226
Əvvəlcə milli vəzn olan heca üzərində dayanaq; nəzərə alsaq ki,
bütün xalqların heç də hamısının milli vəzni yoxdur, o zaman hecanın
Azərbaycan poeziyası üçün önəmini aydın görmək olar.
Bəzən vəzn-
dən danışarkən hecanı "qafiyəpərdazlıqda" suçlayırlar. Halbuki qafiyə
əruzda da, sərbəstdə də mövcuddur və yalnız hecaya aid olan xüsu-
siyyət deyil. Hansı vəzndə yazılırsa yazılsın, məsələ şeirin heç də
məzmununda yox, həm də onun semantik strukturundadır, yeni forma
yaratmasındadır. Bu, ənənəyə də söykənə bilər,
yeni poetik düşüncə
stereotipinin formalaşması da ola bilər. Çağdaş şeirin poetik struk-
turuna diqqət yetirdikdə hecanın daha dərinə işləyən perspektivini
görməmək olmur. Ona görə də vəzni mexaniki bir qəlib kimi qəbul
etmək və şairlərin bu qəlibin içini doldurmaq kimi missiyasının oldu-
ğunu yəqin etmək kökündən yanlışdır. Bu vəzndə Azərbaycan poezi-
yasının böyük adları və poeziya tarixində qalacaq şeirləri var.
Lakin
heca da bir yerdə dayanmır, daim inkişaf edir, yenilənir. Məsələn,
çağdaş heca şeiri ilə 30-cu, yaxud 40-50-ci illərin heca şeirləri ara-
sında böyük fərqlər vardır. Heca vəzninin ən mühüm şərti isə ölçü və
bölgüyə əməl etməkdir. Əslində şeirdə poetik avazın nizamlanması
üçün də ölçü mühüm rola malikdir.
İ.İsmayılzadənin "Gözləyin, dünyaya qayıtmağım var", "Gör-
düm bu dünyanın hər üzünü mən", "Dənizin üzündə səhər yuxusu",
"Gəraylı", "Tanışlar çoxalır..." və s. şeirlərində, eləcə də bəzi poema-
larında forma dəyişikliyi şeirin məzmunu ilə yanaşı, onun formasını,
semantik strukturunu da dəyişir. "Gözləyin, dünyaya qayıtmağım var"
şeiri 11 hecalıdır. Şeirin ritmi və ahəngi də 11 heca üzərində qurulub.
Lakin burada sərbəstin də əlamətləri özünü göstərir. Şeir 11 heca
üzərində qurulsa da, bəndlərdəki misraların sayı
bir-birinə uyğun
gəlmir. Üstəlik bəndlərin içərisində sərbəstə keçidlər də özünə yer alır:
Bu dünyaya bir də (6), qayıtmağım var (5)...//Qəbrimin üstündə (6)
bitən gülləri (5),// Uyumuş, soyumuş (6) torpağı-daşı, //Ölüm süku-
tundan (6) oyatmağım var (5), //Bilmirəm çiçəklə (6), bilmirəm otla
(5), //Bilmirəm ağacla (6), yoxsa buludla (5), //Dağları yerindən (6)
oynadıb gələn (5)//Dəli qışqırıqla (6), yoxsa sükutla – deyə bilmirəm...
[8, s. 104]
Burada şeirin ahəngdarlığında vəzn və qafiyənin və onların ya-
ratdığı ritmin xüsusi yeri vardır. Misraların 6-5 heca düzülüşü şeirin
vəznini müəyyənləşdirir. Sonuncu misra isə sərbəstə keçid alır. Lakin
sonrakı bəndlər bu düzülüşdə getmir. İkinci bənd 11 misradan ibarət
olur, ancaq bəndin ortasında misralar qırılır, ritm dəyişir:
227
Qopardım özümlə (6) öz dünyamı mən (5) –
Ulduzlu göyləri (6), ayı, Günəşi (5),
İlğımlı çölləri (6), təpəlikləri (5),
Dağları, düzləri (6), biçənəkləri (5),
Son gündə, son adna (6), son saatımda (5)
Apardı gözüm (5).
o günü, o anı (6), dəqiqəni də (5)
Apardım özüm... (5)
Səsləri, sözləri (6), pıçıltıları (5)
Kür tərəfdən gələn (6) uğultuları
Mikrofon qulağım (6) "yazdı" apardı (5) [8, s. 104].
Göründüyü kimi, şeirin strukturu ortada dəyişir,
eyni ahəng ilə
gələn misralar birdən-birə "Apardı gözüm", "Apardım özüm..." sözləri
ilə yeni bir ahəngə daxil olur. Bununla belə, bu iki misradakı beşliklər
şeirin ümumi ahəngini pozmur. Şeirin 3 və 4-6-cı bəndləri də bu
quruluşda davam edir. Ancaq 3-cü bənd 10, 4-cü 9, 6-cı 8 misradan
ibarət olur. 5 və 6-cı bəndlər arasına bir bənd də var ki, bu da 4 sə-
tirdən ibarətdir. Sonuncu bənddə şair
əvvəlki bəndlərdəki məzmuna
poetik yekun vurur: Yenidən dünyaya (6) qayıtmağım var... (5)//Qəb-
rimin üstündə (6) bitən gülləri (5),// Uyumuş, soyumuş (6) daşı-tor-
pağı (5)// Gözümdə, könlümdə (6) qulaqlarımda (5)// Uyuyan dün-
yamı (6), yatan dünyamı (5),// Donmuş xəyalları (6), səsi-sorağı (5)//
Yenidən, yenidən (6) oyatmağım var (5),// Gözləyin, dünyaya (6)
qayıtmağım var (5) [8, s. 105]. İ.İsmayılzadənin heca şeirlərinin bənd-
lərinin misra sayında normativlər yoxdur. Əgər S.Vurğun, S.Rüstəm,
M.Rahim şeirlərində bu normativlər gözlənilirdisə, İ.İsmayılzadənin
şeirlərində bəndlərin misra sayı müxtəlif olur.
Poeziyasında heca ilə sərbəsti birləşdirən, şeirin daxili ahənginə
və semantik strukturuna mühüm əhəmiyyət
verən şairlərdən biri də
A.Abdullazadə olmuşdur. Maraqlıdır ki, yaradıcılığa 50-ci illərin sonu
60-cı illərin əvvəllərində başlayan şair "heca-sərbəst" qarşıdurmasında
həmişə sərbəstin tərəfində olmuş, "Şairlər və yollar" monoqrafiya-
sında isə bu vəznləri Azərbaycan şeiri kontekstində araşdırmışdır.
Ömrünün sonlarına yaxın şair hecada bir çox şeirlər yazmaqla yanaşı,
nəzəri cəhətdən də bu iki vəznin qovuşuğunu irəli sürərək yazırdı:
"...ilk baxışda təzadlı görünə biləcək bir qənaətimi də deyim ki, ən çox
sevdiyim şairlər özünün zəngin və ibrətamiz mənalarını ciddi vəzn və
qafiyə sistemi ilə birləşdirməyi bacaran Füzuli və belə mənaları za-
hirən sərbəst şəkildə, əslində isə eyni dərəcədə
sistemli daxili ahəng
228
prinsipi ilə "qafiyələndirən" Nazim Hikmətdir" [9, s. 346]. Buradan
A.Abdullazadənin şeirin semantik strukturunda vəzn və qafiyənin bir-
liyinə, vəhdətinə üstünlük verdiyini aydın görmək olur. Onun "Savaş
illəri", "Daş yağışı", "Dilsiz nə vətən!", "Hələ ki...", "Atalar", "Şəhid-
lik andımız", "Bu gün", "60-cılar", "Bulud ömrüm", "Bu yaşda",
"Altmışım gəlir" və s. şeirləri 11-liyin 6-5 ölçüsündə yazılıb. Lakin
A.Abdullazadə 11-liklərinin orijinallığı ondadır ki, bu şeirlər ənənəvi
bənd quruluşuna uyğun gəlmir, hər şeirin özünəməxsus bənd quruluşu
olur. Məsələn, "Bu yaşda" şeiri 16 misradan ibarətdir, "60-cılar" şeiri
isə həcmcə daha böyükdür: 73 misra. Ancaq
bu şeirdə bir neçə dəfə
sərbəst misralardan da istifadə edilmişdir. Bu şeirlər 6-5 bölgü ilə
yazılmışdır. "Bu yaşda" şeirinin bənd quruluşu poeziyamız üçün yeni
quruluşdadır: a-b-c-d-c-c-d-c-e-e-i və s.:
Yetimlik adı da (6) kəsdi qapımı (5),
Bu adın ilk rəngi (6) qüruba düşdü (5).
Dumanı sıxlaşdı (6) daha bir addım (5),
Yetimlik xofunun (6) sərt nəfəsini (5),
Torpağa əkilən (6)səsini daddım (5),
Göylərə gömülən (6) iyini daddım (5).
Gözlərinə hopan (6) nəzərlərini (5),
Damarımda gəzən (6) suyunu daddım (5) [9, s. 84].
Lakin çağdaş şeirimizdə Azərbaycan heca vəznində bölgü qa-
nunları həmişə vəzn qanunlarına tabe olması mütləq olmur, dil qanun-
larına daha çox əməl olunur, dil qanunlarına uyğunlaşır və dilin təsiri
ilə müxtəlif ritm və intonasiya kəsb edir.
Dostları ilə paylaş: