Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə55/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   51   52   53   54   55   56   57   58   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Сабина Ахмедова 
 
ОБРАЗ ХАЗРЕТ ФАТИМЕ В ТВОРЧЕСТВЕ
ХУСЕЙН НАДИМА НАХЧЫВАНИ 
Резюме
Хусейн Надим Нахчывани является выдающимся представителем 
творческой литературной среды Нахчывана конца XIX – начала XX вв. 
Поэтическое наследство поэта составляют произведения, посвящённые в 
основном ахли-бейту. В данной статье рассматриваются новха и синазаны 
Хусейн Надима Нахчывани, посвящённые Хазрет Фатиме. В то же время
образ Хазрет Фатиме, опираясь на религиозные, исторические и литературные 
источники, анализируется в историко-поэтическом аспекте на образцах 
посвящённых ей новха и синазанов. 


142 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Şəhrizad NUHOVA 
Bakı Slavyan Universiteti 
sehrizad.nuhzade@mail.ru
 
SABİR AZƏRİNİN “DALANDA” ROMANINDA
MƏNƏVİ-ƏXLAQİ PROBLEMLƏR
 
 
Açar sözlər:
Sabir Azəri, “Dalanda” romanı, mənəvi-əxlaqi problemlər, 
cəmiyyət
Key words:
Sabir Azeri, novel “Dalanda”, moral-ethical problems, society 
Ключевые слова:
Сабир Азери, роман «B тупике», моральные и 
этические проблемы, общество 
60-80-ci illərdə şəhərdə baş verən hadisələr, sosial-psixoloji 
problemlər yazıçıları daha çox maraqlandırırdı. Anarın, Elçinin, Sabir 
Əhmədovun romanlarında adi həyat hadisələrində, məişət əhvalat-
larında "xırda" adamların və hadisələrin timsalında bir çox ciddi, 
bəşəri, mənəvi-əxlaqi və sosial mətləblər təsvir olunurdu. S.Azəri və 
V.Babanlının povest və romanlarında dövrün, mühitin mənəvi-əxlaqi 
problemləri sosial ziddiyyətlər kontekstində verilir. S.Azərinin "Da-
landa", "Darıxan şəhər" və s. povest və romanlarında şəhər mühitinin 
sosial ictimai ziddiyyətləri mənəvi-əxlaqi problemlər baxımından 
uğurlu bədii həllini tapır.
S.Azərinin "Dalanda" romanında da məhz bu cür hadisələr və 
mənəvi-əxlaqi problemlər təsvir edilir. Onu da deməliyik ki, əsər nəşr 
edildikdən sonra ədəbi tənqid tərəfindən uğurla qarşılanmışdır. Bütün 
əsərlərində maksimum dərəcədə həyat həqiqətinə sadiq qalan yazıçı 
burada da bədii-estetik kredonu davam etdirmişdir. Akademik Bəkir 
Nəbiyev əsərə yazdığı resenziyada da diqqəti adın rəmzi mənasına 
yönəldərək yazır: "Romanın adı rəmzi məna daşıyır və yazıçının is-
tifadə etdiyi bədii vasitələr bu mənanın müvəffəqiyyətlə açılmasını 
təmin edir. Mürəkkəb münasibətli və mövqeli, müxtəlif xarakterli 
adamların birgə fəaliyyət göstərdiyi, üz-üzə gəldiyi böyük şəhərlərin 


143 
dar dalanları da var. Yazıçı həmin dalanlardan birini öz əsərində bir 
növ təcrübə meydanı kimi götürür" [1]. 
Maraqlıdır ki, romanın malik olduğu geniş sosial tutum da məhz 
bu meydanda bədii şərhini tapan hadisələrin əhatəliyi və dəqiqliyi ilə 
üzə çıxır. Bu dalanda sözün həqiqi mənasında bütün cəmiyyət təsvir 
edilir. Buradakı qəhrəmanların yaşadığı dalanın ümumi mənzərəsi, 
qəhrəmanların fəaliyyəti qətiyyən cəmiyyətdən təcrid olunmamışdır: 
bu dalanda hər kəs var; adi adamlardan tutmuş, akademik, inşaatçı, 
dərzi, qatıqsatan, gənclər, yeniyetmələr və b. bütövlükdə cəmiyyətin 
bütün təbəqələri ilə rastlaşırıq. 
Ömrü boyu arzulamadığı, qəlbinə, ruhuna, mənəviyyatına yad 
olan bir mühitdə yaşayan, lakin həmişə öz daxili təmizliyini, mənəvi 
saflığını qoruyub saxlamağa çalışan, ən çətin anlarda belə həmin 
saflığın, təmizliyin işığına boyanan İnsan dalanı yol sayıb getsə də, 
yolun yarısında bu yoldan geri qayıtmalıdır. Əsərin bədii estetik qa-
yəsi bundan ibarətdir ki, insan yolu səhv gedərsə, günlərin birində 
həmin yoldan dönmək, həmin mühitdən çıxıb getmək üçün özündə 
güc tapmalıdır. "Dalanda" romanının başlıca qayəsi məhz bundan 
ibarətdir, bütün hadisələr də çox doğru olaraq bu ideya ilə bağlıdır. 
Romanda hadisələr İçərişəhərdəki köhnə dalanların birində baş verir. 
Burada baş verən hadisələr, əslində, hər gün həyatımızda, mənəviyya-
tımızda rastlaşdığımız hadisələrin əks-sədası kimi səslənir. Ancaq bu 
məkan şərtidir, müəllif öz qəhrəmanlarını, onların duyğu və düşün-
cələrini köhnə dalanda baş verən hadisələrlə məhdudlaşdırmır. Müəllif 
təhkiyəsi ilə zaman-zaman bu məkandan kənara çıxır. Yəni məkanın 
kiçik olması heç də əsərdəki ideyanı kiçiltmir, əksinə kiçik bir məkan-
da baş verən hadisələr qlobal dünya ilə bağlanır və getdikcə miqyası 
genişlənməyə doğru gedir. S.Azəri epizminin gücü ilə “Dalanda” 
romanında dövr, zaman üçün (bəlkə də bütün dövr və zamanlar) xa-
rakterik olan mənəvi-əxlaqi, psixoloji problemlər bədii cəhətdən 
uğurlu həllini tapdığına diqqət çəkən B.Əhmədov yazır: "Digər əsər-
ləri kimi, bu romanda da yazıçının baş qəhrəmanı böyük bir ictimai, 
mənəvi yükün daşıyıcısı kimi çıxış edir. Ancaq müəllifin başlıca məq-
sədi cəmiyyət və insan problemidir və bu cəmiyyətdə hər şey insan 
azadlığının məhdudlaşdırılması ilə bağlıdır. Nəzərə alsaq ki, müəllifin 
təsvir etdiyi məkan kimi “dalan” məcazi, metaforik mənadadır, o za-
man yazıçının cəmiyyət və insan, cəmiyyət və azadlıq problemlərinə 
yeni bədii münasibətin izlərini görməmək mümkün deyil. Qafarın 
“dalan”ı tərk edərək doğulduğu məkana getməsi onun azadlığa qovuş-
ması anlamına gəlir" [2]. 


144 
Müəllif bütün hadisələri Qafar və onun ailəsi fonunda təsvir edir 
və ideyanı bu ailənin timsalında gerçəkliyin tipik və səciyyəvi cəhət-
lərini ümumiləşdirməyə çalışır. Bu cəhətdən əsərin qəhrəmanı Qafar 
Azərbaycan bədii nəsrində olan heç bir obraza bənzəmir, tamamilə ye-
ni, orijinal obraz olaraq verilir. Romanın əsas qəhrəmanı Qafar əxlaqi-
estetik görüşlərinə görə düz adamdır, həmişə halal zəhmətə qatlaşıb, 
ədalətlidir, haqqı nahaqqa verməməyə çalışıb. Lakin elə məsələ də 
bundadır, çünki bu istəyi yerinə yetirmək bəzən heç də adamın özün-
dən asılı olmadığı kimi, həm də ona baha başa gəlir. Çünki yaşadığın 
mühitin buna imkan verməsi lazımdır. Yəni yaşadığın mühit, ətra-
fındakı insanları əhatə edən həyat özü bunu doğurmalıdır. Əgər nəzərə 
alsaq ki, Qafar da insandır və onun zəif tərəfləri var, onda məsələ bir 
qədər də aydınlaşar. Elə olur ki, Qafar bu həyata, axına qarşı gedə bil-
mir, ona qarışaraq itir. Bəzən müqavimət göstərsə də, bu müqavimət 
stereotipləri sındırmaq üçün bəs etmir. Obrazın bu xüsusiyyəti dövrün 
ədəbi tənqid tərəfindən də qeyd olunmuşdur. Tənqidçi V.Yusifli yazır: 
"...Qafar səhvlərini bilə-bilə, dərk edə-edə yaşayır. Qafar çox dözümlü 
insandır. Bu dözüm və səbr isə onun başına nələr gətirmir. Qafar elə 
bu dözümlə arvadı Fəridənin dözülməz "fəlsəfəsinə", davranış və 
rəftar tərzinə uzun müddət müqavimətsiz yaşayır, həmişə belə hesab 
edir ki, Fəridə bir gün ağıllanacaq, ailənin maddi imkanlarını nəzərə 
alıb, böyük şeylərin davasını aparmayacaq" [3, s. 156]. 
Qafar çalışdığı iş yerində (tikinti sahəsi) hər cür əliəyriliyə, bü-
rokratizmə, yarıtmazlığa qarşı kəskin mövqedə dayanır, yalnız öz işi 
ilə məşğul olmur, eyni zamanda cəmiyyəti narahat edən problemlərə 
öz münasibətini bildirir, lakin bunun da ağrısını həmişə çəkməli olur. 
Belə münasibət bildirmələrin birində müdiri Yaqubovla aralarındakı 
dialoq onun xarakterinin mahiyyətini açmaq üçün ən yaxşı detal olur. 
Yaqubovun ona "– Ə, səni iş icraçısı götürmüşəm, yoxsa xalq nəzarət-
çisi?" sualına "– İş icraçısı götürmüsüz, mən də çalışıram ki, vəzifəmi 
vicdanla, namusla yerinə yetirim", – deyə cavab verir. Yaqubov isə 
başqa cür düşünürdü:
"– Yaxşı, yemini kəsərəm, boğazına qurd düşəndə qanarsan ki, 
namusla işləmək nə olan şeydir. 
– Mən çörəyi ömrüm boyu kişi kimi təmiz, halal yemişəm, heç 
kəsin yanında gözükölgəli olmamışam. 
Yaqub birdən əlini əlinə vurub güldü. 
– Ə, sən Don Kixotsan! Canınçün əsl Don Kixotsan! İyirminci 
əsrin Don Kixotu!.. 
– Mən belə dolanmaq istəmirəm, Yaqub. Mən belə dolanmağa 


145 
qırxı keçənəcən öyrənməmişəmsə innən belə xasiyyəti dəyişmək çə-
tindir" [4, s. 196-197]. 
S.Azəri "Dalanda" romanında cəmiyyətin dərdini, sosial bəlasını 
göstərir. Bu problemlər cəmiyyəti içindən dağıdan problemlərdir. 
S.Azərinin ədəbi qəhrəmanı da məhz bu problemlərə qarşı çıxır. Lakin 
o, bu cəmiyyətdə tək deyildir. Anarın "Şəhərin yay günləri" dramının 
da qəhrəmanı ilə yaxınlıq, doğmalıq təşkil edir. Maraqlıdır ki, cəmiy-
yətdə Qafar da Don Kixot kimi qəbul edilir. Hər iki obrazın dövrün, 
cəmiyyətin xarakterini əks etdirdiyini önə çəkən ədəbiyyatşünas Sabir 
Bəşirov bu obrazları müqayisə edərək onları eyni mövqedən qiymət-
ləndirir: "Qafara Hadı müəllim demişdi ki, sənin alimliyin heç kəsə 
lazım olmayacaq! Doğrudan, Qiyasın da alimliyi sözün geniş məna-
sında heç kimə gərək olmur. Qəhrəmanı nəzərində bir həsir, bir də 
Məmmədnəsir, Firuzun nəzərində Don Kixot, Dilarənin nəzərində 
maymaq, əbləh və qotur prinsiplərlə yaşayan adam kimi qiymətlən-
dirilir. Don Kixotluq Qiyasın da faciəsidir-düzgün hərəkətlərin səfeh-
liklə, nadanlıqla yozulması! Ləyaqətsizliyi həqiqət kimi başa düş-
mək!.." [5, s. 194]. 
Əslində hər iki obrazın xarakter etibarilə bir-birinə uyğun gəl-
məsi və eyni mövqedən təsviri Altmışıncıları bir-birinə yaxınlaşdıran 
xüsusiyyətlərdən olduğu kimi, həm də həyat hadisələrinin, cəmiyyət 
problemlərinin oxşarlığından irəli gəlirdi. Qafar da bu cəmiyyətdə ya-
şayır, ancaq hamı kimi yaşaya bilmədiyindən həyat ona çox ağır gəlir. 
Qafar özünü işdə necə göstərirsə, evdə, ailədə özünü o cür aparır, 
arvadının mənəvi zülmünə tab gətirməyə çalışır. Sabir Azəri öz qəhrə-
manını birtərəfli, sxematik, təsvirdən çəkinmiş, obrazı bütöv verməyə 
səy göstərmir, əksinə onu ziddiyyətlər içində çabalayan bir xarakter 
kimi verməyə çalışır. Bunun üçün onun həyat yoluna da nəzər salır. 
Məlum olur ki, tikintidə işləməzdən qabaq Qafarın ən böyük arzusu 
elmi işçi olmaq, namizədlik dissertasiyası müdafiə etmək olsa da, bu 
arzusuna çata bilmir. Buna səbəb isə mövcud elmi mühitin olmaması-
dır. Belə ki, elmi rəhbəri ona kömək edib müəyyən istiqamət ver-
məkdənsə, evinin işlərini gördürür, bazarlığa yollayır və bununla da 
mənliyini təhqir edir. Qafar isə bütün bunlara dözə bilmir və buradan 
qaçmalı olur. Yazıçı Qafar obrazını sona qədər təmiz və işıqlı göstərir, 
onu həm öz ailəsində – arvadının mənəvi zülmünə tab gətirə-gətirə, 
onun deyintilərini eşidə-eşidə, həm də işlədiyi yerdə hər cür haqsızlığa 
sinə gərə-gərə şəxsiyyətini, ləyaqətini, mənəvi saflığını qoruyan bir 
xarakter olaraq təsvir edir. Romanın sonuna qədər də yazıçı Qafarı bu 
iki xətt üzrə inkişaf etdirir. Həm evdə, həm də işdə. İnsan xarakterini 


146 
bütün ziddiyyətləri ilə göstərmək üçün də bu iki məkan kifayət edir. 
Fikrət Qoca obrazın mühitlə münasibətlərini təhlil edərək yazır: 
"Qafarın doğulub boya-başa yetirdiyi mikromühitin əxlaq normaları 
bir para ictimai mətləbləri anlamaqda da ona mane olur. Qafarın ailə-
də, məktəbdə aldığı əxlaq dərsinə görə, gərək hamıda vətəndaşlıq hissi 
güclü olsun, gərək insanlar hər şeydə ilk növbədə cəmiyyətin məna-
feyini düşünsün... Lakin real həyatda Qafar başqa vəziyyət görür. Elə 
buna görə işini çoxdan qurtarsa da, ac və yorğun olsa da, dəniz sa-
hilində bir sualı hey təkrar edə-edə dolaşır: "Axı, kimi aldadırıq? Niyə 
aldadırıq? Nəyin naminə aldadırıq?" [6, s. 6]. 
Qafar bu cür sualları özünə çox verir, hərçənd adamlar bu cür 
sualların yanından ötüb keçir, belə məsələlərə toxunmaq nədir, eşit-
mək belə istəmirlər. Qafar isə bu cür suallarla ictimai problemləri 
qaldırır. O, heç cür başa düşə bilmir ki, tam hazır olmayan bir bina 
niyə vaxtından qabaq təhvil verilməlidir? Mükafat, plan, ucuz şöhrət 
naminə bu kimi saxtakarlıqlar nəyə lazım? Bunların xalqa, cəmiyyətə 
qarşı cinayət olduğunu doğrudanmı dərk etmirlər?! Qafar bu kimi 
sosial-mənəvi suallarla olduğu mühitə qarşı çıxırdı. Və günlərin 
birində məhz bu sualları götür-qoy edərkən dalanda onu maşın vurur. 
Sürücü isə akademik Mürşüdovun oğlu idi. Bəlkə də yazıçı sürücünün 
akademik Mürşüdovun oğlunun olmasını təsadüfi verməyib. O, bir 
nazir oğlu da ola bilərdi. Qafarın həyatı bir dəfə elmi rəhbərinin ona 
biganəliyi sayəsində korlanmış, necə deyərlər, dalana dirənmişdi. Bu-
nunla yazıçı elmi mühitdə korlanmış mənəvi həyatın deqradasiyasını 
göstərmək istəmişdir. İndi isə akademik oğlu onu maşınla vurub şikəst 
etmişdir. Yazıçı Mürşüdovları harınlaşmış ailə kimi təsvir edir. F.Qo-
canın da fikri belədir ki, bu rastlaşma adi bir rastlaşma deyil, əsərin 
ideyasına xidmət edir: "Bu rastlaşma iclas salonunda, şəxsi mənafe 
üstündə baş versəydi, Mürşüdovlar onu mənən əzib şikəst edə bilər-
dilər. Mürşüdovların nəzərində bu, sırf təsadüfidir, «allahın işidir». 
Əslində isə, təsadüf deyil, o ərköyün alim oğlu hardasa, kimisə şikəst 
etməli idi" [6, s. 7]. 
Əlbəttə, qafarlar həyatda tək deyildir, həm də bu obrazla müəl-
lifin demək istədiyi ideya böyükdür. Bəzilərinin fikrincə, Qafarın 
faciəsi həyatını düzgün, zamana uyğun tərzdə qura bilməməsindədir. 
Əslində onların bu "zamana uyğun qura bilməmişdir" anlayışının ar-
xasında gizlənən mətləbin özü böyükdür. Çünki cəmiyyətdə axına 
qarşı gedən insanların həyatı və taleyi həmişə belə olur. Qafarın əxlaq 
kodeksi cəmiyyətin qanun-qaydalarına, həyat tərzinə hörmət etmək, 
ona qarşı duranlar isə biganəlik, qənimətçilik, saxtakarlıq, ucuz şöhrət 


147 
naminə xalqı aldatmaq, həyatının mənasını şəxsi rahatlığında, ailəsi-
nin eyş-işrətlə gün keçirməsində görməkdədir. Qafar ya onlara qarış-
malı, ya da bütün varlığı ilə bu vəziyyətə üsyan etməli idi. Qafarı 
ikinci yola gətirən amillərə əsərdə müəyyən işarələr də vurulur. Hələ 
tələbəlik illərində, arxivdə işləyəndə, sonra aspirantlıq dövründə, daha 
sonra tikintidə çalışanda dövlətin qarşıya qoyduğu tələbə cavab ver-
məyə, hər yerdə və həmişə vicdanının səsinə qulaq asmağa, bir sözlə, 
ictimai mənafeyi şəxsi mənafedən üstün tutmağa can atırdı. Lakin mü-
hit özü bunu qəbul etmirdi, bu mühitin adamları Qafarı anlamır, daha 
doğrusu, anlamaq istəmirlər. Şair Süleyman Rüstəm Qafarın düşdüyü 
mühiti və obrazın daşıdığı ictimai yükü yüksək qiymətləndirərək ya-
zır: "...çünki onların idealıyla Qafarın idealı daban-dabana ziddir. 
Çünki Qafarın həyata baxışı onların şəxsi mənafeyinə ziyan vurur. 
Hətta iş o yerə çatır ki, hər şeydə düzgünlük, halallıq axtardığına görə 
Qafarı "qəribə adam", "Don Kixot" adlandırırlar. Əslində isə gəlin 
görək Qafarın qəribəliyi nədədir? Qafar istəyir ki, arxivdə çalışanlar 
mənəvi sərvətin müqəvva qarovulçusuna çevrilməsinlər, onların da 
fikrində, zəkasında bir hərəkət, məna yaransın, yəni özlərini ətalətin 
kor axınına təslim etməsinlər" [7].
"Dalanda" romanındakı obrazlar (Qafar, Fəridə, Mahmud, Çim-
naz, Gülsəfanı, Qəmər xanım, Hacı müəllim və b.) öz dolğunluğu, 
təbiiliyi ilə yadda qalırlar. Yazıçı bu obrazların hər birini birtərəfli – 
yalnız tamamilə müsbət, ya da tamamilə mənfi göstərmir, onların xa-
rakterindəki ziddiyyətləri – işıqlı və qaranlıq cəhətləri real, inandırıcı 
boyalarla təsvir edir. Fəridə təkcə pul düşkünü kimi təsvir olunmur, 
həm də ailə üçün can yandıran, özünü hər yerə vuran bir ana təsiri 
bağışlayır. Balalarını ürəyincə dolandırmaq naminə özünü şəhid edir, 
işdən sonra, nə qədər yorğun qayıtsa da evdə ona-buna paltar tikir. 
Gülsəfa, yurdunun, ocağının çırağı sandığı Qafarı nə qədər çox istəsə 
də onun dul qadın aldığını biləndə, ürəyi ağrıya-ağrıya oğlunu evdən 
qovur. Yaxud vaxtilə böyük ideallarla yaşayan Hacı müəllim indi keç-
miş şagirdi Qafarın yarımçıq elmi işini, yəni şüurunu, zəkasını pulla 
almağa hazırdır.
Yazıçı Mürşüdovlar ailəsini iki ildən bir ərli-arvadlı (bəzən ər 
ayrı, arvad ayrı) xaricə səfərə çıxan, maşınlı-maqnitofonlu (bunlar o 
dövrdə varlılığın əlamətləri hesab olunurdu) oğullarını uzaq ölkələrə 
ezamiyyətə göndərməyə hazırlaşan bir ailə olaraq təsvir edir. Belə bir 
məqamda törədilmiş cinayətin üstünü basdırmaq üçün ailə ən çirkin 
vasitələrə əl atır. Onlar Qafarın arvadı Fəridənin var-dövlət ehtirasın-
dan istifadə edərək bu qəzanı gizlətməyə nail olurlar. Bunun müqabi-


148 
lində isə Qafarın ailəsinin həyat idealı ortaya çıxır. Məlum olur ki, 
Qafarın ailə üzvləri arasındakı pul, var-dövlət hərisliyi daha güclü 
imiş. Ailənin xəstə düşmüş başçısı öz evində göz dağına çevrilir.
Yazıçı Qafarın şikəst olduğu müddətdə ailənin bütün ziddiyyət-
lərini, mürəkkəbliklərini açmağa nail olur. Ailədəki ögey bacı-qardaş-
lar arasındakı münasibətlər də məhz bu məqamda açılır. Bütün bu 
hadisələr yazıçıya imkan verir ki, ailənin əsl iç üzü açılsın. Lakin 
hadisələrin gedişi və Qafarın daxili vəziyyəti oxucuda Qafarın sağa-
landa, bu dəhşətli gipsdən canını qurtaranda burdan baş götürüb qaç-
masına gizli bir ümid yaradır. 
Yazıçı Qafarı nə qədər həlim, zəif təsvir edirsə, Fəridəni onun 
əksinə, sarsılmaz göstərir. Fəridənin özünün etiraf etdiyi kimi o, "zə-
hər tuluğudur". O, məqsədinə nail olmaq üçün hər şeyə əl atır, heç 
kəsdən və heç nədən çəkinmir. Bütün bunlar ailədə üstünlüyü, hökm-
ranlığı Fəridənin əlinə keçirməsinə səbəb olur. Fəridə evdə özünü 
hegemon kimi aparır, onu danlayır, boynuna qoyur ki, "sənin əlindən 
heç nə gəlmir, mən olmasam "Şamaxı batan kimi batarsız" və s. 
Yazıçı romanda həm də Qafar kimilərin emosiyasız yaşaya bil-
mədiyini göstərir. Baxmayaraq ki, qəzadan sonra həkim "Emosiyadan 
özünüzü qoruyun. Hər halda iki şeydən birini seçməlisiz: ya emo-
sional olub az yaşamağı, ya da emosiyadan əl çəkib uzun ömür sür-
məyi", – deyə ona tapşırır. Lakin Qafar üçün bunu etmək o qədər də 
asan deyil. Baş verən qəza hadisəsi Qafarın gözlərini açır, onda arvadı 
Fəridəyə qarşı münasibətlərində tam aydınlıq yaranır. Əgər bu hadi-
səyə qədər arvadına qarşı müəyyən tərəddüdlər keçirirdisə, bundan 
sonra fikirləri dəqiqləşir. Qafar həmişə qayıtmaq istədiyi yoldan məhz 
bu qəzadan sonra qayıdır. Sağaldıqdan sonra Qafar bir daha bu evə 
ayaq basmır, kəndə, ata-baba yurduna üz tutur. Yazıçı bununla Qafa-
rın evdən çıxıb getməsinin çox incə, psixoloji məqamlarını göstərmək 
istəmişdir; birincisi, Qafar bir neçə dəfə bunu etmək istəmişdisə, 
müəyyən səbəblərdən bu baş verməmişdi. İkincisi, qəzadan sonra da 
bir çox hadisələr baş vermişdi ki, bu da Qafarı evdən getməyə, dalan-
dan çıxmağa şərait yaratmışdı. Bunun üçün Qafarın əlində müəyyən 
bir səbəb də var idi. Bu səbəblərdən biri sırf psixoloji idi. Xəstə yatar-
kən Fəridənin birinci ərinə yas saxlaması, hətta qəbiristanlıqda onun 
məzarı yanında özünə yer hazırlatması Qafara çox pis təsir etmiş və 
evdən birdəfəlik çıxmaq qərarına gəlmişdi. Nə vaxtsa Fəridənin düzə-
ləcəyinə həmişə ümid edən Qafar bu dəfə son ümidlərini dəfn edir.
Altmışıncılar içərisində S.Azəri çox az yazıçılardandır ki, "Da-
landa" romanı həm oxucular, həm də tənqidçilər arasında çox böyük 


149 
əks-səda doğurmuşdur. Demək lazımdır ki, bu əsər həm də ədəbi tən-
qid tərəfindən ən çox təhlil edilən əsərlərdəndir. Xüsusilə, əsərin adı 
ilə ideyası arasındakı uyğunluq və sonluq romanı ən çox oxunan və 
təhlil edilən əsərlərdən birinə çevirmişdir.
Göründüyü kimi, S.Azərinin "Dalanda" romanında altmışıncı-
ların yaradıcılığında sıx-sıx müraciət edilən şəhər həyatı və mühiti və 
burada baş verən mənəvi-əxlaqi problemlər təsvir edilir. Yazıçı mə-
nəvi azadlıq, əxlaqi məsələlərə bir neçə kontekstdən yanaşır. Həm Qa-
far obrazı, həm də onun daşıdığı mənəvi-əxlaqi yük daxilən təmiz 
olanların cəmiyyətdə müəyyən mövqe tuta bilmədiyini göstərmək istə-
mişdir. Romanda qaldırılan əxlaqi problemlər ayrı-ayrı hadisə və ob-
razlara münasibətdə əks olunmuşdur. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə