Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə118/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   114   115   116   117   118   119   120   121   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

 
Jambıl Jabayev – 170 
 
QAZAX XALQININ TƏKRARSIZ SÖZ USTADI
 
 
Açar sözlər:
Jambıl Jabayev, qazax, xalq, akın, şeir, aytıs 
Key words:
Dzhabayev Jambul, Kazakh, people, akhin, poetry, aitys 
Ключевые слова:
Джамбул Джабаев, казах, народ, акын, поэзия, айтыс
Jambıl Jabayev (16 (28) fevral 1846 – 22 iyun 1945) qazax xalq 
poeziyasının görkəmli nümayəndəsidir. Məşhur akının (aşıq) adı rus 
mənbələrində Джанбул Джабаев [1] kimi verildiyinə görə, keçmiş 
sovet dövründə Azərbaycan dilinə də ruscaya uyğun olaraq Cambul 
Cabayev kimi tərcümə edilmişdir. Lakin qazax dilində şairin adı 
Jambıl Jabayev olduğunu və dilimizdə normal səsləndiyini nəzərə 
alaraq biz də şairin adını və soyadını qazaxlar kimi yazmağı məqsə-
dəuyğun hesab edirik.
Daima bədahətən söz qoşmuş qazax şairi Jambıl dağının ətəklə-
rində Çu çayının yuxarı axınında dünyaya göz açmışdır. Şapraştı nəs-
lindən olan atası Jabayın köçəri ailəsi kasıbçılıqla yaşamışdır. Babası 
İstıbaygilin aulu yadelli basqınlardan qorunmaq üçün dağ ətəklərinə 
köç aldığı zaman dünyaya gəlmiş Jambıl sonradan qazax xalqının 
məşhur akını kimi ad-san qazanaraq nəinki Qazaxıstanda, keçmiş 
Sovetlər Birliyində tanınmış şairlərdən biri kimi ədəbiyyat tarixində iz 
qoymuşdur.
Kiçik yaşlarından dombrada çalmağı öyrənən Jambıl qazax 
folkloruna dərindən bələd olmuş, bu misilsiz xəzinəni ruhu ilə ya-
şatmışdır. Bütün xalq deyimlərini yaddaşına toplamış Jambıl yeniyet-
mə ikən evlərindən çıxıb akın olmaq qərarına gəlir və çalıb-oxumaqla 


324 
çörək qazanmağa başlayır. O, düzüb-qoşduğu ürəkaçan şeirləri ilə ar-
tıq bütün vilayətdə tanınır, sorağı qonşu qırğız torpağına da yayılır. 
Tezliklə akınlığın sirlərini Suyunbay (1815-1898) adlı el sənətkarın-
dan mənimsəyən Jambıl qazax dilində mahnılar qoşaraq eyni anda 
çalıb-oxuyur, aytıslarda (şeir yarışmaları, deyişmələr – 
A.Ş.
) bacarı-
ğını göstərir.
Təhsil almaq imkanı olmayan Jambıl bütün qazax çöllərində 
dildən-dilə keçərək məşhur olmuş şeirlərini bədahətən söyləyirdi. Elə 
həmin vaxtdan da Jambıl aytısların daimi iştirakçısına çevrilmişdi. 
Məşhur söz ustadının adlı-sanlı akınlarla deyişmələri bu gün də qazax 
şifahi xalq yaradıcılığının qiymətli xəzinəsi hesab olunur. Şeir yarış-
malarında təcrübəli akınlarla deyişərək dəfələrlə qalib gələn Jambıl el 
arasında nəsihətamiz mahnıların ustası kimi şöhrət qazanır. Onun ən 
çox sevilən, populyarlıq qazanmış aytısları içərisində Baktıbay, Ay-
kumıs, Sarıbas, Şaşubay, Kulmambet və başqaları ilə deyişmələri 
xüsusilə seçilir. Təcrübəli akın Kulmambetlə deyişmədə qalib gələn 
Jambıl öz nəslinin ən hörmətli və populyar akınına çevrilir. O, özünün 
improvizə bacarığı ilə həftələrlə, aylarla “Koroğlu”, “Şahmərdan” və 
s. kimi dastanları ifa edərək hərtərəfli istedad və bacarığını artırırdı. 
Ustadı Suyunbayın poetik ənənələrini uğurla davam etdirən Jambıl 
Jabayev əsərlərində sadə xalqın ümid və arzularını qələmə almış, xalq 
qəhrəmanlarının igidliklərini tərənnüm etmiş, feodal zülmü və məhru-
miyyətlərinin qatı əleyhdarı kimi çıxış etmişdir. Jambıl “Şağım”, 
“Şabdəngə”, “Patşa əmiri tapıldı”, “Zildi-buyrık” kimi şeirlərində 
xalqın sosial-siyasi həyatının poetik cizgilərini çəkmişdir.
Qırğız Balık, Tınıbek, Kalıqul, Naymanbay, Katağan, Toktoğul, 
Muradəli, Əlimkulla ilə deyişmələri də yaddaşlarda dərin iz burax-
mışdır. Qırğızların qəhrəmanlıq dastanı “Manas”a, həmçinin “Şah-
namə”, “Koroğlu” və “Min bir gecə” kimi Şərq poemalarına musiqili 
əlavələri ona daha çox şöhrət qazandırmışdır. O, 1916-cı ildə qazax 
çöllərində çar rejiminə qarşı başlamış milli-azadlıq hərəkatının fəal-
larından birinə çevrilmiş, bu dövrdə həmin mövzuda “Çar fərmanının 
məngənələri” və “Əsəbi fərman” əsərlərini qələmə almışdır. Jambılın 
sovet dövrünə qədərki deyişmə və şeirləri demək olar ki, saxlanılma-
mış, yalnız şifahi şəkildə nəsildən-nəslə ötürülən hissələr bu günümü-
zə gəlib çatmışdır. Həmin əsərlərdən “Atama”, “Şaltabaya”, “Kali”, 
“Molla Bəyzəkə” və s. daha məşhurdur. İstedadlı və vətənpərvər akın 
öz yaradıcılığında qazax xalqının keçmişindən yazmış, bu günündən 
bəhs etmiş və gələcək arzularını qələmə almışdır. Ömrü boyu məh-
suldar yaradıcılıqla məşğul olmuş şairin ahıl yaşlarında olması belə 


325 
ona “Utegen batır”, "Suranşi batır" kimi dastanlara yenidən “can 
verib” dirçəltməyə mane olmamışdır. Onun dilindən söylənilən “Su-
ranşi batır”, “Ötəgən batır” dastanları, “Tənbəl haqqında nağıl”, “Xan 
və akın” kimi nağıllar XX əsrin əvvəllərində yazıya alınmışdır. Əbəs 
yerə deyildir ki, professor Nizami Cəfərov məşhur qazax akınını “xalq 
(epos) poeziyasını ən yeni dövrə gətirib çıxaran, tarixi müasirləşdirən 
bir sənətkar” [2, s. 7] kimi səciyyələndirmişdir. 
Jambıl 1917-ci il Oktyabr inqilabını sevinclə qarşılamış, bu 
məqsədlə 1919-cu ildə Semireçye akınlarının yürüşündə yaxından 
iştirak etmişdi. Oktyabr inqilabından sonra Jambıl Jabayevin yaradıcı-
lığında dövranı vəsf edən yeni meyillər yaranmağa başlayır. Məşhur 
akın yeni rejimi alqışlayır və “xoş gün-güzəranı” vəsf edən poetik 
əsərlər yaradır. Onun 1936-cı ildə qələmə aldığı “Oktyabr himni”, 
“Mənim Vətənim”, “Leninin mavzoleyində”, “Lenin və Stalin” və 
sairə kimi şeirləri sovet dövründə böyük populyarlıq qazanmışdır. 
Böyük söz ustadı Oktyabr inqilabından sonra qazax xalqının həyatında 
baş vermiş tarixi dəyişikliklərə böyük ümid bəsləyirdi. Şairin 1936-cı 
ildə Moskvada “Pravda” qəzetində dərc edilmiş, “Doğma ölkəm” 
("Туған елім") adlandırdığı poetik düşüncələri qocaman akını bütün 
SSRİ-də şöhrət zirvəsinə qaldırmışdı [3]. 1936-1945-ci illər ərzində 
13 min bənddən çox şeiri çap olunmuş şair yeni dövranın nailiyyət-
lərini, Böyük Vətən müharibəsi illərində qələbəni və xalqın qəhrəman-
lığını tükənməz coşqu ilə tərənnüm etmişdir.
Jambılın 1934-cü ildə incəsənət ustalarının 1-ci respublika qu-
rultayındakı çıxışı təsdiqlədi ki, o, həqiqi mənada xalqın şairidir. 
1936-cı ildə Moskvada qazax ədəbiyyatı və incəsənəti ongünlüyündə, 
bir ildən sonra isə Tbilisidə “Pələng dərisi geymiş pəhləvan” poema-
sının 750 illiyi münasibətilə keçirilmiş yubiley mərasimində 90 yaşlı 
Jambıl Jabayevin çıxışları qazax poeziyasının şöhrətini daha yüksək 
dərəcəyə qaldırmışdır. 1938-ci ildə poetik yaradıcılığının 75 illiyi ilə 
əlaqədar Romen Rollan, Mixail Şoloxov və o dövrün digər məşhur 
yazıçıları ona təbrik məktubu göndərmişlər.
Onun mahnıları dövrü tərənnüm edir, çoxlu tirajla çap olunurdu. 
Ahıl akın hər yerdə hörmət-izzətlə qarşılanır, Şərqin yeni dövrü alqış-
layan müdrik ağsaqqalı kimi təqdim edilirdi. Jambıl Jabayev Qazaxıs-
tanın ən hörmətli akını, onun mahnıları isə qazax aul məişətinin yeni 
təzahür formasının təsviri kimi qəbul olunurdu. Qazax xalqının sözə 
vurğunluğunu və böyük sənətkara qiymətini Rusiya Elmlər Akademi-
yasının müxbir üzvü Dina Amanjolova sənətkarlıqla belə ifadə etmiş-
dir: “Biz bilirik ki, söz mədəniyyəti qazaxlar üçün həddindən artıq 


326 
vacibdir və o (Jambıl Jabayev nəzərdə tutulur – 
A.Ş.
), öz missiyasını 
parlaq şəkildə yerinə yetirmişdir” [4]. 
Şair-akın, improvizəçi-akın, eləcə də müdrik jırşı (şeir söyləyən) 
və söyləyici kimi məşhur olmuş Jambıl Jabayev qazax vətəndaş siyasi 
poeziyasının formalaşmasında əhəmiyyətli rol oynamış, xalq poezi-
yasının yeni istiqamətlərinin yaradıcısı kimi şöhrət qazanmışdır. Onu 
xalq poeziyasının atası adlandırır, misralarını şüar kimi səsləndirir-
dilər. Jambılın yaradıcılığı ümumxalq malı idi. Onun əsərləri dünyanın 
bir çox dillərinə tərcümə edilmiş, bir sıra ölkələrdə yayılmışdır. 
Jambıl, müasir terminologiya ilə desək, multikultural dəyərlərin daşı-
yıcısı idi; o, heç vaxt insanları irqinə və millətinə görə ayırmırdı. 
Böyük Vətən müharibəsi illərində görkəmli şairin “Leninqradlılar, 
mənim balalarım!”, “Moskva” və başqa əsərləri böyük qələbənin qa-
zanılmasında, arxa cəbhənin əsgərlərlə əlaqələrinin daha da möhkəm-
lənməsində əhəmiyyətli rol oynamışdı. Təsadüfi deyil ki, “Leninqrad-
lılar, mənim balalarım!” şeiri bu gün də “hərbi poeziyanın mirvarisi” 
[5] kimi tarixdə yaşayır.
Jambıl Jabayev keçmiş SSRİ-nin bütün müttəfiq respublikala-
rının yaradıcı qüvvələrinin əksəriyyəti kimi o dövrdə mövcud olmuş 
sosializm realizmi deyilən bir cərəyanın daşıyıcılarından idi. Bu gün 
hətta bir çoxlarının haqsız olaraq məzəmmət olunduğu yaradıcı qüv-
vələr öz milli, istiqlal dolu arzularını da məhz həmin ideoloji buxovun 
içərisində əridərək fikirlərini dolayı da olsa oxuculara çatdıra bilir-
dilər. Jambıl Jabayev də qazaxların əsarətdən qurtulduğunu sevinclə 
qələmə almış, xalqının mənəvi keçmişindən qaynaqlanaraq min illər 
boyu yaddaşında saxladığı qəhrəmanlıq dastanlarını, nəğmələrini, 
nağıllarını geniş dairədə yayaraq yaşatmış, xalqın milli-azadlıq müca-
diləsini şərəflə tərənnüm edərək coşqu ilə səsləndirmişdir. Kommunist 
ideologiyasının hökm sürdüyü bir dövrdə keçmiş adət-ənənələri, qəh-
rəmanlıqla dolu mübarizə dövrünü, yadelli işğalçılara qarşı vuruşmuş 
batırların şücaətini sovet dövründə qələmə alıb yaymaq, onu xüsusi 
olaraq vurğulamaq asan məsələ deyildi, bu, böyük cəsarət və mərdlik 
tələb edirdi. Ona görə də Jambıl kimi yaradıcı şəxsiyyətləri dövrə, 
zəmanəyə tənqidi münasibətdən doğan tendensiya çərçivəsində mə-
zəmmət etmək, bir çox hallarda isə hətta aşağılamaq hər kəsin istədiyi 
fikri asanlıqla söyləyib yaya bildiyi bu günümüzdə qətiyyən yolveril-
məzdir. Daima yadellilərlə mücadilədə olmuş, torpaqları pərakəndə, 
əhalisinin mütləq əksəriyyəti savadsız olan böyük bir məmləkətin yeni 
quruculuq həyatına qədəm qoyması fərəhli hal deyildimi, yaxud yeni 
dövranı bütün əzəməti ilə tərənnüm etmək elə təkcə sosializmi təbliğ 


327 
etmək idimi? Bir də axı Böyük Vətən müharibəsi cəbhələrində igid-
liklə döyüşüb el-obasını düşmənlərdən qoruyan, övladı (şairin oğlu 
Alqaday Böyük Vətən müharibəsində Dnepropetrovsk vilayətinin Si-
nelnikovo şəhərinin faşistlərdən azad olunması uğrunda gedən döyüş-
lərdə qəhrəmancasına həlak olmuşdur) ilə bir sırada vuruşan qəhrəman 
əsgərlərə xitabən yazılmış “Leninqradlılar, mənim balalarım” şeirini 
qocaman şair necə ürəkdən yazmaya bilərdi və bu kimi əsərlərin 
müəllifini hansı mənəvi haqla tənqid etmək olardı?
Qeyd etmək yerinə düşür ki, bu gün də Sankt-Peterburqda 
Jambıl küçəsi (1952) mövcuddur. 2002-ci ildə şəhərdə əlində dombra 
tutmuş məşhur akının milli geyimdə 4 metrlik abidəsi ucaldılmış, fəv-
varə qarşısındakı daş pillələrdə şairin məşhur “Leninqradlılar, mənim 
balalarım..” sətirləri həkk olunmuşdur.
Məşhur nəğməkar şair 1945-ci il iyunun 22-də 100 yaşının ta-
mamına 8 ay qalmış dünyadan köçmüş, Alma-Ata vilayətinin Jambıl 
rayonunun Jambıl aulunda (rayon və aul şairin şərəfinə adlandırıl-
mışdır) dəfn olunmuşdur. Şairin aulda yaşadığı evdə Jambıl muzeyi 
yaradılmış, vaxtilə öz əlləri ilə əkib-becərdiyi ağaclardan ibarət bağ 
salınmışdır. Aul Almatı şəhərinin 60 kilometrliyində Uzunağac qəsə-
bəsinin yaxınlığında yerləşir.
Xalqın milli ruhunun yüksəldilməsində əhəmiyyətli rol oynamış 
qüdrətli söz ustadının obrazı qazax incəsənətinin demək olar ki, bütün 
janr və növlərində öz əksini tapmışdır.
O, sağlığında ikən dövrün ən ali mükafatları ilə təltif olunmuş, 
Lenin ordeni və 1941-ci ildə Stalin mükafatı almış, öz adını və xalqını 
şərəfləndirərək keçmiş SSRİ-nin Dövlət mükafatı laureatı adını qazan-
mışdır. Qədirbilən qazax xalqı ömrü boyu doğma xalqının mənafeyinə 
xidmət etmək kimi müqəddəs bir amalla yaşamış və bu yolun yo-
rulmaz yolçusu olmuş Jambıl Jabayevin xatirəsini təkrarsız söz ustadı 
kimi daima əziz tutur. 
İstər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində bir 
sıra ölkələrdə, o cümlədən Azərbaycanda Jambıl Jabayevin yaradıcı-
lığı qismən də olsa araşdırılmışdır. Vaxtilə xalq şairi Səməd Vurğun 
Jambıl Jabayevi “şeirimizin ağsaqqalı” kimi dəyərləndirmişdir. 
AMEA-nın müxbir üzvü Nizami Cəfərov, filologiya üzrə elmlər dok-
toru Nizami Tağısoy və başqaları görkəmli qazax şairinin əsərlərindən 
söz açmış, yaradıcılığı haqqında dəyərli fkirlər söyləmişlər. Professor 
Nizami Cəfərov “Türk xalqları ədəbiyyatı” kitabında [2] Jambıl Ja-
bayevin “Ötəgən batır” poeması ilə “Aladağ” şeirini çap etdirərək akı-
nın yaradıcılığına böyük yer vermişdir.


328 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə