Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma



Yüklə 0,84 Mb.
səhifə40/134
tarix24.02.2022
ölçüsü0,84 Mb.
#84075
1   ...   36   37   38   39   40   41   42   43   ...   134
layihe menecmenti (1)

Köməkçi yardımçı predmet funksiyalar layihələrin uğurla idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edir, buraya bir çox predmetlərin ayn-ayn hissələri daxil edilə bilər:

• Keyfiyyətin təmin edilməsi (keyfiyyətə nəzarət, keyfiyyətə statistik nəzarət və s.)

• Dəyişikliklərin idarə edilməsi;

Maddi-texniki təminat;

• Müqavilələrə nəzarət;

• Alışlar (tədarük);

• İşçi heyətə rəhbərlik;

• Avadanlığın istismar edilməsi;

• Hüquq xidmətləri;

• Proqramlaşdırma işləri.

Beləliklə, bu biliklərin əsasında aşağıdakı ümumi nəticələri çıxarmaq mümkündür:

• Layihələrin idarə edilməsi müəyyən məqamlarda qonşu sahələrdə çarpazlaşan unikal bilik sahəsinə malikdir;



  • ümumi idarəetmə sahəsi hər bir layihə menecerinə lazım olan biliklə əhatə olunmuşdur;

  • Texniki idarəetmə sahəsinə xüsusi fəaliyyət sahəsi üzrə konkret bilgi daxildir. Bunun əsasında layihə meneceri mütəxəssisə çevrilir.

K-öməkçi və yardımçı predmetlər layihə menecerinə öz funksiyalanm daha da yaxşı yerinə yetirmək üçün şərait yaradır. Layihənin idarə edilməsi elə bir anlayışdır ki, yardımçı predmetlərin dəstəyi, ümumi və texniki idarəetmə ilə birlikdə layihədəki məqsədlərə nail olunur və bu layihənin uğurla başa çatmasına şərait yaradır.

Layihələrin idarə edilməsi üzrə predmet və bilik sahələrinin həcmini müəyyənləşdirərkən aşağıdakı ümumi prinsip- lorden istifadə olunur:



  • Ümumi menecment üzrə biliklərin böyük bir hissəsi layihələrin idarə edilməsi üçün bir şərt kimi etiraf edilsə də, biliklər məcmusuna daxil edilmir;

  • Məlumat layihələrin idarə edilməsi prosesinin ayrılmaz tərkib hissəsi olduğu halda müxtəlif predmet, ixtisaslaşmış və ya spesifik istehsal sahələri üzrə ətraflı biliklər bazaya daxil edilmir;

  • Layihələrin idarə edilməsi üzrə köməkçi və yardımçı predmetlərdən yalnız layihələrin əksəriyyətində istifadə oluna biliklər daxil edilməlidir;

  • Layihələrin idarə edilməsi spesifik sahələrə aid olan bilik və predmetlər daxil edilməməlidir;

  • Layihələrin idarə edilməsində elə bilik sahəsinə və predmetlərə üstünlük vermək lazımdır ki, onlar ya mənsubiyyəti üzrə layihələrin idarə edilməsinə daxil olsunlar, ya da layihələrin idarə edilməsi prosesi

üçün fundamental biliyi özlərində əks etdirmiş olsunlar. İşlənib hazırlanmış Layihələrin idarə edilməsinin əsas- lannın

USA PMİ modeli (şəkil 2.1) layihələrin idarə edilməsi konsepsiyası haqqında ümumi təsəvvür əldə etməyə imkan yaradır. Bu model bir sıra mühüm suallara cavab verməyə imkan yaradır:



  • Layihələrin idarə edilməsi digər idarəetmə növlərindən nə ilə fərqlənir?

  • Layihələrin idarə edilməsi komponentləri hansı meyarlar üzrə müəyyənləşdirilir?

  • Layihələrin idarə edilməsinə hansı komponentlər daxildir və onların qarşılıqlı əlaqəsi necədir?

  • Layihələrin idarə edilməsi üzrə hansı tətbiq sahələri mövcuddur və onlann üstünlükləri nədən ibarətdir?

Qeyd etmək lazımdır ki, bu model yalnız layihələrin idarə edilməsi üzrə peşəkar sahənin konturlan barədə müəyyən təsəvvür yaratsa da, kamil və hərtərəfli deyildir.

Layihələrin idarə edilməsinin əsaslan





Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə