Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə82/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   78   79   80   81   82   83   84   85   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

... O düşmən dəstənin başçısı Gəray 
Tüfəngi üzünə tutduğu zaman
Cəlal qaranlığa sıxdı nağanı, 
Töküldü yəhərə Gərayın qanı, 
Yataraq bir təhər atın yalına, 
Səyridib dolandı dağın dalına. 
O gündən bir qolu topal yaşadı, 
Topal Gəray – deyə çağrıldı adı [4, s. 10]. 
Bu qarşılaşmanın əsər boyu davam etməsi, hətta Cəlalın saf və 
təmiz ürəklə bəslədiyi sevgisinə yetişməkdə ciddi maneə yaradır – 
Gəray bəyin qızı Humayla izdivacın baş tutmasına imkan vermir. 
Səməd Vurğunun ictimai mübarizənin içərisində milli dəyərlərin
adət-ənənələrin, bahar bayramına məxsus ritualların icrası ilə bağlı 
səhnələrə, ailə və sevgi məsələlərinə mühüm yer ayırması heç də adi 
təsviri xarakter daşımır, bu həm də dünyagörüş və düşüncələrdəki 
təzadlı məqamları, azad sevgiyə qoyulan məhdudiyyətləri də əyani 
surətdə təsdiqləyir. 
Şairin “26-lar”, “Qız qayası”, “Aslan qayası”, “Bulaq əfsanəsi”, 
“Dar ağacı”, “Ölən məhəbbət” kimi epik nümunələr tarixi poema 
janrının tələblərinə tam halda cavab verən bədii faktlardandır. 
Siyasi-ideoloji mündəricəsinə görə fərqli bir yanaşma tələb edən 
“26-lar” poemasında 1918-ci ildə baş verən hadisələr böyük sənətkar-
lıqla təsvir edilir. Poemada mövcud şərait, onu doğuran ictimai-tarixi 
amillər dövrün münasibəti səviyyəsindən təhlilə gətirilir.
Şairin tarixi poemalarının böyük bir hissəsi uzaq keçmişin ibrə-
tamiz səhifələrini əks etdirir, milli azadlıq mübarizəsinin, yadelli iş-
ğalçılara qarşı aparılan mücadilənin yaddaqalan səhnələrini canlandı-
rır. Bu mənada “Aslan qayası” poemasında milli istiqlal məfkurəsinin, 
azadlıq uğrunda aparılan mübarizənin diqqəti cəlb edən məqamları 
əsas münasibət hədəfi seçilir. Doğrudur, əsərin başlanğıc hissələrində 


217 
süjet xətti daha çox sevgi üzərində davam və inkişaf etdirilir. Xan qızı 
Mahniyarla Aslan arasında saf sevgi və məhəbbət az sonra vətən və 
xalq sevgisi ilə daha da möhkəm və dəyişməz xarakter alır. Şair 
poemanın ayrı-ayrı hissələrində rus çarizminin yürütdüyü müstəmləkə 
siyasətinin iç üzünü ustalıqla aça bilir və belə bir münasibət həm də 
tarixi gerçəkliyə obyektiv və cəsarətli yanaşmanın təzahürü kimi üzə 
çıxır. Knyaz Sisyanovun bu siyasətin müticəsinə quluna çevrilməsi, 
Bakının açarlarının təhvil alınmasında göstərdiyi “şücaət” və bunun 
məntiqi sonluğu kimi onun köksünə Aslan tərəfindən vurulan xəncər 
azadlıq aşiqi, istiqlal vurğunu olan bir xalqın şücaət və qəhrəmanlıq 
əzmini də bütün mənzərəsi ilə təsvirə gətirir: 
Döşü medallı knyaz, 
Cəngli-cidalı knyaz 
Boyanmışdır al qana. 
Salam Azərbaycana! 
Gələn o qara bulud, 
Ölüm rəngli o tabut 
Artıq çəkildi yoxa 
Bizim ağ at, ağ çuxa 
Halal olsun Aslana! [5, s. 181-182] 
“Qız qayası” poeması həcm etibarilə kiçik olmasına baxmaya-
raq, qaldırılan mənəvi-əxlaqi problemin xarakter və səciyyəsinə görə 
mühüm əhəmiyyət daşıyır. Burada digər tarixi poemalarda olduğu 
kimi, obrazlar bir o qədər də fəallıq göstərmir, daha çox nəql və 
təhkiyə üsulu, əfsanə və rəvayətlərin məzmununu oxucuya çatdırılma 
tərzi belə bir imkanı reallaşdırmağa stimul yaratmır. Hadisələr daha 
çox ixtiyar qocanın dilindən nəql olunan poemada Azərbaycanın bü-
tün bölgələrinə məxsus səciyyəvi cəhətlər, bu sirli-sehirli diyarın hər 
daşında, torpağında bir tarixin yatdığı yaddaqalan təfərrüatlarla dilə 
gətirilir. Qız qayası adının Şuşa kimi möhtəşəm bir şəhərin ərazisində 
yerləşməsi, həm də bu yerlərdə qadın-qız ismətinin hər şeydən uca 
tutulmasına bir işarədir. Xanın bir gün bulaq başına suya gedən cavan 
bir qıza vurularaq onu öz sarayına – hərəmxanasına gətirməsi, qızın öz 
namusu və bakirəliyi uğrunda apardığı mübarizə poemanın dramatik 
səhnələri kimi yadda qalır. Nəhayət, qızın xəlvəti, gecələrin birində 
xanın caynağından xilas olaraq özünü qayadan atması və donunun 
qabarması nəticəsində sağ qalması bir əfsanə və rəvayət məzmu-
nundan daha çox, öz izzəti-nəfsi uğrunda mübarizəyə qalxan məğrur 
bir azərbaycanlı qadının obrazını kifayət qədər görüntüyə gətirir: 


218 
...Həyata son dəfə yumub gözünü, 
Qızcığaz qayadan atır özünü. 
Lakin deyirlər ki, altdan yuxarı 
Qabartmış donunu dağlar rüzgarı. 
Qızcığaz ölməyib, sağ düşmüş yerə, 
Yayılmış bu xəbər bütün ellərə... 
Budur “Qız qayası” adlanmış qaya, 
Sirrini verməmiş ulduza, aya...” [6, s. 167] 
Eyni təhkiyə üsulu “Bulaq əfsanəsi” poemasına da şamil oluna 
bilər.
Səməd Vurğunun epik irsində tarixi poemanın tipik nümunələ-
rindən biri də “Azərbaycan” epopeyasıdır. Bu əsər barədə tədqiqat-
çılar bir-birini təkzib edən mülahizələr irəli sürmüş, epopeyaya daxil 
edilən poemalar silsiləsini müxtəlif şəkildə göstərmişlər. Şairin “Azər-
baycan” (tarixi poema, 1934-1935) epopeyasının 2015-ci ildə bütöv 
halda nəşr olunması bir çox qaranlıq mətləblərə aydınlıq gətirdi. 
Səməd Vurğun yaradıcılığının mətnşünaslıq baxımından tədqiqi sahə-
sində ardıcıl fəaliyyət göstərən Aslan Salmansoy “Səməd Vurğunun 
“Azərbaycan” epopeyası, yaxud “Qırmızı üzlü albom”un tarixçəsi” 
adlı ön söz əvəzində əsərin məziyyətləri, mətnşünaslıq, poetika-
struktur baxımından diqqəti cəlb edən xüsusiyyətləri barədə əyani tə-
səvvür yaradan qənaətlər irəli sürərək yazır: “Azərbaycan (tarixi 
poema)” əsərinin yazıldığı qırmızı üzlü albom hazırda S.Vurğunun ev 
muzeyində mühafizə edilir. Titul səhifədə; Səməd Vurğun. “Azər-
baycan (tarixi poema); 1934-1935; Bakı – sözləri yazılmış, sonra isə 
bu əsərlər göstərilən ardıcıllıqla alboma səliqə ilə köçürülmüşdür: 
“Şairin türküsü”, “Torpağın tələbi”, “Sərgüzəşt”, “Zərdüştün xülya-
ları”, “Ötən məhəbbət”, “Bulaq əfsanəsi”, “Qılınc və Quran”, “Dar 
ağacı”, “Füzulinin dərdi”, “Qız qayası”, “Şairin ölümü”, “Aslan və 
Mahniyar”, “Acı xatirələr”, “Ölməz qəhrəmanlar”, “Üsyan və Quran” 
və “Ordenli qəhrəman”. Elə buradaca qeyd edək ki, S.Vurğunun das-
tan, poema və epopeya adlandırdığı əsərin alboma səliqə ilə köçür-
düyü “Azərbaycan (tarixi poema)” əsəri olduğuna heç bir şübhə yox-
dur. Çünki şairin qeyd etdiyi kimi, bu əsərdə “Vətənin iki min illik 
tarixi (atəşpərəstlikdən tutmuş əsərin qələmə alındığı dövrə kimi) 
təsvir edilir və “Ordenli qəhrəman”la bu əsər bitir” [7, s. 8]. 
“Azərbaycan” epopeyasına daxil edilən bir neçə tarixi poemanın 
ideya-sənətkarlıq xüsusiyyətlərindən, janr və strukturundan yığcam 


219 
şəkildə də olsa bəhs etmək lazım gəlir. Əlbəttə, bu poemaları ayrı-
ayrılıqda, şairin əsərlərinin müvafiq cildlərinə daxil edilmişdir ki
həmin variantları nəzərdən keçirdik. Şübhəsiz, bu faktın özü vaxtilə 
bu əsərlərin ayrı-ayrılıqda qələmə alınmasını əyani şəkildə təsdiqlə-
mirmi?! Söz yox ki, şair bu poemaları ardıcıllıqla düzməklə onların 
mövzu və mündəricə ilə sistem halına salınmasına da nail olmuş, digər 
yeni nümunələr yazmaqla, onu əsasən bütöv halda təqdim etməyə 
çalışmışdır. Ancaq bir cəhəti də vurğulamaq lazımdır ki, bəzi tədqi-
qatçıların “Azərbaycan” epopeyasına otuz poema daxil edildiyini is-
rarla qeyd etmələri müəyyən mübahisə doğurur. Buna əsas yaradan 
şairin vaxtilə öz çıxışında səsləndirdiyi: “Bu epopeya bir-biri ilə bağlı 
olan 30 poemadan ibarətdir” – fikridir. Bu mülahizələr həm də şairin 
gələcəkdə nəzərdə tutacağı bir yaradıcılıq planı olduğu da aydın nə-
zərə çarpır. Tədqiqatçıların ümumi rəyinə görə, şair ömrünün son il-
lərinə kimi cəmi iyirmi səkkiz poema qələmə almışdır. 
Albomda – “Azərbaycan” epopeyasında məlum olduğu kimi, 
tarixi poema kimi qələmə alınan əsərlərin ümumi sayı on altıdır. 
Epopeya bütövlükdə yeddi şeir və doqquz poemadan ibarətdir. Şeirlər 
və tarixi səpkidə yazılan poemalar epopeya janrının tələblərinə tama-
milə cavab verir. 
“Talıstan” (1935), “Bakının dastanı” (1944) və “Muğan” (1948-
1949) kimi tarixi poemaların epopeyaya daxil edilməməsi görünür, 
şairin vaxtilə sayını otuza çatdıracağını nəzərdə tutduğu yaradıcılıq 
vəzifələrindən birmənalı şəkildə imtina etdiyini əyani olaraq təsdiqlə-
məkdədir. Burada yalnız “Talıstan” poeması istisna təşkil edir. Bu qə-
bildən olan epik nümunələrin epopeyaya daxil edilməməsi həm zaman 
baxımdan, həm də tərtib nöqteyi-nəzərindən müəllif seçimi ilə bağlı 
olduğu da belə məqamlarda üzə çıxır. 
Bütövlükdə, Səməd Vurğunun epik səpkidə qələmə aldığı tarixi 
poemaları, həmçinin “Azərbaycan” epopeyasına daxil edilən nümu-
nələr janrın bir sıra xarakterik xüsusiyyətlərini özündə əks etdirir, 
onun mövzu və sənətkarlıq baxımından bir sıra yaradıcılıq məziy-
yətləri barədə əyani təsəvvür yaradır. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə