Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma



Yüklə 0,84 Mb.
səhifə19/134
tarix24.02.2022
ölçüsü0,84 Mb.
#84075
1   ...   15   16   17   18   19   20   21   22   ...   134
layihe menecmenti (1)

məqsədi - müəyyən vaxt çərçivəsində əldə edilmiş nəti- co deməkdir.

tapşırığı - verilmiş vaxt çərçivəsində parametrlərlə xarakterizə olunan nəticə deməkdir.



1


Js J

1


Tapşınq |


Aktiv dövr

1 Məqsəd



-----------------

-----------------

—►

Şəkil 1.1
Layihəni yerinə yetirmək üçün verilmiş şərtlərə və sübut oluna biləsi nəticəyə layihənin məqsədi deyilir.

Layihə konsepsiyasının yaradılmasında əsas mərhələlərdən biri layihənin məqsədinin müəyyənləşdirilməsidir.

Hər bir layihənin strukturunu və iştirakçılanm xarakterizə edən, bir-birilə sıx əlaqədə olan çoxlu məqsədlər möv- cüddur. Hər hansı bir məqsədə nail olmaq üçün meyyarlar seçmək vacibdir. Bu meyyarlar əsasında məqsədə çatmaq üçün alternativ variantlar qurulur.

Beləlüdə, layihələrin məqsədləri aşağıdakı şəkildə formalaşır.



  • layihənin məqsədi aydın olmalıdır;

  • məqsədə nail olmaq üçün əldə olunan nəticələrin qiymətləndirilməsi mümkün olmalıdır;

  • məhdudiyyətlərin və şərtlərin yerinə yetirilməsi mümkün olmalıdır.

Ümumiyyətlə, layihədə vaxt, büdcə, ehtiyyatlar və digər məhdudiyyətlər çərçivəsində yüksək keyfiyyətli məhsulun istehsal olunması və məqsədə çatması tələb olunur.

Layihəninn məqsədi dəyişilə bilər. Ətraf mühitin layihəyə təsiri, onun yerinə yetirilməsi prosesində parametrlərin gözlənilməyən dəyişklüdərə məruz qalması və digər hə- yəcanlandıncı təsirlər layihənin məqsədinin dəyişdirilməsinə səbəb ola bilər. Bu səbəbdən layihənin məqsədi arasıkəsilməz dinamik proses xarakteri daşıyır. Bu prosesdə mövcud vəziyyət, tendensiya təhlil edilir və lazım gəldikdə korreksiya edilir.




      1. Layihənin məqsədinin müəyyənləşdirilməsi

Layihə məqsədinin müəyyənləşdirməsi prosesi yaradıcı bir prosesdir və aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

Məqsədin istiqamətini müəyyənləşdirmək üçün müxtəlif mənbələrin araşdıniması tələb olunur:

  • layihə qarşısında qoyulan tələb;

  • layihə üçün sifariş;

  • layihə əsasında fəaliyyət göstərən müəssisənin məqsədi;

  • layihənin ətraf faktorlan.

Məqsədin istiqaməti ibtidai təhlil kimi qiymətləndirilir, məqsəd müəyyənləşdirilir və aktivləşir.

Məqsəd fərdi və ya qrup şəklində müəyyənləşdirilir. Bu proses yaradıcı xarakter daşıdığı üçün özünəməxsus qanunlara və ümumi yanaşma prinsiplərinə malikdir. Fərdi yanaşmada məntiqi metodlardan istifadə edilir. Qrup əsasında məqsədin müəyyənləşdirilməsində geniş spektrdə məsələyə baxaraq intuitiv metodlardan istifadə olunur.

Layihənin məqsədi aydm və dürüst yazılmaqla aşağıdakı şərtləri özündə əks etdirməlidir:


  • layihənin nəticəsi;

  • layihənin yekunlaşdıniması vaxtı;

  • məsrəflər;

  • məqsədin dəyişilməsi mümkünlüyü;

  • məqsədin ierarxiya strukturu.


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə