Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma


TƏŞKİLATIN LAYİHƏ MENECERLƏRİ İLƏ TƏMİN EDİLMƏSİ



Yüklə 0,84 Mb.
səhifə132/134
tarix24.02.2022
ölçüsü0,84 Mb.
#84075
1   ...   126   127   128   129   130   131   132   133   134
layihe menecmenti (1)

TƏŞKİLATIN LAYİHƏ MENECERLƏRİ İLƏ TƏMİN EDİLMƏSİ



Menecerlərə tələbat

Təşkilatlar öz fəaliyyətlərini layihələr əsasında və layihələr vasitəsilə daha çox həyata keçirdikcə, layihə menecerlərinə tələbat artır. Namizədlər idarəetmə vərdişləri və texniki bacanqlara malik olmalıdırlar. Onlar eyni zamanda gərgin iş rejiminə dözməyi bacarmalı və işgüzar olmalıdırlar. Bundan başqa, layihə menecerləri işin həyata keçirilməsi zamanı bütün yaranan qeyri-standart vəziyyətlərə hazır olmalıdırlar.

Layihə ofisinin əsas funksiyası təşkilatın onun maraqlarına xidmət göstərən layihə menecerləri üzrə ehtiyaclarını təmin etməkdir. Layihə menecerləri aşağıdakıları bacarmalıdırlar:


      • Öz təşkilatlannda daxili məsləhətçi və mentorlar kimi xidmət göstərməlidirlər.

      • Müxtəlif istiqamətli treninqlər keçirə bilməlidirlər.

        • Tələb olunan standart və metodlan müəyyənləşdirməlidirlər.

Bu yardımçı funksiyaların həyata keçirilməsinə əlavə olaraq layihə menecerləri layihələrin işə salınmasına hazır olmalıdırlar. Əgər təşkilatın biznesi, yəni başlıca məqsədi proqram təminatmı inkişaf etdirmekdirsə, bu halda layihə menecerləri proqram təminatlarının inkişaf layihələrini istiqamətləndirə bilməlidirlər. Əgər şirkət körpü tikirsə, layihə menecerləri körpünün inşası üzrə rəhbərliyi həyata keçirə bilməlidirlər.

Təşkilatı layihə menecerləri ile təmin etmək məqsədilə layihə ofisi insan ehtiyatlannı idarə etməyi bacarmalıdır. Buna görə de, o, işçi heyətinin fiınksiyalannı icra edə bilməlidir. Bu iş layihə ofisindən aşağıdakılarm icrasını tələb edə bilər:



        • tşlərə uyğun olan müvafiq tələblərin müəyyənləşdirilməsi;

        • İşlər üzrə müvafiq tələbləri təmin edə bilən şəxslərin müəyyənləşdirilməsi;

        • Müvafiq mütəxəssislərin işə cəlb olunması;

        • Təşkilatın tələbatını ödəyən layihə menecerinin işə cəlb olunması;

        • Layihə menecerlərinin bilik və bacanqlanmn müəyyənləşdirilməsi.


Səriştəlik üzrə tələblər


Layihə ofisi təşkilatı peşəkar layihə meneceri ilə təmin etmək məqsədilə ilk növbədə səriştəlik üzrə tələbləri müəyyənləşdirməlidir. Səriştəlik dərəcəsi həm texniki, həm də ida

rəçilik sahəsini əhatə etməlidir. Məsələn, məlumat bazasmm yaradılması layihəsi üzrə məlumat bazalannm qurulmasmda geniş təcrübəyə malik olan layihə menecerini işə cəlb etmək vacib məsələlərdən biridir.

Layihə ofisi eyni zamanda tələb olunan «minimum səriştəlik dərəcəsi»ni müəyyənləşdirməlidir. Layihədə nəzərdə tutulan işlərin bir qismi menecerdən liderlik qabiliyyəti, digər qismi isə ünsiyyət, danışıqlarm apaniması və peşəkar səviyyədə bilik və bacanğın olmasını tələb edir?
Xüsusi layihələr üzrə mütəxə^^slər

Layihəni işə salmaq üçün peşəkar layihə menecerinə olan tələblər ortaya qoyulan kimi layihə ofisi mümkün namizədlərin siyahısmı nəzərdən keçirməli və işə daha yararlı olan şəxsi tapa bilməlidir. Bu o deməkdir ki, layihə ofisinin təşkilatın layihə menecerlərinin peşəkarlıq dərəcələri üzrə məlumat bazasmı inkişaf etdirməyə ehtiyacı vardır.

Tədqiqatlar göstərir ki, ən yaxşı layihə menecerləri ilk növbədə aşağıdakı xüsusiyyətlərə malik olmalıdırlar:

İnsanlarm ehtiyaclarmı dərk etmək; Tədqiqatlarm apaniması; Nümunəvi iş icraçısı;

Ambisiyaya malik olmamaq; Təşkilatm məqsədlərini öyrənmək; Biznesin təşkil edilməsi bacanqları; Danışıqlar apara bilmək;

Siyasi uzaqgörənlik.


Ehtiyatlann bölüşdürülməsi vaxtında və müvafiq tələblərə əsasən yerinə yetirilməlidir. İnsan ehtiyatlannm düzgün

şəkildə bölüşdürülməsinə nail olmaq üçün layihə ofisi bir neçə sahədə səmərəli fəaliyyət göstərməlidir. Məsələn, o, layihə- dəki qrafikləri və cədvəlləri kamil şəkildə mənimsəməlidir. Daha dəqiq şəkildə desək, layihə menecerinin göstərdiyi xidmətlərə nə zaman ehtiyac duyulur? O, layihəyə nə qədər tez başlamalıdır?

Layihə ofisi layihə menecerlərinə onlann vaxtla bağlı çoxsaylı tələblərdən yaxa qurtarmasında yardım göstərmək üçün müvafiq səriştəyə malik olmalıdır. Yaxşı layihə menecerləri kifayət qədər deyildirsə, onlara artıq yerinə yetirilməli olan bir çox layihələr üzrə mentorluq etmək, yaxud bu layihələrlə bağlı ani treninqlərin keçirilməsini təklif etməklə yardım göstərmək olar. Bu mütəxəssislərin layihə idarəçiliyi üzrə tam icra qabiliyyətinə malik olması üçün digər icraçılar da kənardan bu işə qoşulmalı və əsas diqqət ümumi işin üzərinə yönəldilməlidir.
Layihə menecerinin tələblərə cavab verməsi

Menecerlər öz işlərini həyata keçirərkən təşkilatlarda həmişə müvafiq qərarların çıxarılması ile məşğul olmalıdırlar. Layihə ofisləri layihə menecerlərinin işə cəlb edilməsi üçün göstərdikləri səylərdə eyni qərar qəbul etmə prosesini həyata keçirməlidirlər. Cavab verilməli suallara aşağıdakılar daxildir: Bizim təşkilatımız layihə menecerlərinin inkişaf etməsinə cəhd göstərirmi? Biz lazımi səriştəyə malik olan təcrübəli layihə menecerlərini muzdla işə götürmək istəyirikmi? Biz layihə menecerlərini kənar mənbələrdən əldə etmək istəyirikmi? Layihə rəhbərləri layihə menecerini seçərkən onun yalnız ingilis dili bilmək meyarını qoymaqla tamamilə yanlış istiqamətdə hərəkət etmirmi? Bu layihələr uğurlu ola bilərmi?

Bütün bu yanaşma üsullarmm həm müsbət, həm də mənfi cəhətləri vardır. Layihə menecerlərini layihə ofisində hazırlamaqla təşkilat onun tələblərinə cavab verən, layihə idarəçiliyi vərdişlərini inkişaf etdirən mütəxəssislər qrupunu yaradır. Digər tərəfdən layihə ofisində hazırlanan layihə menecerlərinin yetişməsi üçün onlann kamil və dəyərli, habelə təcrübəli menecerlər olması üçün bir neçə il tələb edilir.

Təşkilat təcrübəli layihə menecerlərini muzdla işə götürərək tez bir zamanda ixtisaslı mütəxəssislərlə təmin edilə bilər. Onlann malik olduğu təcrübə ilkin vaxtlarda təşkilatın spesifik kontekstinə tam şəkildə müvafiq olmaya da bilər. Bundan başqa, təşkilat daha yaxşı keyfiyyətlərə malik şəxslərin işə götürülməsini arzulayırsa, onlara ən yüksək əmək haq- lan təklif etməlidir.

Layihə ofisi layihə menecerlərinin «evinə» çevrilərsə, layihə menecerlərinin iş qabiliyyətini müvafiq qaydada qiymətləndirmək mümkündür. Kiçik layihə ofisində bu vəzifəni ofis direktoru həyata keçirir. Daha böyük ofislərdə bir çox funksional sahələrə görə məsuliyyət daşıyan direktor müavinləri qiymətləndirmə üzrə vəzifələri həyata keçirməlidirlər.

Layihə menecerlərinin iş qabiliyyətinin müəyyənləşdi- rilməsində əsas çətinlik layihə ofisindəki qiymətləndirən şəxsin layihə menecerini sahədə iş zamanı görə bilmək imkanına malik olmamasıdır. İş qabiliyyətinin qiymətləndirilməsi daha geniş şəkildə, sifarişçilərdən tutmuş layihə menecerini təyin edən şəxslərə qədər əlaqəli olmalıdır. Belə bir əks əlaqə vacibdirsə, etiraf edilir ki, sifarişçilər layihə menecerlərinin bacanqlannı müəyyənləşdirmək üçün heç də yaxşı mövqeyə

malik deyildirlər. Məsələn, onlar layihə komandasının iş qabiliyyətində texniki icra xüsusiyyətlərini müəyyənləşdirmək üçün tələb edilən texniki vərdişlərə malİk olmaya bilərlər.
Layihə menecerlərinin təchizatı

Mühəndislik bacanqlan, düzgün müqayisəetmə hissinin olması, yenidən təşkiletmə, funksional həll üsullan, müştərilərə diqqətin yönəldilməsi, ani reaksiya və işçiyə səlahiyyətlərin verilməsi - bütün bunlar layihələri necə idarə etməyimizə öz təsirini göstərir. Bu xüsusiyyətlər birlikdə elə bir mühit yaradır ki, bu, müasir dövrdə biznes sahəsində yaranan mürəkkəb problemlərin öhdəsindən gəlmək üçün layihələrin idarə edilməsinə stimul yaradır. Bu gün biz bir çox məsələlərin aşkar edilməsi qabiliyyətinə malik olan layihə menecerlərinə böyük tələbat duyuruq. Eyni zamanda biz həmin tələbatm ödənilməsi üçün yaxşı layihə menecerlərinin sayının qeyri- qənaətbəxş olduğu vəziyyətlə də rastlaşınq.

Təşkilatlar yüksək ixtisas səviyyəsinə və digər xüsusiyyətlərə malik layihə menecerlərini əldə etmək istəyirsə, onlar həmin menecerlərin inkişişafına təkan verəcək mühiti yaratmalıdırlar. Bu vəzifənin yerinə yetirilməsində layihə ofisləri əsas rol oynayır. Onlar xüsusi olaraq dörd məsələyə diqqət yetirməlidirlər:


        • Layihə menecerlərinə öz bilik və bacarıqlanm artırmaqda kömək etmək;

        • Layihə menecerlərinin karyerasının inkişafı üçün müvafiq təlimatlann təklif edilməsi;

        • Layihə menecerləri üçün müvafiq şəraitin yaradılması;

        • Stimullaşdırıcı paketlərin təklif edilməsi.

Layihə menecerlərinin ixtisasartırılması

Layihə menecerləri üçün bilik və bacanqlar üzrə irəli sürülən tələblər müxtəlif ola bilər. Onlardan işlədikləri spesifik sahədə yüksək ixtisas dərəcəsinə malik olmaq tələb edilə bilər, bu sahələrə misal olaraq məlumat bazasının yaradılması, telekommunikasiya, təhsil sitseminin təkmilləşdirilməsi və ya elektrik stansiyasının tikintisini göstərmək olar. Onlar büdcənin formalaşdıniması, qrafıklərin qurulması və insan, material ehtiyatlannm bölüşdürülməsi sahəsində səriştəyə malik olmalıdırlar. Bundan başqa, layihə menecerləri riskin idarə edilməsi, keyfiyyətin idarə edilməsi, müqavilə menecmenti və ümumi biznes sahələri üzrə müvafiq intuisiaya malik olmalıdırlar.

Bəzi yüksək icra qabiliyyətinə malik olan təşkilatlar layihə menecerlərinə bilik və bacanqlanm daha da artırmaq üçün hər il iki və ya dörd həftəlik təkmilləşdirmə müddəti ayırır. Bu treninqlərin müəyyən hissəsinin təşkilatın məhsul və xidmətlərinin mahiyyətinin nədən ibarət olmasına yönəldiyi halda onlann bir çoxu diqqəti əsas layihə idarəçiliyi və maliyyə təhlillərindən tutmuş internet savadının əldə edilməsinə qədər yeni bilik və bacarıqların inkişaf etdirilməsinə yönəldir. Güclü layihə menecerləri qrupunu inkişaf etdirmək istəyən təşkilatlar təhsil və təkmilləşdirmə məqsədləri üçün müvafiq mənbələrə malik olmalıdır.
Layihə menecerinin karyerası

Layihələrin idarə edilməsi artıq ixtisas statusunu qazanmışdır. Hal hazırda layihə menecerlərinin hazırlanması ilə bağlı Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) məsələni öz üzərinə götürmüş və uğurla həyata keçirir. AzPMA müəyyənləşdirmişdir ki, en faydalı layihə mütə-


273


xəssisleri aşağıdakı sahələr üzrə yüksək iş qabilİ3^etine malikdirlər:

  • Ümumi idarəetmə - layihələr, o cümlədən layihənin həyat dövrü, dəyişikliklərin idarə edilməsi, təşkilati strukturlann qurulması və s.;

  • Müddətlərin idarə edilməsi - Gantt qrafikleri, əsas qrafiklər, PERT-CPM qrafikləri və s.;

  • Deyərin idarə edilməsi - xərcin qijunətləndirilməsi, büdcənin tərtib edilməsi, iqtisadi prinsiplər, maliyyə, mühasibatlıq, xərcə nəzarət və s.;

  • İnsan ehtiyatınm idarə edilməsi - motivasiya, münaqişələrin həlli və ehtiyatlann paylanması;

  • Riskin idarə edilməsi - riskin müəyyənləşdirilməsi, onun tesirlirənin aşkara çıxanlması, antirisk tədbirlərinin işlənməsi;

  • Keyfiyyətin idarə edilməsi - keyfiyyətə təminat, keyfiyyətə nəzarət və sifarişçinin tələblərinin ödənilməsi;

  • Müqavilələrin idarə edilməsi - müqavilə bağlamağın prinsipləri, müqavilələrin tətbiqi və münaqişələrin həlli;

  • Danışıqlar və görüşlərin idarə edilməsi - damşıqlarm apanlması, görüşlərin təşkil edilməsi, təchizata nəzarət;

  • İnteqrasiya menecmenti - məsələlərin vaxtında, büdcə daxilində, müvafiq texniki xüsusiyyətlərə uyğun olaraq və sifarişçinin tələblərinə yüksək şəkildə cavab verməklə yuxandakı səkkiz xüsusiyyətlə əlaqələndirməsi.

Layihələrin idarə edilməsi üzrə mütəxəssislər bu sadalanan doqquz sahə üzrə bilik və bacanqlarmı təsdiq etmək üçün sertifikatlaşdırma imtahanından keçirlər. Layihə ofisləri layihə menecerlərindən həmin sertifikatlaşdırma prosesindən keçməyi tələb edə bilərlər.

Ümumiyyətlə, layihə rəhbərləri layihə ofisini və ko- mandasmı yığarkən peşəkar layihə meneceri sertifikatmın olmasını tələb etməlidir.


Layihə menecerinin şəraiti

Hətta en eneıjili və bacanqlı layihə menecerləri de işin səmərəli şəkildə icra edilməsi üçün tələb olunan minimum şəraitlə təmin edilməsələr uğursuzluğa düçar ola bilərlər. Layihə ofisi layihə menecerlərini öz işlərini icra etmək üçün aydın şəkildə müəyyənləşdirilmiş proseslə təmin etməlidirlər. Layihə ofisi eyni zamanda onlan lazımi vasitələr, həmçinin kompüterlərlə təchiz etməlidirlər.

Bununla belə, layihə ofisləri yardım məqsədilə bir çox detallar üzrə birbaşa nəzarəti həyata keçirə bilmir. Onlar sifarişin hazırlanması və mühasibat sistemlərinə nəzarət etmir. İndi mühasibat sistemini nəzərdən keçirək: konkret fəaliyyət növünə və ya layihə mühasibat sisteminə əsaslanmadan xərcə nəzarət etmək çətindir, bəlkə də mühasibat sisteminə malik olmasına baxmayaraq bu iş mümkünsüzdür. Layihə ofisi layihə üzrə işçi heyəti və onlann həmin işi səmərəli şəkildə yerinə yetirə bilmələri üçün lazımi avadanlıq, təkmilləşdirmə vasitələri və digər sistemlərlə təchiz etməlidir.



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə