Azərbaycan miLLİ elmlər akademiyasi


ПРОЗЕ И ЕЕ НАУЧНО-ТЕОРЕТИЧЕСКОЕ ОСМЫСЛЕНИЕ



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə51/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   47   48   49   50   51   52   53   54   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

ПРОЗЕ И ЕЕ НАУЧНО-ТЕОРЕТИЧЕСКОЕ ОСМЫСЛЕНИЕ 
 
Резюме
 
В статье раскрывается понятие исторической памяти. Рассматриваются 
точки зрения различных литературоведов и критиков как азербайджанской
так и мировой литературы на проблему исторической памяти. В годы 
независимости в художественной литературе, а также в научно-теоретической 


132 
мысли интерес к вышеуказанной проблеме все больше растет. История народа, 
его этнография, национальное самосознание заново вводятся в центр научных 
исследований. В данный период увеличивается чувство национального само-
сознания, язык, религия, историческая память, ментальные ценности приобре-
тают особое значение, этническое сознание формируясь входит в новую ста-
дию. 


133 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Səbinə ƏHMƏDOVA 
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 
ehmedova3@mail.ru
 
HÜSEYN NADİM NAXÇIVANİNİN YARADICILIĞINDA 
HƏZRƏT FATİMƏ (S.Ə) OBRAZI
 
 
Açar sözlər:
Hüseyn Nadim, Fatimeyi-Zəhra, Həzrət Məhəmməd, növhə, 
sinəzən, İslam, İmam Hüseyn, Kərbəla, Əhli-beyt 
Key words:
Husseyn Nadim, Fatimeyi-Zahra, Hazrat Mahammad. novha, 
sinazan, Islam, Imam Husseyn, Karbala, Ahli-beyt 
Ключевые слова:
Хусейн Надим, Хазрет Фатиме, Хазрет Мухаммед, 
новха, синазаны, ислам, имам Гусейн, Кербела, Ахли-бейт
XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühiti 
bir çox qüdrətli qələm sahibləri yetirmişdir. Onlardan biri də Hüseyn 
Nadim Naxçıvanidir.
Hüseyn Nadim klassik üslubda, dini mövzularda daha çox yazan 
şairlərdən olmuşdur. “Şairin ədəbi irsinin böyük bir qismi imamları-
mızın başına gələn müsibətlərin təsvirinə həsr olunmuş mərsiyələrdən, 
sinəzənlərdən, qəsidə və növhələrdən ibarətdir” [1, s. 10]. 
Hüseyn Nadim İslam dininə ürəkdən bağlı, imanlı bir insan, 
Əhli-beyt (ə) aşiqi olmuşdur. Onun yaradıcılığında Kərbəla faciəsi 
yanıqlı bir poetik dillə təsvir olunmuşdur. Nadim İmam Hüseynə (ə), 
övladlarına, Kərbəla şəhidlərinə çoxsaylı növhə və sinəzənlər həsr 
etmişdir. Onun dini lirikasında eyni zamanda Həzrət Fatiməyə (s.ə) 
ithaf etdiyi şeirlər də çoxluq təşkil edir. 
“Bəşər tarixində elə parlaq şəxsiyyətlər yaşamışlar ki, əsrlər 
boyu milyonlarla insanın həyat yollarına işıq saçmış, onlar üçün ilham 
mənbəyi, insanlıq nümunəsi olmuş, pak və təmiz ürəklərdə özlərinə 
ədəbi yer tapmışlar. Belə parlaq şəxsiyyət sahiblərindən biri də uzun 
illərdən bəri nəciblik və təmizlik, ucalıq və qutsallıq, paklıq və mö-


134 
minlik rəmzlərinə çevrilmiş xanımlar xanımı, on dörd məsumdan biri 
Həzrət Fatimeyi-Zəhradır (s.ə) [2, s. 13]. 
Həzrət Fatimə İslam Peyğəmbərlərinin (s.ə.s) dördüncü və ən 
kiçik qızı olmuşdur. Tahirə, Zəkiyyə, Raziyyə, Bətul və s. kimi adlarla 
da çağrılıb. Allah onu və aşiqlərini cəhənnəm əzabından hifz etmək 
üçün “Fatimə” adlandırıb. Erkən yaşından anadan yetim qalan qızcı-
ğaz Peyğəmbərlik məqamında olan əziz atasının çağırışlarına ətraf-
dakıların kinayə ilə yanaşmaqlarının şahidi olub. Atasına sədaqət və 
ana qayğısı göstərdiyinə görə Ummu Əbiha (atasının anası) adlandı-
rılıb.
Peyğəmbərimizin (s.ə.s) birinci xanımı olan Xədicədən doğul-
muş Fatimə (s.ə) IV Ərəb xəlifəsi, şiələrin I imamı, Həzrət Əlinin (ə) 
həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anasıdır.
İslam aləmində Həzrət Fatimədən (s.ə) söhbət açarkən “Məsu-
mə”, “Cənnət qadınlarının seyyidəsi” və yaxud “Peyğəmbər qızı” kimi 
ehtiram əlaməti olan epitetlərdən istifadə edirlər. Türk – İslam mədə-
niyyətində isə müqəddəs varlığın adının əvvəlinə “həzrət”, “xanım”, 
“səlamullahi əleyha” kimi müraciət formalarından istifadə edirlər. 
Heç şübhəsiz ki, insanların qədr-qiymətləri, titulları bərabər 
deyil. Bəzisi Allahın ən yaxın mələklərindən də üstün, bəzisi isə 
Allahın ən vəhşi heyvanlarından da aşağı səviyyədədir. “Quran və 
İslamın bizə tanıtdırdığına əsasən, insana dəyər verən elm, inam, təqva 
və yüksək insani fəzilətlərdir. Bu meyarlar əsas tutularaq, İslam qızı 
Fatimətuz-Zəhra (s.ə) Peyğəmbərin (s) dili ilə bizə “dünyanın ən üstün 
qadını” kimi tanıtdırmışdır” [3, s. 32]. 
Hüseyn Nadim növhə və sinəzənlərində bir çox obrazlar canlan-
dırmışdır. Bu obrazların hamısı real, təbii və dolğun surətlərdir. Na-
dim ən çox İmam Hüseynə (ə) növhələr ithaf etsə də, onun anası da bu 
dini-lirik bədii nümunələrdə öz təcəssümünü tapmışdır. Nadimin 
növhələri bəzən Fatimeyi-Zəhranın (s.ə) dilindən təsvir edilir. Şair ana 
fəryadını oxucu və dinləyicilərlə bölüşür.
“Xanım Fatimeyi-Zəhra (s.ə) dilindən” – adlı növhəsində oğlu 
üçün ah-vay edən ana fəryadını ürəkdağlayan misralarla, təşbeh və 
epitetlərlə yüksək poetik ustalıqla tərənnüm edir:

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə