Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə48/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   44   45   46   47   48   49   50   51   ...   72

a)
 
tərəflərdən birini müdafiə etmək üçün müdaxilə dərə 
cəsi; 
b)
 
işəgötürənlə  həmkarlar  arasmda  nüfuz  balansını 
dəyişdirən qanunvericiliyin tətbiqi
c)
 
qarşılıqlı  münasibətlərdə  gərginliyin  azaldılması 
mexanizmi; 
d)
 
məşğulluq  siyasətinin  bütün  ölkə,  yaxud  hər  hansı  bir 
rayon miqyasında hakimiyyət balansına təsir göstərməsi. 
Bütün  bu  faktorlar  mürəkkəb  qarşılıqlı  təsirə  malikdir  və 
işçilər,  həmkarlar  və  işçilərin  birlikləri  arasındakı  münasibətlərə 
təsir göstərir. 
5.5.
 
MÜNAQİŞƏLƏRİN İDARƏ EDİLMƏSİ 
MODELLƏRİ 
Münaqişələrin idarə edilməsinin əsas beş modelini qısa 
şəkildə xarakterizə edək. Bunlar aşağıdakılardır: 
-
 
zəiflətmə; 
-
 
qayğı; 
-
 
kompromiss; 
-
 
gücləndirmə; 
-
 
problemlərin həlli; 
Hər bir model müəyyən şərtlər daxilində və müəyyən nəticəni 
əldə  etmək  üçün  tətbiq  edilsə  də,  ən  səmərəli  model 
roblemlərin helli»dir. Qayğı və zəiflətmə yalnız vaxtı uzatmaq 
üçün  faydalı  olan  müvəqqəti  metodlar  sayılır,  kompromiss, 
gücləndirmə  və  problemlərin  həlli  metodlan  isə  birbaşa 
münaqişələrlə bağlıdır. 
194
 


Apanlan 
tədqiqatlar 
layihədə 
müxtəlif 
münaqişə 
modellərindən istifadənin səmərəliliyi haqqında bizim anlayışlanmı- 
/ I  
genişləndirmişdir.  Temheyn  və  Vayimon  qeyd  etmişlər  ki, 
<(gücləndirmə  və  qayğı  layihə  meneceri  ilə  işçi  heyəti  arasında 
meydana gələn münaqişələrin artmasına daha da stimul verir. lİu, o 
deməkdir  ki,  layihə  meneceri  münaqişənin  həll  üsulu  kimi 
gücləndirmə  və  qayğını  nə  qədər  çox  tətbiq  etsə,  münaqişə  bir  o 
qədər  çox  meydana  gələr».
 
Konfrontasiya  (problemin  həlli), 
kompromiss və zəiflətmə münaqişənin artmasma mənfi cəhət- don 
təsir göstərir, bu da o deməkdir ki, bu modellərə arxalanan Inyihe 
meneceri daha az dərəcədə münaqişə ilə rastlaşır. 
Temheyn  və  Vayimon  bu  modelləri  səmərəlilik  dərəcəsinə 
görə aşağıdakı şəkildə qruplaşdırmışlar: 
1.
 
Problemin həlli; 
2.
 
Gücləndirmə; 
3.
 
Kompromis; 
4.
 
Zəiflətmə; 
5.
 
Qayğı. 
Münaqişələrin idarə edilməsinin beş modeli 
 
Model
 
Nəticə
 

Qayğı
 
Müvəqqətidir və problemləri 
həll etmir
 

Zəiflətmə
 
3
 
Kompromis
 
Problemin həllinə təminat 
verir
 
4
 
Gücləndirmə
 
5
 
Problemin həlli
 
Layihə meneceri bu beş modellərdən müvafiqini seçməlidir. 
Layihə  menecerləri  ilə  müdirlər  arasında  meydana  gələn 
münaqişələri  azaltmağm  en  səmərəli  metodu  sərbəst  ideya 
mübadiləsinə və yaxşı davramşa təminat yaradan kompromis 
195 


modelidir.  Layihə  meneceri  bu  metodu  layihə  üzrə  formal 
danışıqlarda  və  layihə  iştirakçılan  ilə  qeyri-rəsmi  danışıqlarda 
səmərəli şəkildə tətbiq edə bilər. 
Layihə  menecerləri  ilə  funksional  bölmələr  arasındakı 
münaqişələr  nəzərdən  keçirilərkən  sonuncu  üç  model  çox  böyük 
əhəmiyyət  daşıyır.  Temheyn  və  Vayimon  münaqişənin  mənfi 
nəticələrini  artırdığı  üçün  gücləndirməni  zərərli  metod  kimi 
müəyyənləşdirmişlər.  Qayğı  münaqişəni  azaltsa  da,  problemi  həll 
etmir. Konfi*ontasiya (problemin həlli) münaqişənin təsir sahəsini 
böyütsə də, bu halda onun dərinləşməsinin qarşısını alır. Temheyn 
və  Vayimon  izah  etmişlər  ki,  «konfrontasiya  rəhbərlərlə  yaranan 
münaqişələri  həll  etməyin  yaxşı  üsulu  olsa  da,  kompromis 
funksional bölmələrlə yaranan fikir ayn- lıqlannı nizama salmaqda 
daha faydalıdır». 
Münaqişələrin idarə edilməsi üzrə apanlan tədqiqat işlərinin 
nəticələrini nəzərdən keçirək [3]: 
idarəetmə
 
üsulu
 
Nəticə
 
Şəxsi 
maraqlar
 
Münasi
 
bətlər
 
Gücəndirmə
 
Qələbə - Məğlubiyyət
 
Yüksək
 
Aşağı
 
Zəiflətmə
 
Güzəşt - Məğlubiyyət
 
Aşağı
 
Yüksək
 
Qayğı
 
Məğlubiyyət - Qayğı
 
Yüksək
 
Aşağı
 
Kompromiss
 
Kompromis
 
Orta
 
Orta
 
Problemlərin həlli
 
İnteqrasiya
 
Yüksək
 
Yüksək
 
196 


Bu tədqiqatdan aydın olur ki, münaqişələrin həlli üçün yalnız 
bir metod mövcud deyildir. Yaranan vəziyyətdən asılı olaraq, layihə 
menecerinə 
münaqişələrin 
idarə 
edilməsinin 
müxtəlif 
metodlarmdan  istifadə  edilməsi  imkanına  malik  olmalidır. 
Zəiflətmə  metodu  hadisənin  inkişafını  ləngidir,  buna  görə  də  o, 
lazım  olduğu  təqdirdə  tətbiq  edilir.  Qayğı  metodu  üzun  müddətli 
strateğiya  ola  bilməz.  Kompromis  metodu  isə  layihə  meneceri 
nəyəsə  güzəşt  getdiyi  halda  aparılan  danışıqlarda  tətbiq  edilir. 
Gücləndirmə  metodu  tərəflərin  biri  qalib  gəlib,  digəri  isə  məğlub 
olduqda  tətbiq  edilir.  Bu  metoddan  layihənin  daxilində,  layihə 
menecerinin  səlahiyyətləri  kifayət  qədər  yüksək  olduqda  istifadə 
edilir. Tariflərin xeyli dərəcədə yüksək olduğu və əlavə alternativin 
olmalığı şəraitdə gücləndirmə metodu tətbiq edilir. Problemin həlli 
bütün  modelləri  özündə  birləşdirə  bilər  və  kifayət  qədər  vaxtın 
olduğu,  habelə  münaqişəyə  girən  tərəflər  arasında  etibann  hökm 
sürdüyü  şəraitdə  ən  yaxşı  metod  kimi  tətbiq  edilməlidir.  Bu 
metodlardan istifadə etmək üçün layihə menecerinin əlində müvafiq 
hakimiyyət olmalıdır. 
Əlbəttə,  layihə  iştirakçılan  qeyri-normal  hallan  aradan 
götürərkən  müəyyən  təsirə  məruz  qalarsa,  layihə  meneceri 
münaqişənin  həllindən  narahat  olmaya  bilər.  Bu  vəzifəni  yerinə 
yetirmək  üçün  rəhbərliyin  müvafiq  məqsədlərə,  bütövlükdə 
layihəyə  münasibətə  və  onun  iştirakçılanna  qiymət  verməsi  tələb 
olunur.  Layihə  komandasmın  iştirakçılannın  təhsil  səviyyəsi 
müxtəlif  olduğu  üçün  layihə  menecerindən  adi  funksional 
təşkilatçıdan  fərqli  olaraq  rəhbər  kimi  fəal  olmaq  tələb  edilir. 
Layihə  meneceri  layihədən  irəli  gələn  məqsədlərin  yerinə 
yetirilməsinə görə məsuliyyət daşıyır. 
197 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə