Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə59/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   55   56   57   58   59   60   61   62   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

“...hər şeydə bir məna olsaydı, həyatın bir mənası olmazdı.” 
“...ən yaxşı səfər şərab kuzəsinin boğazından dibinə səfər etmək-
dir.” 
“...qudurasan qurbağa... bizim rayon, sizin rayon...” 
“...qarnını doldurmasan, ürəyini boşalda bilməzsən.” 
“bu dünya bir yer deyil. Bir başım açılmır, bir macal eləyə 
bilmirəm ki, gedib özümü öldürüm.” 
…Və nəhayət,
“Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı 
mərtəbəsi də ola bilər, onda nə vardı ki...”
[1, s. 125] 
Əslində bu bir az da bəsit, bayağı tərzdə deyilmiş fikirlərin alt 
qatında dərin mətləblər durur. Öz aləmində Mirzə Cəlillə görüşən
keçmişin kişilərini addımbaşı tərifləyən Məmməd Nəsirin əsas prob-
lemi hər şeyi bilməsidi. O, bu gün qılıncının dalı da, qabağı da kəsən 
Dadaşın bir vaxt “Ay Dadaş, başına daş…” deyə danlamasını, kimin 
kimdən danos yazmasını, kimin hardan hara gəlməsini bilir. Və onun 
tənhalığının kökündə də elə bu durur. Nərdi öz-özüylə oynamasının, 
özünə bir həmdəm tapmamasının dərində gizlənmiş səbəbi budu. Sa-
dəcə yazıçı bütün bu mətləbləri Məmməd Nəsirin sadə, bəsit obrazı ilə 
elə pərdələyib ki…
Nəşriyyatda çox şeydən (hər şeydən!) xəbərdar və qocalığın gə-
tirdiyi tənhalığa düçar olan təkcə Məmməd Nəsir deyil… Bir də mü-
hasib Səfdər dayıdı!
Rəqəmlər “xəstəliyinə” tutulmuş mühasib təkcə işdə yox, hə-
mişə, hər yerdə hesablayır, sayır, vurur, çıxır, toplayır. Amma bu, elə-
belə vərdiş deyil. Asudə zamanın çoxluğundan, baş qatmaq ehtiya-
cından yaranan “işdir”. Axı beyni başqa qayğılarla, fikirlərlə, fərəhli, 
yaxud elə adi gündəlik məsələlərlə məşğul olan, dostları, qohumlarıyla 
vaxtını keçirən adamın pillələri saymağa, avtobusun rəqəmlərini vurub 
çıxmağa imkanı, həvəsi də olmaz... Hətta o mühasib olsa da belə... 


156 
Səfdər dayının işdən sonrakı saatlarını təsvir edən “Təklik tilsimi” 
fəslinin təkcə elə adı çox şey deyir. Və bir anlıq adama elə gəlir ki, 
bütün günü rəqəmləri çək-çevir edən qəhrəman bu tilsimi sındırmaq 
üçün kod (şifrə!) axtarır. Amma arvadı Minəni iki ay öncə dəfn edən-
dən sonra bu tilsimin nə zamansa açılacağına ümidi də qalmayıb. Axı 
qızı da ailəsiylə birgə Qvineyada işləyir... 
Yazımın bu yerində Səfdər dayının xarakterini zənginləşdirən, 
tənhalığını daha dəqiq ifadə edən detalları sadalamazdan öncə yazı-
çının üslubundan söz açmaq yerinə düşər. “Ağ liman”ın bədii əsər ki-
mi mükəmməlliyinin bir sirri də üslubun, dilin hadisələrlə, xarak-
terlərlə tam şəkildə uyğun gəlməsidir. Fikrət Qoca hələ əsərin əlyaz-
masını oxuyandan sonra (o zaman Moskvada təhsil alırdı) Anara mək-
tubunda yazırdı:
“Anar, salam!
Əsərini oxudum. Sevindim. Lap çox sevindim. Ən yaxşı cəhəti 
budur ki, əsərdə mənfi tip yoxdur. Nə mənfi, nə müsbət. Hamısı adam-
dı. Yaxşı adamdı. Düşünəndi. Ağıllı adamlardı. Cildanın, Karmenin 
dili, Zaurun məktubu və i.a. hamısı yaxşıdır. Təhminə, Nemət… Adam 
bilmir onların hansı bizə daha çox oxşayır” 
[2, s. 445]. 
Bu oxucuya hesablanmamış sadə dost məktubunda “Cildanın, 
Karmenin dili”nin vurğulanması məndən ötrü xüsusi məqamdı. Çünki 
əslində bu qısa eyhamla əsərin məziyyətlərindən biri vurğulanır. “Ağ 
liman”da hər kəs öz dilində, öz yaşına, dünyagörüşünə, hətta savadına, 
sənətinə uyğun danışır. Və tam əminliklə demək olar ki, burada ye-
rində işlənməyən, yerinə düşməyən sözə rast gəlmək mümkün deyil. 
Amma əsərin dili ilə bağlı digər məsələ ondan ibarətdir ki, yazıçı tək-
cə qəhrəmanlarının danışıq tərzini yox, öz təhkiyəsini də hadisələrə, 
hər bölümün məzmununa uyğunlaşdırır. Məsələn, daha öncə dediyim 
kimi, əgər Nemətlə bağlı fəsillərdə kinematoqrafiya elementlərindən, 
üslubundan istifadə olunursa, Zaurla Təhminəyə aid hissələrdə bir 
qədər lirik, poetik təsvirlər üstünlük təşkil edir. “Təklik tilsimi”nin bu 
mənada nəzərə çarpan cəhəti odur ki, yazıçı rəqəmlərə aludə qəhrə-
manı haqqında özü də rəqəmlərlə danışır. Ağzındakı dişlərin, pencə-
yinin düymələrinin, endiyi pillələrin sayı, yediyi yeməklərin qiyməti, 
taksi sayğacındakı rəqəmlər, bir sözlə, təkcə Səfdər dayının düşün-
cələri yox, elə yazıçının da təhkiyəsi rəqəmlərlə doludu və bu oxucuda 
xüsusi ovqat yaradır. Və yazıçı bu üsluba, təhkiyəyə sadiq qalaraq 
qəhrəmanının da tənhalığını simvollaşdırır:
“Dünyada üç şey adamı lap zinhara yetirir, çəkmən sıxa, dişin 
ağrıya, evin dama.


157 
Səfdər dayı minnətdarlıqla köhnə yalınayaq çəkmələrinə baxdı. 
Ayaqları bu çəkmələrin içində elə rahat, elə xoş idi ki...” 
[1, s. 223] 
Deyəsən elə bircə çəkmə sarıdan bəxti gətirmişdi Səfdər dayı-
nın... Həmdəmi ilə də tək bir görüş yeri qəbiristanlıq olandan sonra 
kimsəsi qalmamışdı. Telefonu da susmuşdu. Vaqif Səmədoğlu «Anla-
maq və anlanılmaq istəyən adam» məqaləsində bunu dəqiq təhlil edir:
“İnsanın kimisə olmalıdır, bir hayanı, ya heç olmasa məhrəm 
bir əşyası – bu tema, müxtəlif şəkillərdə Anarın bütün yazdıqlarından 
keçir. «Ağ liman» povestində tənha qoca telefonundan ayrılmır, hal-
buki çoxdanlır ona nə bir kəs zəng edir, nə də o bir kəsə zəng eləyir. 
Telefon qocanın bir növ hayanıdır, ona ev itinə alışan kimi alışıb. 
İtdən fərqli olaraq telefon hürmür, zingildəmir, dəstəkdən yalnız ca-
vabsız zummerin uzun səsi gəlir”
[ 2, s. 334].
 
Telefon “zingildəmir”… Amma yazıçı qəhrəmanının yalqızlığı-
nı tam ifadə etmək üçün daha uğurlu priyom işlədir. Telefon susursa, 
ildə-ayda bir dəfə gələn zəng də yanlışdısa, bu bir dərddi, amma zəng 
eləməyə heç kiminin olmaması və sonda elə özünə zəng edib yağış 
damcılarının səsinə bənzər kəsik siqnallar dinləməsi… dərd deyil, hə-
yat tərzidir, tənhalığın “gündəlik hayata” çevrilməsinin simvoludu. 
“– Məşğuldur, danışır, – dedi. Güldü, sonra nədənsə bir az tutu-
lan kimi oldu. 
Dinləməyə başladı. Bir xeyli qulaq asdı. Dəstəkdən zəhlətökən 
bir ardıcıllıqla səslər eşidilirdi: du, du, du, du, du...
Elə bil payız günü evin damır...” 
[1, s. 224] 
Amma qoca Səfdər dayının axşamçağı evində oturub telefonla 
başını qatması nə qədər təbiidisə, gənc Nemətin hər dəfə poçta girib 
məktub soruşması o qədər qəribədi, düşündürücüdü.
“O heç yerdən, heç kimdən məktub gözləmirdi: Yox yerdən mək-
tub çıxmayacaqdı ki... Yaddaşını ələk-vələk eləsə də başqa şəhərdən, 
ya Bakının özündən ona "do vostrebovaniya" məktub yazacaq bir 
adam xatırlaya bilməzdi. Amma nədənsə bu küçədən tək keçəndə hər 
dəfə həmin pəncərəyə yanaşırdı. Yanında bir sənəd olmayanda heyif-
silənirdi…”
[1, s. 33]
 
Əslində Səfdərin öz telefon nömrəsini yığıb dinləməsiylə, Ne-
mətin ona göndərilməyəcək məktubları yoxlamasının təməlində eyni 
hiss durur: möcüzə gözləntisi! Ani bir məqamda, heç diqqət çəkməyən 
hadisədən nəyinsə, daha dəqiqi həyatın dəyişiləcəyinə, möcüzə baş 
verəcəyinə inam…
Ancaq bu Şəhərin möcüzə gözləməyən, amma gözlənilməz mö-
cüzəylə qarşılaşan sakinləri də var…


158 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə