Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə79/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   75   76   77   78   79   80   81   82   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Tutulmuş gözləri aça bilən söz, 
İllərin üstündən uça bilən söz. 
 
Yatmışı oyadan qüdrətli bir söz, 
Ölünü dirildən şəfqətli bir söz.
 
Bir söz ki, Firdovsi nərəsi kimi, 
Döyüşdə azadlıq gülləsi kimi. 
 
Döyüş meydanına aparan bir söz, 
Qəhrəman ürəkdə qəhrəman bir söz [1, s. 299-300]. 
Şəhriyar əsl şairi döyüş meydanında qılınc çalan qəhrəmana 
bənzədir. Lakin o, eyni zamanda qeyd edir ki, həyatda zalımların tə-
rəfdarı, məzlumların düşməni olan söz sahibləri də vardır. Şair belə-
lərini gördükdən sonra mübarizə meydanına atılmaq, sənəti ilə saxta, 
yalançı sözlərə qarşı etiraz səsini ucaltmaq qərarına gəlmişdir. 
Ustad sənətkar yalnız odlu bir ilhamın məhsulu olan, təkrar 
deyil, tamamilə yeni, bakirə əsərlərin əsl sənət nümunəsi olduğunu, 
yalnız belə əsərlərin oxucuların əqlinə və hissiyyatına hakim kəsil-


209 
diyini xüsusi olaraq vurğulayır. Belə şeirlərin insanların yaddaşından 
heç bir vaxt silinməyəcəyini deyir:
Yetər! Saxta sözlər! Yalançı sözlər! 
Ömrü oğurlayan talançı sözlər... 
 
Gəl, sənə bakirə sözlər verim mən, 
Ürəkdə bəslənmiş gövhər verim mən 
 
Həyatda hər şeyi unutsan da sən, 
Onu eşq kimi əzbər bilərsən [1, s. 301]. 
Müəllif şair əməyindən danışarkən onu da vurğulayır ki, sənət-
kar əsl sənət əsəri yaradarkən gözünün nurunu, ürəyinin atəşini ver-
məli, yorulmadan çalışmalıdır. 
Özünü əsrin Hafizi, Saibi adlandıranı, dolanışığını təmin etmək, 
pul, şan-şöhrət sahibi olmaq istəyi ilə saraylara sığınan saxta şairləri 
Şəhriyar şeir-sənəti qiymətdən saldığından bəhs edir: 
Dilənçi şairlər əksiltdi şeiri, 
Qara bir pul kimi zay etdi şeiri. 
 
Şeiri oyuncağa döndərdi onlar, 
Şeiri mərtəbədən endirdi onlar... 
 
Heyhat! Bu sözləri eşitməz onlar, 
İlhamı, sənəti pula satanlar [1, s. 303]. 
Dahi Şəhriyar söyləyir ki, istedadla yazılmış şeir həyatın, tə-
biətin, insanın müxtəlif hallarını necə dəqiqliklə təsvir və ifadə edə 
bilər. Şeirin qüdrəti ilə aslanın qəzəbini, maralın səsini, ürkmüş ceyran 
duruxmasını, bülbülün cəh-cəhini, qocanın nurani simasını, ana qoy-
nundakı körpə uşaq yuxusunu, gənc qızın sevgi oyununu, söyüd köl-
gəsini, dağ çeşməsini, günəşin düzənliyə yayılmasını, hicran kədərini, 
vüsal sevincini elə təsvir etmək olar ki, bütün bunlar bir sənət lövhəsi 
kimi əsrlərin sınağından çıxaraq nəsillərin yaddaşına həkk olunar. 
Şəhriyar şeiri həyatı, ömrü adlandırır, əsərlərini övladı kimi 
sevdiyindən danışır. Şair deyir ki, şeir bu kirli dünyada Səməndər qu-
şuna bənzəyir. Həyatın mənası hikmətdirsə, şeir onun bəzəkli donu-
dur: 


210 
İnsanlar şeirsiz yaşaya bilməz, 
Şeirə kəm baxana insan deyilməz. 
 
Bu sulu, palçıqlı, kirli dünyada, 
Səməndər quşunu salırsan yada. 
 
Şeir bu dünyanın zövqü, sevinci, 
Hikmət təfəkkürün tapdığı inci. 
 
Başlanğıc da odur, intəha da o, 
Şeir isə hikmətin bəzəkli donu [1, s. 310-311].
Hafiz Şirazini “qəlb şairi adlandıran”, poeziyadakı rolundan da-
nışan Şəhriyar onun lirik şeirlər toplusu-divanını fars dilinin Quranı 
adlandırır. Deyir ki, hər bir oxucu onun əsərlərindən yeni bir məna əxz 
edir. Əgər avropalılar Hafizin humanist yaradıcılığını diqqətlə oxu-
saydılar, dünyada bu qədər qan tökülməzdi. Müasir ədəbiyyatdakı 
vəziyyətdən danışan şair təəssüf hissi ilə bildirir ki, indi əsərlərini 
saraya satmaq istəyən pulgir şairlər poeziyanı abırdan, qiymətdən 
salmışlar. İndi yaxşı şeir də qiymətdən düşüb, belə hesab edirlər ki, 
İranın geriliyinə səbəb qəzəldir. Poeziyaya belə nihilist münasibətdə 
olanlara, Şəhriyar cavab verir ki, əgər şeiri, qəzəli həyatımızdan 
silsək, mədəniyyətimiz yoxsullaşar. Halbuki mədəniyyətin ən böyük 
göstəricisi şeir və hikmətli sözdür: 
Xor baxma şeirə sən, şeir həyatdır, 
Qartal ürəkliyə bir cüt qanaddır. 
Kimin güclüdürsə şeiri-sənəti, 
Onun əbədidir mədəniyyəti [1, s. 321]. 
Şəhriyar yazdığı əsrarəngiz “Rəssam” şeirində də sənət qarşısın-
da duran əsas vəzifələrdən, onun realist mahiyyətindən bəhs edir. 
Şairə görə, əsl sənət həyatın ağlı-qaralı bütün tərəflərini, bütün ziddiy-
yətlərini əks etdirməyi bacarmalıdır: 
Bir Rüstəm qəmi! 
Söhrabın taleyi! 
Həkim Sokrat sükutu! 
Qərq olmuş nicat gəmisi! 
Nuh peyğəmbər! 
Qorxulu tufan səsi, 
Müharibə dəhşəti! 
Faşist cəhənnəmindən bir səhnə [1, s. 370]. 


211 
Qeyd edək ki, Şəhriyarın bu şeirinin nəzərdən keçirdiyimiz mə-
qamları Şimali Azərbaycanın görkəmli şairi Rəsul Rzanın “İnsan 
şəkli” şeiri ilə səsləşir. Bu şeirində Rəsul Rza bəşər övladının keçdiyi 
əzablı yolu bir rəsm əsərində əks etdirmək arzusunu ifadə etmişdir: 
Bir insan şəkli asacam. 
Bir yanında Nəsimi – 
dabanından soyulandan sonra, 
Bir yanında 
məşəl təki yanmış Azəri qızı –
tunc heykəli qoyulandan sonra. 
Bir yanında Cordano Brunonun külü. 
Bir yanında Məhəmmədhəsən kişi – 
Ömrü, günü yollara tökülü [5, s. 111]. 
Şeirin sonlarına yaxın Şəhriyar rəssamdan tablosunda şeir can-
landırmağı tələb edir və burada şeirin həyatın ziddiyyətlərini əks etdir-
mək, zamanla ayaqlaşmaq vəzifələri ön plana çəkilir: 
Hər nöqtədə zamanın zəngi səslənər 
Orada qəlbə yatan sözlər 
Zamanın qəlbinin döyüntüsüdür. 
Yaradanın kəlamı, [1, s. 371]. 
Diqqəti cəlb edən bir cəhət də orasındadır ki, burada müxtəlif 
rənglərin və rəng çalarlarının insanın ömrü, duyğuları ilə assosiativ 
şəkildə əlaqələndirilməsi R.Rzanın rənglər silsiləsindən olan şeirlərini 
xatırladır.
Şəhriyarın ədəbi-bədii düşüncələrini, söz sənəti haqqında fakir-
lərini ifadə edərkən onun istər klassik ədəbiyyatı, istərsə də müasir 
dövrün ədəbi axtarışlarını, yeni təmayülləri nəzərə aldığını görürük. 
H.Billuri şairin söz sənətinə aid fikirləri barədə yazır: “Şəhriyarın şeir 
və sənətlə bağlı fikirlərini və yaradıcılıq təcrübəsini yekunlaşdıraraq 
deməliyik ki, şairə görə, şeir ideyalı, məzmunlu və mənalı olmalıdır. 
Çünki şeirin tərbiyəvi əhəmiyyəti və təsir qüvvəsi olduqca böyükdür. 
Şəhriyar haqlı olaraq məzmunu şeirdə əsas və aparıcı amil kimi 
qiymətləndirir. Forma özü də təsiredici və dəyişdirici bir amildir. Yeni 
məzmunu köhnə formada, hər yerdə istənilən səviyyədə vermək 
olmur. Forma və məzmun poeziyada qırılmaz vəhdət təşkil etdiyi üçün 
bir-birinə fəal təsir göstərir, bir-birini tamamlayır” [3, s. 52]. 


212 
Şəhriyarın şeir sənəti barədə dedikləri yaşadığı dövrdə təkcə 
İranın deyil, bütün dünyanın mütərəqqi görüşlü sənətkarlarının, ziyalı-
larının fikirləri ilə səsləşməkdədir. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə