Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə68/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   64   65   66   67   68   69   70   71   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Sənin əlin qabar-qabar 
Mənim ürəyim, 
Onun beyni. 
Hamımız eyni cür fəhləyik qardaş
Eyniyik, eyni! [10, s. 60]
Fikrət Qoca sovet ədəbiyyatının ən məşhur və əsas obrazlarından 
birini məhz ümuminsani kontekstdə tərənnüm etməyə səy göstərib. 
Onun şeirlərində fəhlə-kəndli hökumətinin və ümumən, cəmiyyətin 


173 
hegemon gücünü, obrazını deyil, sadə və adi bir insanın əksini görü-
rük: “Gücümü nəhəng insan yuvaları – binalara döndərmişəm, qoy-
nuna ailələr köçür. Barmaqlarımın izi var döşəmənizin hər misrasında. 
Evinizin içində də ayağınızı qəzəblə döşəməyə vurmayın siz, axı bar-
mağımı əzirsiniz”. “Usta ev tikir” şeirində də qurucu və yaradıcı 
insanın cəmiyyətdəki siyasi mövqeyi və mərtəbəsi, mənsubiyyəti yox, 
insani keyfiyyəti, mənəviyyatı və ürəyinin istisi müəllifin diqqət 
mərkəzindədir: “Ev tikir, barı hörür usta. Daşların üstdə barmaqlarının 
izi barıya hörülür. Əlinin istisi barıya hörülür. Daşların arasına hö-
rülür, Ustanın oxuduğu nəğmələr” [10, s. 8].
“Mən ünvansız yaşayıram” (1960) şeiri 50-ci illərin sonu və 60-
cı illərin əvvəllərində Azərbaycan ədəbiyyatında, xüsusən, poeziyada 
vüsət alan mənəvi estetik dəyişmə və yüksəlişi parlaq surətdə əks et-
dirir. Bu şeir yeni lirik qəhrəmanın dünyaya münasibətinin aydın ifa-
dəsidir. Onun bu özünəməxsus manifestində uzaq vaxt, uzun illər ər-
zində məhdudiyyətlər və qoruq-qaytaq içində iztirab çəkən insanın 
qurtuluş sevinci əks edib. Bu, əlbəttə, böyük mənadakı ictimai və milli 
qurtuluş deyildi. Bu ruh yüksəkliyi sanki zindandan qurtulan sərbəst 
hərəkət və yaşamaq səadətinə qovuşmuş adamın sevincinə bənzəyirdi. 
Bu mənəvi vəziyyəti və halı başqa altmışıncıların yaradıcılığında da 
müşahidə etmək mümkündür. Sovet cəmiyyətində həmin dövrdə ger-
çəkləşmiş müəyyən azadlıq və sərbəstliklər sevinci gənc altmışın-
cıların ilk lirikasında ürəkdən vəsf olunub. Fikrət Qocanın lirik “mən”i 
də məhz bu ovqata köklənmişdi. Amma o öz istəyini, arzusunu özü-
nəməxsus tərzdə ifadə edirdi. O da bol-bol sərbəstlik, səma kimi 
ucsuz-bucaqsız azadlıq, günəş kimi isti və mehriban həyat arzulayırdı:
Mən ünvansız yaşayıram – 
günəş kimi, səma kimi... [10, s. 46] 
Müəllif öz sərbəstliyini və ictimai-siyasi yasaqlarla hesablaşma-
dığını xüsusi vurğulayır. “Günəş” və “səma”nı gənc lirik qəhrəmanın 
öz həyat tərzini səciyyələndirən təbii-bədii simvollar kimi seçməsi 
xüsusi ilə diqqətəlayiqdir. Eyni zamanda, bu sərbəstliyin zamanı və 
hüdudları müəllif tərəfindən dəqiq cızılıb: “səhərdən axşama kimi”. 
“Ünvansızlıq” metaforası yeni lirik qəhrəmanın mahiyyətini ifadə 
edən bədii vasitədir. Amma bu metafora lirik qəhrəmanın həyatının 
heç bir ölçüyə və ya zaman-məkan sərhədlərinə uyğun gəlməməsini 
bildirmir. Onun həyatının öz meyarları və sərhədləri mövcuddur. 
Şeirdə ikinci və bizcə, əsas xüsusiyyət müəllifin öz varlığını təbiətlə 


174 
eyniləşdirməsidir. Günəşlə, səmayla, yaşıl düzlər, meşələrlə, yollarla, 
dağlar və çaylarla öz həmcinsliyini vurğulamaqla müəllif sanki dünya 
ilə, bütün insanlıqla birliyini təsdiq etmiş olur. O, ümumən, insanın 
dar, məkani bağlılığını və tabeliyini qəbul etmir. Burada təkcə sovet 
cəmiyyətinin, sovet adamının deyil, ümumən, insanın məhdudiyyət-
lərindən və sıxıntılarından bəhs edilir: “Bircə küçə... Bircə otaq... belə 
ünvan nəyə gərək?..” [10, s. 46]. Lirik “mən” bu cür qapalı və darısqal 
həyat, mövcudluqla barışmaq istəmir. Onun hərəkəti və fəaliyyəti 
üçün geniş məkanlar, üfüqlər və yollar lazımdır. O öz mənzillərinə və 
hədəflərinə buludların sürəti ilə, küləklərin şiddəti ilə çatmaq istəyir: 
“Yol yoldaşım buludlardır, ünvanımdır mənim külək. Ünvanımdır – 
hər çiçəyin, gülün yanı”. Şair öz məqsədini və arzusunu gizlətmir; o 
bütün dünya boyunca, bütün kürreyi-ərzdə yaşamaq, yaratmaq və 
mövcud olmaq istəyir: “Bəs bu ünvan deyilmi ki, Yaşamaqçün Bu gün 
Mənzil seçdim bu dünyanı.” [10, s. 46] Lirik qəhrəman dünya ilə 
birliyini vurğulamaqla yanaşı, dünyanın da ona mənsubluğunu təkid 
edir və öz həyatını, gələcək taleyini dünyadan ayrı, yalnız öz 
ölkəsində, öz küçəsində və öz evində təsəvvür etmək istəmir:

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə