Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə49/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   45   46   47   48   49   50   51   52   ...   72

Münaqişənin dağıdıcı gücünü azaldan və layihə menecerinin 
layihə iştirakçılarma təsir imkanlarım artıran iki müxtəlif faktorlar: 
etibar etmək və açıq ünsiyyət faktorlan mövcuddur. 
Ümumiyyətlə, dağıdıcı gücə malik olan münaqişələri aradan 
götürməyə imkan yaradan səkkiz faktor mövcuddur: münaqişələrin 
aydm şəkildə açıqlanması; lazımsız münaqişələrdən qaça bilmək 
bacanğı; diger şəxsləri dinləmək qabiliyyəti; sərt bəyanatlardan yan 
keçə bilmək bacanğı; bütün maraqlı tərəflərin cəlb edilməsi; 
tərəflərin mənafelərinin uyğunlaşdıniması; subyektiv fikrin ifadə 
edilməməsi; kompromisə nail olmaq və yekdil qərar qəbul edə 
bilmək qabiliyyəti. 
İş  prosesində  etimadın  mövcudluğu  açıq  və  səmimi 
münasibətə şərait yaradır, bu xüsusiyyət layihə meneceri tərəfindən 
layihənin  ilk  anından  inkişaf  etdirilməlidir.  Etimad  dalıa  çox 
işləyənlərin  təmin  edilməsinə  və  bu  işə  stimul  verilməsinə  təsir 
göstərir.  Etimadın  mövcudluğu  münaqişənin  böyüyərək  inkişaf 
etməsinin  qarşısmı  alır.  Eyni  zamanda  ünsiyyət  möhkəm  və 
səmərəli olmalıdır. Sədaqət,  aydın  göstərişlər, lazımi  şəkildə irəli 
sürülmüş məqsədlər və etibann yüksək səviyyəsi də öz növbəsində 
tərəflər arasındakı ünsiyyətin səmərəlilik şərtlərindən biridir. 
Beləliklə,  münaqişələr  əsas  etibarilə  insanın  təbiətinə  xas 
olan  müasir  cəmiyyətin  mürəkkəbliyinin  artıb  inkişaf  etməsi 
səbəbindən  bütün  təşkilatlar  üçün  səciyyəvidir.  Cəmiyyət 
mürəkkəbləşdikcə, klassik ənənəvi strukturlann əhəmiyyəti azalır. 
Müasir  işgüzar  və  digər  dairələrə  daha  çox  layihə  və  matris 
təşkilatlan uyğun gəlir. Bu yeni təşkilatlara münaqi- 
198 


şolərlə nəticələnən sürətli dəyişikliklər xasdır. Bu, daha çox layihə 
iştirakçılan  üçün  mövcud  olan  layihə  mühitində  özünü  qabanq 
şəkildə  göstərir.  Layihənin  uğur  qazanmasına  görə  məsuliyyət 
daşıyan layihə meneceri münaqişələrlə işləyə bilməlidir. Layihələrin 
idarə edilməsi faktiki olaraq münaqişəli vəziyyətdə proseslərin idarə 
edilməsi üə bağlı bir elmi istiqamətdir. 
199 


 
Layihələrdə keyfiyyətin 
idarə edilməsi 
GİRİŞ 
Bildiyimiz kimi  layihədə idarə olunan əsas üç parametrdən 
biri  -  keyfiyyətdir.  Bu  səbəbdən  layihə  meneceri  keyfiyyət 
parametrini  daima  nəzarətdə  saxlamalı  və  bu  istiqamətdə  onun 
müvafiq  strateji  planlan  olmalıdır.  Keyfiyyətə  nəzarət  sistemi 
keyfiyyətin  planlaşdıniması,  keyfiyyətə  zəmanət  və  keyfiyyətin 
yaxşılaşdıniması  kimi  vasitələrlə  həyata  keçirilir.  Keyfiyyətə 
nəzarət layihələrin idarə edilməsi sahəsinin bir bölməsidir və bu işin 
yerinə  yetirilməsinə  görə  komanda  üzvlərinin  hər  biri  məsuliyyət 
daşıyır. Bu bölmədə keyfiyyətin idarə edilməsi metodları və üsullan 
açıqlanmışdır. 
Bu fəsil beş paraqrafdan ibarətdir. Burada əsasən keyfiyyətin 
idarə edilməsi, keyfiyyətin idarə edilməsində layihə rəhbərinin rolu 
və  apardığı  siyasəti,  onun  bu  istiqamətdə  strategiyası,  keyfiyyət 
sistemi  və  bu  sistemə  olan  tələblər  araşdı-  nlmışdır.  Bölmənin 
sonunda keyfiyyət sisteminə və siyasətinə olan tələblərə nümunələr 
verilmişdir. 
200 


6.1.
 
LAYIHƏ 
RƏHBƏRİNİN
 
KEYFİYYƏTİN
 
İDARƏ
 
EDİLMƏSİNDƏ
 
ROLU 
Layihələrdə  keyfiyyətin  idarə  edilməsi  sistemi  vasitəsilə 
layihəyə  rəhbərlik  etmək  layihələrin  id^b  edilməsinin  ən  mühüm 
vasitələrindən biridir. 
Doktor Deminqin «Böhrandan çıxış yollan» adlı kitabm- da 
verilən rəhbərlik fəlsəfəsinin 14 prinsipini nəzərdən keçirək. Bunlar 
aşağıdakılardır: 
1.
 
Məqsədin daima mövcudluğu. 
Qarşınıza məqsəd qoyun və təkcə tez bir zamanda gəlir ülde 
etmək  deyil,  həm  də  uzunmüddətli  məqsəd  və  ehtiyacların 
ödənilməsi,  müəssisənin  rəqabət  qabiliyyətinin  təmin  edilməsi 
məqsədilə sıx şəkildə bağlı olaraq mövcud ehtiyatlan bölüşdürərək 
məhsul və xidmət növlərinin müntəzəm şəkildə lokmilləşdirilməsi 
kimi digər məqsədlərə nail olmaq işində ardıcıl olun. 
Bəzən elə olur ki, rəhbərlik adı çəkilən fəlsəfəyə sadiqliyini 
bəyan edir, lakin təcrübədə isə hansısa köhnəlmiş problemin həllinə 
üstünlük  verir.  Bütün  fəaliyyət  növlərinin  mün-  lozəm  olaraq 
təkmilləşməsi ve idarə daxilində aparılan əməliyyatlar istiqamətində 
ardıcıl, dönməz, bəzən də bitib- tükənməyən, həm də ətraflı hərəkət 
müşayiət  edilməlidir.  Belə  bir  vəziyyətdə  təşkilatın  rəhbərliyinin 
çağınşlanna əsasən doğrudan da ciddi niyyətə malik olmasına əmin 
olmaq  üçün  müəyyən  vaxt  tələb  edilir.  Bu  isə  yalmz  o  halda 
mümkündür  ki,  rəhbərlik  doğrudan  da  həmin  niyyətin 
gerçəkləşməsinə  nail  olsun.  Rəhbərliyin  daima  tekmilləşdirmələr 
aparmaq  niyyəti  bütün  səviyyələrdə,  işçilərin  canlı  marağının 
artıniması,  onların  arzuladıqlan  işin  daha  da  böyük  əzmlə  yerinə 
yetirilməsinə 
201 


stimul yaradılması üçün vacib  faktordur. Belə bir niyyət üzərinə 
yeni fəlsəfəni öyrənib dərindən dərk etmək öhdəliklərini götürən, 
sonra  isə  öz  niyyətində  ardıcıl  olmasını  işdə  sübut  edən 
rəhbərlikdə çalışan işçilərin gərgin əməyi nəticəsində həyata keçə 
bilər. O zaman onlann inamı yuxandan aşağı bütün təşkilat boyu 
yayılacaqdır.  Bu,  ənənəvi  formalardan  fərqli  olaraq  başqa  bir 
tədbirlərin mövcudluğunu tələb edir: düzgün atılan addım qarşıya 
qoyulan məqsəd və niyyətdən belli olur. 
2,
 
Yeni fəlsəfə 
Yeni  fəlsəfəni  qəbul  edin.  Hal-hazırda  biz  yeni  iqtisadi 
dövrdə yaşayınq. Biz artıq gecikmə, səhv, materiallarda qüsurlar, 
işin yanmçıqbğ* və s. kimi hallarla banşa bilmərik. Yeni iqtisadi 
şəraitdə  müxtəlif  böhranlann  qarşısını  almaq  üçün  Qərb  stilli 
menecmentin formalaşmasına ehtiyac duyulur. 
Bu  tamamilə  yeni  fəlsəfədir.  Bu,  təkcə  bir  neçə  apancı 
prinsip  yox,  hem  də  artıq  çoxdan  istifadə  etdiyimiz  prinsiplərə 
əlavə  edəcəyimiz  qayda  və  metodikadır.  Doğrudan  da  sizin 
baxışlannızda  heç  özünüzün  də  təsəvvür  edə  bilməyəcəyiniz 
ciddi və radikal  yeniləşmə  baş verir.  Bu hal  bir çox strategiya, 
davranışa  münasibətdə  böyük  dəyişikliklər  vəd  edir.  Burada 
söhbət  son 
dərəcə 
dərin  və  fundamental  dəyişikliklərdən  - 
“müstəvi  şəkilli  Ver  nəzəriyyəsi  ”ndən  “kürə  şəkilli  Yer  nəzə- 
riyyəsi”nə dəyişdirilməsi kimi köklü dəyişikliklərdən gedir. 
Siz fundamental dəyişikliklər ideyasını qəbul etməsəniz, həmişə bir 
yerdə ayaq döyməli olacaqsınız. Nəzərə alın ki, bu bir günün içində 
baş verməyəcəkdir. Ancaq biz bütün hərəkətlərimizi əvvəlcədən 
seçdiyimiz düzgün istiqamətdə davam etdirməliyik. 
202 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə