Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə46/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   42   43   44   45   46   47   48   49   ...   72

s. aiddir. Layihələrdə adətən müvafiq stress halı nəzərdə tutulur, belə 
ki,  hər  şey  layihənin  müddəti,  dəyəri  və  keyfiyyəti  ilə  ölçülür. 
Layihənin «verilmiş müddətdə başa vurulması» tələbi ciddi qoyulan 
zaman  çox  böyük  gərginlik  yaramr.  «Bir  çox  layihələr  təşkilatın 
fəaliyyət  göstərməsi,  habelə  sifarişçilər  üçün  həyati  əhəmiyyətə 
malikdir». Bunun nəticəsi  olaraq, layihədən irəli gələn məqsədlərə 
nail  olmağa  cəhd  edən  layihə  menecerinin  keçirdiyi  stressi 
göstərmək olar. 
Təqvim planlan ilə bağlı meydana çıxan münaqişə funksional 
şöbələr  arasmda  qarşılıqlı  əlaqə,  işçi  heyətinin  işə  teyin  edilməsi, 
komanda  üzvləri,  müdirlər  və  tabeçilikdə  olan  şəxslər  arasında 
yaranmış vəziyyət ilə bağlıdır. 
Təqvim  planlan  ilə  bağlı  meydana  gələn  münaqişələr 
layihədeki işlərin müddəti, ardıcıllığı və təqvim planlaşdınl- ması ile 
əlaqədardır.  Hər  hansı  bir  layihə  üçün  təqvim  planlaşdı  nlmasmm 
«nümunəvi»  metodu  olmadığı  üçün  təqvim  planlan  münaqişələrin 
əsas 
mənbələrindən 
biri 
sayılır. 
Belə 
bir 
fakt 
da 
müəyyənləşdirilmişdir  ki,  müddətin  məhdud  olması  ləqvim 
planlaşdınimasmda  stress  vəziyyətinin  yaranmasma  səbəb  olur. 
Münaqişə  mənbəyinin  əhəmiyyətinə  görə  ikinci  yerdə  layihənin 
prioriteti  durur.  Layihənin  prioriteti  -  layihənin  uğurla  həyata 
keçməsi  naminə  layihədəki  işlərin  hansı  ardıcıllıqla  yerinə 
yetirilməsində  iştirakçılar  arasmda  fikir  ayrılığı  ilə  bağlı  olan 
vəziyyətdir. Bu münaqişə təkcə layihə komandası və digər köməkçi 
qruplar arasmda yox, həm də layihə komandasınm öz içində yarana 
bilər. İnsan əməyi ehtiyatlan ile bağlı yaranan münaqişə demək olar 
ki, layihə mühitində hər zaman yaranır. 
Bu  sadalanan  münaqişə  mənbələri  bütun  münaqişələrin 
50%-nin  səbəbini  təşkil  etsə  də,  digər  qalan  münaqişə  mənbəyi  də 
onlan doğura bilir. 
187 


Münaqişə  hətta  müxtəlif  funksional  və  köməkçi  şöbələrdən 
işçilər seçərək layihənin komandasının formalaşması zamanı da baş 
verir.  Eyni  zamanda  digər  rəhbərlərin  tabeçiliyində  olan  işçilərin 
layihənin  dəstəklənməsi  üçün  işə  cəlb  edərkən  münaqişə  yarana 
bilər. 
Münaqişələr  layihənin  həyat  fazasından  asılı  olaraq  dəyişir. 
Layihənin prioritetləri, inzibati prosedur və təqvim plan- lan layihə 
mənbəyinin üç dominant faktoru kimi qeydə alınır. Bu mərhələdə 
layihə meneceri öz layihəsinin icrasına böyük bir təşkilatın əsasmda 
başlamahdu.  «Münaqişə  bir  çox  hallarda  layihə  prioritetləri  ilə 
digər qrupların prioritetləri arasında yaranır». İkinci tip münaqişə 
mənbəyi  olan  inzibati  prosedur  menecmentin  layihə  təşkilatının 
layihələndirilməsi,  hesabat  proseduru,  layihə  menecerinin 
səlahiyyəti,  ehtiyatlara  nəzarət,  təqvim  planları  və  texniki 
göstəricilərin  təsdiq  edilməsi  kimi  əhəmiyyətli  məqamlarla 
bağlıdır. Təqvim planlarmm tərtib edilməsi zamanı təşkilat qrupu 
çox  diqqətli  olmalıdır.  Bu  mərhələdə  göstərilən  münaqişə 
mənbələrindən irəli gələn ağır nəticələrin yaranmaması məqsədilə 
səmərəli planlaşdırma işlərinin həyata keçirilməsi tələb edilir. 
Planlaşdırma  mərhələsində  layihənin  işi  planlaşdınlır  və 
planla bağlı əsas qərarlar qəbul edilir. Layihədə daha intensiv hesab 
edilən üç mənbə aşağıdakılar sayılır: 
-
 
prioritetlər; 
-
 
təqvim planlan; 
-
 
inzibati prosedurlar. 
Bu  mənbələr  həm  də  konseptuallaşdırma  mərhələsində 
mühüm əhəmiyyət daşıyırlar və bəziləri birinci mərhələnin davamı 
hesab  edilir.  Təqvim  planlan  planlaşdırma  mərhələsində  ikinci, 
konseptuallaşdırma 
mərhələsində 
isə 
üçüncü 
mənbədir. 
Konseptuallaşdırma mərhələsində münaqişə təqvim 
188
 


planlannm təsdiqi ile, planlaşdırma mərhələsində isə təqvim 
planlannm sıxlığı ilə əlaqədar meydana gəlir. 
İnzibati  prosedurun  yaratdığı  münaqişə  planlaşdırma 
mərhələsində  daha  az  intensiv  olur,  texniki  fikir  aynlığmdan 
yaranan  münaqişə  planlaşdırmada  daha  qabanq  şəkildə  meydana 
çıxır, belə ki,  texniki tələblər layihə menecerini  dəyəri və təqvim 
planını dəyişdirməyə məcbur edə bilər. Planlaşdırma mərhələsində 
münaqişə çox da güclü olmur, çünki «menecerlə layihəni müdafiə 
edən  şəxslər  arasında  dəyərlə  bağlı  narazılıq  yarada  biləcək 
səviyyədə layihə hələ işlənib hazırlanmamışdır». 
Layihənin icrası mərhələsində münaqişənin əsas mənbələri - 
təqvim  planlan,  texniki  yanaşma  və  insan  potensialıdır.  Bu 
mərhələdə  layihəni  icra  etmək  üçün  təqvim  plamna  riayət  etmək 
çox  vacibdir.  Burada  təqvim  planlannm  idarə  edilməsi  və  onlara 
dəstək  verilməsi  böyük  əhəmiyyət  daşıyır.  Texniki  problemlər 
yanmsistemlərin  inteqrasiyası  zamanı  yaranır.  İnsan  əməyi 
ehtiyatınm mənimsənilməsi icra mərhələsində zirvə nöqtəsinə çatır. 
Bu  mərhələdə  prioritetlərdən  meydana  çıxan  digər  münaqişələr 
mənbəyinin intensivliyi azalır. 
Layihənin  başa  çatdıniması  mərhələsində  münaqişə 
mənbələrində  doyişüdik  baş  verir.  Üç  en  əsas  mənbəyə  təqvim 
planlan,  şəxsi  problemlər  və  insan  eməyi  ehtiyatlan  daxildirlər. 
Layihənin  icrası  zamanı  təqvim  plamnda  yaranmış  uyğunsuzluq 
layihənin  tamamlama  mərhələsinə  transfer  edilir.  Bu  mərhələdə 
şəxsi münaqişə ikinci yeri tutur. Layihə iştirakçı lan gələcəklə bağlı 
qeyri-müəyyənlik  və  gərginlik  hiss  edirlər.  Təqvim  planına  ciddi 
riayət  etmək  məqsədilə  gərginlik  daha  da  artır.  Yeni  layihələrin 
başlanması səbəbindən insan omeyi ehtiyatlan ilə bağlı fikir aynlığı 
meydana çıxa bilər. 
189 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə