Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə81/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   77   78   79   80   81   82   83   84   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

SƏMƏD VURĞUNUN EPİK
İRSİNDƏ TARİXİ POEMA
 
 
Açar sözlər:
bədii təxəyyül, tarixi gerçəklik, ictimai-sosial həqiqətlər, 
epopeya 
Key words:
artistic imagination, historical reality, social realities, epopee 
Ключевые слова:
художественное воображение, историческая дей-
ствительность, общественно-социальная реальность, эпопея
Keçən əsrin 20-30-cu illəri ictimai-siyasi həyatda olduğu kimi, 
ədəbi-bədii təcrübədə keyfiyyət baxımından xüsusi mərhələ hesab 
olunur. Cəmiyyət həyatında baş verən köklü ictimai-siyasi dəyişiklik-
lər, ən başlıcası yeni iqtisadi siyasət birmənalı şəkildə cəmiyyətdaxili 
münasibətlərə də təsir göstərir, tamamilə yeniləşən quruluşun və mə-
dəni quruculuğun dərk və qavrayışında aparıcı amilə çevrilir. 
Dövrün, zamanın ümumi mənzərəsinin canlandırılması baxımın-
dan digər ədəbi növ və janrlarla müqayisədə epik şeirin üzərinə daha 
ciddi və təxirəsalınmaz vəzifələr düşür. Çünki epik şeir mahiyyət 
etibarilə daha geniş və əhatəli bir dövrün həqiqət və gerçəkliklərini 
əks etdirmək gücündə olur, söz yox ki, epoxanın öz obrazının ya-
radılması üçün ən münasib sahə elə epik şeir özü seçilir. Ancaq 
bununla bərabər, epik şeirdə də gözləmə mövqeyi qaçılmaz olur. Baş 
verən hadisələrin mahiyyətini dərindən duymaq və ümumiləşdirmək 
üçün belə bir zaman müddətinə zərurət və ehtiyacın yaranması təbii 
görünür. Bu doğru qənaətdir ki; “... siyasi həyatdakı “inqilab”, ədəbi 
həyata dərhal sirayət etmədiyindən yeni poeziyanın yaranması və 
inkişafı üçün müəyyən zaman lazım idi və poeziya mərhələlərdən 
keçməli idi” [1, s. 40]. 
Yaradıcılığı XX əsrin 20-30-cu illərinə təsadüf edən şairlərdən 
Hüseyn Cavid, Əhməd Cavad, Hacı Kərim Sanılı, Mikayıl Rəfili, 


214 
Abdulla Faruq, Süleyman Rüstəmin qələmə aldığı epik nümunələrdə 
dövrün tələb və ehtiyaclarına çevik və dərhal münasibətin poetik ifadə 
olduğunu tamamilə iqrar etmək doğru yanaşma hesab edilə bilməz. 
Düzdür, sovet ideologiyasının bütün bərqərar olduğu dönəmlərdə par-
tiyanın, ideoloji sistemin diktə və sifarişinə də tələb vermək cəhdi son-
ralar bir çox şairlərin, xüsusən Süleyman Rüstəmin, Mikayıl Rəfilinin 
yaradıcılığında daha artıq səviyyədə hiss olunmağa başlayır. Ancaq 
bir cəhəti də unutmaq olmaz ki, epik şeirdə “ləngimə” prosesi həm də 
adıçəkilən bir sıra qələm sahiblərinin kifayət qədər təcrübəsizliyi ilə 
də sıx bağlı idi. Şeirdə ilk addımlarını atan, imzalarının təsdiqi yol-
larında rastlaşdıqları çətinliklərdən, təcrübəsizlikdən irəli gələn nöq-
sanlar buna imkan vermirdi. Proletar ədəbiyyatının və mədəniyyətinin 
(proletkultçuluğun) əsaslarının işlənib hazırlandığı bir ərəfədə epik 
şeirdə tarixi mövzulara maraq inersiya ilə davam edir, uzaq və yaxın 
dövrün gerçəkliklərinin təsviri aparıcı yaradıcılıq məziyyətlərindən 
birinə çevrilir. Bu mərhələdə xalq şairi Səməd Vurğunun yaradı-
cılığında tarixi poema əhəmiyyətli yer tutur. Şairin tarixi gerçəkliyə 
münasibətini yazıb-yaratdığı bütün sahələrdə müşahidə etmək olar. 
Tarixi mövzulara maraq və müraciət Səməd Vurğunun epik irsində 
30-cu illərdən başlayır. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, 
şairin ümumi yaradıcılığına xas olan bu yaradıcılıq məziyyətinin üzə 
çıxarılması demək olar ki, əksər tədqiqatçıların diqqətindən kənarda 
qalmışdır. Məsələn, Səməd Vurğun yaradıcılığının tanınmış tədqiqat-
çılarından olan professor Cəlal Abdullayev şairin epik irsini mövzu və 
problematika baxımından təsnifatını apararkən nədənsə məsələnin bu 
tərəfinə lazımi əhəmiyyət verməmişdir. Mərhum vurğunşünas alim 
Cəlal Abdullayev bunu irəli sürdüyü mülahizələrdə dolayısı da olsa 
nəzərə çatdırır: “Ümumiyyətlə, çoxlu poemalar müəllifi olan S.Vur-
ğun epik növün bu janrında bir-birindən əsaslı surətdə fərqlənən gözəl 
əsərlər yarada bilmişdir. Bir qədər mübahisəli görünsə də biz şairin 
poemalarını üslub-forma, habelə məzmun, mahiyyət etibarilə təxmini 
də olsa belə təsnif etmək istərdik: 
Mənzum romanın sərhədlərinə yaxınlaşan əsərlər: “Komsomol 
poeması”, “Aygün”, “Bakının dastanı”, “Muğan”. 
Epik mündəricəli poemalar: “26-lar”, “Aslan qayası, “Üsyan”, 
“Dar ağacı”. 
Lirik-epik poemalar: “Bəsti”, “Ölüm kürsüsü”.
Lirik-fəlsəfi, siyasi-publisistik poemalar: “Zamanın bayraqdarı”, 
“Leninin kitabı”, “Zəncinin arzuları”.
Publisistik poemalar: “Macəra”, “Xumar”, “Muradxan”, “Kənd 


215 
səhəri”. 
Nəsihətamiz poemalar: “Ayın əfsanəsi”, “Ölən məhəbbət”, “Bu-
laq əfsanəsi”. 
Alleqorik poemalar: “Bülbül və bağban”, “Yazla qışın deyiş-
məsi”, “Çil toyuğun tək yumurtası” 
Dramatik poema: “Hürmüz və Əhrimən” [2, s. 151]. 
Göründüyü kimi, əslində nümunə olaraq verilən bu poemalarda 
tarixiliklə müasirlik üzvi vəhdətdədir, sadəcə olaraq tarixə münasi-
bətin uzaq və yaxın baxış bucağından təsvirə gətirilməsi burada əsas 
məqsəd və niyyət kimi müəyyənləşir. Digər tərəfdən, adı sadalanan 
epik nümunələrin böyük əksəriyyəti mövzu, janr-struktur baxımından 
tamamilə tarixi poemanın tələblərinə cavab verməsi açıq-aydın özünü 
büruzə verir. 
Səməd Vurğun yaradıcılığının digər bir tədqiqatçısı, akademik 
Bəxtiyar Vahabzadə şairin epik irsində tarixi və tarixi-əfsanəvi 
poemaların aparıcı yer tutduğunu xüsusi olaraq diqqət mərkəzinə 
çəkir: “S.Vurğun bir sıra poemalarının mövzusunu tarixdən və folk-
lordan götürmüşdür. Mövzusuna baxmayaraq, şairin bu səpkili əsərləri 
də öz ideya-məzmunu və ruhu etibarı ilə müasir səslənmiş, günün 
tələbləri ilə həmahəng olmuşdur. Şair qələmə aldığı bütün mövzulara 
tendensiyalı münasibət bəsləmiş, ona müasir gözlə baxmağı bacar-
mışdır. Buna görə də onun tarixi və əfsanəvi mövzuda yazdığı bütün 
əsərlərində biz əsrimizin nəfəsini duyur, bu günün sözünü eşidirik” [3, 
s. 122]. 
Tarixi poema üçün mövzu seçilən hadisə və gerçəkliklər uzaq və 
yaxın zaman müddətini əhatə edə bilər. Burada təsvir və inikas 
üsulundan asılı olaraq zaman anlayışı şərti xarakter də daşıyır. Səməd 
Vurğunun epik irsində bu mənada yaxın keçmişin və müasiri olduğu 
dövrün gerçəkliklərini əks etdirən nümunələrdən biri kimi “Komso-
mol poeması” xüsusi qeyd oluna bilər. Müəllif əsər üzərində 1931-ci 
ildən işləməyə başlamış, otuzuncu illərin ortalarına kimi poemanın 
əksər hissələri yazılsa da, onun yalnız müəyyən parçaları müxtəlif 
dövri nəşrlərdə işıq üzü görmüşdür. 
Sovet hakimiyyətinin ilk illərində inqilaba qarşı müqavimət 
göstərən əksinqilabçı qüvvələrlə gənclərin – komsomol sıralarında 
yetişən yeni quruluş tərəfdarlarının mübarizəsi əsərin əsas konfliktini 
müəyyən edir. Şairin çox güman ki, nisbətən yaxın tarixi keçmişə, baş 
verən hadisələrə belə həssaslıqla və ideoloji səfərbərliklə çevik mü-
nasibəti həm də mövcud cəmiyyətin diktə və sosial sifarişindən irəli 
gələn bir yanaşma kimi dəyərləndirilə bilər. İki dünyagörüş və siniflər 


216 
mübarizəsinin kəskin antoqonizmini, barışmaz mövqeyini real cizgi-
lərlə canlandırmaq əsərdə qabarıq nəzərə çarpır.
Əsərin başlanğıc hissəsindəki epik təsvirlər komsomolçu gənc-
lərin apardıqları mübarizənin məram və məqsədi barədə yetərincə 
məlumat verməsə də (bu da təbiidir) az sonra atışma səhnələri real 
mənzərəni bütün təfərrüatı ilə görüntüyə gətirir. Dikdaşda – “Qan 
çanağı”nda gedən döyüşlərdə əbədi, əzəli rəqiblərin Cəlalla Gəray 
bəyin qarşı-qarşıya gəldiyi məqamlar konfliktin kulminasiya nöqtəsi 
kimi yadda qalır: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə