...Sərt baxışla
bir körpənin dodağından 
gülüşünü silsələr; 
bir möhtaca, 
bir qəribə, 
bir acizə gülsələr; 
bütün dünya xoşbəxt olsa, 
bahar olsa 
bir səhər; 
yer üzündə bircə insan acsa
mənə toxunma [4, s. 39]. 
R.Rzanın “İnsan yaşayır”, “Açın qapıları, insan gəlir”, “Pəncə-
rəmə düşən işıq”, “Damcılar”, “Bağışlayın məni”, “Fil və filban”, 
“Xeops”, “Rotterdamda heykəl” və başqa şeirlərinin ritmi, intonasi-
yası bəşər övladının portretini sərgiləməyə yönəlmiş monumental hə-
yat lövhələri idi.


291 
...Dünyada çox şey var mövcud olan. 
Ancaq yaşayan İnsandır, İnsan [4, s. 92]. 
R.Rzanın insana verdiyi ali dəyərdə sələfi İ.Nəsiminin konsep-
siyasının gücü, əzəməti var və ustad şair İnsanı bu mərtəbəyə qaldırıb 
ona səma yüksəlişindən qiymət verməklə, “Ey daşəvü türabə deyən 
qiymətin gövhər, / İnsan bu hüsnü lütf ilə gövhər deyilmidir, – deyən 
XIV əsr hürufi sənətkarının ən yaxşı müridinə çevrilir, özünün “Son 
gecə” poemasında sələfi kimi insanı Allahın yer üzündəki təcəssümü 
kimi dəyərləndirirdi. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə