Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə53/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   49   50   51   52   53   54   55   56   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Zəhra səni nə növ`i üryan aradə görsün
Topraqlər üstə nə`şün, başun cidadə görsün. 
 
Asudə olmaram mən heç Neynəva çölündə, 
Tənha qalan zəmandan sən Kərbəla çölündə, 
Zülfüm ağardı, qəlbim yandı bəla çölündə, 
Zəhra səni nə növ`i tənha Minadə görsün [4, s. 190-191]. 
Naxçıvaninin Əhli-beytə (ə) ithaf etdiyi şeirlərdə lirik təsvir üsu-
lu başlıca yer tutur. Fatimeyi-Zəhraya (s.ə) həsr etdiyi növhələrində 
şəhid övladlarına ağlayan Ananın keçirdiyi kədərli hisslər lirik ahəng-
də poetik dillə ümumiləşdirilərək nəzmə çəkir. Şair Əhli-beyt (ə), xü-
susilə, İmam Hüseynə (ə), Həzrət Fatimənin (ə.s) dilindən verilən növ-
hələrdə bu məziyyət özünü daha qabarıq göstərir: 
Ey Kərbəla çölündə qurban olan Hüseynim, 
Ətfalı təşnəlıqdan ətşan olan Hüseynim. 
 
Bisər düşübdi nə`şün meydanə Kərbəladə, 
Əlvan olubdı cismün al qanə Kərbəladə, 


138 
Gəlləm, oğul, bu gün mən əfğanə Kərbəladə
Xun ilə cismi-pakı əlvan olan Hüseynim [4, s. 203-204]. 
“XIX əsr Ordubad şairlərinin dini lirikasında Kərbəla müsibəti-
nin acı səhnələri şəhid analarının və bacılarının dili ilə nəzmə çəki-
lirdi. Ana və bacıların nalə və fəryadını ifadə edən bu şeirlərdə lirizm 
daha qüvvətli idi. Dini lirikada yaradılan dərdli ana və bacı obrazları 
lirik-sentimental üslub üçün daha əlverişli olduğundan şairlərin çox 
qismi Kərbəla şəhidlərinin qəmli faciəsini Həzrəti-Fatimeyi-Zəhranın, 
Həzrəti-Zeynəbin, Həzrəti-Gülsümün, Həzrəti-Səkinənin və Həzrəti-
Şəhrəbanunun şəhidlərə xitabı və ya mükamiləsi yolu ilə təsvir edir-
dilər” [6, s. 213-214]. 
Hüseyn Nadimin yaradıcılığında göstərdiyimiz nümunələrdən də 
aydın olduğu kimi, Həzrət Fatimə (s.ə) İmam Hüseyn (ə) üçün göz 
yaşı axıdan ana kimi təsvir olunurdu: 
Düşən xaki-xun üstə üryan, oğul vay, 
Susuz can verən Həqqə ətşan, oğul vay. 
 
Ölən Kərbübəladə vətənsiz, Hüseyn vay
Qalan nə`şi üç gün kəfənsiz, Hüseyn vay, 
Oğul vay, oğul vay, oğul vay, oğul vay, 
Hüseyn vay, Hüseyn vay, Hüseyn vay, Hüseyn vay
[4, s. 205-206]. 
Sinəzəni oxuyanda insanın ürəyi parçalanır. Ana naləsi ürəyi 
dağlayır, bu poetik ağı insanı göz yaşlarına qərq edir; ana qanlı torpaq 
üstündə üryan, susuz qalan şəhid oğlu üçün ağlayır. Vətənsiz ölən, 
nəşi üç gün dəfnsiz qalan balası üçün nalə çəkir.
Növhəxanların, o cümlədən Nadimin yaratdığı dərdli ana obraz-
ları Azərbaycanın müxtəlif bölgələrində yazıb-yaradan şairlərin ya-
radacaqları qadın qəhrəmanları üçün ədəbi örnək rolunu oynayırdı. 
Nadimin və müasirlərinin yaratdıqları Fatimeyi-Zəhra (s.ə) obrazı dahi 
M.Füzulinin eyni adlı xanım qəhrəmanının xələfi, yeni yaranan bədii 
nümunələrin sələfi idi. Əhli-beyt(ə) şairlərinin yaratdığı Həzrət Fati-
mənin (s.ə) poetik obrazı gələcəkdə yaranacaq dərdli ana obrazları 
üçün bədii-poetik, ədəbi təsvir və istinad rolunu oynayacaq... 
Həzrət Fatimə (ə) gənc yaşlarında xəstələnir və bu xəstəlikdən 
vəfat edir. Ölümqabağı halını soruşanlara Allaha həmd-səna edib atası 
Peyğəmbərə (s) salam göndərərək cavab verir... 


139 
Həzrət Fatimə (s.ə) bütün İslam dünyasının qadınları üçün ideal, 
əbədi, nümunəvi, müqəddəs varlıq, namus, abır-həya rəmzidir. Xanım 
Zəhra (s.ə) qəhrəmanlar yetişdirən, islamın qələbəsi uğrunda canından 
keçən şəhid anasıdır: 
Nazlı başı kül üstə mehman olan, Hüseyn vay, 
Ətfalı dəstbəstə giryan olan, Hüseyn vay. 
Hüseyn vay, Hüseyn vay. 
Bərhəm olan cəlalı, 
Talan olan mənalı, 
Əsir olan əyalı [4, s. 244]. 
“İmam Sadiq(ə) buyurur ki, Fatimənin (s.ə) səhifəsi bizim yanı-
mızdadır. Onlar bilirlər Fatimənin (s.ə) səhifəsi nədir?
...Həmin səhifə bir kitabdır ki, atasının ölümündən sonra Fatimə-
yə imla edilmişdir...” [7, s. 298-300] 
Yasə batub Ali-Əli cümləsi, 
Ərşə çıxub naləvü əfğan səsi, 
Zeynəbimün qalmayub heç bir kəsi, 
Peykəri sədparə, Hüseynim vay
Bikəsü biçarə, Hüseynim vay [4, s. 269]. 
Həzrət Fatimənin (s.ə) böyük məqam sahibi olması haqqında bü-
tün dini-tarixi mənbələrdə olan minlərlə əhvalatlar öz əksini tapmışdır. 
“Ənəs İbn Malik deyir, Peyğəmbər (s) düz altı ay sübh namazı vaxtı 
evindən çıxıb məscidə gələrdi. Gələrkən Fatimənin (s.ə) evinin qarşı-
sında ayaq saxlayıb buyurardı: Namazdır, ey mənim Əhli-beytim (ə)! 
Həqiqətən Allah siz Əhli-beytdən (ə) bütün çirkinlikləri uzaqlaşdırıb 
sizi tər-təmiz, pak etmək istəyir” [8, s. 335]. 
“Həzrət Məhəmməd (s) can üstə olarkən qızı Fatimə (s.ə) ağla-
yaraq başını atasının sinəsi üstünə qoyur. Qızının çox ağladığını görən 
Peyğəmbər (s) onun qulağına bir söz deyir. Bundan sonra Fatimənin 
(s.ə) çöhrəsi açıldı və bunun ardınca Peyğəmbər (s) dünyadan köçdü.
Bir çox rəvayətlərdə bildirilir ki, sonralar Fatimədən (s.ə) soruş-
dular: Peyğəmbər sənə nə dedi ki, o narahatçılığın və sıxıntın keçdi? 
Buyurdu: Peyğəmbər (s) mənə xəbər verdi ki, ailəsindən ona qo-
vuşacaq ilk şəxs mənəm. Mənim ölümümlə onun ölümü arasında uzun 
bir müddət olmayacaq. Bu mənim nigarançılıq və sıxıntıma son qoy-
du” [9, s. 860].


140 
Şeyxülislam Allahşükür Paşazadə “Qafqazda İslam” monoqrafi-
yasında klassik şairlərimizin dinlə bağlılığını şərh edərək belə yazır: 
“Xaqani də, Füzuli də, Nizami də, Nəsimi də – Allah onların hamısın-
dan razı olsun”. – Allaha, Onun Peyğəmbərinə və kitabına inanan, təq-
dir olunana əməl edən, inkar ediləndən yan keçən mömin adamlar ol-
muşlar. Möminlər üçün isə ən səciyyəvi xüsusiyyət dinin təqdir etdiyi 
əməlisalehlikdir. Bu adamların dünya duyumunun əsasını din təşkil 
edir. Deməli, onların sənəti də, əməlləri də dindən bəhrələnir” [10, 
s.150]. 
Möhtərəm şeyximizin bu fikirlərini adıçəkilən şairlərin sələflə-
rinə, eləcə də Hüseyn Nadim Naxçıvaniyə də şamil etmək olar. Onun 
Naxçıvan ədəbi mühitində öz məxsusi yerini, ədəbi mövqeyini gör-
mək olur. “Şairin qüdrəti onda idi ki, özünün cəmiyyət üçün faydalı 
olan mütərəqqi və tövsiyələrini dini baxışları ilə sintez şəklində oxu-
cusuna çatdıra bilirdi” [11, s. 38]. 
Qüdrətli söz ustası, Əhli-beyt şairi Hüseyn Nadim Naxçıvaninin 
yaradıcılığının çox hissəsini dini mövzuda yazdığı şeirlər təşkil edir. 
Nadim növhə və sinəzənlər qələmə almaqla, insanlarda mənəvi-əxlaqi 
paklıq, təmiz məfkurə, dosta məhəbbət, düşmənə nifrət kimi hisslər 
aşılayırdı.
Yaradıcılığından aydın olduğu kimi Nadim İslam dininə həyat 
və yaradıcılığı boyu sədaqət göstərmiş iman, etiqad sahibi olmuşdur. 
Şairin dini-poetik irsində, Əhli-beyt (ə) nümayəndələrinə ithaf etdiyi 
mərsiyə, növhə və sinəzənlər də onların müəllif tərəfindən real, canlı 
obrazlarının yaratdığının şahidi oluruq. Fatimeyi-Zəhrayə (s.ə) ithaf 
etdiyi növhələr janrın tələblərinə uyğun yüksək sənətkarlıqla yazılmış 
bədii-poetik nümunələrdir. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə