Münaqişənin dağıdıcı gücünü azaldan və layihə menecerinin
layihə iştirakçılarma təsir imkanlarım artıran iki müxtəlif faktorlar:
etibar etmək və açıq ünsiyyət faktorlan mövcuddur.
Ümumiyyətlə, dağıdıcı gücə malik olan münaqişələri aradan
götürməyə imkan yaradan səkkiz faktor mövcuddur: münaqişələrin
aydm şəkildə açıqlanması; lazımsız münaqişələrdən qaça bilmək
bacanğı; diger şəxsləri dinləmək qabiliyyəti; sərt bəyanatlardan yan
keçə bilmək bacanğı; bütün maraqlı tərəflərin cəlb edilməsi;
tərəflərin mənafelərinin uyğunlaşdıniması; subyektiv fikrin ifadə
edilməməsi; kompromisə nail olmaq və yekdil qərar qəbul edə
bilmək qabiliyyəti.
İş prosesində etimadın mövcudluğu açıq və səmimi
münasibətə şərait yaradır, bu xüsusiyyət layihə meneceri tərəfindən
layihənin ilk anından inkişaf etdirilməlidir. Etimad dalıa çox
işləyənlərin təmin edilməsinə və bu işə stimul verilməsinə təsir
göstərir. Etimadın mövcudluğu münaqişənin böyüyərək inkişaf
etməsinin qarşısmı alır. Eyni zamanda ünsiyyət möhkəm və
səmərəli olmalıdır. Sədaqət, aydın göstərişlər, lazımi şəkildə irəli
sürülmüş məqsədlər və etibann yüksək səviyyəsi də öz növbəsində
tərəflər arasındakı ünsiyyətin səmərəlilik şərtlərindən biridir.
Beləliklə, münaqişələr əsas etibarilə insanın təbiətinə xas
olan müasir cəmiyyətin mürəkkəbliyinin artıb inkişaf etməsi
səbəbindən bütün təşkilatlar üçün səciyyəvidir. Cəmiyyət
mürəkkəbləşdikcə, klassik ənənəvi strukturlann əhəmiyyəti azalır.
Müasir işgüzar və digər dairələrə daha çox layihə və matris
təşkilatlan uyğun gəlir. Bu yeni təşkilatlara münaqi-
198
şolərlə nəticələnən sürətli dəyişikliklər xasdır. Bu, daha çox layihə
iştirakçılan üçün mövcud olan layihə mühitində özünü qabanq
şəkildə göstərir. Layihənin uğur qazanmasına görə məsuliyyət
daşıyan layihə meneceri münaqişələrlə işləyə bilməlidir. Layihələrin
idarə edilməsi faktiki olaraq münaqişəli vəziyyətdə proseslərin idarə
edilməsi üə bağlı bir elmi istiqamətdir.
199
Layihələrdə keyfiyyətin
idarə edilməsi
GİRİŞ
Bildiyimiz kimi layihədə idarə olunan əsas üç parametrdən
biri - keyfiyyətdir. Bu səbəbdən layihə meneceri keyfiyyət
parametrini daima nəzarətdə saxlamalı və bu istiqamətdə onun
müvafiq strateji planlan olmalıdır. Keyfiyyətə nəzarət sistemi
keyfiyyətin planlaşdıniması, keyfiyyətə zəmanət və keyfiyyətin
yaxşılaşdıniması kimi vasitələrlə həyata keçirilir. Keyfiyyətə
nəzarət layihələrin idarə edilməsi sahəsinin bir bölməsidir və bu işin
yerinə yetirilməsinə görə komanda üzvlərinin hər biri məsuliyyət
daşıyır. Bu bölmədə keyfiyyətin idarə edilməsi metodları və üsullan
açıqlanmışdır.
Bu fəsil beş paraqrafdan ibarətdir. Burada əsasən keyfiyyətin
idarə edilməsi, keyfiyyətin idarə edilməsində layihə rəhbərinin rolu
və apardığı siyasəti, onun bu istiqamətdə strategiyası, keyfiyyət
sistemi və bu sistemə olan tələblər araşdı- nlmışdır. Bölmənin
sonunda keyfiyyət sisteminə və siyasətinə olan tələblərə nümunələr
verilmişdir.
200
6.1.
LAYIHƏ
RƏHBƏRİNİN
KEYFİYYƏTİN
İDARƏ
EDİLMƏSİNDƏ
ROLU
Layihələrdə keyfiyyətin idarə edilməsi sistemi vasitəsilə
layihəyə rəhbərlik etmək layihələrin id^b edilməsinin ən mühüm
vasitələrindən biridir.
Doktor Deminqin «Böhrandan çıxış yollan» adlı kitabm- da
verilən rəhbərlik fəlsəfəsinin 14 prinsipini nəzərdən keçirək. Bunlar
aşağıdakılardır:
1.
Məqsədin daima mövcudluğu.
Qarşınıza məqsəd qoyun və təkcə tez bir zamanda gəlir ülde
etmək deyil, həm də uzunmüddətli məqsəd və ehtiyacların
ödənilməsi, müəssisənin rəqabət qabiliyyətinin təmin edilməsi
məqsədilə sıx şəkildə bağlı olaraq mövcud ehtiyatlan bölüşdürərək
məhsul və xidmət növlərinin müntəzəm şəkildə lokmilləşdirilməsi
kimi digər məqsədlərə nail olmaq işində ardıcıl olun.
Bəzən elə olur ki, rəhbərlik adı çəkilən fəlsəfəyə sadiqliyini
bəyan edir, lakin təcrübədə isə hansısa köhnəlmiş problemin həllinə
üstünlük verir. Bütün fəaliyyət növlərinin mün- lozəm olaraq
təkmilləşməsi ve idarə daxilində aparılan əməliyyatlar istiqamətində
ardıcıl, dönməz, bəzən də bitib- tükənməyən, həm də ətraflı hərəkət
müşayiət edilməlidir. Belə bir vəziyyətdə təşkilatın rəhbərliyinin
çağınşlanna əsasən doğrudan da ciddi niyyətə malik olmasına əmin
olmaq üçün müəyyən vaxt tələb edilir. Bu isə yalmz o halda
mümkündür ki, rəhbərlik doğrudan da həmin niyyətin
gerçəkləşməsinə nail olsun. Rəhbərliyin daima tekmilləşdirmələr
aparmaq niyyəti bütün səviyyələrdə, işçilərin canlı marağının
artıniması, onların arzuladıqlan işin daha da böyük əzmlə yerinə
yetirilməsinə
201
stimul yaradılması üçün vacib faktordur. Belə bir niyyət üzərinə
yeni fəlsəfəni öyrənib dərindən dərk etmək öhdəliklərini götürən,
sonra isə öz niyyətində ardıcıl olmasını işdə sübut edən
rəhbərlikdə çalışan işçilərin gərgin əməyi nəticəsində həyata keçə
bilər. O zaman onlann inamı yuxandan aşağı bütün təşkilat boyu
yayılacaqdır. Bu, ənənəvi formalardan fərqli olaraq başqa bir
tədbirlərin mövcudluğunu tələb edir: düzgün atılan addım qarşıya
qoyulan məqsəd və niyyətdən belli olur.
2,
Yeni fəlsəfə
Yeni fəlsəfəni qəbul edin. Hal-hazırda biz yeni iqtisadi
dövrdə yaşayınq. Biz artıq gecikmə, səhv, materiallarda qüsurlar,
işin yanmçıqbğ* və s. kimi hallarla banşa bilmərik. Yeni iqtisadi
şəraitdə müxtəlif böhranlann qarşısını almaq üçün Qərb stilli
menecmentin formalaşmasına ehtiyac duyulur.
Bu tamamilə yeni fəlsəfədir. Bu, təkcə bir neçə apancı
prinsip yox, hem də artıq çoxdan istifadə etdiyimiz prinsiplərə
əlavə edəcəyimiz qayda və metodikadır. Doğrudan da sizin
baxışlannızda heç özünüzün də təsəvvür edə bilməyəcəyiniz
ciddi və radikal yeniləşmə baş verir. Bu hal bir çox strategiya,
davranışa münasibətdə böyük dəyişikliklər vəd edir. Burada
söhbət son
dərəcə
dərin və fundamental dəyişikliklərdən -
“müstəvi şəkilli Ver nəzəriyyəsi ”ndən “kürə şəkilli Yer nəzə-
riyyəsi”nə dəyişdirilməsi kimi köklü dəyişikliklərdən gedir.
Siz fundamental dəyişikliklər ideyasını qəbul etməsəniz, həmişə bir
yerdə ayaq döyməli olacaqsınız. Nəzərə alın ki, bu bir günün içində
baş verməyəcəkdir. Ancaq biz bütün hərəkətlərimizi əvvəlcədən
seçdiyimiz düzgün istiqamətdə davam etdirməliyik.
202
Dostları ilə paylaş: |