Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə113/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   109   110   111   112   113   114   115   116   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

We who were living are now dying 
With a little patience [6]. 
 
Yaşamaqda olan biz indi ölürük, 
Azacıq səbirlə 


305 
Bəlkə də bu kimi keyfiyyətlərinə görə “Bəhərsiz torpaq” 
T.S.Eliotun bədbinliyinin tərcümanı kimi izah edilir. 
“Bəhərsiz torpaq” hadisələri təqdim etmək, həyat gerçəklərini 
səciyyələndirmək baxımından da olduqca maraqlı, poetik gözəlliyə 
malik bir əsərdir. Şair insan həyatının, yaşamağın ağır və çətin bir pro-
ses olduğunu maraqlı təsvir vasitələri ilə tərənnüm edir. T.S.Eliot bir 
çox şairlər kimi həyata “çətin”, taleyə “qəddar” demir, “Aprel ən 
zalım aydır”, – deyir və fikrini belə əsaslandırır:
April is the cruellest month, breeding 
Lilacs out of the dead land, mixing 
Memory and desire, stirring 
Dull roots with spring rain. 
Winter kept us warm, covering 
Earth inforgetful snow, feeding 
A little life with dried tubers [6].
 
 
Ən zalım aydır aprel, yetişdirib çıxarır 
Yasəmənləri ölü torpaqdan, qarışdırır 
Xatirə və arzunu, canlandırır 
Ölgünləşmiş kökləri bahar yağışı ilə. 
Qış bizə sərt soyuq göstərmədi 
Yeri unutqanlıq gətirən qarla örtərək, doyduraraq, 
Kiçik bir həyatı qurumuş köklərilə. 
Şair aprel ayını qışda yuxuya dalıb özünü unutmuş təbiətdə can-
lanma yaratdığına görə zalım adlandırır. Bu rəmzi məna daşıyan za-
lımlıq anlayışı, əslində, həyata gələn, canlı olan hər şeyin əzab və 
çətinliklərlə üz-üzə qalacağını, həyatla mübarizə aparmağa məcbur 
olacağını mənalandırır. Şeirin ruhuna hakim ovqat isə bu mübarizədə 
hər kəsin məğlub olacağı fikrini təlqin edir. Burada canlanaraq oyanan 
varlıqlara qarşı həyatın amansızlığından doğan kədərlə yanaşı, qışın 
“yeri unutqanlıq gətirən qarla örtərək, isti saxlaması” təzadında acı bir 
kinayə də duyulmaqdadır. Aprelin gətirdiyi dirçəliş və oyanış, yaxud 
qışın gətirdiyi yuxu, unutqanlıq – hansı daha münasibdir, insan bu 
vəziyyətlərin hansı birində xoşbəxtdir? T.S.Eliot məhz insanı xoşbəxt 
olmayan, gələcəyi ümidsiz bir məmləkəti təsvir edir, imanını qeyb 
etmiş insanların məhvə məhkum taleyini simvollarla daha aydın 
anladır. Məhz rəmzlərin köməyilə şair bir mövzudan digərinə, bir 
zamandan başqasına adlayır, quraqlığa məruz qalmış bir məmləkətin 


306 
taleyi zəminində, əslində, iman və sevgidən məhrum bir mühitdə 
insanlığın taleyini mənalandırmış olur: 
Here is no water but only rock 
Rock and no water and the sandy road 
The road winding above among the mountains 
Which are mountains of rock without water 
If there were water we should stop and drink 
Amongst the rock one cannot stop or think 
Sweat is dry and feet are in the the sand [6]. 
 
Qaya... Su yox... qumlu yol, 
Sarıla-sarıla dağlar arasından qalxan yol 
Qayalıq, susuz dağlara. 
Su olsaydı dayanıb su içərdik 
Qayalar arasında bir kəs durub düşünə bilməz
Tər qurumuş və ayaqlar qumun içində.
Təsvir edilən ölkə quraqlığa məruz qalaraq bəhər verməkdən 
məhrum olmuş, qorxunc xəyallarla, kabusla dolu bir diyar, xilas göz-
ləyən bir məmləkətdir, hətta xilas gəldiyi zamanda da işgəncə və 
əzabın onu müşayiət edəcəyi istisna deyil. Bir sözlə, “Bəhərsiz tor-
paq” əsəri imanını, dini inanclarını qeyb edərək humanizm böhranına 
yuvarlanan bir məmləkətin mənəvi məhvinə, taleyinə həsr olunmuş 
əsərdir. T.S.Eliotun insanları qəflətdən oyanışa çağırışıdır. 
İnsana maddi ilə ruhi, fani ilə əbədi olanların sintezi kimi baxan 
T.Eliota görə, din və mədəniyyət vahid bir tamın iki ayrı hissələridir 
və onlar arasındakı qarşıdurma ilə bərabər inkişafı təmin edən labüd 
zərurətlər də mövcuddur. Şair müasir Qərb dünyasının dinsiz, inancsız 
bir halda inkişafının, hər növ tərəqqi və rifahının müvəqqəti, həm də 
göz aldadan bir yüksəliş olduğunu, Qərb dünyasının uyduğu paqaniz-
min əzablarının mütləq yetişəcəyini düşünür [7]. T.Eliota görə, yalnız 
dinin və əxlaqi dəyərlərin hakim olduğu cəmiyyətdə insanın əsl ma-
hiyyəti, onun təbiətlə bağlılığı təzahür edir; insan maddi və ruhi vəh-
dəti ilə təbiətin bir hissəsi kimi yaradılışdakı harmoniyanı tamamlayır. 
Buna görə də insanın Yaradandan, eləcə də təbiətdənkənar yaşaması 
mümkün deyil, bu insanlığın fəlakəti olardı. Şairin bu kimi görüşlərini 
ideya mahiyyətində yaşadan əsərlərindən biri olduğu üçün “Bəhərsiz 
torpaq” bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə