171
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
2017, № 1
Yaşar QASIMBƏYLİ
Filologiya üzrə elmlər doktoru
Nizami adına Ədəbiyyat İnstitutu
yashargasimov@mail.ru
ƏMƏKÇİ İNSANA VƏ DÖVR DƏYƏRLƏRİNƏ
YENİ ESTETİK BAXIŞ
(altmışıncıların yaradıcılığı əsasında)
Açar sözlər:
yeni ədəbi epoxa, sinfi-siyasi yasaqlar, yeni insan,
yeni estetik
dəyərlər, altmışıncılar
Key words:
new literary epoch, classified political bans, new human, new
esthetics values, sixtieths
Ключевые слова:
новая литературная эпоха, классово-политические
ограничения, новый человек, новые эстетические ценности, шестидесятники
60-cı
illərin bədii mənzərəsini, xüsusən, həmin dövrdəki fərdi
üslub və poetik üsulların qarşılıqlı əlaqəsini və bir-birinə təsirini bu
gün də tam mənada təsəvvür etmək çətindir. Gənc şairlərin yaradı-
cılığında varislik və novatorluq dərəcəsini, poetik təmayül və tenden-
siyaların bir-biri ilə necə və hansı müstəvidə uzlaşmasını aydınlaş-
dırmaq da asan deyil. Yeni poetik epoxanın ən parlaq və məşhur im-
zaları arasında müştərək və fərqli cəhətlər xeyli idi.
Bu gənc lirik qəhrəman 30-50-ci illər poeziyasının ictimai ov-
qatlı, siyasi dünyagörüşlü lirik qəhrəmanlarının davamçısı, varisi
deyildi. Altmışıncıların yaradıcılığındakı bu yeni və özünəməxsus es-
tetik keyfiyyət 60-80-ci illərin və sonrakı
dövrlərin ədəbi tənqidində
müəyyən qədər araşdırılıb. Xüsusən, Bəkir Nəbiyev [1], Asif Əfən-
diyev [2], Yaşar Qarayev [3], Arif Abdullazadə [4], İsa Həbibbəyli
[5], Vaqif Yusifli [6], Nizami Cəfərov [7], Şirindil Alışanlı [8], Əli-
zadə Əsgərli [9] və başqa tanınmış ədəbiyyatşünas alimlərin tədqiqat
və elmi əsərlərində bu məsələlərə diqqət ayrılmışdır. Yeni lirik “mən”
mövcud ictimai-siyasi yasaqları və sərhədləri qəbul etmədiyini, bütün
172
məhdudiyyət və bölünmələrin fövqündə dayandığını aydın və açıq
səslə bəyan edirdi. O, “Tərcümeyi-halım” (1961) şeirində qəlbinin
dərin səmimiyyəti
ilə dünyaya öz evinin, ölkəsinin, Vətəninin yeni
ünvanını bildirirdi: “Evim – avtobuslar, vaqonlar, təyyarələr. Kəndlər,
şəhərlər, səyyarələr – dayanacağım. Milyon kilometrlərlə ömür yaşa-
mışam. Kim bilir, harada dayanacağam” [10, s. 31].
Yeni lirik qəhrəmanın dünyasını yeni meyarlar və anlayışlar
səciyyələndirir. Onun evi statik bir məkan deyil, ünvanı
isə adi və
ənənəvi kənd, şəhər, ölkə bölgüsünə uyğun gəlmir. Onun ömrü hələ
başlanğıcındadır, dayanacaqlar haqqında düşünmək belə istəmir. Bu
yeni insan öz ömrünü də yeni ölçü vahidləri – milyon kilometrlərlə
hesablayır. Yığcam və cəmi bir neçə misralıq şeirdə biz, həqiqətən,
tamamilə təzə, heç kimə bənzəməyən bir poetik şəxsiyyətlə tanış ol-
duğumuza əminlik hasil edirik. Yeni qəhrəman dünyasının, həyat tər-
zinin bütün ölçü və meyarları zamanın aparıcı
ictimai-siyasi yasaq-
larını, sinfi məhdudiyyətlərini kökündən inkar edirdi.
Bu nöqteyi-nəzərdən şairin “Fəhləyəm” (1964), “Usta ev tikir”
(1963), “Eyniyik” (1961), “Söhbət” (1962), “Mənim fəhlə dostlarım”
(1963) və s. şeirlərində dövrün ədəbi siyasətinə uyğun gəlməyən bədii
təhlil və qərarlar diqqəti cəlb edir. Yuxarıdakı poetik nümunələrdə
sovet poeziyasından miras qalmış monumental və mücərrəd fəhlə
obrazının poetik demontaj edilməsi, başqa sözlə,
bədii praktikada
yenidən qurulması və formalaşdırılması prosesini müşahidə edirik. Bu
şeirlərin heç birində ictimai-siyasi mənşəyin və sinfi mənsubiyyətin
ideallaşdırılması qətiyyən nəzərə çarpmır. Əksinə, sinfi və siyasi
bölgünün əhəmiyyətsizliyi, insanların müxtəlif mənsubiyyətlərindən
asılı olmayaraq mahiyyətən birliyi və eyniliyi vurğulanırdı. “Eyniyik”
şeirində biz məsələyə məhz bu cür yanaşmanın şahidi oluruq. Bir neçə
misralıq şeirdə müəllif cəmiyyətin ən
mürəkkəb və siyasi cəhətdən
həssas probleminə aydınlıq gətirir:
Dostları ilə paylaş: