Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə95/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   91   92   93   94   95   96   97   98   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Qom qomladuğum qoma yurdum! 
Düzləri ceyranlı, marallı yurdum! 
Alaca atlı, düşməndən yaralı yurdum! 
Səni yağı nə yerdən taladı yurdum! [8, s. 30] 
İlk olaraq yurdu ilə xəbərləşən Qazan xan, yurdunun bərəkətli, 
mənzərəli bir yer olduğunu deyir, buranın ceyran, maral oylağı oldu-
ğunu göstərir. Bu cür gözəl bir elə düşmənin hücum etməsinə acıyır, 
sanki itirdiklərinə deyil, yurdunun gözəlliyinin dağıdılmasına heyifsilənir.
Sonra Qazan xanın elini sudan xəbər alarkən söylədiyi şeirə diq-
qət edək: 


252 
 
 
Çinğım-çinğım qayalardan çıxan su! 
Böyük- böyük ağaclar gəmiləri yıxan su! 
Şahbaz atlar içdiyi su! 
Qızıl dəvələr gəlib keçdiyi su!
Ağ qoyunlar gəlib qırağında yatdığı su! [8, s. 30] 
Burada suyun nə qədər dəyərli, qiymətli olduğu göstərilmişdir. 
Şeirdə az sözlə böyük fikrin ifadə olunduğunu görürük. 
Ümumiyyətlə, müəllifin suya verdiyi bu cür yüksək qiymət is-
lam dinində də öz əksini tapmışdır. Xalqın dünyagörüşündən süzülüb 
gələn folklor ədəbiyyatında suya verilən bu cür yüksək dəyər bütün 
klassiklər kimi Ş.İ.Xətainin şeirlərində də öz əksini tapmışdır: 
Sərvin yenə tutdu damənin su
Sərv üstə oxudu faxtə gu-gu [7, s. 13]. 
Suyun saflığı, onun müqəddəsliyi M.Füzulinin “Su” qəsidəsində 
də verilmişdir: 
 
Sərv səriştəlik qılır qumri niyazdan məgər, 
Damənin duta, əyağinə düşə, yalvarə su [9, s. 3]. 
Qurdla xəbərləşən Qazan xan qurdu vəsf edərək deyir: 
 
Qaranlıq axşam olanda günü doğan! 
Qaraqoç atları kişnəşdirən! 
Qızıl dəvə görəndə nərildədən! 
Ağca qoyun görəndə quyruq çırpıb qamçılayan! [8, s. 31] 
Şeirdə qurdun əzəmətini göstərən Qazan xan bildirir ki, onu gö-
rən atlar qorxudan kişnəyir, dəvələr nərildəyir. 
Qurd obrazı xalq təfəkküründə də öz əksini tapıb. Qurd igidlik, 
qəhrəmanlıq simvolu olduğuna görə ayrı-ayrı türk dövlətlərinin də 
rəmzi olmuşdur. 
Ş.İ.Xətai ilə bir dövrdə yaşamış Aşıq Qurbaninin şeirlərində 
təbiət təsvirləri ilə bərabər, təbiətin ən gözəl töhfəsi olan güllər də vəsf 
olunmuşdur: 
Tanrı səni xoş cəmala yetirmiş, 
Səni görən aşiq ağlın itirmiş, 


253 
Mələklərmi dərmiş göydən gətirmiş? 
Heyif ki, dəriblər az bənövşəni [10]. 
Bənövşəyə yüzlərlə şeir həsr olunsa da, heç bir şeirin ömrü Qur-
baninin yazdığı “Bənövşə” şeiri qədər uzunömürlü deyildir. 
Məqalənin əvvəlində qeyd etdiyimiz kimi mədhiyyələrin əsasını 
hökmdarların tərifi, onların hakimiyyətinin tərənnümü təşkil edir. Bu 
motivin özü də xalq şeirimiz üçün doğma idi. Belə ki, öygülərdə 
əksərən oğuz igidlərinin, xanlarının şəninə təriflər söylənilir: 
Bəri gəl, Salur Qazan! 
Bəri gəl, Salur bəyi! 
Gəl, elimin dayağı, 
Gəl evimin dirəyi! [8, s. 15]
 
 
Bu xüsusiyyəti “Kitabi-Dədə Qorqud” dastanının demək olar ki, 
bütün boylarında görürük. “Kitabi-Dədə Qorqud“ dastanında “Qantu-
ralı” boyunda qırx igid Qanturalını öymüşlər: 
 
Ey Soltanım Qanturalı, 
Səhər-səhər sən duralı 
Qapımızda qış və bahar 
Qarabaşlar inək sağar – 
Görməmisən? Buzov, dana 
Oynar qaçar dörd bir yana [8, s. 84].
 
Qanturalının şücaəti göstərilir. Onun buğanı necə ustalıqla yıx-
ması təsvir edilir. Digər bir şeir parçasında isə Qazan xan oğlu Uruzu 
belə mədh edir: 
 
Qara dağımın yüksəyi, gözümün işığı oğul! 
Qanlı suyumun daşqını, evimin yaraşığı oğul! 
Qocalıq vaxtımda tapındığım yalqız oğul! [8, s. 56] 
“Ot öz kökü üstə bitər”, – deyiblər. Qazan xanın da Uruz kimi 
igid, cəsur oğlu vardır. Elə bir oğul ki, yıxılan evin dirəyi, elin köməyi 
atasının ümididir. 
Xalq peşəsindən asılı olmayaraq, cəsur, qorxmaz olan hər kəslə 
fəxr edir. “Qazan xanın evinin yağmalanması” boyunda Qazan xanın 
öz çobanı haqqında dediyi söyləməyə nəzər salaq: 


254 
Qaranluq axşam olanda qayğulu çoban! 
Qarla yağmur yağanda çaxmaqlu çoban! [8, s. 31] 
Bütün forma və janrlarda öz başlanğıcını folklor ədəbiyyatından 
götürən yazılı ədəbiyyatımızda hökmdarlar çox geniş şəkildə tərif 
olunmuşdur. XVI əsrdə yaşamış şair Tufeyli sonuncu islam xəlifəsi
ədaləti və yenilməz qüvvəti ilə böyük şöhrət qazanmış Hz. Əlini (ə) 
mədh edən şeirlər yazır: 
 
Lafəta illa Əli, la seyfə illa Zülfüqar [11, s. 440].
 
Tufeyli Hz. Əliyə (ə) mədhlər yazmaqla kifayətlənmir. O, Ş.İs-
mayıla və onun ulu babası Şeyx Səfiyə də tərifnamələr yazır. Şair 
Ş.İ.Xətaini dövrünün “Mehdiyi-Sahibzamanı” adlandırır: 
 
Ey Tufeyli, Mehdiyi-Sahibzaman dövranıdır, 
Əhli-fəzlə vədeyi-huri-cinan dövranıdır. 
İsmi-əzəm zahir oldu, “Cavidan”dövranıdır [5, s. 339]. 
Bununla yanaşı, Şeyx Səfi xanədanına pərəstiş edən şair onu 
belə tərifləyir: 
 
Sərbəst tutdu cahanı qaziyani-Şah Səfi 
Qalmadı kəsarət cahanda, vəhdətin dövranındır, 
Şadü xürrəm oldu cümlə dustani-Şah Səfi [5, s. 339]. 
Tufeyliylə eyni dövrdə yaşamış Aşıq Qurbani də Şah İsmayılı 
şeirlərində vəsf etmişdir: 
 
Bu dünyada bir haqq divan
O dünyada cənnət məkan. 
Qoy var olsun, türki zəban, 
Şah Xətai, Şah Xətai [5, s. 339]. 
Hər iki şairin yazdığı şeirlərdən bir daha aydın olur ki, böyük 
şair kimi tanınan Ş.İ.Xətai həm də qüdrətli hökmdar kimi də dövrünün 
şairləri tərəfindən mədh olunmuşdur. 
Folklor nümunələri ilə divan ədəbiyyatımızın müqayisəli təhlili 
göstərdi ki, həqiqətən yazılı ədəbiyyatın bütün forma və janrlarının 
inkişafı kimi mədhiyyə şeirlərinin mükəmməl şəkildə formalaşmasına 
səbəb yüksək poetik düşüncə tərzini özündə əks etdirən folklor ədə-
biyyatıdır. 


255 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə