Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə50/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   46   47   48   49   50   51   52   53   ...   72

'W?'- 
3.
 
Kütləvi nəzarət asılılığından yaxa qurtarın 
Hər hansı bir işdə lazımi keyfiyyəti təmin etmək üçün kütləvi 
yoxlama və təftiş metodlarından istifadə etməyin. Həm istehsalatda, 
hem  təchizat  funksiyalanmn  icrası  zamanı tələb edilən keyfiyyətin 
təsdiqi kimi statistik məlumatlan tələb edin. 
Biz tədarük və xidmət, habelə iş sisteminin aşağı səviyyəsinə 
o qeder adət etmişik ki, bu, reallığın obyektiv xüsusiyyəti kimi qəbul 
edilir.  Ancaq  yüksək  və  sabit  keyfiyyət  göstəricilərinə  çatmağın 
aşkar  nəticəsi  budur  ki,  bahalı  və  səmərəsiz  kütləvi  nəzarət  əsl 
həqiqətdə  lazımsız  bir  şeydir.  Çünki  həmin  məhsulun  istehsalı 
zamam  hansısa  qüsurun  meydana  çıxmasına  heç  bir  imkan  yeri 
qoyulmamışdır.  Xərclərin  azaldılması  təkcə  nəzarətə  ehtiyacın 
azaldılması  nəticəsində  yox,  həm  de  iş  prosesində  etibarlı  sayıla 
bilən materiallarla işləməyə verilən zəmanət nəticəsində əldə edilir. 
Sadəcə  düşünün  ki,  sizin  yüksək  keyfiyyətli  və  rəqabətə  dözümlü 
məhsul, 
yaxud 
xidmətiniz 
sizin 
mövcud 
və 
gələcək 
istehlakçılarmızda hansı  rəyi  doğuracaqdır və bu sizin  nüfuzunuza 
necə təsir göstərəcəkdir. 
4.
 
Ucuz qiymət prinsipinə son qoyun 
Tədarükçüləri, onlann standartlan və məhsullarmm qiymətinə 
görə  seçilməsi  praktikasma  son  qoyun.  Bunun  əvəzində,  qiymətlə 
yanaşı olaraq onun keyfiyyətini təsdiq edən ciddi faktlan tələb edin. 
Bu keyfiyyət göstəricisini statistika baxımından təsdiq edə bilməyən 
tədarükçülərin  xidmətlərindən  imtina  etmək  yolu  ile  eyni  bir 
məhsulu  istehsal  edən  tədarükçüləri  saymı  azaldın.  Cəhd  edin  ki, 
sözügedən  komponentin  bütün  tədarükləri  uzunmüddətli  qarşılıqlı 
loyallıq  və  etibar  münasibətlərinin  yaradılması  əsasmda  yalnız  bir 
istehsalçıdan alınsm. Bu halda qarşıya qoyulan məqsəd təkcə ilkin 
203 


xərclərin  deyil,  həm  də  ümumi  xərclərin  azaldılmasına  nail 
olmaqdır.  Kompelktləşdirmə  və  təchizat  şöbələrində  bunun 
nəticəsində  işçilərin  diqqətlə  öyrənməli  olduqlan  yeni  öhdəliklər 
meydana çıxacaqdır. 
Bu  müddəa  əvvəlki  müddəa  ilə  köklü  şəkildə  əlaqəlidir. 
İstehsalçılannm  yüksək  keyfiyyət  standartlanna  malik  olduğuna 
inandığımız  halda  tədarüklərə  kənar  nəzarət  zərurəti  qal-  mayır. 
Burada  nəzərə  alınır  ki,  sizin  ehtiyaclarmızı  ödəyə  biləcək  və 
ödəmək  istəyən  məhdud  saylı  artıq  sınaqdan  keçirilmiş 
tədarükçülərlə  uzun  illər  ərzində  əməkdaşlıq  münasibətləri 
yaranmışdır. Həmin etibarlı tədarükçülərlə qarşılıqlı münasibətlər 
əsasında  əldə  olunacaq  uğur  nəticə  etibarilə  alınacaq  məhsul  və 
xidmətlərinin  keyfiyyətinin  artmasına  səbəb  olacaqdır.  Bu  halda 
sizin  ucuz  qiymətlə  etdiyiniz  alışla  müqayisədə  daha  parlaq 
nəticələr  əldə  ediləcəkdir.  İstənilən  halda  aşağı  qiymətlə  alış 
təcrübəsi tədarükçüləri hansısa qısa dövr ərzində gəlir əldə etməyə 
məcbur  etsə  də,  bu  əsasda  perspektivli  siyasət  aparmaq  imkanını 
aradan qaldınr. 
Bizə məxsus istehsal sahəsində, həm də bu istehsal sahəsi ilə 
bağlı olan tədarükçülərdə  yuxanda qeyd edilən faktın nəticəsində 
yaranan  qaçılmaz  əlavə  xərclər  çox  böyükdür  vo  qabaqcadan 
onlarm  həcmini  müəyyənləşdirmək  mümkün  deyildir.  Ən  yaxşı 
halda  bizə  məxsus  məhsulun  buraxılış  tempinin  sabit  olmaması 
prosesində  gecikdirmə  hallanmn  mütləq  meydana  çıxacağını 
proqnozlaşdırmaq mümkündür: ən pis halda isə yararsız material, 
necə  deyərlər,  bizim  istehsal  prosesimizdən  «sürüşüb» 
istehlakçının  elinə  keçə  bilər.  Nəticə  etibarilə  istehlakçı  bunun 
əziyyətini çəkərsə, o, bizi də bu əziyyəti çəkməyə məcbur edəcək 
ve buna tam haqqı çatacaqdır. 
204 


5.
 
Hər bir prosesi təkmilləşdirməyə cəhd göstərin 
Planlaşdırma,  istehsal  və  xidmət  prosesləri  həmişə 
təkmilləşdirilməlidir.  Şirkətdə  bütün  fəaliyyət  və  iş  növlərini 
yaxşılaşdırmaq, keyfiyyət və istehsalın səviyyəsini qaldırmaq vo bu 
yolla  artıq  xərclərin  qarşısını  almaq  məqsədilə  müxtəlif  yollar 
axtanimalıdır. 
Tərkibinə 
hazırlama 
və 
layihələndirmə, 
komplektləşdirici  hissə  və  materiallann  tədarükü,  avadanlığın 
yaxşılaşdıniması,  idarəetmə  metod  ve  üsullarmı,  kadrlann 
hazırlanması  ve  tekmilleşdirilmesi,  sistemlərin  fasiləsiz  olaraq 
mükəmməlleşdirilməsi  rəhbərliyin  əsas  vəzifələrindən  biri  hesab 
edilir. 
Bezən  işlərin  gedişini  öz  axanna  buraxan  rəhbərlərlə 
rastlaşırıq.  Onlar  potensial  problemləri  görmür  və  həmin 
problemlərə o zaman diqqət yetirirlər ki, bu problemlər doğrudan da 
təhlükə  yaradır,  yəni  təşkilatın  işinə  nəzərəçarpacaq  ziyan  yetirə 
bilmək həddinə  yetişirlər. Həmin problemləri vaxtında görmək və 
onlan necə deyərlər, «bələkdə boğmaq» lazımdır ki, bu problemlər 
real  çətinliklər  yaratmasm.  Layihələrin  idarə  edilməsinin 
intellektual ve kortəbii idarəetmə üsulları arasındakı əsas fərq də elə 
bundadır. Hansısa problemlərin öhdəsindən  gəlməyinizlə təskinlik 
tapmaym,  daim  inkişafa  meyl  edin.  Yadda  saxlaym  ki,  obyektin 
təbiətindən  asılı  olaraq  istənilən  zaman  təkmilləşməyə  nail  olmaq 
mümkündür, ancaq buna o zaman nail olmaq olar ki, meydana çıxan 
bütün problemlər dərhal həll edilmiş olsun. Problemlər dedikdə, biz 
dəyişikliklərin həm xüsusi, həm də ümumi səbəblərini başa düşürük. 
Yəni  biz  həmişə  qeyri-sabit  prosesi  sabit  prosesə,  qeyri-  səmərəli 
prosesi səmərəliyə çevirməyə cəhd etməliyik ki, işimizdə irəliləyiş 
olsun. Problemin öz içində təkmilləşmə imkanı mövcuddur və əgər 
Siz onlan axtarmasanız, onlar sizi hök- mən tapacaqlar. 
205 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə