Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə52/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   48   49   50   51   52   53   54   55   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Oyan, ey sərvəri-dövran, oğul vay,
Olan gül peykəri al qan, oğul vay.
 
Tərəhhüm et, oğul, bu dilhəzinə, 
Məni gözyaşlı qoydı əhli-kinə,


135 
Töküblər qanuvı ruyi-zəminə,
Salublar cismüvi üryan, oğul vay [4, s. 209]. 
Müəllif ananın balasının qətlinə göz yaşı tökdüyünü, qanının 
yerə töküldüyündən nalə çəkdiyini yanğı ilə təsvir edir. Sonrakı bənd-
lərdə Fatimə (s.ə) ananın oğlunun faciəli ölümünə qızı Zeynəbin (ə) 
giryan olduğunu, atasının, babasının gözyaşı tökdüyünü, özünün başı-
na qara bağladığını, Səkinənin “baba-baba” – deyərək ağladığını qəm-
li poetik lövhələrlə təsvir edir: 
Gəlibdür bu çölə gözyaşlı Heydər,
Tökər göz yaşı rüxsarə Peyğəmbər,
Anan Zəhra, başında qarə mə`cər,
Olublar cümləsi nalan, oğul vay 
 
Qoyub zülmün binasın əhli-kinə, 
Salublar ahü va ruyi-zəminə, 
Baba-baba deyüb ağlar Səkinə,
Edibdür göz yaşın ümman, oğul vay [4, s. 209-210]. 
Göründüyü kimi, Nadim növhələrində, sinəzənlərində, dini şeir-
lərində də poeziyanın sənətkarlıq məziyyətlərindən bacarıqla istifadə 
etmişdir. Şair Kərbəla hadisələrini, imamlarımızın başına gələn müsi-
bətləri yanıqlı bir dillə nəzmə çəkir, bədii təsvir və ifadə vasitələ-
rindən, lirik ricətlərdən, sadə və mürəkkəb məcazlardan istifadə əsa-
sında qəmli səhnələr yaradırdı [1, s. 18].
Nümunə üçün “Gəlib Zəhra (s.ə) bu gün Kərbübəlaya” növhə-
sinə diqqət yetirək: 
Gəlüb Zəhra bu gün Kərbübəlayə,
Batub ərzü səma yeksər qərayə.
 
Bu şəb Ali-Əba eylər çü əfğan,
Olublar qüssədən zarü hərasan,
Anası Fatimə olmuş nəvaxan,
Gözü yaşlı gəlibdür Neynəvayə [4, s. 157]. 
Növhənin məzmununa bütöv halda nəzər yetirdikdə aydın olur 
ki, Həzrət Fatimə (s.ə) müsibətə dözməyib, gözüyaşlı, fəryadla qanlı 
Kərbəlaya gəlib. Bu faciəyə Ali-Əba (Əhli-beyt (ə)) əfğan edir, göz 
yaşı tökür, qan ağlayır. Xanım Fatimə (s.ə) qanına qəltan olan Əkbə-


136 
rin, susuz qalan Şahzadə Qasimin, hülqünə xəncər çəkilən Hüseynin 
matəminə gələrək göz yaşı tökür: 
Hüseynün hülqünə xəncər qoyublar, 
Libasın cismdən yeksər soyublar, 
Bacısı Zeynəbi ağlar qoyublar, 
Vırublar başını növki-cidayə [4, s. 158]. 
Sonda təxəllüs bəndində Nadim bu faciənin, müsibətin İslama 
yaraşmayan bir tarixi ədalətsizlik olduğunu, heç bir dində belə vəhşi-
liyin baş vermədiyini bədii sual şəklində öz-özünə verir. Son iki mis-
rada bu müsibətlərdən qəlbində yaranan yaralara söykəndiyini ürəkağ-
rısı ilə qeyd edir: 
Təsəvvür et bunı qəlbində, Nadim, 
Bu caizdürmi hansı dində, Nadim? 
Tapulmaz busəgah cismində, Nadim, 
Yəralər sövkəşüb yeksər yərayə [4, s. 158]. 
...Məlumdur ki, Həzrət Məhəmməd (s) ilahi tapşırıqları insanlara 
çatdırmaq üçün 13 il Məkkədə çalışdıqdan sonra hicrət etdi və İslam 
dövlətinin (610-cu il) əsasını qoydu.
Həzrət Əli (ə) Peyğəmbərin (s.ə.s) əmisi oğludu. Həzrət Məhəm-
mədin (s) peyğəmbərliyinin ilk günlərindən onunla birlikdə olmuşdur. 
Peyğəmbər (s) hicrət edən zaman Əlinin (ə) 24 yaşı var idi. Əlinin (ə) 
evlənmək vaxtı artıq yetişmişdi.
Fatimənin (s.ə) yüksək tərbiyəsi, insani xüsusiyyətləri bir çoxla-
rının diqqətini çəkmiş, onlara çoxlu elçilər gəlmişdi. Fəqət Peyğəmbər 
(s) bu elçiləri rədd edərək Allahın hökmünü gözlədiyini bildirirmiş. 
Əli (ə) dostlarının təkidi ilə Fatiməyə (s.ə) elçi gedir.
“Peyğəmbər (s) yavaş-yavaş Əlini (ə) danışmağa sövq etdi. Əli 
(ə) gəlişinin səbəbini açıb dedikdən sonra Peyğəmbər (s) ondan so-
ruşdu: ailə qurmaq üçün dünya malından bir şeyin varmı? Əslində bu 
sualın cavabı məlum idi. Məgər Fatimənin (s.ə) Əlidən (ə) başqa bir 
tayı, ona Əlidən (ə) layiq bir ər var idimi?! [5, s. 19] 
Allahın əmri, Peyğəmbərin (s) möhürü ilə bu sevda baş tutur. 
Fatimə (s.ə) sadə bir cehizlə gəlin köçür. Beləliklə, ən əzəmətli ailə və 
İslam tarixində ən mühüm rola malik müştərək həyat formalaşdı” [5, 
s. 20]. 
Fatimə (s.ə) həyatın yükünü çiyinlərində çəkən, səbirli, mülayim 
bir qız idi. O, aza qane olan, sevimli atası və həyat yoldaşının xidmə-


137 
tində dururdu. Əliyə (ə) xanımlıq, atasının təbirincə desək “atasına 
analıq edirdi”. 
Bu ilahi müqəddəs nikahın ilk meyvəsi Həsən hicrətin III ilində, 
ikinci meyvəsi Hüseyn hicrətin IV ilində dünyaya gəldi. Zeynəb (s.ə) 
və Ummi Külsüm (s.ə) isə qardaşlarından sonra dünyaya göz açıblar. 
Ailənin son övladı ana bətnində şəhadətə qovuşub və adı da Möhsün 
olub. 
İmam Əli (ə) Fatimə ilə evlənməsini xatırlayarkən buyurmuşdur: 
“Sonra Peyğəmbər (s) məni səsləyərək dedi: – Ey Əli. Mən: – Bəli, ey 
Allahın elçisi: – deyə cavab verdikdə Həzrət buyurdu: – Evinə daxil ol 
və zövcənlə mehriban davran. Fatimə mənim bədənimin bir parçasıdır. 
Onu incidən məni də incidir, onu sevindirən məni də sevindirir. Hər 
ikinizi Allaha əmanət edir və sizi Ona tapşırıram” [5, s. 21]. 
Həzrət Məhəmməd (s) və onun Əhli-beyti (ə) min ildən çoxdur 
ki, sözün qüdrətilə vəsf olunur. Fatimənin (s.ə) şəhid olan balaları 
üçün tökülən göz yaşlarını poetik təcəssüm etdirən mərsiyələr, növhə-
lər və sinəzənlər Ali-Əba aşiqlərinin də qəlblərini və yanaqlarını nəm-
ləndirir. O cümlədən yaradıcılığından söhbət açdığımız qüdrətli şair 
Hüseyn Nadimin lirik-ruhani şeirləri də, eləcə də onun əvvəldə qeyd 
etdiyimiz xanım Zəhraya (s.ə) ithaf etdiyi dini poeziya nümunələri də: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə